Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BAHİRA HADİSƏSİ

[ Islam tarixi / 6134 dəfə baxılıb ]   
|
 
Siyər kitablarımızda haqqında ən çox danışılan hadisələrdən biri də Rəsulullahın uşaqlıq illərində Bahira adlı bir rahiblə görüşdür. Bu görüş həqiqətən olubmu?

Rəsulullah təxminən 9-12 yaşlarında [yaşı barəsində fərqli rəvayətlər var] əmisi Əbu Talibdən xahiş edərək onunla birlikdə Şam bölgəsinə gedən ticarət karvanına qoşulmuşdur. Şama doğru yola çıxan bu karvanın səfəri ərəfəsində baş verildiyi iddia edilən Bahira hadisəsində kitablarımızda verilən məlumatların xülasəsi belədir: "Karvan yolundakı bir kilsədə olan və qədim kitablardan bir çox məlumat öyrənən Rahib Bahira Qureyiş karvanı gələrkən bir buludun yalnız bir nəfəri kölgələdiyini, ağac budaqlarının gölgələrinin və daşların ona tərəf uzandığını görür və heç vaxt etmədiyi bir işi edir. Karvandakıları yeməyə dəvət edir. Gələnlər içində axtardığı adamı tapmayınca onu nə üçün gətirmədiklərini soruşar və bir ağac altında oturub [işin qəribi də bu ağacın altında yalnız peyğəmbərlər oturarmış] karvanı qoruyan Abdullah oğlu Muhəmmədi də gətizdirər. Bahira uşağın köynəyini çıxararaq bədəninə baxıb, kürəyində peyğəmbərlik möhürünü gördükdən sonra bu uşağa Lat və Uzza adına and verərək bəzi suallar verir. Uşaq bu bütlərə qarşı əks düşüncəsini dilə gətirdikdən sonra yaşına yaraşmayan ciddiliklə rahibin suallarını cavablandırır. Bundan sonra Bahira ondan atasının olub, olmadığını soruşar, yetim olduğunu öyrənincə Əbu Talibə bu uşağı Şam bölgəsinə aparmamasını tövsiyə edərək, gələcəkdə onun Peyğəmbər olacağının müjdəsini verir və Yəhudilərin onu görüb tanısalar öldürə biləcəklərini söyləyir. Bundan sonra Əbu Talib Muhəmmədi Bilal və Əbu Bəkrə qoşaraq Məkkəyə göndərir.
Başqa bir rəvayətdə isə Zubeyr, Dərris, Təmam adlı üç nəfər Muhəmmədin peyğəmbər olduğunu öyrənib öldürmək üçün ora gəlirlər. Bahira isə onu öldürmələrinin mümkün olmayacağına onları inandıraraq Rəsulun həyatını xilas edir."


Bu tip rəvayətlərə ilk öncə xristian şərqşünaslar sahib çıxmış və Rəsulullahın bu dini Bahiradan öyrəndiyini, sonra da özünü Peyğəmbər elan edərək yaydığını irəli sürmüşlər. Bu rəvayətlərdən istifadə edərək Hz. Muhəmmədin müəllimi səviyyəsinə yüksəltdikləri Bahira üçün “Quran müəllifi Bahira” deməkdən belə çəkinməmişlər. Təhlisin hakim olduğu bir dinin din adamından Muhəmmədin tövhidi öyrənməsi gülüncdür. Bundan başqa 12 yaşında bir uşağın rahiblə bir neçə saatlıq söhbətindən sonra 28 il gözləyib və bu bir neçə saatlıq dərsdən aldığı tükənməz irfanı [!] 23 il boyunca təbliğ etməsi necə mümkün ola bilər? Üstəlik karvanda olan o qədər Məkkəli müşrikin yanında Bahira ona necə “dərs” vermişdir? Və necə olmuşdur ki, daha sonra heç bir Məkkəli müşrik bu hadisəni xatırlayıb, Muhəmmədi ittiham etməmiş, bu sənin gətirdiyin din deyil, sən bunları Bahira adlı rahibdən öyrəndin, deməmişdilər. Rəsulullahı hər şeydə ittiham edən Məkkəli müşriklər necə ola bilər ki, bu hadisəni heç bir zaman gündəmə gətirməmişlər?
Xristian şərqşünaslar Bahira hadisəsinə bu qədər sahib çıxarkən hadisənin həqiqiliyini istər klassiklər, istərsə də müasir alimlərimiz ciddi tənqid etmişdilər.

Bu rəvayətlərə ən mükəmməl tənqidləri Zəhəbi etmişdir. Zəhəbi məsələyə “əgər doğrudursa” [in sahha] ifadəsi ilə başlamış və rəvayətin münkər bir hədis olduğunu bildirdikdən sonra tənqidlərini belə izah etmişdir:
Əbu Talib Peyğəmbəri Əbu Bəkir və Bilal ilə necə geri göndərə bilərdi? Əbu Bəkir Rəsulullahdan 2 yaş kiçikdir. Bilal isə doğulmamışdır. Daha sonra buludların kölgələdiyi bu şəxsə ağacların kölgələri necə uzana bilərdi? Buludlar kölgələdiyi zaman ağacın kölgəsinin olması mümkün deyil. Bahira həyatında nə qədər peyğəmbər görmüşdür və hansı peyğəmbərlər o ağacın altında oturmuşdu? Rəsulullahla İsa Məsihin arasında 6 əsr vardı və bu ağac neçə yaşındaydı? Necə bir ağac idi ki, başqa kimsə onun altında oturmazmış?
Peyğəmbərlik gəldikdən sonra necə ola bilər ki, bu hadisədən nə Rəsulullah, nə Əbu Talib, nə də orda olan müşriklər bəhs etməmişdir? Bundan başqa əgər bu hadisə həqiqətdirsə deməli Rəsulullah uşqalıqdan Rəsul olacağını bilirdi. Bu halda Hira mağarasında ona ilk vəhy gəldiyində niyə qorxmuşdu? Hətta ilk vəhy əsnasında qorxudan intihar etməyi belə düşünmüşdü. Rahib Bahiranın dedikləri doğru idisə, onu bu qədər sevən və üstündə titrəyən Əbu Talib nə üçün daha sonra ona Xədicənin karvanı ilə Şama getməsinə icazə vermişdi? Və onun peyğəmbər olacağını Bahiradan öyrənən Əbu Talib nə üçün nübuvətdən sonra ona iman etmədi?
Gördüyünüz kimi suallar həddən artıq çoxdur və heç birinin də məntiqi açıqlaması yoxdur.

Mövdudi də bu rəvayəti tənqid edərkən belə deyir: Əgər bu rəvayət doğrudursa deməli Rəsulullah 12 yaşında həm özü, həm Qureyişlər, həm Bizanslara qədər hər kəs onun peyğəmbər olacağını bilirdilər.
Quran isə:
“Sən, kitab nədir, iman nədir bilməzdin” [Şura, 52]
“Sən, bu kitabın sənə vəhy olunacağını ummurdun” [Qəssas, 86] deyir.
Quranın inkar etdiyini kim təsdiq edə bilər ki?

Bütün bunlar məsələnin heç də söylənilən kimi olmadığına dəlildir.
Şama gedən karvan yolunda Bahira adlı bir rahibin olması mümkündür. Dinini təbliğ etmək üçün Məkkədən gələn sarvanlara qonaqlıq verməsi də mümkündür. Amma hələ heç bir kəsin bilmədiyi bir həqiqəti onun bilməsi, bunu kitablarında oxuduunu söyləməsi [o kitablarda nədənsə indi bu məlumatlar yoxdur. Bu da məsələnin başqa bir problemli tərəfidir] və bunu Məkkəli müşriklərə söyləməsi gülüncdür. Işin başqa bir maraqlı tərəfi isə rəvayətlərdəki təzaddır: Həm Əbu Talibə onu Şama aparma öldürərlər deməsi və onu öldürməyə gələnlərə “onun Allahın qoruması altında olduğunu, öldürülməsinin mümkünsüzlüyünü ” söyləməsi bir ziddiyyətdir. Quran ona “ölsən və ya öldürülsən” deyərkən öldürülməsinin mümkün olmasından danışır, rahib Bahira isə bunun mümkünsüzlüyünü iddia edir.

Bütün bunlardan sonra bir qeydi də etmək yerinə düşər: Vəfası ilə tanınan Rəsulullahın isə heç bir zaman Bahiradan danışmaması, onun adını heç bir zaman çəkməməsi isə mümkün deyil. Əgər belə bir hadisə olmuş olsaydı bunu şəxsən Rəsulullah dilə gətirər və Bahiranın adını heç olmasa bir hədisində anardı.


Məhmət Azımlı "Siəri fəqli oxumaq" kitabından ixtisarla
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka