Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İBLİSLƏ DİALOQ

[ Müxtəlif / 3395 dəfə baxılıb ]   
|
 
O şərabla dolu son qədəhini də başına çəkib qalxmaq istədi.Amma ayaqlarında taqət qalmamışdı. O hiss edirdi ki, Allahın ona bəxş etdiyi müqəddəs ruh, artiq onu əzablar içində boğan qəfəsdə-kəşməkəşli həyat çirkabının içində sürünmək istəmirdi. Tezliklə yaradanına qovuşmaq arzusunda idi. O, başını masanın üzərinə qoyub yatmaq istəyirdi ki, meyxananın sahibi onu itələyərək ayıltdı. Meyxana sahibinin bu hərəkətinə dözməyən səfil adam ona müqavimət göstərdi. Lakin bir nəticəsi olmadı. Meyxana sahibi onu sürüyərək bayıra atdı. Bayırda dəhşətli hava hökm sürürdü. Külək, çiskin və bəzən də fasilələrlə yağan yağış..... İçkinin təsirindən xumarlanan səfil bir qədər yerdə süründü və nəhayət ayağa qalxdı. Bir müddət nəhəng gövdəsi olan çinar ağacına söykənmiş halda qaldı. Fevral ayının soyuğu nəhayət ki, onu bir az ayıltdı və o, yavaş-yavaş evinə tərəf getməyə başladı. Küçələr zülmət qaranlığa qərq olmuşdu.
Təbiətin öz yagışı ilə, çiskini ilə, soyuğu ilə bu səfilə olan nifrəti gecənin qaranlığı ilə bir araya gəlmişdi. Təbii ki, o zülməti, o soyuğu, o lənətli gecəni bəzəyən küçədəki kimsəsiz, hər şeyini itirmiş həmin səfil insan idi. Vaxtı ilə bu səfil kəndin sevilib-seçilən gənci, bir çox məclislərin saxta bəzəyi, dostlarının ümid mənbəyi idi. Bütün bu saxta təmtəraqı ortaya çıxaran vasitə pul idi. Həddindən artıq çox olan pul. Öz həyatını, gələcəyini, öz varlığını düşünəcəyi bir vaxtda həddindən artıq çox olan pul onun bütün varlığına hakim kəsildi, onun iradəsini, saf hisslərini əlindən aldı və onun labüd məhvinin başlanğıcı oldu. Bir neçə il keyf, əyləncə, məclislər, süfrə dostları, qızlar, barlar, bahalı restoranlar, son model maşınlar, dəbli geyimlər və s. bu gəncin bütün həyatını alt-üst etdi.

Ən sonda bütün bu “dəyərli nemətlər” bu gənci bir neçə ağır çəkili torbaları dükana daşıyaraq qarşılığında bir şüşə şərab əldə edən bir səfilə çevirdi. Həyatda xoşbəxt olmaq üçün kiməsə dərd olmağı bacarmalısan. Bu həyat heç bir zaman bizlərin məntiqini dinləməz, heç vecinə də almayaraq səni daima öz sıxıntıları ilə sinağa cəkər. (Həqiqtən biz insanı məşəqqət içində yaratdıq, Qurani-Kərim, Bələd surəsi). Biz həyatı, onun bizə verdiklərini olduğu kimi qəbul etmək məcburiyyətindəyik. Çünki o bizimlə zarafat etməz….. və zarafatı da sevməz…. Bütün gənclik xatirələri bu səfilin gözü önündə belində ağır yük torbalarını daşıyarkən bir neçə dəqiqəliyə canlanmağa başlamışdı. O artıq həqiqəti anlamağa başlamışdı... Amma artıq gec idi..... Son peşimançılıq... Nəhayət o, köhnə, uçuq-sökük daxmasına çatdı. Uzaqdan bayquşun tük ürpədici səsi eşidilirdi. Çox maraqlı idi ki, bu vəhşatli səs səfilə ayrı bir zövq verirdi. Ona görəmi idi ki, o artıq tək-tənha idi, içində bütün insanlara, bəşəriyyətə nifrət yaranmışdı? Ona görəmi idi ki, onun içində üsyan vardı? Kim bilir..... Səfil qapıya yaxınlaşdı və qapını açdığı zaman qapının cırıltısı ətrafı bürüdü. Bu səs sanki, səfilə, onun həyatına dərindən cəkilmiş bir ah idi.
Səfil bu səsdən da bir az ayılan kimi oldu. Otağa girdi, şamı yandırdı. Şamın işığı otağın sökülmüş divarlarına, pəncərənin qırılmış şüşələrinə əsrarəngiz bir gözəllik verirdi.. Səfilin həyatı sanki bu sökülmüş divarlara, bu qırılmış pəncərə şüşələrinə yansımışdı. Həqiqətən da heç bir fərq yox idi... Səfil şüşədəki şərabı ac-acına başına çəkdi. Bir müddət oturduğu yerdən əriyərək sona çatmaqda olan şamı diqqətlə izlədi.... Sonunun gəldiyini hiss etdi. Və hiss etdi ki, onun da həyatı şam kimi əriyib yox olur... Bir anlığa hər tərəfə sükut çökdü, səssizlik gecəni qoynuna aldı. Sakitliyin hökm sürdüyü anda evin qapısı daha da bərk cırıltı ilə açıldı... Səfil bu səsdən diksindi.. Yerindən tərpənmək istədi, lakin bacarmadı. Zavallı səfil içdikdən sonra yataraq bütün dərdlərini unutmaq istəyirdi.... Ancaq ömrünun sonunda da həyat ona öz sərt üzünü göstərdi... Sanki, sənin rahat nəfəs almağa belə haqqın yoxdu, dedi. Gecənin zülmətində onun qonağı İBLİS idi. Bunu hiss edən səfilin tükləri biz-biz oldu, həyəcandan titrəməyə başladı..

Tər damlaları bütün vücudunu islatdı, dəhşətli qəhər onu boğmağa başladı. Bunu görən iblis ah çəkdi, zavallı insan oğlunun halına acıdı və sözə başladı:

-Səni öldürməyə gəlmişəm, ölum mələyindindən xəbərsiz. Artıq sənin acı taleyinə dözə bilmirəm.. Qorxdum ki, ürəyim yumşalar, səndən uzaqlaşaram və sən də haqq yoluna-Allahın yoluna dönərsən... Bu isə mənim vədimə xilafdır. Səfil həyəcanla danışmağa başladı:

-Sən məni çoxdan-gənclik illərimdən öldürməyə başladıb, hər gün öldürdün məni. Bütün varlığıma hakim oldun, məni, mənim müqəddəs ruhumu alçaltdın, təhqir etdin. Sən mənə nələr etmədin. İndi isə mənim itirəcək heç bir şeyim yoxdu. Qalsam da ölmüş kimiyəm, ölsəm də. Mən artıq ölümdən qorxmuram. Çünki ölümün olduğu yerdə mən, mənim olduğum yerdə ölüm yoxdur. Elə isə ölümdən qorxmaq axmaqlıqdır. Görünür iblis səfilə ciddi təsir etmişdi. Səfilin dedikləri iblisə təsir etdi və əsəbi halda bağırdı:
-Ey zavallı insanoğlu, sənin qarşında iki yol vardı. Mənim və Rəbbimin yolu. Mənim lənətlənmiş yolumu sən, sənin nəfsin seçdi. Sən mənə qul olmağa razı oldun. Halbuki, sən Allahın Quranda bəhs etdiyi “yer üzünün xəlifəsi” ola bilərdin, sən Allahına sadiq bəndə ola bilərdin… Lakin, sənin nəfsin səni mənə gətirdi. Sən özün mənə gəldin, öz müqəddəs ruhunu mənə təslim etdin. Mən də bu vəzifə ilə-insanoğlunu yolundan azdırmaqla məsulam. Mən vəzifəmi icra edirəm. Halbuki, Allah sənə məndən necə qurtulmağın yollarını öyrətdi, izah etdi. Sən əbədi xoşbəxt olacağın təqdirdə bəzən saniyələrin, bəzən dəqiqələrin, bəzən də günlərin keyfinə öz əbədi xoşbəxtliyini qurban verdin. Sən özünü dərk etməyə başlayanda sənin daxilində bir mübarizə başladı. Bu, xeyirlə şərin, haqq ilə batilin mübarizəsi idi. Amma sən bilə-bilə bu döyüşdə özünü nəfsinə qurban verdin, özünü onun quluna çevirdin. Bəzən mən düşünürəm ki, əgər mən olmasaydım da, sizlər öz çirkin əməllərinizdən qalmazdınız. Gecə-gündüz içərdiniz, çəkərdiniz, oğurluq edərdiniz, cinayətlər törədərdiniz, başqasının malına, canına, namusuna ləkə atardınız… Sevinin ki, mən varam…. Yoxsa öz azğınlıqlarınızın səbəbini kimdə görərdiniz?… Sizi zahiri gözəlliklərə bürünən azğın dünyada yaşadan bəhanələrinizdir. Sizlər çox murdar varlıq oldunuz… Mən sizin halınıza acıyıram… sizlərdən baş aça bilmirəm. Bu bağırtılarla dolu həqiqətlərə dözə bilməyan səfilin nəfəsi kəsilmək üzərə idi, o artiq can verird. İblis gözləri dolmuşdu və zavallı insanoğluna son sualını verdi:

-Nə üçün mənim şərrimdən Allaha sığınmadın??? Cavab ver, cavab ver, cavab ver…. lakin cavab gəlmədi… İnsanoğlu ölmüşdü…


Rəşadət SEYİDZADƏ-İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka