Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Elm Sizsiniz !!!

[ Elm / 5887 dəfə baxılıb ]   
|
 
Toplumların maddi - mənəvi hər bir sahədə inkişaf edib yüksəlmələri o cəmiyyəti meydana gətirən fərdlərin savadlı və ya elmli olmaları ilə mümkündür. Elm öyrənməyin yolu da təlim, tərbiyə və tədrisdən keçir. Bundan dolayıdır ki, uca dinimiz İslam da elm öyrənməyə və başqalarına öyrətməyə böyük önəm vermişdir. Hamımızın bildiyi kimi Qurani-Kərimin nazil olan ilk ayəsi “Səni yaradan rəbbinin adı ilə oxu!” (əl-Ələq, 96/1) əmridir. Allah Təalanın peyğəmbərimiz Həzrət Muhammədə (sallallahu aleyhi və səlləm) və onun şəxsində bütün insanlığa ilk xitabının “Oxu!” əmri olması İslamın oxumağa, öyrənməyə, elmə verdiyi dəyəri açıq şəkildə göstərir.

Elm insanı ucaldan amildir. Allah torpaqdan var etdiyi Həzrət Adəmə bütün adları öyrətmiş, ona mələklərin sahib olmadıqları bilgini vermiş və bu xüsusiyyətindən dolayı da onu yer üzünün xəlifəsi təyin etmişdir. (əl-Bəqərə, 2 / 30 - 33) Digər Quran ayəsində də mövzu ilə əlaqədar olaraq belə buyrulur: “De ki, heç bilənlərlə bilməyənlər eyni olarmı? Ancaq ağıl sahibləri öyüd alarlar” (Zumər, 39 / 9). Əgər biz Qurani-Kərimi diqqətlə oxusaq elmlə, düşünməklə bağlı tez- tez təkrarlanan müxtəlif ifadələrin olduğunu görərik. Bir çox ayə “Onlar heç düşünməzlərmi?” deyə bitir. Burada Allah “düşünmək “sözünü bir yerdə“ tədəbbür”, digər ayədə “təfəkkür”, başqa bir ayədə də “təzəkkür” kəlimələri ilə ifadə etmiş (“təfqahun”, “təqilun” kimi düşünmək, fikirləşib ibrət almaq “sözlərini də bura aid etmək olar) və Özünün də elmə nə qədər önəm verdiyini bütün aydınlığı ilə ortaya qoymuşdur. Bunlardan ibrət almaq da bizlərə düşər.

Peyğəmbərimiz Həzrət Muhamməd də bir çox hədisində elm sahiblərinin üstünlüklərindən bəhs etmişdir. Hədislərindən birində buyurur: “Elm sahibinin abiddən (ibadət edəndən) üstünlüyü, ayın ulduzlardan üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra nə bir dinar buraxdılar nə də dirhəm. Alimlər isə elm miras buraxarlar. Deməli elm alan böyük bir nemət qazanmışdır. “(Buxari, Elm, 10; Tirmizi, Elm,19).
Başqa bir hədisində isə elm öyrənmək üçün yola çıxan adamın Allah yolunda olduğunu xəbər verir. (Tirmizi, Elm, 2).

Müqəddəs kitabımızda“ Heç vaxt cahillərdən olma! “
(əl-Ənam, 6/35)
“Cahillərdən üz çevir!“(əl-Əraf, 7/199) ayələri də elmsizliyin aşağı səviyyəli mərtəbə olduğuna işarə edir. Çünki hər növ pisliyin, batil inanc və azğın düşüncənin, şirkin və küfrün əsl səbəbi də məhz elmsizlikdir. Elmi olmayan millət ölümə məhkumdur.

Allah Təala sonuncu peyğəmbərinə mal, var-dövlətinin deyil, elminin artırılması üçün dua etməsini əmr etmişdir. Çünki elm özü bitməz, tükənməz xəzinədir. Elm elə bir şeydir ki, təkcə sahibinə deyil, başqa insanlara, hətta canlı- cansız bütün varlıqlara fayda verir. Elmin artması yük deyil, əksinə insanı yüksəldən fəzilətdir. (Riyazussalihin, Tərc. Erk. Yay. C. VI, sh. 156). Elmin dəyərinə şifahi xalq ədəbiyyatımızın bir çox nümunələrində də rast gəlmək olar. Bir atalar sözündə “Elm ağlın çırağıdır”deyilir. Tapmaca janrında isə elmə verilən dəyəri bu misalla göstərmək yerinə düşər: “O nədirki, xərcləsən çoxalar, xərcləməsən azalar” tapmacasının cavabı da elmdir.(Təbi iki, siyahını artırmaq da olar.)

Bilindiyi kimi İslam dini Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrətindən sonra daha da rahat yaşanmaya başlamışdı. Müsəlmanlar artıq namazlarını açıq şəkildə, heç kimdən çəkinməyərək qılmağa başlamışdılar. Məscidlərin sayı artmaqda idi. O dövrdə ərəb cəmiyyətində oxuma- yazma bilənlərin sayı az olduğundan İslam Peyğəmbəri Həzrət Muhamməd (sallallahu aleyhi və səlləm) müsəlmanların savadlanmasına xüsusi diqqət göstərirdi. Bunun üçün də O, döyüşlərdə əsir götürdüyü müşriklərə, müsəlmanlara hərf öyrətməklərinin qarşılığında onları azad buraxacağını vəd etmiş və hər zaman da sözünü tutmuşdur. Peyğəmbərimizin bu sahədəki digər mühüm fəaliyyəti, Məscidi Nəbəvinin yanında “Elmi Mərkəz” də deyə biləcəyimiz “Süffə” adlı bir ərazi ayırmasıdır. Burada kasıb müsəlmanların ehtiyacları qarşılanmaqla birgə onlardan oxuma- yazma bilməyənlərə yardım edilir, Qurani- Kərim öyrədilirdi. Bir neçə il ərzində bu mərkəzdən onlarla Quran hafizi yetişmişdi. Bu ənənə zamanla inkişaf etmiş, müxtəlif formalarda davam etmişdir. İslamın yayıldığı ərazilərdə xəlifələr və ya sultanlar hər zaman alimlərə, elm adamlarına böyük dəyər vermiş, elmin inkişafı üçün mədrəsələr, elm ocaqları, rəsədxanalar tikdirmişlər. Çünki onlar da yaxşı bilirdilər ki, bir dövlətin mövcudiyyətini davam etdirməsi üçün elm birinci dərəcəli amildir.

Təbii ki, elm sahibləri də bildikləri ilə təkəbbürlük etməməli, bildiklərini ehtiyacı olanlara öyrətməlidirlər. Əsl alim sadə, təvazökar, qarşısındakılarla anlayışlı davranandır. Bu barədə belə bir məsəl də var: “ Həqiqi alim çox şey bilən deyil, bildikləri az da olsa onunla əməl edəndir .“Hz. Musanın bir zamanlar müsəlman olan əmisi oğlu Qarun da elmdə yüksək zirvəyə çatmışdı (onun kimya sahəsində, ticarətdə kifayət qədər bilikli olduğu rəvayət edilir). Var dövləti də başından aşırdı. Qurani- Kərimdə bu hadisə belə keçir: “Qarun Musanın qövmündən idi; onlara qarşı azğınlıq etdi (Musanın üzünə ağ olmaqda, özünü hamıdan yüksəkdə görməkdə). Ona o qədər xəzinələr verdik ki, (xəzinələrinin ) açarlarını daşımaq güclü, qüvvətli bir camaata da ağır gəlirdi... “(Qəsəs, 28/76 ). “( Qarun ): “Bu ( var- dövlət ) mənə ancaq öz elmim sayəsində verildi !“ dedi.” (Qəsəs, 28/78 ).“ Biz də onu və sarayını yerə batırdıq. Allaha qarşı ona yardım edəcək bir camaat da yox idi. Özü də özünə kömək edə bilmədi. “(Qəsəs, 28/81). Təkəbbürə qapılıb özünü üstün görməsi həqiqətlərə qarşı gözlərini kor etmiş, sonunda da imanından döndərmişdi. Nəhayət Firon və ordusunun yanında yer aldı. Elmi olub onunla əməl etməyənə ağlı əziyyət verər.

Təəssüflər olsun ki, bir zamanlar elmi ilə dünyaya meydan oxuyan və ya örnək olan İslam aləmi indi özü elmi baxımdan geridə qalıb. Bir zamanlar dünya elminə İbn Sinalar, Farabilər, İbn Rüşdlər, Kindilər (siyahını davam etdirmək də olar ) verən İslam aləmindən bu gün bu dahilərin adlarını belə eşitməyən nəsil yetişməkdədir. Öz dövrlərində yazı ləvazimatları tapmaqda çətinlik çəkən, səhər gün işığında axşam da şam işığında qiymətli elmi əsərlər yazan, unudulmaqda olan həmin nəsil, bu gün hər cür imkana sahib olub da öyrənməyə meyl etməyən gəncləri görsəydi nə edərdi?

Onların nə deyəcəklərini biz bilməsək də bütün bu imkanların hesabını Uca ALLAH’ın soruşacağı dəqiqdir. İslamın ilk dövrlərində insanlar Quranın nazil olan ayələrini sümüklərin, parçaların və ağac budaqlarının üzərinə yazardılar. Bu gün küçəyə atılan əşyalar arasında lazımsız hesab edildiyi üçün dəftər, kağız, qələm belə görmək mümkündür. Bunları öz gözümlə gördükdə isə elə fikirləşirəm ki, biz qələm, dəftər, kitabları atmaqla elmi də atmış oluruq. Bəlkə də əksinədir; bu qədər haqsızlığa, təhqirə dözməyən elm özü bizi tərk edir. Nə qədər də qəribə səslənir: “Elm İslam aləmindən küfr aləminə hicrət edir?” Görəsən elm nə zaman qovulduğu torpaqlara yenidən dönüb oraları fəth edəcək? Eynilə 630-dakı kimi. Amma qorxuram ki. bu dəfə...!

Həqiqətən də çox maraqlıdı. Axı niyə bizlər Allahın “ Oxu! “ əmrini “Oxuma!” kimi qəbul edirik? Halbuki Quranla əlaqələri olmayan qərblilər bu əmrlərin qüdsiyyət mənbəyinə bağlı olmadan və ya fərqində olmadan həmin ayələrdəki hikməti t’tbıq etmiş; dənizləri, qurunu, havanı fəth etmişdir. Axı bu missiya biz müsəlmanların haqqı idi. Aya biz gedəcək və oraya bilmirəm neçə ulduzlu amerikan bayrağı yerinə TÖVHİD bayrağını biz asacaqdıq?!
(N. F. Kısakürek)

Bəlkə bizi geri salan elə bir-birimizi, keçmişimizi durmadan tənqid etməyimizdir. Biz tənqid etməyi bacarırıq. Tənqid etməyə xərclədiyimiz vaxtımızı daha faydalı işlərə sərf etsəydik bəlkə az da olsa irəliləmişdik elm yolunda...! Bəs görəsən biz özümüz neyləmişik bu yolda? Tənqid etməyə haqqımız varmı??? Əslində insan özü kəşf olunmamış bir müəmmadır. Başdan ayağa sirli elmdir. Özünü kəşf etməmiş göyləri axtarmağa çalışan varlqdır insan. Böyük bir elm daşıyırıq özümüzdə. Heç xəbərimiz yox imiş. Deməli biz həm də müəyyən qədər elmin “özü” yük.

Elə isə ey insanlar, ELM sizsiniz..!
ALLAH qatında isə ELMsizsiniz!!!



Şamo KAZIMOV-İlahiyyatçı/Azerislam.com

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka