Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİLAFƏT: ÖMƏR İBNU'L XƏTTAB DÖNƏMİ [1]

[ Səhabələr / 6981 dəfə baxılıb ]   
|
 

Hz. Ömərin xilafətə gəlişi Hz. Əbu Bəkirinkindən fərqli olmuşdur. Belə ki, Əbu Bəkirin xilafətə gəlişi bir seçim üzrə olmuşdur. Daha öncəki bölümlərdə də qeyd etdiyimiz kimi xilafətə namizəd olan bir neçə nəfər var idi; lakin nəticədə Əbu Bəkir seçilmişdi. Hz. Ömərin xilafətində isə seçim olmamış, o, bu vəzifəyə təyin edilmişdi. Hz. Əbu Bəkir xəstələndiyi zaman özündən sonra müsəlmanların xilafət məsələsi üzündən ixtilafa düşməsinlər deyə bəzi tədbirlər almışdır. Bunun üçün bəzi araşdırmalar aparmış, hətta rəvayətlərə görə (Suyiti, Tarix, s. 82) bu məqsədlə Abdurrahman b. Avf və Hz. Osmanı yanına çağıraraq onların Hz. Ömər haqqındakı fikirlərini öyrənmiş və onlardan müsbət cavab almışdır.
Başqa bir rəvayətə görə isə Hz. Əbu Bəkir xəstələnincə Ənsar və Muhacirunun öndərlərini toplayaraq onlara belə dedi:
- Gördüyünüz kimi çox xəstəyəm. Məndən sonra sizi idarə edəcək biri lazımdır ki, zalımların zülmünə mane olsun; zəif və gücsüzlərin haqqını qorusun. İstəyirsiniz xəlifəni özünüz seçin, istəyirsiniz də o seçim haqqını mənə verin. Vallahi sizin üçün xeyirli olandan başqa heç nə etmərəm. Bunun üzərinə onlar da xəlifə seçmə haqqını Əbu Bəkirə verdilər. (Diyarbəkri, Tarix, II, 641)
Hz. Əbu Bəkir xilafətlə bağlı bütün araşdırmalarını bitirdikdən sonra Dövlət Katibi işləyən Hz. Osmanı çağıraraq ona bu əmri yazdırdı:
“Rəhman və Rəhim olan Allahın adı ilə. Bu Əbu Kuhafənin oğlu Əbu Bəkirin dünyadan çıxarkən və Axirətə girərkən yəni kafirin iman etdiyi, facirin ikna olduğu, yalançının doğru söylədiyi bu dəqiqədəki əhdimdir. Sizə xəlifə olaraq....” dedikdən sonra ürəyi getdi. Yəni Əbu Bəkirin diktə etdirdiyi cümləsi “məndən sonra” kəlməsində kəsildi.
Hz. Osman çox çətin bir vəziyyətdə idi; və çox güman ki, xəlifənin vəfat etdiyini düşündüyü üçün boş qalan yerə “Ömər İbnu`l Xəttab” yazdı. Bu hərəkəti ilə Hz. Osmanın böyüklüyünü və yüksək əxlaqını müşahidə edirik. Belə ki, o boş qalan yerə öz adını da yaza bilərdi. Lakin o, Hz. Öməri bu vəzifəyə özündən daha çox layiq görmüşdü.
Hz. Əbu Bəkir ayılınca, diktə etdirməyə davam etmək üçün Hz. Osmanın yazdıqlarını oxumasını əmr etdi. Hz. Osman da yazdıqlarını oxumağa başladı:
“...Bu Əbu Kuhafənin oğlu Əbu Bəkirin dünyadan çıxarkən və Axirətə girərkən yəni kafirin iman etdiyi, facirin ikna olduğu, yalançının doğru söylədiyi bu dəqiqədəki əhdimdir. Sizə xəlifə olaraq Ömər İbnu`l Xəttabı təyin edirəm.”
Əbu Bəkir eşitdiklərinə təəccüb etdi. Çünki o, Hz. Ömərin adını söyləməmişdir. Hz. Osmanın bu hərəkətindən məmnun oldu və ona dua etdi.
- Ya Osman, sən xəlifə olmağın bütün şərtlərinə sahibsən, öz adını da yaza bilərdin; lakin Ömərin adını yazdın, Allah səndən razı olsun! (İbnu Şəbbə. Tarihu’l Mədinətu’l-Münəvvərə, II, 667)
Hz. Əbu Bəkir bunları söylədikdən sonra əhdnaməni yazdırmağa davam etdi:
“...Ömər İbnu’l-Xəttab. Onu dinləyin və ona itaət edin! Əgər adil davranarsa, - ki, mən belə davranacağına inanıram, - çox pakizə, yox əgər belə davranmazsa hər kəs öz əməlindən məsuldur. Mən xeyir istədim və qeybi də bilmirəm. “O zülm edənlər çox yaxında necə bir inqilabla yıxılacaqlarını biləcəklər” (Şuara, 227) Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun” (adı keçən əsər, 668).
Əbu Bəkir vəsiyyətnaməsini yazdırdıqdan sonra xilafət möhürü ilə möhürlədib bağladı. Daha sonra yardımçılarından birini çağıraraq:
- Al bu məktubu çölə çıx və müsəlmanları toplayaraq onlara belə de: “Bu ağzı bağlı zərfdə Əbu Bəkirin vəsiyyətnaməsi və onun yerinə gələcək olan xəlifənin adı yazılıb. Əbu Bəkir adı bu kağızda yazılı olan xəlifəyə biət etməyinizi istəyir!”
Əbu Bəkirin bu iş üçün vəzifələndirdiyi adam belə zərfin içində kimin adının yazılı olduğunu bilmirdi. O müsəlmanları bir yerə toplayaraq xəlifənin vəsiyyətini onlara çatdırdı. Onlar da adını bilmədikləri xəlifə biət etdilər. Çünki Əbu Bəkirə güvənirdilər.

Bu hadisədən sonra səhabələrdən bir neçə nəfər Hz. Əbu Bəkirin yanına gələrək ona belə dedilər:
- Şübhəsiz ki, sən Öməri Xəlifə seçdin; sən onun sərtliyini bizdən daha yaxşı bildiyin halda onu bizə xəlifə seçərkən Allahdan qorxmadınmı? O, heç kimi dinləməz, bildiyini edər. Allaha necə hesab verəcəksən? Əbu Bəkir onlara belə cavab verdi:
- Allaha deyəcəyəm ki, yer üzündəki ən yaxşı hesab etdiyim insanı seçdim. (adı keçən əsər, II, 669). Mən Öməri sizdən daha yaxşı tanıyıram. Şübhəsiz ki, Ömər xarakter etibarı ilə bir az sərtdir. Lakin xəlifə olub, məsuliyyəti əlinə alınca başqa cür hərəkət edəcək. Ömər mənim düşündüyüm kimi hərəkət edərsə çox gözə, - və mən məhz belə hərəkət edəcəyinə inanıram, - yox, belə hərəkət etməzsə Allah onu cəzalandıracaqdır!

Bir müddət sonra da Hz. Əbu Bəkir vəfat etdi. (M. Həmidullah, s.101)
Bəzi rəvayətlərdə isə Hz. Əbu Bəkir Hz. Osmanla bu barədə istişarə etmiş, Osman da Hz. Öməri bu işə layiq olduğunu söyləyincə bu qərar kağıza yazılmışdır. (İbn Şəbbə, adı keçən əsər, II, 665-666)
Hz. Əbu Bəkir xəstələnincə, - Rəsulullahın etdiyi kimi, - müsəlmanlara namaz qıldırması üçün yerinə Öməri təyin etmişdir (İbn Kəsir, əl-Bidayə, VII, 18).
Hz. Əbu Bəkir vəfat edincə yeni xəlifə Hz. Ömərə (r.a.) biət edildi.
Bir rəvayətə görə isə (Suyuti, Tarix, s. 82-83) Hz. Əbu Bəkir Hz. Öməri xəlifə olaraq təyin etdikdən sonra onu yanına çağıtdırdı və ona bəzi nəsihətlər verdikdən sonra belə dua etdi:
- Allahım! Mən bu hərəkətimlə onlara xeyirdən başqa bir şey diləmədim. Aralarına fitnə düşəcəyindən qorxdum və Sənin məndən daha yaxşı bildiyini etdim. Onlarla bir içtihad etdim. Onları idarə etmək üçün ən yaxşısını təyin etdim. O, onların ən qüvvətlisidir. Onları irşadda ən əzimli olan odur. Sənin əmrin nə isə o oldu. Onlar sənin qullarlındır. Onlar Sənin əlindədir. Ya Rəbbi onu (Öməri) Xulafay-i Raşidindən et və ona tabe olanları islah et!
Bir rəvayətə görə Hz. Ömər xəlifə seçildiyini duyduqdan sonra Hz. Əbu Bəkirin yanına gələrək bu işin öhdəsindən gələ bilməyəcəyini söyləmişdi. Yataqda xəstə yatan Əbu Bəkir oğlu Abdurrəhmana “Məni qaldır və qılıncımı ver!” deyincə Hz. Ömər: “Məni cəzalandırırsan?” demiş və Əbu Bəkirin təklifini qəbul etmişdi. (Diyarbəkri, Tarix, II, 64)
Başqa bir rəvayətdə isə xəstə olan Əbu Bəkir məscidin minbərinə qədər aparılmasını istəmiş və sonra Öməri seçdiyini elan etmiş və belə demişdi:
- Ey insanlar dünyaya uymayın! Çünki dünya xəyanət edəndir! Axirəti dünyaya tərcih edin və axirəti seçin!

Əbu Bəkir doğru bildiyini etmiş, ondan sonra yarana biləcək fitnədən çəkinmişdir. Onun bu hərəkəti şəxsi və ya siyasi bir gediş deyildir. Elə olsaydı oğlanlarından birini təyin edərdi. Nəinki öz doğma oğlanlarından birini heç qohumlarından birini də seçmədi. Özünə deyil, xilafətə yaxın olanını seçdi.
Yuxarıda da qeyd etdiyimiz kimi Hz. Əbu Bəkir Osmana yazdırdığı vəsiyyətnaməni bu ayə ilə bitirmişdi: “O zülm edənlər çox tezliklə necə bir inqilabla yıxılacaqlarını biləcəklər (görəcəklər)”. Hz. Əbu Bəkir xilafətə ən layiqli olanın Ömər olduğunu düşündürdü, lakin onun sərt bir xarakterə sahib olduğunu da unutmurdu. Müsəlmanların da bu xasiyyətinə görə ondan qorxduqlarını bilirdi. Buna görə də xəlifənin əlinə keçəcək olan bu əhdnaməni məhz bu ayə ilə bitirmiş və bir növ Ömərə nəsihət etmişdir.
Belə ki, Hz. Ömər də bu xasiyyətini bildiyi üçün xilafət məqamına gəlib biət aldıqdan sonra belə dua etmişdir:
- Ya Rəbbi mən sərt xasiyyətliyəm, məni yumuşalt; zəifəm məni gücləndir. (Suyuti, Tarix, 139)
Allah da sevdiyi bu qulunun duasını qəbul etmiş və Hz. Ömər xilafəti boyunca Allah davası üçün, haqq önündə ən yumuşaq xarakterə sahib olmuş, haqsızlıqlar qarşısında isə ən güclü olmuşdu.
Allah yolundakı səxavəti o qədər artmışdır ki, insanlara nümunə olmuşdu.


Ardı var

Azerislam.com




Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:34
ZÖHR [ 4 rükət ]12:47
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:26
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka