Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİLAFƏT: ƏBU BƏKİR DÖNƏMİ [4]

[ Islam tarixi / 6786 dəfə baxılıb ]   
|
 
Əbu Bəkir Dövlət rəhbəri seçildikdən sonra müsəlmanları məsciddə toplayaraq onlara təqib edəcəyi Dövlət siyasətini açıqladı.
Nə üçün bunu məsciddə edirdi?
Çünki məscid Dövlətin mərkəzi idi. Elə bir mərkəz ki, ilk İslam Dövlətinin qurulduğu bu məsciddə həm ibadət edilir, həm də Allahın digər əmrləri tətbiq edilirdi. O məscidin minbərində İslam Dövlətinin siyasəti müzakirə olunurdu. O minbər İslam dini və siyasətinin qərargahı idi.
Məhz Dövlət rəhbəri (Xəlifə) Hz. Əbu Bəkir (r.a.) də bu məsuliyyətli məqama, yəni minbərə çıxaraq Allaha həmd və səna edərək siyasi görüşlərini açıqladı:
“Ey müsəlmanlar, sizin ən xeyirliniz olmadığım halda sizi idarə etmək üçün seçildim. Yaxşılıq etdiyimdə mənə yardım edin; pislik etdiyimdə məni düzəldin. Doğruluq əmanət; yalançılıq da xəyanətdir. Sizin yanınızda zəif olanlar, mənim yanımda güclüdürlər; o zamana qədər ki, onların bu xüsusiyyətini onlardan uzaqlaşdırmayım. Yanınızda güclü olanlar da inşallah onlar üzərindəki haqqı alıncaya qədər yanımda gücsüzdürlər. Hansı İslam toplumu Allah yolunda cihadı tərk edərsə Allah ona zillət verər. Hansı müsəlman toplum arasında fuhuş yayılarsa Allah onlara verəcəyi bəla və cəzanı ümumiləşdirər. Allaha və Rəsuluna itaət etdiyim müddətcə mənə itaət edin! Əgər mən Allah və Rəsuluna üsyan edərsəm artıq mənə itaət etməyin” [1]
İndi bu nitqi maddə-maddə təhlil edək:

1. “Sizin ən xeyirliniz olmadığım halda sizi idarə etmək üçün seçildim”
Bu ilk cümləsində onun təvazökarlığını görürük. “Ən xeyirliniz olduğum üçün məni seçdiniz” demir, təkəbbürlənmir, diktatorluq etmir. Çünki o, ilhamını Qurandan və Sünnətdən alırdı; və bu ayəni unutmurdu:
“Allah təkəbbürlənələri sevməz” (Nəhl, 23)

2. “Yaxşılıq etdiyimdə mənə yardım edin; pislik etdiyimdə məni düzəldin”
Bu cümləsi ilə də onun xalqla necə səmimi münasibət qurduğunun şahidi oluruq. İstəyir ki, idarə etdiyi toplum ona “Ey Dövlətin rəhbəri, bu hərəkətlərin doğru, bunlar isə Allahın qanunlarına ziddir” deyərək onu yanlışlardan çəkindirsin. Bəziləri kimi: “Biz hər şeyi bilirik, bizə itaət edin, qarşı çıxmayın!” demir. “Pislik etdiyimdə, yəni Allahın yolundan çıxdığımda məni xəbərdar edin, düzəldin” deyir. Bunu deyərkən də müsəlmanlara bu ayəni xatırladır:
“Allah yolunda olmaqda və Onun ayələrini yerinə yetirməkdə yardımlaşın. Ona üsyan etməkdə və günah işləməkdə bir birinizə yardımçı olmayın” (Maidə, 2)

3. “Doğruluq əmanət, yalançılıq xəyanətdir”
Hz. Əbu Bəkir Allahın Rəsulunun doğruluq, sədaqət və əmanət barəsindəki əmirlərini və yalançılıq xüsusundakı yasaqlarını xatırlayır. “Doğru sözlü olun, yaltaqlanmayın! Danıdıqlarınız açıq-aydıqn, dəqiq olsun! Özünüzün belə inanmadığınız şeyləri söyləməyin! Allaha və Rəsuluna “belə deyirlər” deyə ayə və hədislərə iftira etməyin! Məqam, mövqe, pul, qadın kimi mənfəətlər üçün Allah yolundan çəkilib, yalan söyləməyin, çünki münafiq olarsınız!” deyir. “Allahın qanunlarına üsyan edərək “mən də müsəlmanam” deyə müsəlmanları aldatmayın!” deyir.

4.“Sizin yanınızda zəif olanlar, mənim yanımdagüclüdürlər; o zamana qədər ki, onların bu xüsusiyyətini onlardan uzaqlaşdırmayım. Yanınızda güclü olanlar da inşallah onlar üzərindəki haqqı alıncaya qədər yanımda gücsüzdürlər”
Bu cümlələri ilə də Hz. Əbu Bəkir İslamın zülm mexanizmasını parçaladığını söyləyir və davam edir: “Bizə Quran, yəni Allahın qanunları gəldikdən sonra, heç kim fağır, zəif elan edilərək əzilməyəcək! Bəşəri nizamlara görə qurulmuş olan üstün sinif, üstün irq, üstün ailə, üstün məqam ifadələri yoxdur. Güclü zəifi əzməyəcək; zəngin fağırı istismar etməyəcək, kapitalizmin faizlə dönən çarxları insanları özündən asılı etməyəcək. İnsanın insanı istismar edən qanuna son qoyulub! Və mən, İslam Dövlətinin Rəhbəri, yəni Xəlifəsi olaraq daima zəifin, əzilmişin, fağırın yanında olacağam; onların başqalarının üzərində olan haqlarını alıncaya qədər güclünün və zənginin yaxasını buraxmayacağam. Allahın əmrləri yerinə yetirilincəyə qədər!

5. “Hansı İslam toplumu Allah yolunda cihadı tərk edərsə Allah ona zillət verər”
Hz. Əbu Bəkir bu sözləri ilə müsəlmanın izzət və şərəfinin Allah yolundakı cihada bağlı olduğunu söyləyir. İnsanın yaradılış səbəbi sadəcə Allaha qulluq olduğundan (Zariyat, 56) onun şərəf və izzəti bu qulluğun dərəcəsinə bağlıdır. Qulluq, Allahın Quran vasitəsi ilə bildirdiyi həyat nizamının qanunlarına tamamilə təslim olmaq, Quranın söylədiyi kimi yaşamağa çalışmaq və bunu bütün insanlara təbliğ etməkdir. Bunun əksi təhlükə və zillətdir. Müsəlman, Allahın dininə yardım etməklə, onu təbliğ etməklə təhlükədən xilas olur.
“Allah yolunda mallarınızı xərcləyin. Özünüzü (Allah yolunda cihad etməkdən qaçaraq) təhlükəyə atmayınş (Beləcə) yaxşılıq edin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər” (Bəqərə, 195)

6. “Hansı müsəlman toplum arasında fuhuş yayılarsa Allah onlara verəcəyi bəla və cəzanı ümumiləşdirər”
Fuhuşun (zina) insan toplumu üzərindəki mənfi təsiri çox böyük olduğu üçün Allah onu yasaqlamış və insanın sağlamlığı üçün ailəni əmr etmişdir. Zina edənləri isə cəzalandırmağı əmr etmişdir. Hz. Əbu Bəkir İslam toplumunu ən böyük təhlükədən uzaq durmasını, əks halda Allahın buyurduğu cəzanın hər kəsə şamil olacağını bildirir.
Fuhuş bütün səmavi dinlərdə haramdır və cəzası da çox ağırdır. Yəhudilik və Xristianlıqda evli insan zina edərsə rəcm olunur (daş qalaq edilərək öldürülür). [2] Hətta İncilə görə bir kişinin bir qadına pis gözlə baxması belə zina qəbul edilir. [3]

7. “Allaha və Rəsuluna itaət etdiyim müddətcə mənə itaət edin! Əgər mən Allah və Rəsuluna üsyan edərsəm artıq mənə itaət etməyin”
Hz. Əbu Bəkir xütbəsinin bu son cümləsi ilə Dövlət rəhbəri olaraq ona itaətin hədlərini bəlli edir: Dövlər rəhbəri olduğum müddətcə Allahın qanunlarına, Rəsulun sünnətinə tabe olacağam. Bunu etdiyim müddətdə mənə tabe olun. Əgər Allahın qanunlarını pozub öz qanunlarımı gətirsəm mənə itaət etməyin. İslamın “Ulu’l əmr’ə itaət” qanunu budur.
Əbu Bəkir bu son cümləsi ilə Allahın bu sözlərini xatırladır:
"Ey iman edənlər! Əgər Allahın buyurduqlarını inkar edənlərə itaət edərsinizsə onlar sizi (küfrə) geri döndərər (dünyada da axirətdə də) böyük ziyana uğrayanlardan olarsınız." (Ali İmran, 149)

Usamənin ordusunun cihada göndərilməsi
Daha öncəki məqalələrdə qeyd etdiyimiz kimi Rəsulullah xəstələnincə Usamənin ordusunun Bizansa qarşı göndərilməsini əmr etmişdir. Və Usamənin komandirliyi ilə yola çıxan İsalm ordusu Əl-Curf deyilən əraziyə çatınca da Rəsulullah (s.a.s) vəfat etdi. Rəsulullahın (s.a.s) vəfatından sonra da əvvəllər İslamı qəbul etmiş bir çox Ərəb qəbiləsində irtidad, yəni dindən çıxmaq hərəkətləri başlandı. Bu irtidad nifaq və fitnəyə də qapı açınca İslam Dövlətinin çox güclü olması vacib idi. Usamə ordusunun Bizansa göndərilməsi bu baxımdan çox önəmli idi.
Mədinənin kənarında lager salmış Usamə Hz. Əbu Bəkirin yanına gəlib nə etməli olduğunu soruşduğunda o; “Bir qartalın məni didib parçalaması, Rəsulullahın əmr etdiyindən başqa bir iş etməyimdən daha xeyirlidir” dedi. (Suyiti, Tarix, s.74)
Usaməni ordusunun başına göndərən Əbu Bəkir daha sonra müsəlmanlara xitab edib Usamənin ordusunda olduğu halda Mədinəyə gələnlər varsa onların yenidən silahlarını alıb geri getmələrini əmr etdi. İslam ordusu yenidən Əl-Curuf deyilən ərazidə toplaşınca Usamə ordunun içində olan Hz. Öməri Hz. Əbu Bəkirin yanına göndərərək bəzilərinin onu komandir olaraq qəbul etmədiklərinə görə ordunu Mədinəyə geri gətirmək istədiyini xəbər verdi. Ordudan bir neçə Ənsar da Hz. Ömərə: “Ya Ömər, Əbu Bəkrə söylə bizə Usamədən daha yaşlı bir komandir təyin etsin” dedilər. Hz. Ömər söylənilənləri Əbu Bəkirə anladınca Əbu Bəkir sərt reaksiya verdi: “Qurdlar, köpəklər məni parça-parça etsə də mən Rəsulullahın əmrindən çıxmaram. Bu davada tək başıma qalsam belə mən onun verdiyi əmri pozmaram”. Bunları söylədikdən sonra payı-piyada ordunun yerləşdiyi qərargaha getdi. Yolda onu Usamə qarşıladı. Usamə dəvənin üstündə, Əbu Bəkr isə piyada idi. Usamə:
- Ey Rəsulullahın Xəlifəsi, ya mən enim, sən dəvəyə min, ya da mən də düşüm birlikdə yürüyək, dedi.
- Vallahi sən enməyəcəksən, mən də minməyəcəyəm. Ayaqlarımla Allah yoluna getməkdən bir an üçün də vaz keçmərəm. Çünki cihada gedən qazının attığı hər addımda ona yeddi yüz savab yazılır, yüddi yüz dəfə dərəcəsi artırılır və yeddi yüz günahı silinir.
Əbu Bəkir bunları söylədikdən sonra Usaməyə Rəsulullahın əmrini xatırladıb necə hərəkət etməsinin vacibliyini bir daha xatırlatdı. Sonra isə Usamədən izin istədi:
- Ey Usamə! Əgər sən izin versən Ömər mənimlə qalar, bəzi hallarda onun məsləhətinə ehtiyacım olacaq. Usamə Ömərin qalmasına izin verdi.
Burada çox incə məqam vardır; Əbu Bəkir Dövlətin rəhbəri idi və Usamədən izin almadan da Öməri yanında saxlada bilərdi. Lakin o belə etmir. Çünki Ömər ordunun içərisində bir əsgər idi və orduya cavabdeh olan da Usamə idi. Usaməni orduya komandir olaraq Rəsulullah təyin etmişdir.

Əbu Bəkirin qərarlı davaranışı sayəsində ordu içindəki ixtilaflara son qoyuldu və ordu Usamənin rəhbərliyi altında Bizansa yola düşdü. Bəzi rəvayətlərə görə 40 gün, bəzilərinə görə isə 70 gün davam edən bir döyüş oldu. Ordunun Bizans üzərinə yürüyüşü statejik baxımdan olduqca əhəmiyyətli idi. Rəsulullahın ölümü ilə İslam Dövlətinin yıxılmadığını, İran, Bizans kimi Dövlətlərlə cihad edəcək gücdə olduğunu hər kəs görmüşdür.



[1] Vakidi. Kitabu’r-Riddə, s. 30; İbnu’l Əsir, əl-Kamil, II, 332; İbn Kəsir, əl-Bidayə, VI, 368
[2] La Bible, Levitque, 20)
[2] La Bible, Matthieu 5/28

Azerislam.com




Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:22
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:57
İŞA [ 4 rükət ]22:46
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka