Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÇEVRİLİŞ

[ Aktual / 3772 dəfə baxılıb ]   
|
 
Dünya dönür dolanır və yenilənir. Dünən əl çatmaz olanlar bu gün tarix olurlar. Hər şey dəyişib, hər şey yenilənsə də dəyişməyən bir şey var: Allahın sünnəti (qanunları) (Əhzab, 62).

Allah hər şeyə bir qanun qoyubsa o zaman nə üçün təbii fəlakətlər, ölümlər, müharibələr, inqilablar olur?
Niyə bir amal və bir məqsəd üçün (Zariyat, 56) yaradılan insanlar mənasız yerə ölür və öldürülürlər?
Kim günahkardır? Ölənmi, öldürənmi ya qədər belə yazlıb? Bu sualı Allaha versək: “Başınıza gələnlər əlinizlə etdikləriniz üzündəndir” (Şura, 30) deyə cavab verdiyinə şahid olarıq. Çünki “Allahın qullarına zülm etmək ehtimalı yoxdur” (Qaf, 29) Demək ki, bu alın yazısı deyil, bizim əməlimizin qarşılığıdır. O zaman bu “qədəri” dəyişmək də bizdən asılıdır.
Allahın hər şey haqqında bir sünnəti var dedik. Dünyada baş verənlər və axirətdə baş verəcək olanlar bu sünnətə tabedirsə bəs o zaman biz bu zülmü necə durdura bilərik?
Cavadı çox sadədir: Çevriliş etməklə... Qılınc və qalxanla, top və tüfənglə, tank və raketlə deyil. Bir zülmü kəsmək üçün başqa bir zülmü işləmək doğru olmaz. O zaman sadəcə bir yol qalır: düşüncəmizi dəyişmək. Bir fərd dəyişəcək ki, bir toplum dəyişsin. Bir toplum dəyişəcək ki, bir ölkə dəyişsin. Bir ölkə dəyişəcək ki, dünya dəyişsin. “Heç şübhə yoxdur ki, bir toplumun fərdləri öz daxili dünyalarını dəyişmədikcə, Allah da o toplumun aqibətini (gedişatını) dəyişdirməz...” (Rad, 11).

Bəli, İlahi qanun öz sözünü deyib: sən dəyiş ki, aqibətin də dəyişsin.
Atəşin yandırma özəlliyinin dəyişməsi, - İbrahim üçün sərin və salam olması, - də Allahın bu dəyişim və dönüşüm qanununa tabedir, Musanın dənizi yarması da, Məryəmin dünyaya atasız uşaq gətirməsi də...
İman atəşlə sınanınca atəş gücünü itirər. Bir qul fidan kimi yetişdirilincə bətni fidana dönər və orda öz meyvəsini, - İsa, - yetişdirər.

Bir toplumun dəyişməsi, əxlaqlı, imanlı, şərəfli... olması üçün hər bir fərd özündən başlamalı, özünü dəyişməlidir. Bir toplumun dəyişməsi bir fərddən asılıdırsa o fərd böyük bir məsuliyyət daşıdığını idrak etməli, axirətdə verəcəyi hesabı yüngülləşdirmək üçün özünü dəyişməyə başlamalıdır.
Mən nə edə bilərəm ki, deməyin. Siz dəyişməklə bütün bir tolumu dəyişə bilərsiniz. Tək əldən səs çıxmaz deyən atalarımız yanılmışlar. Var olan bir əlin də haqqını vermək və onu xeyirdə işlətmək lazımdır. Bir əl, bir milləti, bir ümməti dəyişməyə qadirdir. Yetər ki, onu idarə edən beyin dəyişsin, düşüncə dəyişsin. Çarəni Qurandan axtaran bir ağıl sahibi Quranın metodunu həyatına tətbiq etməklə çarəsiz olmadığını anlayacaq. Atıq yanan atəşlərin üstünə imandan bir əlbisə geyinərək könüllü gedəcək. “Mən yanmasam, sən yanmasan necə çıxar qaranlıqlar aydınlığa” deyərək atəşə ilk atılan o olacaq. O yanacaq ki, milyonlar dirilsin. O yanacaq ki, atəşlər sərin və salamat ola bilsin.
Bir İsa doğulsun deyə Hannələr qurban verəcək. Məryəmlər tər-təmiz fidan kimi yetişəcək, Zəkəriyyalar bu fidanın bağbanı olacaq, Yəhyalar doğulub o meyvəni qoruyacaq...

Bir fərd dəyişəcək, bir toplum iman edəcək.
Bir fərd yanacaq, bir toplum atəşdən əmin olacaq.
Bir ana qurban verəcək, Məryəmlər, İsalar doğulacaq...
Varmı özündən başlayıb dəyişmək istəyən?
Unutmayaq ki, fərqin qəlbindən, ağlından başlamayan çevriliş toplumun ağlına, qəlbinə təsir etməz.
Könüllü yanmaq istəyən varmı?
Unutmayaq ki, atəşə İbrahim olaraq gedilməli ki, İsmayıllar, İsaqlar, Yaqublar... doğulsun.
Qurban verən, həm də yeganə övladını qurban verən Hannələr haradadır?
“Sərvət də övlad da keçici dünya həyatının bəzəyidir; gözəl və saleh əməllər isə Rəbbinin qatında daha xeyirli, ümid etməyə də daha layiqlidir.” (Kəhf, 46)

Bəli, ilahi sünnət dəyişmədi və heç bir zaman da dəyişməyəcək. Heç bir dövrün Nemrudu İbrahimi məğlub edə bilməyəcək. Heç bir zamanın Fironu Musaya qalib gəlməyəcək. Hər bir əsrin bir Hannəsi olacaq. Olacaq ki, insanların kor gözlərini açan, ölüləri dirildən, xəstələrə şəfa verən İsalar doğulsun.
O İbrahim, o Musa, o Hannə... olmaq istəyən könüllülərə Allahın müjdəsi var; Allahın yardımı yaxındır (Bəqərə, 214)

P.S. “Tağuta quluq etməkdən qaçan və Allaha qəlbən yönələnləri cənnətlə müjdələ” (Zumər, 17)
Cənnəti istəyən inqilab etsin. Ayağa qalxaraq əlinin tərsi ilə dünyanı arxaya atsın və “Allahu Əkbər” desin. Üzünü Allaha, kürəyini dünyaya çevirsin. Qiyamda şəhadət gətirsin “La ilahə illallah” deyərək bütün tağutlara müharibə elan etsin. Allahın təkliyini qəbul etdiyini bəyan edərək beynini, qəlbini, ruhunu təmizləsin. Unutmasın ki, qəlbində, ağlında, düşüncələrində etdiyi çevriliş toplumda əks-səda verəcək. Bu gün bir fərd olaraq dəyişəcəksə, sabah arxasında toplumun dəyişmiş halını görəcək.



Rüzgar Keskin/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka