Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİLAFƏT: ƏBU BƏKİR DÖNƏMİ [5]

[ Islam tarixi / 6180 dəfə baxılıb ]   
|
 
İslamdan çıxanlara və zəkat verməyənlərə qarşı cihad elan edildi
Rəsulullahın (s.a.s) vəfatından sonra İslamı doğru anlamayan bir qrup müsəlmanlar irtidad etdilər; yəni İslam əsaslarına inanmadıqlarını elan etdilər. (Vakidi, Kitabu’r Riddə s.30-31) İslamda mürtədin, yəni dindən çıxanın cəzası ölüm olduğundan (bax: Buxari, Səhih, bab 2 hədis № 6524) Əbu Bəkir bu insanların üzərlərinə ordular göndərərək onları cəzalandırdı.
Bu ordunu göndərmədən öncə onları xəbərdar etmək, yenidən İslama dəvət etmək üçün onlara məktublar göndərdi. Məktublardan birinin mətni belə idi:
“Bismillahirrahmanirrahim.
Rəsulullahın Xəlifəsi Əbu Bəkirdən, - müsəlmanlığında davam etsin və ya onu tərk etmiş olsun, - bu məktubumun çatdığı hər kəsə!
Salam hidayətə tabe olanlara və hidayətdən sonra dəlalətə, korluğa düçar olmayanların üzərinə olsun! Allaha həmd edir, Ondan başqa İlah və Ona ortaq heç kimin olmadığına, Muhəmmədin də Onun qulu və Rəsulu olduğuna şəhadət edirəm. Onun gətirdiyini alır, rədd etdiyini rədd edirik.
İndi;
Allah Təala Muhəmmədi haqq üzrə müjdələyici və xəbərdar edici olaraq qullarına göndərdi. Eyni zamanda Onun izni ilə insanları dəvət etmək üzrə bir nur olaraq göndərdi. Eyni zamanda onu bütün canlıları xəbərdar etmək və haqq kəlməsini kafirlərin üzərinə hakim qılmaq üçün göndərdi... Allah, onun dəvətini qəbul edənlərə hidayət verdi; Və Rəsulullah ondan üz çevirənlərlə savaşdı. Beləcə insanların bir qismi məcburən, bir qismi də istəyərək müsəlman oldular. Sonra Rəsulullah vəfat etdi. O, Allahın əmr etdiklərini yerinə yetirdi və Ümmətinə nəsihət verdi. Beləliklə də üzərinə düşən vəzifəni icra etmiş oldu. Allah onun ölümünü Quranda zikr etmişdir: "Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcək!” (Zumər, 30) Və başqa bir ayədə isə: “Biz səndən öncə heç bir bəşəri əbədi qılmadıq; sən öləcəksən, onlar əbədimi qalacaqlar?” (Ənbiya, 34) Möminlərə də belə dedi: “Muhəmməd yalnız bir rəsuldur. Ondan öncə də rəsullar gəlmişdir. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi (əski dininizə) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandıracaq” (Ali İmran, 144) Buna görə də kim Muhəmmədə tapırdısa (ibadət edirdisə) bilsin ki, Muhəmməd öldü; kim də tək və şəriki olmayan Allaha tapırsa Allah ona yol göstərir, O, Diridir və Ölməz! O nə uyuyur, nə də unudur. Davasını qoruyur, düşmənindən intiqam alır və onu cəzalandırır. Ona görə də mən sizə Allahın təqvasını tövsiyə edirəm. Onun və rəsulunun verdiyini alın! Onun hidayəti ilə yolunuzu tapın və Onun dininə sarılın. Çünki Allahın hidayət vermədiyi hər kəs dəlalət içindədir. Və şəfa vermədiyi hər kəs xəstəlik içindədir. Və Onun yardım etmədiyi hər kəs də uduzub! Allah kimə hidayət verdisə o, doğru yolu tapmışdır. Kimi azdırmışa o da azğınlıqdadır. Allah belə buyurmuşdur: “Allah kimə hidayət verdisə, o, haqqa çatmışdır. Kimi də hidayətdən məhrum edərsə ona doğru yolu göstərən bir dost tapa bilməzsən” (Kəhf, 17). Birisinin əməli din üzərində qərar tutmayınca ondan qəbul olunmaz. Sizdən bəzilərinin müsəlman olduqdan və onunla əməl etdikdən sonra Allahdan qafil olaraq və Onun hökmlərindən xəbərsiz olaraq Şeytana uyaraq İslamdan çıxdığı xəbərini aldıq. Allah belə buyurub: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Halbuki o sizin düşməninizdir. Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (Kəhf, 50). Yenə Allah buyurdu: “Şübhəsiz ki, Şeytan sizin düşməninizdir. O halda siz də onu düşmən olaraq qəbul edin! O, öz tərəfdarlarını yalnız atəş əhlindən olmaq üçün çağırır” (Fatır, 6). Mən, Ənsar, Mühacirun və onlara gözəl şəkildə tabe olanlardan/tabiindən bir ordu göndərdim. Onlara, heç kimlə Allaha dəvət etmədən vuruşmamalarını və heç kimi öldürməmələrini əmr etdim. Başqa sözlə, kim bu dəvətə tabe olar, yaxşı işlər görərsə ondan qəbul ediləcək onunla vuruşmayacaqlar; bu dəvəti qəbul etməyənlərlə isə vuruşmalarını əmr etdim. Heç kimsədən İslamdan başqa bir şey qəbul edilməyəcək. Kim buna uyarsa onun üçün xeyirli olar; kim də qarşı çıxarsa Allaha heç bir şey edə bilməz! Mən elçimə, məktubumu bütün toplumlara oxumasını əmr etdim. Eyni zamanda getdikləri toplumlarda Azan oxumağı, oxunan bu Azana tabe olanlarla vuruşmamalarını əmr etdim. Azana uymadıqları təqdirdə isə onlarla vuruşmalarını əmr etdim”
(Tabəri, Tarix, III, 250-251).
Hz. Əbu Bəkir İslamdan çıxanlara bu məktubu göndərdikdən sonra onlarla vuruşmağa göndərəcəyi ordu komandirlərinə də İslama xələl gətirə biləcək davranışlardan çəkinmələrini əmr etdi. (eyni mənbə)
Bu zaman bəzi müsəlmanlar da belə dedilər:
“Biz İslamın dörd şərtini qeyd edirik: Kəlmə-i Şəhadəti söyləyirik, namaz qılırıq, oruc tuturuq, Həccə gedirik; lakin zəkat vermirik”
İslamın dörd şərtini yerinə yetirib sadəcə bir şərtini ifa etməyəcəklərini söyləyən bu müsəlmanlar üzərinə də Hz. Əbu Bəkir cihad elan etdi. Bu, son dərəcə mühüm bir qərar idi: Müsəlmanlara qarşı cihad elan etmək!...
Sərtliyi ilə, şiddəti ilə ad çıxartmış olan Hz. Ömər belə Əbu Bəkirin yanına gəlib ona belə deyirdi:
- Sən Rəsulullahın mən insanlar “la ilahə illallah, Muhəmmədin Rəsulullah” deyincəyə qədər onlarla vuruşmaqla əmr olundum. Kim bunu deyərsə canı və malı əmniyyətdə olar, haqq – hüququ və hesabı Allaha qalır” dediyini duyduğun halda müsəlmanlar “zəkat vermirlər” deyə necə vuruşa bilərsən?”
Hz. Əbu Bəkir belə cavab verdi:
- Vallahi onlar zəkat olaraq Rəsulullaha verdiklərini İslam Dövlətinə verməkdən geri çəkilsələr onlarla vuruşacağam. Vallahi, namazla zəkatın arasını açanlarla vuruşacağam; çünki zəkat malın haqqıdır! Ey Ömər! Mən sənin yardımını gözlədiyim halda sən məni tərk edirsən, cahilliyə dönəmində cabbar, İslamiyyətdə zəif və acizmi oldun! Şübhəsiz ki, vəhiy kəsildi və din tamamlandı. Bu dindən bir şey əskildiləcək və mən sağ olacağam, eləmi? Rəsulullah getdi. Onunla bərabər vəhiy də kəsildi Vallahi, əlim qılınc tutduqca onlarla mücadilə edəcəyəm.
Daha sonra Hz. Ömər belə demişdir:
“Vallahi, Allahın Əbu Bəkirin köksünü fərəhlətdiyini gördüm və anladım ki, o haqlıdır” (Suyuti)
Hz. Əbu Bəkir bu qərarı verdikdən sonra Xalid b. Vəlidi İslamın hər hansısa bir şərtini tərk edənlərlə vuruşmağa göndərdi. Yəni Hz. Əbu Bəkir İslamın şərtlərindən birini tərk edəni müsəlman hesab etmir və onlara cihad elan edirdi. “İslam bir bütündür” deyirdi; bir qismi tərk edilincə, o artıq İslam olmur və İslamı bu şəkildə anlayanlara savaş elan edirdi.
Belə ki, Rəsulullah belə buyurmuşdu:
“Kim dinin əhkamını dəyişdirirsə, onu öldürün!”
Əbu Bəkirin bu ciddi addımından sonra insanlar İslamdan bir əhkamı belə azaltmaqdan çəkindilər.

Qurani Kərimin kitablaşması
Buxaridə Zeyd b. Sabitdən gələn bir rəvayətə görə Hz. Ömər Yəmamə savaşından sonra Quran hafizlərinin tükənəcəyi, Quran parçalarının itəcəyi qorxusu ilə Hz. Əbu Bəkirin yanına getmiş və Qurani Kərimin ayələrinin toplanaraq bir araya gətirilməsi xüsusunda narahatlığını bildirmişdir.
“Rəsulullahın etmədiyini mən necə edim?” deyən Hz. Əbu Bəkir sonradan bunun bir zərurət olduğunu anlamış və Zeyd b. Sabiti çağıraraq ona bu vəzifəni vermişdir.
Zeyd b. Sabit də ona verilən bu ağır vəzifəni qəbul etmiş və səhabədən topladığı Quran parçalarını birləşdirərək dəri parçaları üzərinə yazmışdır.
Yeganə Quran nüsxəsi olan bu kitab Hz. Əbu Bəkirin vəfatından sonra Hz. Ömərdə; onun vəfatından sonra da qızı Hafsanın (Rəsulullahın həyat yoldaşı) yanında qalımışdı. Daha sonralar Hz. Osman bu nüsxəni əsas alaraq Qurani Kərim nüsxələrini çoxaltdırmışdı.
Qurani Kərim ayələri Hz. Rəsulullaha asta-asta gəlir, o da gələn yeni ayələri vəhy katiblərinə yazdırırdı. Bundan başqa Cəbrayıl hər il Rəsulullahın yanına gəlmiş o zamana qədər nazil olan ayələri ona oxutduraraq ayələrin itib-batmasının qarşısını almış, ayələri təkrar etdirərək onları Rəsulullahın hafizəsində möhkəm yer etdiyinə əmin olmuşdur. Rəsulullahın vəfat etdiyi il bu hal iki dəfə təkrar edilmişdir; Rəsulullah Cəbrayılın ona Quranı iki dəfə xətm etdirdiyindən vəfat edəcəyini anlamışdır. (Buxari, Səhih, 3426)

Hz. Əbu Bəkirin xəstəliyi və vəfatı
Hz. Əbu Bəkir hicrətin 13-cü ilində, 2 il 7 aya yaxın bir müddətdə İslam Dövlətini idarə etdikdən sonra xəstələndi və bu xəstəlikdən 63 yaşında ikən vəfat etdi. On beş günə qədər davam etdiyi xəstəlik müddətində yerinə namaz qıldırmaq üçün Hz. Öməri təyin etdi (İbnul’l Əsir, əl-Kamil, II, 419).
Bəzi rəvayətlərə görə Əbu Bəkiri Yəhudilər zəhərləyərək öldürmüşlər (eyni əsər, 418), başqa rəvayətlərə görə isə soyuqlayaraq xəstələnmiş və bu xəstəlikdən də ölmüşdür.
Onun xəstəliyi ağırlaşınca Dövlət Katibi olan Hz. Osmanı yanına çağıraraq bir əhdnamə/vəsiyyətnamə yazdırdı və həmin gün axşam vəfat etdi.
Hz. Əbu Bəkir vəfat edincə vəsiyyətinə görə cənazəsini xanımı Əsma binti Umeys və oğlu Abdurrahman yudu. Cənazə namazını da Hz. Ömər qıldırdı. (eyni əsər, 419)
Ölümündən öncə Hz. Peyğəmbərin yanında dəfn edilməyi istədiyindən orada dəfn olundu. Beləcə Rəsulullahın ilk xəlifəsi də vəzifəsini yerinə yetirdikdən sonra “Daru’l Bəka”ya köçdü.
Müsəlman olduğu gündən etibarən Hz. Peyğəmbəri tərk etməyən Əbu Bəkir onunla birlikdə hicrət etmiş, İslam adına olunan bütün savaşlara qatılmışdır. Malını kölə azad etməklə tükədən Hz. Əbu Bəkir qazancının çoxunu Allah yolunda xərcləmişdir. Vəfat etdiyində cəmi bir dinar pulu varmış. Hz. Əbu Bəkir öz vəzifəsini layiqi ilə vermiş və haqqın dərgahına qovuşmuşdur.
Hz. Əbu Bəkirin vəsiyyəti üzərinə ondan sonra Hz. Ömər Xəlifə seçildi.


Azerislam.com




Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka