Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VİDA XÜTBƏSİ

[ Peyğəmbərlər / 6418 dəfə baxılıb ]   
|
 
Hicri təqviminin 10 – cu ilinin ən önəmli hadisəsi Rəsulullahın (sas) “Vida Həcci”dir. Rəsulullah (sas) bütün mücadiləsi boyunca sadəcə bir dəfə Həcc etmişdir ki, bu da onun Vida Həccidir. Bu Vida həccindən öncə müsəlmanlardan bəziləri Əbu Bəkrin rəhbərliyi altında bir dəfə həcc etmişlər. Hudeybiyə anlaşmasından sonra isə Hicri təqvimi ilə 7 – ci ildə Rəsulullahla əsabı ümrə ziyarətinə getmişdir ki, bu da “Umrətu’l qisas” adlanır.

“Rəsulullah (sas) bütün mücadiləsi boyunca sadəcə bir dəfə həcc etmişdir” deyərkən qeyri-müslimlərin iştirak etmədikləri həcci nəzərdə tuturuq. Təbii ki, Məkkədə yaşadığı dövrdə o, həcc və ümrə vəzifələrini icra etmişdir, lakin onun yanında müşriklər də həcc edirdilər.
Rsulullah Məkkənin fəthindən, Huneyr və Taif savaşlarından sonra Zülkaidə ayının 25-də həcc etmək üçün Məkkəyə hərəkət etdi.
Rəsulullahın Vida Həcci olan bu həcdə Ərafatda verdiyi xütbə Siyər qaynaqlarımızda “Vida Xütbəsi” olaraq bilinir. Lakin qeyd edək ki, ilk Siyər qaynaqlarımızda onun bu şəkildə uzun bir xütbə verdiyinə rast gəlmirik. İbn Hişam, Tabəri, İbn Sad, Bəlaruzi kimi ilk tarixçilərimiz bu ilk və son həcc barəsində danışsalar da belə uzun bir xütbədən bəhs etmirlər. Vaqidinin kitabında isə qısa bir xütbə yer alıb (Vaqidi, 1111).
Hətta Buxari söylənilənlərin tamamən əksinə Ərafatda uzun xütbə vermənin Rəsulullahın sünnətinə uyğun olmadığını söyləyir (Buxari, Həcc, 92).
Nədvi bu haqda belə deyir: “Bu xütbə, heç bir ravi tərəfindən tam və bir - birinə bağlı bir şəkildə qeyd olunmamışdır. Bu xütbənin hansı gün verildiyinə dair ixtilaf var” (Şibli, I, 510). Əbu Zəhra isə bu xütbənin Ərafatda deyil, Minada olduğunu söyləyir.
Buna görə müəlliflər Rəsulullahın bu həcc əsnasında fərqli məkanlarda verdiyi xütbələri birləşdirib yeganə bir mətn halına salmışlar ki, “Vida Xütbəsi” olaraq bilinən bu mətn xütbələr məcmuasıdır. Bu xütbələrdə Rəsulullahın ümmətinə son tövsiyələri yer alır. “Şahid ol ya Rəbb!” deyərək Allahı da təbliğinə şahid tutan Rəsul ümmətinə son sözlərini deyir:

“Siz mütləq Rəbbinizlə qarşılaşacaqsınız və O sizdən dünyada ikən etdiklərinizin hesabını soruşacaq”
“...Məndən sonra əski adətinizə (dinsizlik) dönüb bir – birinizi öldürməyin!..” “...Faizin hər növünü qadağan edirəm...”
“...Nə zülm edin, nə də zülm edilməsinə razı olun!...”
“...Qan davaları qaldırılmışdır...”
“...Bu gün artıq Şeytan sizin bu torpaqlarınızda iqtidar deyil. Lakin siz qadağan edildiyi halda kiçik işlərinizdə belə ona uysanız o məmnun olar. Dininizi qorumaq istəyirsinizsə heç bir işinizdə ona uymayın...”
“... Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə haqları vardır...”
“...Ey möminlər Ərəbin Ərəb olmayana, Ərəb olmayanın da Ərəbə heç bir üstünlüyü yoxdur! Üstünlük yalnız Allahın davasına bağlılıqdadır...


P.S. Bu gün müsəlman toplumunun gəldiyi bu acınacaqlı vəziyyət Rəsulun bu tövsiyələrinə uymadığındandır. Hesab verəcəyini unudan bir topluluğa döndük. Faizi leqallaşdırdıq. Zülm də etdik, zülm edilməsinə imkan da verdik. Şeytanı torpağımızda, qəlbimizdə, evimizdə iqtidar etməklə yetinmədik, ona şəxsən əsgər olduq, onu himayə etdik. Haqlarımızı unutduq, haqqa girdik. Üstünlüyü məqamda, malda gördük. Allahın davasını gündəmimizə daşımadıq. Və Allahın sözünü unutduq: “Başınıza gələnlər əlinizlə etdikləriniz üzündəndir.”


Əlif / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:21
GÜNƏŞ06:58
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:29
MƏĞRİB [ 3 rükət ]20:27
İŞA [ 4 rükət ]22:00
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka