Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞAQQU’S –SADR HADİSƏSİ

[ Islam tarixi / 4911 dəfə baxılıb ]   
|
 
Siyər qaynaqları “Rəsulullahın süd anası Həlimənin yanında qaldığı zamanlarda yoldaşları ilə oynayarkən səhradan gələn ağ paltarlı iki kişi (İbn İsaq, 32) tərəfindən yerə yatırılıb qarnının yarıldığını və qəlbinin çıxarılıb içindən bir parça qan laxtası şəklindəki günahların təmizlənərək (Zəhəbi, I, 48) bunun ondakı şeytanın nəsibi olduğunu” söylədiklərini bizə nəql edir. Qaynaqlarımız daha sonra "onun qəlbinin qarla (İbn Sad, I, 150) və ya Zəmzəm suyu ilə yuyulduğunu, sonra qəlbinin ümmətindən növbə ilə on, yüz və min nəfərin qəlbi ilə müqayisə edilərək hamısından ağır gəlincə, bütün ümmətdən də ağır gələcəyi (İbn İsaq, 32) qənaətinə varılaraq yerinə qoyulduğunu, kürəyindəki nübuvət (peyğəmbərlik) möhürünün də bu vaxt vurulduğunu, haidisəni görən ögey qardaşlarının bunu analarına xəbər verməsini və Həlimənin də onu təcili olaraq Məkkəyə aparıb anası Əminəyə təslim etdiyini yazırlar” (İbn İsaq, 33).
Rəvayətlərin bir çox fərqli variantları vardır. Bəzi tədqiqatçılar bu variantları toplayıb Merac və ilk vəhydəki də daxil olaraq beş dəfə qəlbinin yarıldığından bəhs edir (Şibli, II, 462-472). Bəziləri isə bunun çoxaldıldığını, əslində isə iki dəfə olduğunu nəql edirlər. Bəzi müəlliflər isə Merac hadisəsindən əvvəl olan bu hadisəsinin ravilər tərəfindən qarışdırıdığını, əslində süd anasının yanında qalarkən belə bir hadisənin olmadığını söyləyirlər.

İndi hadisənin bizə nəql edilən şəkildə gerçəkləşməsinin mümkün olub olmadığını aydınlaşdırmağa çalışaq
1. Qaynaqlarımız, Şaqqu’s Sadr (qəlbin yarılması) hadisəsini İnşirah surəsindəki ayələrlə əlaqələndirməyə çalışmış və hadisənin həqiqiliyini isbat etmək üçün də bu surəni dəlil gətirmişlər. Lakin Quranda bəhs edilən hadisə Şərhu’s Sadr (qəlbin genişlənməsi) olduğu halda onu Şaqqu’s Sadr hadisəsi kimi qələmə vermək doğru deyil və bu ikisinin bir – biri ilə heç bir əlaqəsi yoxdur. Ayəni bu cür şərh etmək də təbii ki, yanlışdır. Quranda, Rəsulullahın məruz qaldığı sıxıntılara qarşı Allahın onun qəlbini fərəhləndirməsi və güvən təlqin etməsi mahiyyətində bir hadisədən bəhs edilir. Onu sıxıntılardan və belini bükən mənəvi yükdən qurtarılması anladılır. Halbuki araşdırdığımız rəvayətlərdə konkret və maddi bir əməliyyatdan bəhs edilir. Bu baxımdan bu hadisəni İnşirah surəsi ilə bağlamaq doğru deyil.
Quranda Şərhu’s Sadr hadisəsi sadəcə İnşirah surəsində keçmir. Taha surəsində Musa əleyhisalam da duasında Allahdan Şərhu’s Sadr (qəlbinin genişlənməsini) tələb edir.

2. Rəvayətlərdə iki kişinin (mələk) gəlib Rəsulullahın qarnını yararaq içindən qan laxtası çıxarıb atmaları və qəlbini yuyub yerinə qoymaları kimi maddi əməliyyatdan bəhs edilir. Hətta bu əməliyyatın izinin sonrakı zamanlarda Ənəs kimi bəzi səhabələr tərəfindən görüldüyü nəql edilir. İlk öncə qeyd edək ki, günah və ya şeytanın pisliyi kimi mənəvi şeylərin təmizlənməsi cərrahi əməliyyat kimi maddi bir təmizliklə mümkün deyil. Pislik əllə tutulan maddi bir şey olsaydı bu mümkün ola bilərdi. Mənəvi təmizlənmək rəvayətlərdəki kimi maddi olan cərrahi əməliyyatla deyil mənəvi təmizlənmək olmalıdır. Quranda bunun bir çox örnəyi var. Bizim günahlarımız qarşısında bizdən “əməliyyat olunmağımız” deyil, tövbə etməyimiz istənilir.
Ənəs kimi səhabələr Rəsulullahın sinəsində bu yaranı görmüşsə nə üçün həyat yoldaşlarının heç biri bu izi görməmiş və nəql etməmişlər?

3. Rəvayətlərdən həddi büluğa çatmayan bu uşağın qəlbində günah və pislik olduğu anlaşılır. Halbuki biz uşaqların məsumiyyətinə inanan bir dinin mənsublarıyıq və bizim dinimizdə Xristianlıqdakı kimi doğuşdan gələn bir günah fikri yoxdur. Bizim inancımıza görə uşaqlar həddi büluğa çatıncaya qədər onlara günah yazılmaz.
Muhəmməd Əbu Zəhranın bu hadisə haqqındakı fikrləri də diqqətə layiqdir: “Bu xəbərlərdə anladıldığına görə Cəbrayın Rəsulullahın qəlbini Zəmzəm suyu ilə yumuşdur. Bu xəbər doğrudursa hadisə Zəmzəm suyundan uzaq bir səhrahda baş vermişdir. Əgər Cəbrayıl özü ilə gətirdiyi bir su ilə qəlbini yumuşsa bu suyun Zəmzəm olduğu haradan məlumdur? Ənəsin anlatdığına görə Rəsulullahın sinəsində yara izini görmüşdür. Bu əməliyyatı bir mələk etmişsə onun maddi izi görülə bilməz.”

Bəzi müəlliflərin dediyi kimi əgər Rəsulullahın nəbiliyi üçün xalqın gözləri önündə ilahi bir elan və ya nübuvət əlaməti olması üçün belə bir əməliyyat lazım idisə bu əməliyyat nə üçün gizli olunmuşdur? Bu əməliyyatda məqsəd toplumu peyğəmbərliyə hazırlamaqdırsa o zaman bu əməliyyat hər kəsin gözləri önündə edilməliydi.
Hadisəni sadəcə iki kiçik (ögey qardaşlar) görmüş və başqa heç bir şahid də (Ərul, 63) yoxdur. Bu yaşdakı (3-4) bir uşaq tərəfindən hadisənin necə danışıldığı və ravi problemləri hadisənin həqiqiliyinə kölgə salır. Bu yaşdakı uşaqların fantaziyası hər kəsə məlumdur. Və Rəsulullah özü bu haqda heç bir zaman danışmayıb. Bu da olduqca düşündürücü bir faktdır.


Məhmət Azimli "Siyəri fəqli oxumaq" kitabından ixtisarla
Əlif / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka