Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİLAFƏT:ÖMƏR İBNU'L XƏTTAB DÖNƏMİ [2]

[ Islam tarixi / 7087 dəfə baxılıb ]   
|
 
Ömər İbn Xəttabın müsəlman olması və hicrəti
Hz. Ömər Rəsulullahın (sas) və səhabələrinin ən çətin bir dövründə müsəlman oldu. Rəsulullahı öldürmək üçün əlində qılınc evdən çıxan Ömər evə bir müsəlman olaraq döndü və müsəlman olmasını da heç kimdən gizlətmədi.
Məkkədə İslamı təbliğ etmək imkanı qalmayınca Allahın və Rəsulunun əmri ilə müsəlmanlar əvvəlcə Həbəşistana, sonra da Mədinəyə hicrət etməyə başladılar. Digər müsəlmanlar gizlicə hicrət etdikləri halda Hz. Ömər açıq bir şəkildə hicrət edəcəyini bəyan etdi. Hicrət edəcəyi gün Kəbəyə gedib təvaf edərək iki rükət namaz qıldıqdan sonra oradakı Məkkəlilərə belə dedi:
- Aranızda kim anasını övladsız, uşağını yetim, həyat yoldaşını dul qoymaq istəyirsə bu vadinin arxasında qarşıma çıxsın.
Bu sözləri söylədikdən sonra Ömər (r.a) oradan ayrılsa da heç kim cəsarət edib onu təqib etmədi.

Hz. Ömər Mədinədəki cihad dönəmində Rəsulullahın (sas) bütün qazvələrində iştirak etmiş onu yalnız buraxmamışdır. [1]
Hz. Ömər hilafətə gəldikdən sonra Hz. Əbu Bəkirin düşündüyü kimi xasiyyət etibarı ilə çox yumuşalmış, həlimləşmişdir. O, Dövlətin pulunun ona deyil, ümmətə aid olduğunu bilirdi. Buna görə də sıravi bir insanın yediyindən az yeyir, onların geyindiklərindən daha sadə geyinirdi. Və onun bu davranışı sadəcə müsəlmanları deyil, müsəlman olmayanları da təəccübləndirirdi. [2]

Hz. Ömər haqqında bəzi hədisi şəriflər:
Rəsulullah (sas) Ömərə belə buyurdu: “Ey Xattabın oğlu, nəfsim əlində olan Allaha and olsun ki, Şeytan hansı yolda səninlə qarşılaşsa, yolunu dəyişdirib başqa yola dönər.”
Rəsulullah (sas) belə buyurdu: “Mən cin və insan şeytanlarının Ömərdən qaçdıqlarını gördüm.”
Rəsulullah (sas) belə buyurdu: “Şübhəsiz ki, Allah, Ömərin dilinə həqiqəti qoydu, onunla söyləyir”
Rəsulullah (sas) belə buyurdu: “Ömər cənnət əhlinin lampasıdır.”
Rəsulullah Öməri göstərib belə buyurdu: “Bu adam aranızda yaşadığı müddətcə sizinlə fitnə arasında çox möhkəm bağlanmış bir qapı olacaqdır”
Cəbrayıl Rəsulullaha (sas) gələrək belə dedi: "Ömərə salam söylə və ona de ki, onun qəzəbi izzət, rizası da hökmdür.”
Rəsulullah (sas) belə buyurdu: “ Şübhəsiz ki, Şeytan Ömərdən qorxur.”
Rəsulullah (sas) belə buyurdu: “Göydə Ömərə ehtiram duymayan bir mələk və yerdə ondan qorxmayan bir şeytan yoxdur.”
Rəsulullah (sas) belə buyurdu: “İslam, Ömərin ölümünə ağlayacaqdır” və s. [3]

Hz. Ömərin döyüş siyasəti
Hz. Ömərin xəlifə olduğu zaman istər müsəlman, istərsə də qeyri müsəlman rəiyyətinə qarşı ədalətli davranışı tarixin örnək səhifələrindən biridir.
Burada onun təvazökar xarakterindən, şəxsiyyətindən, İslamı yaşamaqdakı pisin lehinə güzəştə getmədiyi siyasətindən və İslama gəldikdən sonra bütün həyatı boyu göstərdiyi cəsarət və fədakarlıqdan söz etməyəcəyik. Çünki bunlar haqqında ayrı-ayrılıqda bir kitab yazmaq olar.
Bütün insanların əsas düşməni olan Şeytan, sadəcə İslami əmrlərdən heç bir halda vaz keçməyən, güzəştə getməyən müsəlmana yanaşmaz və ondan çəkinər. Rəsulullahın (sas) Ömər üçün dedikləri buna misaldır.

Hz. Ömər İslamın Dövlət rəhbəri olunca daxili və xarici siyasətdə Rəsulullahın (sas) və Əbu Bəkirin yolunu təqib etdi. İslamın savaşla olan təbliğini də onların buraxdığı yerdən davam etdirdi. Bildiyimiz kimi, Rəsulullah (sas) hələ İslam təbliğinin Məkkə dönəmində müsəlmanlara bu hədəfi göstərirdi:
“La ilahə illallah deyin, İran və Bizans sarayları yıxılacaqdır!” Yəni Allahın əmrlərinə qarşı çıxan bütün güclərə, iqtidara qarşı çıxaraq İslamı qəbul edin; insanlığı istismar edən İran və Bizans dövlətləri yıxılacaqdır!...
Rəsulullah (sas) Mədinə dönəmində bu iki super dövlətdən biri olan Bizansın sərhədlərinə yaxınlaşmış, Təbuk səfəri ilə İslam Dövlətinin sərhədlərini bu günkü Ürdün torpaqlarına qədər çatdıraraq İslam qanunlarının oralarda da hökmran olmasını təmin etmişdir. Rəsulullahın (sas) vəfatından sonra onun cihadını Əbu Bəkir davam etdirdi və İraqın cənubuna qədər olan Bizans torpaqlarının hamısı fəth edildi. Hz. Əbu Bəkir vəfat etdiyində Xalid b. Vəlidin komandirliyi altında olan ordular Fihl və Şam qalalarını mühasirədə saxlayaraq insanları İslama dəvət edirdilər.
Bəzi mülahizələrə görə Hz. Ömər İslam Dövlətinin xəlifəsi olan kimi İslam ordusunun baş komandiri olan Xalid b. Vəlidi ordu komandirliyindən azad edərək yerinə Əbu Ubeydə b. Cərrahı təyin etdi. Onun Xalidi vəzifəsindən azad etməsi bəzi dedi-qodulara səbəb olsa da Hz. Ömər qərarından dönmədi. O bu qərarda haqlı idi. Hz. Ömər Xalid b. Vəlidin ardı-ardına qazandığı zəfərlərə görə, - əsas vəzifəsi dövlətə xidmət etmək olan ordunun, - özündən razı hala gələrək qanunverici bir gücə çevrilməsini istəmirdi. Əks halda İslamın yaşaması üçün var olan dövlətin ordunun əmrinə girmə ehtimalı yarana bilərdi. Bu isə çox təhlükəli bir hal idi. Başqa bir sözlə desək Hz. Ömər İslam qanunlarını sözsüz yerinə yetirməsi və güzəştə getmədən həyata keçirməsi üçün mövcud olan dövlət nüfuzunun yox olaraq yerinə ordu baş komandirinin və hətta Dövlət rəhbərinin şəxsi despotizminin yer almasını istəmirdi. Belə ki, onun Xalid b. Vəlidi vəzifədən uzaqlaşdırması şəxsi məsələdən və ya Xalidin hansısa bir günahından qaynaqlanmırdı. Çünki vəzifədən uzaqlaşdırılmağının səbəbini öyrənmək üçün Mədinəyə gələn Xalidə, Hz. Ömər: “Ey Xalid, sən mənim yanımda çox dəyərlisən və səni çox sevirəm” dedikdən sonra Dövlətin bütün valilərinə bu təlimatı göndərdi:
“Mən Xalidi bir yanlışına görə vəzifədən çıxartmadım. Lakin insanlar onu o qədər böyütdülər ki, Allahı buraxıb ona təvəkkül edəcəklərindən qorxdum. Mən, insanların bütün uğurların Allahdan gəldiyini bilmələrini istədiyim üçün belə etdim.”
Dövlət rəhbəri Hz. Ömərin bu həssaslığını görən Xalid Mədinədə qalmaq imkanının olmasına rəğmən ordusuna geri dönərək Əbu Ubeydə b. Cərrahın komandirliyi altında əsgər olaraq cihada davam etdi.

Hz. Ömər özəl olaraq vəzifələndirdiyi poçtalyonlar vasitəsi ilə hər gün ordudan xəbər alır, sanki onların yanında vuruşurmuş kimi ordunu idarə edirdi. Belə ki, komandirlərə də göndərdiyi əmrlərdə hər gün vəziyyəti xəbər vermələri üçün məktub yazmalarını və bu məktubu vəzifələndirilmiş poçtalyonlarla Mədinəyə göndərərək Dövlət mərkəzini hadisələrdən xəbərdar etmələrini istəmişdir. (Tabəri, Tarix, III, 435)



[1] Suyiti, Tarix, s. 116
[2] Muhəmməd Həmidullah, İslam müəssəsələrinə giriş, 101-102.
[3] Bütün bu hədislər Suyitinin Tarix kitabından götürülüb. s. 117-119

Ardı var

Azerislam.com




Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:27
GÜNƏŞ07:56
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:27
MƏĞRİB [ 3 rükət ]18:54
İŞA [ 4 rükət ]20:20
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka