Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ELM - TƏRƏQQİ, MƏDƏNİYYƏT VƏ ƏRDƏMLİKDİR

[ Elm / 4650 dəfə baxılıb ]   
|
 
Lüğətdə “Bir şeyin həqiqət və mahiyyətini qavrayıb idrak etmək” mənasına gələn elm sözü eyni zamanda “bilmək”mənası da ifadə edir ve ümumiyyətlə dildə “bilik” qarşılığında istifadə edilir. Klassik lüğətlərdə elm sözü “Bir şeyi həqiqi mənası il’ qavramaq, gerçəklə üst üstə düşən qəti inam (etiqad), əşyanı olduğu kimi bilmək və ondakı gizliliyin ortadan qalxması” kimi müxtəlif şəkillərdə tərif edilmişdir. Elm bilgisizliyin-“cəhl” qarşılığı mənasına da gəlir. Elm məfhumuna Allahın adlarından olaraq da “Allahın duyğularımızla hiss edilə bilən eyni zamanda hiss edilə bilməyən, dərk edilə bilməyən bütün əşya ve hadisələri bilməsi” olaraq da tərif verilə bilər.

Qurani-Kərimdə Allahın ən kamil şəkli ilə bilən bir varlıq olduğu alim, xabir, şəhid, hafiz, muhsi, vasi kimi isimlərlə ifadə edilmişdir. Qurani-Kərimdə elm kökündən olan kəlimələrin təxmini olaraq 750 yerdə keçdiyi görülməktədir. Allah Təalanın elmə, elmin fəzilətinə, elm adamlarına verdiyi dəyər Qurani-Kərimdə daha bariz bir şəkildə dəfələrlə zikr edilir. Məşhur İslam alimi İmam Qəzzali elmin, elm öyrətməyin, elm yolunda olmağın fəzilətləri haqqında dəlillər gətirərək bu yolun adi bir yol olmadığını bir daha insanlara xatırlatmışdır. Həqiqi bir şəkildə elm sahibi olan insan Allahı tanıyar ve ona şahidlik gətirər:

“Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. ( Ali İmran 3/18)

Allah Təala insanlar arasından iman gətirənləri və bu iman gətirənlər arasından da elm bəxş edilənlərin qat-qat dərəcələrlə ucaldıldığını xəbər verir. (Qurani Kərim, Mücadilə 58/11) Yenə İmam Qəzzali təfsir etdiyi bu ayənin açıqlamasında İbn Abbasın (radiyallahu anhu) “Alimlər ilə cahillər arasında yeddi yüz dərəcə fərq olduğunu, hər dərəcə arasının da beşyüz illik yol qədər məsafəli olduğuna aid dediklərini qeyd edir. (İmam Əbu Hamid Muhamməd əl-Qəzzali, “İhyau Ulumid-Din”, c. I, s. 13, İstanbul: Çağaloğlu, 1974)
İmam Qəzzali Allah Təaladan çox qorxanların elm sahibləri olduğunu (Fatir 35/28), axirətin dərəcəsinin elm ilə dərk ediləcəyini (Ənkəbut 29/43) açıqlayır. Hədislərdə də elm, elm adamına verilən dəyərlər öz əksini tapmışdır:

“Allah Təala kimə yaxşılıq diləmişsə, onu din alimi edər ve dininə zərər verən şeyləri ona bildirər, doğrunu ona göstərər”. “Yer və göy əhli alim üçün Allahdan bağışlanma diləyər”. “İman çılpaqdır, libası təqva, zinəti utanmaq, meyvəsi isə elmdir”. Başqa hədislərdə isə alimin Allahın güvəndiyi, onun tərəfindən qorunduğu və ummadığı yerdən ruziləndiriləcəyi, elm əldə edilməyən günün isə Allaha yaxınlaşdırmayan gün olduğu xəbəri verilir. (əl-Qəzzali, “İhyau Ulumid-Din”, c. I, s. 18) Həzrəti Əli (radiyallahu anhu) Qumeylə xitab edərək “ Ey Qumeyl, elm maldan xeyirlidir. Çünki malı sən qoruyacaqsan, lakin elm səni qoruyar. Elm hakim, mal məhkumdur. Mal sərf etməklə azalır, elm sərf etməklə çoxalır” buyurmuşdur. Allah Təala elm ilə insanları irşadlandırmaq üçün bu vəzifəni bəzi seçilən insanlara xüsusi olaraq vermiş və onları dində dərin bilik sahibi olub öz biliklərini yaymağa dəvət etmişdir.(Tövbə 9/122)
Elm yolu çətin bir yoldur. Uzun yol gedirsən, məsafə qət edirsən, düşünürsən ki, artıq bir şeylər öyrəndim, sanki yolun sonunu görməyə başlayırsan ancak bunlar məgər, hələ yolun daha yeni başlanğıcı imiş. Taqətdən, gücdən düşürsən, yıxılırsan ancak yenə sevdiyin və üzərində haqq olan amalın bütün çətinlik, soyuq, qarlar, şaxtalar olmasına rəğmən səni yenidən qalxmağa çağırır. Hələ də az da olsa uzaqdan yolun işıq ucunu görməyə tələsirsən. Ancak bu yolun pillə pillə aşılacağının fərqinə vararaq məsafəni qət etməyə yenidən başlayırsan. Lakin bu yolu seçənlər mükafat olaraq Cənnəti qazanacaqlarını və Mələklərin də elm tələbəsi olanlardan şad olduqları üçün qanadlarını onların üzərinə sərdiklərini unutmamalıdırlar.

Elm öyrənmək eyni zamanda insana özünü, yaradılışının məqsədini dərk etdirir. Odur ki insan öyrəndiyinin qafili olmamalıdır. Əsl elm həmçinin əmələ də sirayət edən bir keyfiyyətdə olmalıdır. Əks təqdirdə bu elmin insana bir faydası olmaz. Yalnız bir fən elmi kimi insanda məhkum olub qalar. Həqiqi bir elm əxz etmək anlayışı isə aldığın elmdən başqalarının da xeyir əldə etməsi olacaqdır. Bu minvalla həm insanlığa, həm ətrafa tərəqqi, mədəniyyət, hüquq, əxlaq, kamillik, ərdəmlik saçması üçün öxuduğumuzun, əldə etmək istədiyimiz elmin faydalı, insanların düşüncə üfqünü genişlədən, Allah yanında bəyənilən, təmiz, xeyirli olmasına əhəmiyyət vermək lazımdır. Əks təqdirdə yalnız əziyyət insanın dostu olacaqdır.

Yazımızı son olaraq dahi Nizami Gəncəvinin elm haqqında söylədiyi bu misralarla bitirmək istərdik:
Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.

Vüsalə QULİYEVA-İlahiyyatçı/AZERISLAM.com

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka