Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Baxış eynəyi nə qədər dar olarsa, görə bildiklərimiz də o qədər daralar

[ Aktual / 2883 dəfə baxılıb ]   
|
 
Təkfir Nicatdır yoxsa Təskinlik?

Keçmirəm ayə, nə hədislərə onsuz da bizim olan sizcə keçərsiz!
Dedin artıq - Haqqı bilirəm, özünsən yaşayan Quran, hədissiz.
Sən də kimsən, bizlərə ağıl verəsən ey dini dinsiz!
Höccət gəlib artıq, tapdıq haqqı siz deyən hər şey gərəksiz!


Bizə böyük miras qoyub getmiş İslam alimlərimizin Muhamməd ümmətinin vəbası adlandırdığı təkfir məsələsi və onun ortaya çıxması haqqında bir çox tarixi səbəblərin var olduğunu görürük.

Üçüncü Raşidi Xəlifə Əli İbn Əbu Talibin (radiyallahu anhu) dövründə ortaya çıxan bu hərəkat mənsubları ibadətləri ilə “bir çox səhabədən də çox zühd həyatı yaşayan” bədəvilər idi. Onlar yaşamağa alışdıqları köçəri və çöl həyatının çətin şərtləri ilə həmxasiyyət olaraq döyüşkən, tünd və sərt xüsusiyyətlərə sahib və bir qədər də kobud idilər. Bu xasiyyətlərini də yaşadıqları din, düşüncə və hər bir şeyə siraət etdirməyə çalışırdılar. Həzrət Əliyə (r.a) bu qrupdan olan bir nəfərin verdiyi sual və aldığı cavab, haqqında danışdığımız məsələyə gözəl nümunələrdən biridir:

“-Ey Əli! Necə olur ki, Əbu Bəkir və Ömərə insanlar daha çox tabe olurdu, onların vaxtında fitnə fəsad yox idi. Osman və sənin dövründə isə daha çox nifaq, fitnə-fəsad ortaya çıxdı? Hz. Əli (r.a) ona belə cavab verdi:

-Ey filankəs! Çünki Əbu Bəkir və Ömərə tabe olanlar Osman və mənim kimi səhabələr idi, bizlərə tabe olanlar isə sizin kimi asilərdir.”

Bu cavab sual verənin bütün elmi, irfani düşüncələrini sarsıdaraq ona deyilən ən ideal cavablardan idi. Həzrət Əlinin (r.a) qarşı-qarşıya qaldığı bu vəziyyət Həzrət Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən gözəl tərbiyəsindən, mübarək irşadından bir qədər uzaq qalan insanların meyl etdiyi yeni bir cığır idi. Zamanla dəyişən mühit, zərurət və imkanlar yerini başqa bir davamçılara dövr edirdi. Şübhəsiz kimisə təkfir etmək fikrimiz, istəyimiz yoxdur. Sadəcə olaraq səmimi, ixlaslı və ALLAH için həqiqətən haqqı görüb yaşamağı istədiyim müsəlman qardaşlarıma bir iki nəsihət vermək istəyirəm və təkfirə meyl etməyin səbəbləri üzərində durmaq istəyirəm. Haqsız olduğumu düşündüyünüz vaxt rəddiyəmi və təkfir diplomumu hazırlayın, razılaşdıq! Bu səbəblər arasında:

1. Təkfirə meyl etməyin ən böyük səbəbi vaxt çoxluğu, iş azlığı, işsiz qalma, sosial və məişət zəminində meydana gələn problemlər və həyatda olan digər narazılıqlardır.

2. Təbiət etibari ilə vuran-kəsən, sözünü yeridən və dediklərinin anında olmasını istəmək, qarşıdaki insana haqlılıq payı tanımamaq.

3. Ayə, hədisləri çox oxumaq, onların ifadə və tərkiblərinə sadəcə müəyyən qrup insanlar, alimlər tərəfindən verilən fikir, təfsir və şərhləri qəbul etmək.

4. Öyrəndiyinin və ya bildiyinin səhv olma ehtimalının 1%, olmadığının 100 % olduğunu bilərək ən əmin addımlarla davam edə bilmək...

5. Dünyadaki fərqli adət və ənənələrin birbaşa yaşadığımız və bu adət-ənənələrin heç birinə hazır olmayan mühitə, insanlara aid etməyə çalışmaq. Unutmayaq ki İmam Malik və digər alimlərimiz belə öz yazdıqları kitablarını Mədinə hüququ kimi hər kəsə qəbul edilməsini, məcburi əməl olunmasını qəbul etməmişdilər. Onlar kim, biz kim?

6. Ümmətin daha böyük dərdləri ilə dərdlənməmə. Çünki insanın baxış eynəyi nə qədər dar olarsa, görə bildikləri də o qədər daralar.

7. Qarşısındaki insanın daha üstün ola biləcəyini düşünüb hardasa qibtə və ya onun xilas olması üçün bəlkə də təkfir etməklə təsəlli tapa biləcəyi narahatçılıq. Həqiqətən bir çox müsəlmanın səmiməyyətinə inanıram. Ama dinimiz təkfir səmimiyyətini qəbul etmir. Həqiqi səmimiyyət ixlasla artar, ALLAH-ın quluna olan sevgisi də qarşılıqlıdır.

8. Həyatda böyük iddialar ortaya qoymaq və səhabələri, örnək alınan insanları müqəddəsləşdirib tamamilə qüsursuzlaşdırmaq, onları bəşəri ehtiyaclardan uzaqlaşdırmaq. Hər kəsin qüsuru var, bunu qəbul etmək böyüklükdür. Qüsursuz qul olmaz. “Sizin ən xeyirliniz günah iş gördükdən sonra tövbə edənlərdir”, demişdir Rəsulullah (sallallahu aleyhi və səlləm) bütün ümmətin qəbul etdiyi səhih hədis kitablarında.

9. Məlumatsızlıq: az məlumatla böyük fikirlər, iddialar irəli sürmək, alimlərə tənə ilə mənəvi bərəkəti, İslami neməti azaltmaq, bir yerdə tamamilə puç etmək.

10. Şüuraltı məlumatlanma: eyni fikirlərin qalması üçün davamlı bu hisslərin oyadılması və insanlarda uzaqlaşdırılma, tənhalıq iddiasi, tək haqlılıq düşüncəsi. Əslində psixologiyada bu hisslər - gənclərin yeniyetməlik dövründə hər zaman güclü, haqlı, hər kəsdən ağıllı və zəkalı olması kimi təmayüllərlə ortaya çıxır. Hər birimiz bu dövrü keçmişik bildiyim qədərilə, ama müvəqqəti hisslərdir, daimi olunca baş tacı deyil, baş ağrısı olur.

Bəlkə də bir çox səbəblər də sadalamaq olar, amma məncə yuxarıdaki siyahı bu fikrin əsas təməllərini ifadə edir. Dostlar İslam bir dəryadır, kimsə bunu Hənəfilik, Şafiilik, Hənbəlilik, Malikilik, Maturudilik, Əşarilik, Sələfilik, Şiəlik, Nurçuluq və s. adını çəkməyi unudub İslam dünyasında əməklərini xeyirlə yad etdiyim digər məzhəblərlə ölçü gətirməyə çalışarsa bəlkə də Peyğəmbərimizə iftira atmış olar. Hər kəs bu dəryadan nəsibini alar, kiminsə məcburi nəyisə seçməyə, nə də ki tərk etməyə vadar etməyə lüzum yoxdur. Çünki bildiyimiz təsir əks təsirə bərabərdir, təhqir əks təhqirə, təkfir də əks təkfirə. Necə anılmanı istəyirsənsə o şəkildə insanları anmaq lazımdır. Arzuladığın başına gəlsin mənasında da Peyğəmbərimizin “Birisini təkfir edən, əğər o şəxs həqiqətən küfür etməzsə, iddiası özünə qayıdar” müjdəsindən çəkinmək lazımdır. Nə qədər də buna kiçik küfür desəniz də, hər şey damla damla olar, dolar böyüyər. ALLAH üçün İslam dünyasının yaşadığı halı, bu zülmü, bu məğlubiyyəti düşünün. Tarixən bizləri bölərək idarə edən, indi isə qanına qəltan edənləri təkfir etməklə təsəlli tapmağa çalışaq barı birlikdə razıyam, amma Peyğəmbərimizin sünnəsində də düşmənini təkfir edərək ona mübarizə apardığı misalları yoxdur, varsa da çox azdır. Heç nə gec deyil, təkfir fitnəsindən uzaq olmağa, ümmətin vəba xəstəliyindən müalicə olunmağa çalışın. Müsəlmanlara fayda etməyən şeyi tərk etməsi Peyğəmbər əmridir. 14 əsrdir təkfirdən də heç kim xeyir tapmayıb, faydasız vaxt, düçüncə, hissiyat itkisidir bu sadəcə unutmayaq... Rəbbim haqqımızda bütün xeyirləri nəsib etsin, təkfirdən xilas olmanın yollarına isə təkfir olunmasam, digər yazıda toxunaram. Hər kəsin əqidəsini Rəbbimə həvalə edirəm, hər şeyi ən gözəl xəlq edən, yön verən Aləmlərin Rəbbidir.


Sənan ƏZİMOV - İlahiyyatçı/AZERISLAM.COM

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:50
GÜNƏŞ07:20
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:59
MƏĞRİB [ 3 rükət ]18:28
İŞA [ 4 rükət ]19:53
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka