Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İCTİMAİ SAĞLAMLIĞIN MÜHAFİZƏSİNDƏ MİSVAKIN ROLU

[ Müxtəlif / 4186 dəfə baxılıb ]   
|
 
Allah pak olanları (özlərini cismən təmizləyənləri,
mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
(Qurani-Kərim, Tövbə, 9/108 )
“Əgər mənim davamçılarıma çətin olmasaydı
onlara hər namazda misvakdan istifadə etməyi əmr edərdim”
“Misvak ağzı təmizlər, Rəbbi razı edər”
Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) (Buxari və Müslim)


Azərbaycanda tibbi profilaktika istiqamətində aparılmış tədqiqatlar kifayət qədər olsa da (1), hazırda maarifləndirici profilaktik tədbirlərin gücləndirilməsi ilə əhalinin sağlamlığının mühafizəsi daha çox vacibdir.

Misvakın istifadə tarixi haqqında qısa olaraq bunları demək istərdik; məşhur antropoloq Levis misvakın istifadəsi və onun dişlər üçün xeyri barədə b.e.-ya qədər V minilliyə aid Babil əlyazmalarında yazıldığını israr edir. Misvak Babilistandan Qədim Yunanıstana və Roma imperiyasına yayılmaqla Qədim misirlilərin də marağına səbəb olmuşdur. Hindular, yaponlar arasında geniş yayılan misvak barədə yəhudilər də bilirdilər, çünki onun adı Tövratda müxtəlif adlarla çəklir: misvak, sevak, arak, kvesem.

Şərq alimlərindən Ərrazi, Davud əl-Antaki, Əl-İşbili öz işlərini misvakın öyrənilməsinə həsr etmişlər. Lakin misvak haqqında yazılan əsərlərin arasında ən əhəmiyyətlisi dünya şöhrətli Əbu Əli İbn Sinanın “Təbabət qanunu” kitabıdır. Əsərdə misvakın istifadəsi zamanı dişlərin necə təmiz və möhkəm olması barəsində yazılır. İbn Sina bunu onunla izah edir ki, misvak dişləri əhatə edən parodontu xəstəliklərdən qoruyur, xoşagəlməz qoxunu yox edir, ağız boşluğunda xoş dadın əmələ gəlməsinə kömək edir.

Qurani-Kərimdə gigiyena, ictimai sağlamlığın mühafizəsinə yönəldilmiş profilaktik tədbirlər pərəstiş dərəcəsinə qaldırılmışdır. Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) böyük Yaradanın iradəsini bizə çatdıraraq müsəlmanların insanlar arasında ən təmiz təbəqə olduğunu bildirmişdir. Apardığımız sosioloji sorğuda əhalinin gigiyenik cəhətdən savadı, gigiyenik biliklərin səviyyəsi bu faktorların ayinlərin icrası ilə asılılığı öyrənilmişdir.

Gigiyenik qaydalara riayət etmədə ayinləri tam və hissəvi icra edənlərin payının (84,5±1,9%; 76,2±2,5%) yüksək olması əhalinin məhz bu qrupunun gigiyenik cəhətdən savadının artmasında ayinlərin rolunu əks etdirir. Bu baxımdan ağız boşluğunun gigiyenası üçün misvakın müsəlmanların gündəlik həyatına daxil olub, dini ayinə çevrilməsi və bu istiqamətdə aparılmış tədqiqatların nəticələri diqqətimizi cəlb etmişdir. Peyğəmbər təbabətinin ecazkar nümunəsi olan bu unudulmuş gigiyenik vasitəyə diqqətin cəlb olunması hələ də çoxlarının misvakın müalicəvi təsirindən və dünya tibb ictimaiyyətinin araşdırmalarından xəbərdar olmamalarından irəli gəlmişdir.

Ədəbiyyatların təhlili, aparılmış tədqiqatların nəticələri ,əsasında əhalinin maariflənməsini həyata keçirmək təbii ki, vacibdir və bu gün də aktuallıq kəsb etməkdədir.. Stomatoloji xəstəliklərə aid statistik məlumatların analizi göstərir ki, dişlərin kariyesi və parodont xəstəlikləri dünyanın bir çox ölkələrində əhalinin praktik olaraq 100%-ni əhatə edir. Bununla belə, alimlərin bu sahədə coxsaylı tədqiqatları hələ ki, istənilən nəticəni vermir. Deyilən fikri ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən nəşr edilən və “Zdorovye mira” jurnalının 1974-cü ilin mart, 1981-ci ilin VI və 1994-cü ilin 1-ci nömrələrində dərc edilən materialllar da təsdiq etməkdədir. Jurnalın bu nömrələrində yalnız stomatoloji xəstəliklər haqqında məlumat verilir, dünyada yayılmasının dinamik artımı, müasir profilaktik vasitələrin yetərli olmadığı əks olunur. O cümlədən bu jurnalın son nömrəsindən indiyədək elə bir elmi yenilik olmamışdır ki, stomatoloji xəstəliklərin profilaktikası problemini dərindən dəyişdirə bilsin.

Alman alimlərə görə diş pastaları və qarqara vasitələri kariyesin qarşısını ala bilmir (Oxu qəzeti, №010). Bu baxımdan misvakın öyrənilməsi, tədqiqatçıları onun haqqında beynəlxalq konfranslar səviyyəsində danışmağa sövq etmişdir. Almaniyanın Rostok şəhərində yerləşən universitetin Bakteriologiya və Epidemiologiya İnstitutunun rektoru Rodatın ilk dəfə misvak üzərində dəqiq mikrobioloji tədqiqatları onun penisillin kimi yüksək antimikrob effektliliyini, ABŞ, Almaniya və Səudiyyə Ərəbistanından olan tədqiqatçıların misvakın tərkibində 22 xeyirli BAM-in (Bioloji Aktiv Maddələr) olmasını üzə çıxartması təəccübləndiricidir..( Rodat, 1961; Ə.Hələm, 1993).

Tariq Huri apardığı tədqiqatda misvakın tərkibindəki faydalı maddələrin olduğunu aşkarlamışdır. Taha Əl-Ləfi Xani Ababna “Misvak və ağız boşluğunun sağlamlığı” əsərində yazır ki, misvakda olan BAM-patogen mikrobların çoxalmasını ləngidir (1).

Keniyada ağız boşluğu üçün olan müasir gigiyenik vasitələrin-diş fırçalarının, məcunların, sapların və misvakın müqayisəsi diş ərpinin təmizlənməsi üçün ən yaxşı vasitənin misvak olduğu təsdiqlənmişdir. (Daniyelson, 1988).

Məkkə və Ciddə şəhərlərində misvakdan istifadə edən 35-45 yaşında 480 adamı müayinə zamanı parodont xəstəliklərinə daha az təsadüf edilmışdir.

Amerikalı stomotoloqlar assosiasiyası tədqiqat apardıqda əmin olmuşdur ki, misvak öz effektliyinə görə müasir diş fırçalarını, məcunları, sapları və eliksirləri arxada qoyur.

ATU-nun Stomatoloji Cərrahiyyə, Farmaseptik Texnologiya, Mikrobiologiya və Virusologiya kafedrası əməkdaşlarının birgə işləyib hazırladıqları yüksək profilaktik və terapevtik effektli uzunmüddətli təsiretmə gücünə malik xüsusi dərman forması Misvak Plastin preparatı da əhəmiyyətlidir (3).

Mikrobioloji tədqiqatların nəticələri misvakdan alınmış preparatların Cand.albicans, Staph. aureus, Str.mutans, Str.sanguis və E.coli mikroorqanizmlərə qarşı yüksək antimikrob fəallığını göstərmişdir (2, 3).

Bir sözlə artıq elmi ictimaiyyətin müasir tədqiqatları bu unudulmuş gigiyenik vasitəyə diqqət çəkməklə sanki Muhamməd Peyğəmbərin mübarək hədisini xatırlatmaqdadır: “Əgər mənim davamçılarıma çətin olmasaydı onlara hər namazda misvakdan istifadə etməyi əmr edərdim” (Buxari və Müslim). Unutmamaq lazımdır ki, insanlara misvakdan istifadə etməyi tövsiyə edən və yaşadığı nümunəvi həyatla bütün bəşəriyyətə örnək olan İslam Peyğəmbəri (sallallahu aleyhi və səlləm) “Evinə girdiyində işə misvakla başlar” (Müslim 253, Əhməd İbn Hənbəl, Müsnəd 6/188), “yuxudan qalxdığı vaxt, misvakla ağzını ovuşdurardu” (Buxari, Müslim).

Lakin misvakın ağız boşluğu orqanları və bütün orqanizm üçün xeyri barədə olan dini və elmi faktlara baxmayaraq, misvakın istifadəsi hələ də sınaqdan çıxmış xalq təbabəti vasitəsi olaraq, tanınmış ənənəvi təbabət metodlarının siyahısına daxil olmamışdır. Buna görə də Respublikada ictimai sağlamlığın mühafizəsində misvakın rolunun araşdırılması istiqamətində tədqiqatın aparılması planlaşdırılmaqdadır.


Kamran BABAYEV
ATU, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası, Assistent

_____________________________________________________
1 - Həşimov R.Q., Tağıyev S.A., Xandağçı U.N. və Qasımova Z.V., “Misvak və onun XXI əsrdə istifadəsi”. Bakı-2002, 36 səh.; Həşimov R.Q., Tağıyev S.A., Xandağçı U.N., Əliyev M.Q., Zeynalov S.Q., “Yeni “Misvak-Plastin” stomatoloji preparatın mikrobaqarşı fəallığı”, “Sağlamlıq” jurnalı, Bakı, 2001-ci il, səh. 33-35; Ərrazi. “Tibb ensiklopediyası”, I cild, “Dar Əl-kutub əl-elmiyyə” nəşr., Beyrut, 1999-cu il, 487 səh. (ərəb dilində); Rababa T.A. “Misvak və ağız boşluğunun sağlamlığı”, Şərq nəşr. Amman, 1991-ci il. 103 səh. (ərəb dilində); Davud Əl-Antaki. Aptek bitkiləri, “Dar Əl-Mahadta” nəşr., Beyrut, 2000-ci il, 43 səh. (ərəb dilində); . İbn Sina. Təbabət qanunu. II cild, “Əl-fikir nəşr., Beyrut, 1994-cü il, 316 səh. (ərəb dilində); Taha Al-Zafi, Hani Ababneh Zordan “The effects of the misvak (cheving sticks) used in Zordan and the middle East on oral Bacteria”, “Clipical Preventive Dentistru”, 1986, 5(4): p.19-21; Radau el-mostehy and others. “Sivak-as an oral health device (preliminary chemical and clinical evaliation)/ Kuvait, 1981, “Bullitin of islamic medicine”, vol 1, p. 344-352; httr://www.bckfv.ru/raqes/sciena.htm; httr://interstom.rarod.ru/sovet 15 html;

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka