Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMAN NÖVBƏTÇİSİ

[ əqidə / 6212 dəfə baxılıb ]   
|
 
Ən böyük dəyər imandır. Torpaq da, sərvət də, mal-mülk də əldən ələ keçə bilər. Bu gün sənin olan sabah başqa birinin olar. Bir gün qazanarsan, bir gün itirərsən. Davamlı bir oyun oynayarsan dünya ilə. Ya da əksinə o səninlə bir oyun oynayar. Verər aldadar, alar aldadar. Domino daşları kimi həyatını ağdan qaraya, qaradan ağa dəyişər.

İman elə deyil. İman ya var, ya yox.
Varsa sənindir, yoxdursa heç bir zaman sənin olmayıb. Olmadığı üçün də varlığını özləməmisən, darıxmamısan və itirmək qorxusu ilə yaşamamısan. Amma bir də itirmək var.
İmanı itirmək... Bu, mümkünmü?! Təbii ki, mümkündür...

Çünki imanın düşməni var, imanın oğrusu var, imanın qatili var. Elə ona görə də ən böyük növbətçi, imanının keşiyində növbə çəkəndir.
Şeytan, Adəmin imanına düşmənlik bəslədi, onu aldadaraq imanını zədələdi...
Şeytan, Adəmi dünya ilə aldatdı, imanı dünya qarşılığında satın almaq istədi: Əbədi yaşamaq vədi verərək aldatdı...

İmansız yaşamaq həyat deyil ki... İstər bir gün yaşa, istər min il. “Bu dünyada nə qədər qaldın?” sualının cavabı heç bir zaman dəyişməyəcək: “Bir gün, ondan da az.” Bir gündən az bir həyat üçün yaşamağa dəyərmi?!

Şeytan həmin şeytandır,
Elə Adəm də...
Şeytan yenə vəd verir, Adəm yenə aldanır.
Dəyişən bir şey yoxdur.
Yenə həmin ssenari, yenə həmin aldanış. Həmin dalğa, həmin koordinat...

Buna görə də növbətçi olmaq lazımdır. İmanın keşiyində əlində silah növbə tutmaq lazımdır. Sadəcə öz imanını deyil, din qardaşlarının da imanını qorumaq kimi bir vəzifən olduğu üçün ümmətin imanının keşiyində dayanmalısan.

İmanı düşmənlərdən, oğrulardan, qatillərdən qorumalısan. Düşmənçiliyin sənə deyil, imana olduğunu unutmadan yaşamalı, canını deyil, dəyərlərini qorumalısan...

Çünki,
Bir canın var, amma ölümlü deyil. Ölümdən sonra yenə diriləcəksən. Zaman dəyişəcək, məkan dəyişəcək, libas dəyişəcək və can geri qayıdacaq.

Niyə?
Hesab verib əbədi məkan seçmək üçün...
Daşıdığın bu canın hesabını verəcəksən.
İman, bu hesabdan xilas olmağın yeganə açarıdır. Çünki hesabı axirətə saxlamır, bu dünyada hər axşam, hər sabah, hər an səndən hesab tələb edir. Tövbə qapısını sənə göstərir. Səni cəhənnəm əzabından qoruyur.

Sən də onu qoru. Əlinə silah al, imanın keşiyini çək. Onu sadəcə düşmənlərdən deyil, özündən də, öz nəfsindən, arzu və istəklərinin şərindən də qoru.

Çünki,
Qorunmağa layiq olan yeganə dəyərin imanındır.

Çünki,
O da səni qoruyur. Kimsənin qoruya bilməyəcəyi şəfqətlə, məhəbbətlə, şövqlə, istəklə.

Sən onu qorumaqla, özünü, əhli əyalını qoruyursan. Sən onu onun üçün deyil, özün üçün qoruyursan. Bu növbətçilikdə qazana sən olursan. Hər ikiniz SƏNi qoruyursunuz. Sən onu dünyada qoruyursan, o isə səni həm bu dünyada, həm də axirətdə qoruyur.



Rüzgar/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka