Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Alimlərimiz: Əllamə Cəmaləddin (İzzədin) Yusif ibn İbrahim Ərdəbili

[ Elm / 5346 dəfə baxılıb ]   
|
 
Azərbaycanın məşhur alimlərindən, Ərdəbildən olan Yusif b. İbrahim, Şafii fəqihlərindən idi. Dövrünün tanınmış alimlərindən biri olmasına baxmayaraq həyatı haqqında geniş məlumat yoxdur.

Alimin, qələmə aldığı məşhur əsərlərdən biri, Şafii fiqhinə dair yazdığı “الانوار لعمل الابرار [əl-Ənvar li Aməli`l-Əbrar] – Dindar şəxslərin əməlinin nurları ” adlı əsərdir. Əsər 74 kitabdan (bölmədən) ibarətdir. Katib Çələbi “Kəşfu`z-Zünun adlı ensiklopedik əsərində bu kitab haqqında belə məlumat verir: “Bu kitab dəyər verilən əldən-ələ gəzən kitabdır, (Yusif b. İbrahim) bu kitabda ümumi bir ehtiyac halına gələn və dəyər verilən kitablarda izah edilməyən əhəmiyyətli problemləri topladı, kitab belə başlayır: Həmd, tərifə layiq, uca və hər şeyin sayını bilən Allaha məxsusdur,...”. “əl-Ənvar” Şafii hövzələrində fitva verilərkən istifadə olunmuş və tələbələrə oxudulmuşdur.

Digər məzhəblərin fikirlərinə və hökmlərin dəlillərinə yer verməyən, Ərdəbili bu əsəri hazırlayarkən, əsasən Şafii alimlərin mötəbər qəbul etdikləri bu yeddi kitabdan istifadə etmişdir: Əbdülkərim b. Muhamməd ər-Rafi'nin əş-Şərhul-kəbir, əş-Şərhus-sağir və əl-Muharrər kitabları, Nəvəvi`nin Ravzatut-talibin, Nəcməddin əl-Qəzvini`nin Şərhul – Lübab, əl-Havi's-sağir və ət-Ta'liq kitabları. Ərdəbili bu əsərləri bir çox əhəmiyyətli mövzunu ehmal etdikləri, açıqlanması lazım olan xüsusların üstündən keçdikləri və nadir hallarda meydana gələcək və ya heç meydana gəlməyəcək məsələləri ələ aldıqları səbəbi ilə tənqid etmişdir. Müəllif bu yeddi kitabın xaricində digər mötəbər əsərlərdən də faydalanmış və yeri gəldikcə bunların adlarını qeyd etmişdir. Bunlar arasında Fərra əl-Bəğavinin (516/1122) ət-Təhzib, Ta`liq və Fətava, İmamul-Hərameyn əl-Cüveyninin Nihayətul-mətləb, Qəzzalinin əl-Vasit, əl-Basit və Fətava adlı əsərləri, Əbu Nəsr İbnus-Sabbağın əş-Şamil, Abdullah b. Əhməd əl-Qaffal əs-Sağir və Qazi Hüseynin el-Fətavaları, Əbu İshaq əş-Şirazinin əl-Mühəzzəb, Mavərdinin əl-Havil-kəbir kitabları sayıla bilər. Ərdəbili, ələ aldığı bütün mövzularda əvvəlcə adı çəkilən yeddi kitabı isnad gətirmiş, ixtilaf halında isə bu əsərlərdən çoxunun əsas aldığı fikri seçmişdir.

Onun bu əsərinə çox sayda şərh haşiyə yazılmışdır. Ərdəbilinin əl-Ənvar əsərinə Cəlaləddin əd-Dəvvani (907/1501), Nurəddin Əli b. Muhamməd əl-Uşmuni (900/1495), Nurəddin Əli b. Əhməd əl-Buşi (h. 856) şərh və haşiyələr qələmə almışlar. Sirac Ömər b. Muhamməd əl-Yəməni (887/1482) də Ənvarul-Ənvar adlı bir zəvaid qələmə almışdır. Fəthullah İbn Əbu Yezid əş-Şirvani əsəri Farscaya tərcümə etmiş və bir təkmilə yazmışdır.

əl-Ənvar, bir fiqh kitabı olmaqla yanaşı, müəllifin yaşadığı dövrün ictimai həyatı ilə bağlı bəzi məlumatlar əldə edilə biləcək əhəmiyyətli bir qaynaqdır. Bu əsərin nüsxələrindən biri AMEA Əİ-nun fondunda saxlanılır. Bundan başqa Paris milli kitabxanasında , Qahirədə Misir milli kitabxanasında və ər-Riyadda Kral Səud universitetinin kitabxanasında da “əl-Ənvar li-Aməli`l-Əbrar”ın nüsxələri mövcuddur. Türkiyədə Ankara milli kitabxanası, Konya BYEK (Bölge Yazma Eserler Kütüphanesi) və Diyarbəkir İHK (İl Halk Kütüphanesi)-də “əl-Ənvar li-Aməli`l-Əbrar”ın ondan çox nüsxəsi mühafizə edilir.

Əllamə İzzədin Ərdəbilinin digər bir əsəri əl-Bəğəvinin “əl-Məsabihus-sünnə” adlı əsərinə yazdığı üç cildlik şərhdir. Alim uzun müddət Ərdəbildə yaşadıqdan sonra Misirə köçmüşdür. Məmlüklü hökmdarları ona böyük hörmət göstərmişlər. Ərdəbili həm də mahir xəttat və şair idi. İbn Həcər əl-Əsqəlani, Yusif ibn İbrahim Ərdəbilinin yaşadığı əsrdə “şeyxü`l-məşriq”, yəni bütün şərqin şeyxi ləqəbi ilə tanındığını qeyd etmişdir. Alim 776(1374) ve ya 779/1377-ci ildə Misirdə vəfat etmişdir.


İntiqam Güləhmədov-İlahiyyatçı

İstifadə Olunmuş Ədəbiyyat
1. Katip Çelebi, Keşfü`z-Zunun an Esami`l-kütübi ve`l fünun, tercüme Rüştü Balcı. İstanbul : Tarih Vakfı Yurt Yayınları, 2007. C.1, s. 200.
2. http://www.elyazmalarinstitutu.com/pdf/arasdirmalar/kamandar_serifli_2009.pdf;
Kamandar, Əbdülqəni Əfəndi Nuxəvi XalisəqarızadəKitabxanasının Kataloqu, Bakı 2009,C. I, s. 60.
3. Katip Çelebi, Keşfü`z Zünun, c. 1, s. 200
4. Özel, Ahmet, HanefiFıkıhAlimleri, Ankara: TDVyayınları, 2013, s. 428; Katib Çelebi,Keşfü’z-zünun an esami’u’l- kütüb ve’l- fünun, hazırlayan M. Şerefettin Yalıtkaya, Kilisli Rifat Bilge, Ankara: Milli Eğitim Bakanlığı, 1971, c. 1, s. 195; Köse,Saffet,Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI, 279.
5. Köse, Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI, 279.
6. Özel, HanefiFıkıhAlimleri, s. 428; KatipÇelebi, Keşfü`z-Zunun,C.1, s. 200; Köse, Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI, 279.
7. Köse, Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI, 279.
8. Köse, Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI, 279.
9. Nəsirov, Elnur, Orta Əsrlərdə Yaşamış Azərbaycan Alimləri, Bakı: Nurlar-2011, s. 128;Şərifli, Əbdülqəni Əfəndi Nuxəvi XalisəqarızadəKitabxanasının Kataloqu, C. I, s. 60.
10. Nəsirov, Orta Əsrlərdə Yaşamış Azərbaycan Alimləri, s. 128; De Slane, Mac Guckin, Catalogue des Manuscrits Arabes, Paris 1883-1895, s. 204.
11. Nəsirov, Orta Əsrlərdə Yaşamış Azərbaycan Alimləri, 128.
12. Nəsirov, Orta Əsrlərdə Yaşamış Azərbaycan Alimləri, s. 128; Köse, Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI, 279.
13. Nəsirov, Orta Əsrlərdə Yaşamış Azərbaycan Alimləri, s. 128.
14. Nəsirov, Orta Əsrlərdə Yaşamış Azərbaycan Alimləri, s. 128; Özel, HanefiFıkıhAlimleri, s. 428; Köse, Erdebîlî, Yûsuf b. Ibrahim,DİA, XI

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:21
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:58
İŞA [ 4 rükət ]22:47
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka