Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYƏCAN TƏBİLİ

[ Aktual / 2925 dəfə baxılıb ]   
|
 
Hər gün dünyada minlərlə təbii fəlakət olur: yanğınlar, zəlzələlər, yer sürüşmələri, vulkanlar və sair. Təbii fəlakətdir deyə bəzilərinin qarşısı nə zaman və necə alınacağını bilmirik. Harada, necə baş verəcəyini də. Bilmədiyimiz üçün təbii fəlakətlə mübarizə də apara bilmirik. Amma inanın mənə ki, bu fəlakətlərdən daha betər fəlakətlər var. Təbii fəlakətdə minlərlə insan ölə bilər, evlər dağılıb insanlar küçədə qala bilər. Əgər insanla yanaşı insanlıq ölməyibsə kimsənin ac-susuz, evsiz-eşiksiz qalması problem deyil. Xeyirsevən insanlar yardım edəcək, yardıma könüllülər gedəcək və məsələ tez bir zamanda həll olunacaq. Təbii ki, əgər insanlıq ölməyibsə...
Əsas olan bu fəlakətlərdə insanlığın ölməməsidir.

Amma məncə artıq həyəcan təbilini çalmaq vaxtıdır. Ey insanlar! İnsanlıq ölür. Onu təbii fəlakətlər deyil, ideologiyalar öldürür. Və insanlıq öldükdən sonra yer üzündə gəzən “bəşərin” ölməsi fəlakət olmayacaq. Ən yaxşı halda yaxşı ki, tufan oldu, tüğyanı bitirdi deyəcəyik...
Ölən insanlıq olduqdan sonra insanın yaşamasının və ya yaşayırmış kimi olmasının heç bir mənası yoxdur.

Bu günün gənclərinə baxanda 20 il öncəki gəncliyimizin həsrətini çəkdiyimi anlayıram. Əlbəttə bunu bütün gənclərə aid etməsəm də böyük kütlə ürək ağrıdan bir həyat sürür. Sosial şəbəkədə paylaşılan foto və videolar bunu söyləməyə əsas verir. Bir zaman həyat yoldaşının, qızının adını başqasının dilindən duymağı qeyrətinə yaraşdırmayan kişilərimiz vardı (təbii ki, indi də var, amma sayları getdikcə azalır). İndi həyat yoldaşının yarıçılpaq şəkillərini facebook, instagram kimi sosial şəbəkələrdə paylaşmaq dəb halını alıb.
Əvvəl valideynlər övladlarına bir qız alarkən, bir oğlanla evləndirərkən gedib onun qonşusundan məlumat toplayırdı. Sorub, araşdırırdılar. Kimdir, nəçidir, necə həyat sürür... İndi ehtiyac yoxdur. Açırsan facebook səhifəsini bütün informasiyanı öyrənirsən. Harada, kiminlə, nə zaman nə yeyib, nə içib. Kimin toyunda nə geyinib, necə oynayıb. Təzə nə alıb. Nə düşünür... Bir sözlə sosial şəbəkə reklam obyektinə çevrilib. Kimin nəyi var, - bəzən olmayanı da varmış kimi göstərməsi də başqa bir dərd, - şəklini çəkib paylaşır.

Bir zamanlar yediyimiz yeməyi qonşumuz ilə paylaşırdıq. İndi yediyimizin şəklini paylaşırıq. Bir zamanlar dostlarımızı tanıyırdıq, indi adlarını bilirik, bir çoxunun üzünü isə heç görməmişik. Artıq ad günü təbrikləri də, hədiyyəsi də sosial şəbəkələrdən verilir. Bir zaman 3 dostumuz vardı, 5 düşmənimiz. Kiminlə dost olub olmadığımızı da bilirdik. Hədiyyəmiz də ucuz olsa da qəlbdən gəldiyi üçün sevilirdi, sevindirirdi. İndi tanımadığımız “yaxın dostumuzun” ad günü oldumu hədiyyə almağa gərək yoxdur. Facebook səhifəsinə ya bir dəstə çiçək şəkli və ya bir dənə tort şəkli göndərirsən bu da olur hədiyyəsi. Nə kontur xərcləyib təbrik edirsən, nə zaman xərcləyib gedib görüşürsən, nə də pul xərcləyib hədiyyə alırsan. Bir status yazırsan vəzifən bitir.

Sadəcə bu qədərmi...
Sosial şəbəkələrdə paylaşılan videolar insanlığın can üstündə olduğuna dəlildir. Bir neçə fərqli qrupdan olan gənclər dünyaca məşhur (!) “Harlem Shake” rəqsini təhrif edilmiş formada oynayıb, oynadıqları rəqs də bəh-bəhlə Youtube yükləyib. Baxdıqca bilmirsən bunların azərbaycanlı olduğuna üzüləsən, ya bir neçə ilə valideyn ola biləcəkləri ehtimalına. Bu gənclər kimi tərbiyə edəcəklər və necə? 20 ildən sonrakı gənclik necə olacaq? Atası bu gün bulvarda Harlem Shake oynayan bir uşağın gələcəyini düşünmək belə istəmirəm. Bu gənc necə bir ata olacaq? Və ümumiyyətlə ata olacaqmı? Bu da çox böyük sual altındadır.

Bir zaman bəzi insanları cinsi azlıq kateqoriyasına salmış, onlara ürək ağrısı ilə “xəstədir” deyirdik. Azlıq olduğu üçün bəlkə də çox diqqət çəkmirdilər. Mənim gənclik illərimdə onların ilk nümayəndələrini ya döyər, ya söyər, ya da təhqir edərdilər. Onlar da bir az abır həya edər (!) sadəcə gecələr küçəyə çıxardılar. Gündüz insanların arasında gəzməyə utanardılar. Necə də olsa yəqin abırlarını tamamən itirməmişdilər. İndiki sələfləri isə dünyaya meydan oxuyurlar. Biz olmasaq sizi Avropa Şurasına qəbul etməzdilər deyib “haqlarını” tələb edirlər. İnsanlığın haqqı ölür. Allahın qoyduğu qanunlar, insanlığın var olması və yaşaması üçün olan qanunlar tapdalanır heç kimin vecinə deyil. Cinsi azlığın (!) haqqı pozulurmuş. Onların haqqını elə qoruduq ki, bizim haqqımız pozuldu. Haqqımız pozulduqca isə biz azlıq olmağa başladıq. Qorxuram ki, 20 ildən sonra normal insanlğın haqqını “azlıq”dadır deyə heç Avropa Şurası da qorumasın. Necə olsa azlıqdır. Özünü müdafiə edə bilməz deyər və qalan haqlarını da o pozar.

20 il öncə küçədə qızla oğlanı bir az ədəbdən kənar vəziyyətdə görərkən qınayan bizlər indi qızla oğlanı bir yerdə görməyin həsrətini çəkirik. Oğlanlar “qızlaşdıqca”, qızlar da “oğlanlaşır”.
Bu gün övladını evləndirmək istəyən valideynlərə amandır toydan əvvəl o gəncin sosial şəbəkədəki həyatına bir göz atın demək istəyirsən. Bəlkə xəbəriniz yoxdur, oğlunuz keçmişdə oğlan olmuş biri ilə evlənir. Və ya qızınız öz cinsi ilə nikaha girir.

Məşədi İbad demiş :
- Adə, bir gətirəndə baxmazlar ki, bu gəlin qızdır, ya oğlan?
- Məşədi, gəlin qız olar da.
- Bu, oğlan çıxdı.

Bu faciəni toy günü yaşamayasınız deyə, gəlini gətirmədən öncə bunu bir araşdırın.

P.S. (Lut): “Bilin ki, mən bu etdiklərinizə görə sizi nifrətlə qınayıram” dedi. (Allaha yönələrək) “Rəbbim!” (dedi), “Məni və ailəmi bunların etdiklərinin (bəlasından) xilas et!” (Şuara, 168-169)



Rüzgar Keskin/azerislam.com
Məqalələrimizdən istifadə etdikdə istinad vacibdir
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:17
GÜNƏŞ06:15
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:01
İŞA [ 4 rükət ]22:51
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka