Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞƏQQU`L QƏMƏR

[ Islam tarixi / 5048 dəfə baxılıb ]   
|
 
Bəzi siyər qaynaqlarımız Məkkə dönəmindən bəhs edərkən Rəsulullahın möcüzələrindən biri qəbul etdikləri Şəqqu’l Qəmər hadisəsindən də xüsusi ilə bəhs edirlər. Bu hadisənin meydana gəldiyi dönəm İslam tarixində “baykot illəri” olaraq bilinir. Verilən məlumatlara görə Məkkə dönəminin 8-ci ilində gerçəkləşdiyi qəbul edilən Şəqqu’l Qəmər hadisəsindən Quranda da bəhs edildiyi fikri məsələyə daha da əhəmiyyət qazandırıb. Biz ilk öncə rəvayətlər, sonra da Quranda anladılan hadisə haqqında ayrı-ayrılıqda danışacağıq.

Rəvayətlərdə Şəqqu’l Qəmər
Rəvayətlərə baxaq: Haram ayında baykot tətbiq edilmədiyi üçün Şi’bu Əbi Talib* deyilən bölgəyə sığınan Haşimoğulları bu aylarda çölə çıxa bilirdilər. Belə bir zamanda Rəsulullah, Minada ikən Məkkəli müşriklər ondan möcüzə istəmişlər və o da əlinin bir işarəsi ilə ay yarmış [Buxari, Təfsir, 290], ayın yarısı bir dağın üzərinə, digər yarısı da o biri dağın üzərinə düşmüş və ya Rəsulullahın önündə durmuş [Müslim, Siratu’l Münafiqin, 45] sonra təkrar birləşmişdi. Hadisəni izləyən Məkkəlilər bunun sehrdən ibarət olduğunu söyləmişlər. [İbn Kəsir, II, 483].
Şəqqu’l Qəmər hadisəsi, bizə qədər gələn rəvayətlərin çoxunda bu və buna bənzər formada nəql edilir. Rəvayətləri araşdırdıqda isə bir çox təzadla qarşılaşırıq. Bəzi rəvayətlərə görə möcüzəni müşriklər deyil, Yəhudi alimlər istəmişlər. Halbuki, o vaxtlar ticarət üçün gələn Yəhudilərdən başqa Məkkədə heç bir Yəhudi yaşamırdı. Bundan başqa müşrikərin bir möcüzə istədikləri mövzusunda da problem mövcuddur. İbn Hacər Fəthu’l Bari adlı əsərində “Ənəsdən [hadisəni şəxsən görməsi mümkün olmayan Mədinəli səhabə] başqa heç bir səhabədən Rəsulullahın bu möcüzəni kafirlərin istəyi üzrə göstərdiyi şəklində bir rəvayətə rast gəlmədim” deyir. Bundan başqa belə bir istəyə də müsbət cavab verilməyəcəyini Quran İsra surəsi 59-cu ayəsində açıq olaraq söyləyir.

Hadisənin neçə dəfə baş verməsi də ixtilaflı mövzudur. Bir və iki dəfə deyən rəvayətlərə rast gəlirik [Tabəri, Təfsir, XIII, 111].
İslam tarixi kitablarından daha çox hədis kitablarında rast gəlinən rəvayətlərin ravilərinə diqqət etdikdə 7 isimlə qarşılaşırıq: Ənəs b. Malik, Huzeyfə B. Yəman, Abdullah b. Abbas, Abbdullah b. Ömər, Abdullah b. Amr, Cubeyr b. Mutim, Abdullah b. Məsud. Bu ravilərdən Ənəs və Huzeyfə Mədinədə müsəlman olmuşlar və hadisəyə şahid olmaları mümkün deyil. Ravilərdən Abdullah b. Abbas, Abbdullah b. Ömər, Abdullah b. Amr hadisə baş verdiyi zamanda ya heç doğulmamışlar, ya da ki, çox körpə idilər. Rəsulullah dünyasını dəyişdəndə Abdullah b. Abbas cəmi 10 yaşında idi. Cubeyr b. Mutim isə hadisə baş verdiyində müsəlman deyildi və bu hadisəni müşrik olan və müşrik olaraq da ölən atasından nəql etmişdir. Məkkə dönəmini yaşamış, hadisəni tam olaraq müşahidə etmək imkanı olan səhabələr olduğu halda, hadisəni şəxsən görmək imkanı olmayanların bunu nəql etməsi təsadüfdürmü?

Rəvayətlərin və ravilərin mübahisəli vəziyyəti, bundan başqa mövzu ilə bağlı rəvayətin mütəvatir xəbər dərəcəsinə çatmaması bu hadisənin keçmişdə yaşanmasının şübhəsiz bir dəlilə istinad etmədiyini göstərir.

Quranda Şəqqu’l Qəmər
Şəqqu’l Qəmər hadisəsinə dəlil göstərilən ayə Qəmər surəsinin ilk ayələridir:
“Son saat yaxınlaşacaq və ay yarılacaq [yarıldı]. Amma əgər onlar [son saat düşüncəsini tamamən inkar edənlər, onun yaxınlaşdığı] işarəsini görsələrdi və üz döndərib və tez keçib gedən bir sehrdir” deyərlər.” [Qəmər, 1-2]
Bu ayəni təfsir edən müfəssirlərdən bəziləri yuxarıdakı rəvayətlərə istinad edərək hadisənin Məkkə dönəmində yaşandığını söyləyirlər. Digər müfəssirlər isə bu rəvayətləri qəbul etməyərək hadisənin qiyamət günün gerçəkləşəcəyini söyləyirlər. Tabiun alimlərindən Həsən Bəsri, Ata b. Rabah da ayədəki hadisənin qiyamət günündə yaşanacağını söyləmişlər. Kurtubi, Kuşeyri və Mavərdi kimi alimlər də hadisənin qiyamətdə olacağı fikrini dəstəkləyir və bunun cumhurun düşüncəsi olduğunu söyləyirlər. Aydə keçən “iş açıqlıq qazandı və ortaya çıxdı” ifadəsini də Ərəblərin bir misalı olduğunu, açıq-aydın bir hadisəyə dəlil olaraq istifadə etdiklərini söyləyirlər. Muhəmməd Əsəd isə Şaqqu'l Qəmərin sadəcə bir ay tutulması olduğunu söyləyir və rəvayətlərdə onun fikrini dəstəkləyən məlumatlar da var. Bu baxımdan bəzi tədqiqatçılar da hadisənin keçmişdə yaşanmış bir hadisə deyil, gələcəkdə olacaq bir hadisədən bəhs edildiyini və bu cür keçmiş zaman kəsiyində söyləməyin də Ərəb dilinin qaydalarına uyğun olduğunu bildirirlər. Belə ki, mütləq olacaq bir hadisədən danışıldığı zaman Ərəblər keçmiş zaman formasından istifadə edirlər.
Qurandakı digər ayələrə nəzər salsaq bu qənaətin daha doğru olduğunu görə bilərik:
“Bizi möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi” (İsra, 59)
və ya
“Ona Rəbbindən möcüzələr endirilməli deyildimi? deyərlər. De ki: Möcüzələr yalnız Allahın qatındadır. Mən isə sadəcə açıq-aşkar xəbərdarlıq edənəm...” (Ənkabut, 50) bu ayələr müşriklərin möcüzə istəyinə cavab verilmədiyinə bir dəlildir.
Bundn başqa belə bir möcüzə gerçəkləşmiş olsaydı Məkkəlilərin Rəsulullah haqqında dedikləri “o bir sehrbazdır” sözü doğru çıxmazdımı?

Tarixi yanaşma
Rəvayət və Qurandakı Şəqqu’l Qəmər hadisəsindən sonra bizi daha iki məsələ maraqlandırır. Biri hadisənin tarixi dəyəridir. Yəni söylənilən o hadisənin o tarix dilimində olub-olmamadığını araşdırmaq lazımdır. Hadisənin xronologiyası, tarixi, dönəmi, adət-ənənəsi araşdırılmadan hadisə anlaşılmayacaq.
Şəqqu’l Qəmər hadisəsini bu baxımdan araşdıranda ortaya maraqlı bir vəziyyət çıxır. Rəsullulaha aid edilən bu böyük möcüzə nə üçünsə Məkkəlilərin gündəmində yer almır. Önəmli hadisələri təqvim olaraq [məsələn, fil hadisəsi] istifadə edən Ərəblərin və Məkkəlilərin bu qədər böyük bir hadisə haqqında müsbət və ya mənfi heç bir fikir söyləməmələri diqqət çəkicidir. Gündəmin önəmli hadisələri haqqında yüzlərlə şer yazan Ərəb şairləri də bu barədə susmuşlar. Rəsulullaha aid edilən bu hadisənin Məkkəlilər üzərində heç bir təsir buraxmaması da imkansızdır. Bir haldakı Məkkəli müşriklər möcüzə istəmiş və Rəsulullah da onu gerçəkləşdirmişdi o zaman buna müsbət və ya mənfi bir reaksiya verməli idilər.

Yenə nəql edildiyinə görə Hindistanda belə görülən bu hadisənin təqvimini aya görə quran, yolunu ulduzlara baxaraq tapan, bir gözü hər zaman göylərdə olan bölgə xalqı tərəfində görülməməsi də mümkün deyil.

İkinci önəmli məsələ qaynağın dəyərləndirilməsidir. Bu hadisə ilə bağlı olaraq bizə məlumat verən muahhar [sonrakı, sonradan gələn] qaynaqlar olan “Dəlalu’n Nübüvvə”, “Hasais”, “Şəmail” kimi əsərlərdir. Siyərlə bağlı bizə ilk məlumatları verən qaynaqlar olan Musa b. Ukbə [ö.141], İbn İshaq [ö. 151], İbn Hişam [ö. 213], İbn Sad [ö. 230], Bəlazuri [ö. 279], Yaqubi [ö. 284] və Tabəri [ö. 310] kimi klassik dönəm müəllifləri bu hadisədən kitablarında bəhs etmirlər və bu olduqca önəmli faktdır. Kitabının ön sözündə “ona çatan bütün rəvayətləri kitabına aldığı”nı bildirən Tabəri belə bu hadisədən heç bəhs etməmişdir. Onların bu rəvayəti eşitmədiyini düşünmək doğru deyil. Tabəri tarix kitabında bundan bəhs etməsə də hədis kitabında bu barədə qdanışıb və deməli məsələdən xəbərdar imiş. Bizə görə onlar bu hadisənin olduğunu düşünmədikləri üçün tarix kitablarında bundan bəhs etməmişlər. Hədisçilərin bu haqda danışması isə mümkündür. Çünki onlar, onlara çatan rəvayətləri tarixi baxımdan araşdırmaz, rəvayəti bəzi cərh və tadil metodu ilə alar və ya rədd edərlər. Təfsirçilər üçün də bənzər bir vəziyyət var. onlar da ayələri açıqlamaq üçün əllərində olan məlumatları dəyərləndirmək durumundadırlar.
Tarixçilər isə siyər kitablarında hadisələrin tarixi gerçəkliyini araşdırmış, kitablarında təzada yol verməmək üçün əzm göstərmişlər. Bütün bunları yekunlaşdıraraq qeyd edək ki, bu hadisə haqqında nəinki ilk dönəm İslam tarixi kitablarında heç bir məlumat yoxdur, eyni zamanda Dünya tarixində və ya təbiət elmləri, astranomiya haqqında araşdırmalarda da heç bir məlumat yoxdur. Belə bir yarılma hadisəsi gerçəkləşmiş olsaydı Ayda öz təsirini buraxmazdımı?

* Baykot dönəmində möminlər Əbi Talibin ərazilərindən birində məskunlaşmışdılar

Mehmet Azimli. Siyəri fərqli oxumaq kitabından ixtisarla
Əlif /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka