Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SOSİOLOGİYADA BİR PARADİQMA OLARAQ POZİTİVİZM

[ Aktual / 3284 dəfə baxılıb ]   
|
 
GİRİŞ
Sosiologiyada iki əsas paradiqma ənənəsi vardır. Paradiqma müəyyən bir sahədə fəaliyyət göstərən elm adamlarının, alimlərin sahib olduqları ortaq dəyər, paylaşdıqları düşüncə şəkli. Bir məsələni ələ almada istifadə etdikləri ortaq modeldir. Bu iki əsas paradiqma ənənlərindən birincisi Fransa və İngiltərdə qurulduqdan sonra Fransada inkişaf edən və sistemləşdirilən “Pozitivist Paradiqma”dır. Bu paradiqmanının üzərinə inşa edilən sosiologiya da pozitivist sosiologiya adlandırılmışdır. İkincisi isə Alman fəlsəfəsinə əsaslanan, xüsusilə də özülü Kant və Hegel tərəfindən atılan “Şərhedici” paradiqma və bunun əsasında qurulan və inkişaf etdirilən sosiologiya ənənəsidir. Bu iki əsas paradiqma sosioloqların laboratoriyası olan cəmiyyətin fərqli düşüncə, mövqe, münasibət və müxtəlifliyi olaraq ortaya çıxmışdır. Pozitivist paradiqma sosiologiyanın cəmiyyəti və onunla bağlı olan məsələləri tədqiq etməkdə və cəmiyyəti tənzimləməkdə təbiət elmlərinin sahib olduğu metoddan istifadə etməyi uyğun görür. Cəmiyyəti tədqiq edərkən təbiət elmlərinin metoduna üstünlük verir və bu metodu qəbul edirlər. Pozitivist paradiqmaya görə tək bir elm mövcuddur. “Sosiologiya necə bir elm olmalıdır?” sualına pozitivist paradiqma təbiət elmlərini nümunə alan bir elm olmalıdır cavabını verir. Şərhedici paradiqma isə pozitivist paradiqmanın qəbul və müdafiə etdiyi görüşlərin tam əksi ilə çıxış edir. Şərhedici paradiqmaya görə cəmiyyət təbiət elmlərinin istifadə etdiyi metodla tənzimlənə bilməz. Bu paradiqmaya görə “təbii həqiqət” ilə “ictimai həqiqət” tamamilə fərqlidir və bunları eyni metoddan istifadə edərək tədqiq etmək mümkün deyildir. “Sosiologiya necə bir elm olmalıdır?” sualına şərhedici paradiqma cəmiyyət və insanın xüsusiyyətlərini əsas alan özünə xas metoda sahib bir elm olmalıdır cavabını vermişdir. Mövcud olan bu iki əsas paradiqma əslində iki fərqli sosiologiya meydana gətirmişdir. Bu iki paradiqmanın həmfikir olduqları xüsus sosiologiyanın bir elm olması məsələsidir. Biz burada sadəcə iki paradiqma arasındakı əsas fərqlilikləri göstərməyə çalışdıq. Bundan sonra isə xüsusilə pozitivist paradigmanı və bunun əsasında qurulan pozitivist sosiologiyanın təməl xüsusiyyətlərini ələ alaraq açıqlamağa çalışacağıq. Bundan başqa pozitivist sosiologiyanın banisi hesab edilən və bu sosiologiya məktəbinin ən əsas nümayəndisi olan Fransız filosofu Auguste Comte çox qısa və təməl fikirləri ilə tanıtmağa cəhd edəcəyik.

POZİTİVİST PARADİQMA/ POZİTİVİST SOSİOLOGİYA
Köklərini Yunan fəlsəfəsinə, daha sonra isə İntibah dövrünün materyalist fəlsəfəsinə qədər apara bilərik. Elmi külli olanın bilgisini, məlumatını əldə edə biləcək bir fəaliyyət sahəsi olaraq qəbul edən pozitivist paradiqmanın ən əsas qayəsi külli və ümumbəşəri bilgini kəşf etməkdir. Pozitivist paradiqmanın, yəni, pozitivist sosiologiyanın bəzi xüsusiyyətlərini yazımızın giriş qismində ifadə etmişdik. Belə ki, pozitivist sosiologiya təmayülü təbiət və sosial elmlərin birliyini müdafiə edir və ictimai fenomenlərin də təbiət elmlərində olduğu kimi nizam və səbəbiyyət (determinizm-səbəblə təsir arasındakı əlaqə) qayda-qanunlarına tabe olduğu düşüncəsini müdafiə edirlər. Pozitivist sosioloqlar tədqiqatlarında kantitatif-(kəmiyyətə əsaslanan) metoddan istifadə edirlər. Pozitivist sosioloqlar yəni, pozitivist paradiqma metafizikanı rədd edir, hadisələrin sadəcə xaricinə baxırlar. Buna görə də ən etbarlı bilginin, məlumatın təcrübə ilə əldə olunan məlumat olduğunu və bilginin hadisədə olduğunu düşüncəsini mənimsəyirlər. Yuxarıda da toxunduğumuz kimi pozitivist paradiqma “elmin birliyi” düşüncəsini müdafiə edir və bunu hər kəsə qəbul etdirmək istəyir. Bu düşüncəyə görə bütün elmlərin əsasında, mərkəzində riyazi məntiq dayanır və bütün elmlər bu əsas, mərkəz ətrafında birləşdirilməlidir. Pozitivizmə görə elmi məlumat cahanşümuldur və təbiətdəki qanunlar da ümumbəşəridir. Pozitivizm üçün elm xarici dünya ilə əlaqəli ehtimal və izahediciliyə əsaslanan məlumat əldə etmə (toplama) təşəbbüsüdür. Pozitivizmdə “metod birliyi” prinsipi mövcuddur. Bu prinsipə əsasən də tək bir elm məntiqi vardır və elm adını ifadə edən hər bir təmayül də bu prinsipə riayət etmək məcburiyyətindədir. Sosial elmlər də əgər elm adına sahib olmaq istəyirlərsə bu prinsipə baş əyməyə məcburdurlar. Pozitivist paradiqmaya görə təcrübə oluna bilməyən heç bir faktor diqqətə alınmaz. Bu faktorlara məna, duyğu, məqsəd kimi amilləri misal olaraq göstərmək mümkündür. Bu düşüncəyə əsaslanaraq deyə bilərik ki, pozitivist sosiologiyada maddənin (cəmiyyətin, insanın) davranışını başa düşmək və izah etmək üçün sadəcə kənardan müşahidə etmək kifayətdir. Pozitivist bilgi teorisinin əsas fərziyyəsi həqiqət ilə nəzəriyyə arasında bir əlaqənin olmasıdır. Bu düşüncəyə görə həqiqət nəzəriyyədə təmsil olunur və öz əksini tapır. Pozitivist paradiqma anlayışına görə bütün elmlərin məqsədi müşahidə ilə isbat oluna biləcək ümumi qaydalar meydana gətirməkdir. Bir məlumatın elmi olmasının əsasını da müşahidə və təcrübə ilə isbat oluna bilmə keyfiyyəti təşkil edir. Bu pozitivist paradiqmaya görə kainatda baş verən bütün hadisələr təbiətdə mövcud olan cahanşümul qaydalar tərəfindən idarə olunmaqdadır. Elm də əsa olaraq bu qaydaları kəşf etmə fəaliyyətidir. Yuxarıda bildirdiyimiz bu məlumatlardan sonra deyə bilərik ki, pozitivist paradiqmada sosiologiya bir təbiət elmi, sosiologiyanın mövzusu isə obyektlərdir.

AGUSTE KANT VƏ POZİTİVİZM
Fransa burjua inqilabından sonrakı dövrdə pozitivist paradiqma sosiologiyanı təbiət elmlərinə bənzətməyə çalışmışdır. Bunun siyasi səbəbi işçi təbəqəsinin yenidən inqilaba təşəbbüs etməsinin qarşısını almaq idi. Bu baxımdan pozitivizm burjuaziyanın ideologiyası olmağa başlamışdır. Sosiologiya Fransız inqilabından sonra meydana gələn ictimai sıxıntıların yenidən baş verməməsi üçün yeni qurulan burjuaziya nizamının keşikçisi vəzifəsini yerinə yetirirdi. Ogüst Kont da Fransız inqilabından sonra qurulan burjua nizamının hökmran olduğu bir cəmiyyətdə dünyaya gəlmiş, elmi, dini, fəlsəfi baxımdan bu şəraitdə yetişmişdir. İctimaiyyət elminə “sosiologiya” adını vermiş və eyni zamanda da pozitivist sosiologiyanın da banisi hesab edilir. Konta görə ictimai fenomenlərin və qanunların elmi olaraq sosiologiyanın məqsədi cəmiyyəti və ictimai yaşayışı nizamlamaq, səhmana salmaqdır. Sosiologiya, cəmiyyəti sistemli bir şəkildə nizamlamağa və nəticədə insanlığın birliyini, bərabərliyini təmin etməyə məsul tək elmdir. Pozitivizm cəmiyyəti bir vücud olaraq ələ alır. Bu vücudun sosial fenomenləri zehnidir. Cəmiyyət də zehni bərabərlikdir. Kont pozitivizminin əsasını sosiologiyanın bir təbiət elmi olması düşüncəsi təşkil edir. Bunun səbəbi isə sosiologiyanın tədqiq etdiyi sosial fenomenləri zehni olmasına rəğmən kənardan müşahidə edə bilməkdir. Kont pozitivizminin ikinci əsas epistemologiyası isə subyekt-obyekt fərqliliyini diqqətə almasıdır. Pozitiv paradiqmanın/sosiologiyanın metodunu fenomenlərin müşahidə edilərək nəzəriyyələrin təşkil olunması (induksiya) və bir dəfə qanun kəşf olunduqdan sonra isə tək-tək fenomenləri bu qanunun içinə yerləşdirmək (deduktiv, deduksiya) təşkil edir. Pozitivist sosiologiya, Kontun fikirlərini inkişaf etdirərək bu düşüncələri bir elm olaraq formalaşdıran Fransız sosioloq və filosofu Emile Dürkheim olmuşdur. Bundan başqa Dürkheim “Sosioloji metodun qaydaları” adlı əsəri ilə ilk dəfə sosiologiyanı qurumsallaşdırmış, sistemləşdirmiş və sosiologiya ilə necə məşğul olmağı açıqlamışdır.

Daşdəmir MAHMANDAROV, İlahiyyatçı-Sosioloq/AZERISLAM.com

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka