Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NECƏ DƏYİŞƏK?!

[ Aktual / 6528 dəfə baxılıb ]   
|
 



Quranın xəbər verdiyi bir həqiqət var: “Allahın sünnətində heç bir dəyişiklik görə bilməzsiniz”
Allah, nə üçün bunu dönə-dönə xatırladır? Bizlər dərs alaq, anlayaq, idrak edək, düşünək deyə... Çünki Allahın qanunları hər zaman və hər məkan üçün sabitdir. Allahın bəlli bir qanunu dəyişdirməsi də sünnətinə bağlıdır.
Atəşin yandırmaması, İbrahim və Zəkəriyyanın fövqəladə bir şəkildə övlad sahibi olmaları, Davudun səsinə dağların qoşulması, Süleymanın rüzgarı yönəltməsi, qarışqaların, quşların məntiqini anlaması, dənizin yarılması, əsanın ilana çevrilməsi, İsanın doğuluşu... bütün bunlar bizim üçün möcüzədir, çünki onlara məntiqi açıqlama tapa bilmirik. Allah üçün isə möcüzə olmamaqla yanaşı bəlli bir qanuna tabe olan hadisələrdir. Bizdə İbrahim imanı olarsa heç bir atəş bizi yandırmaz, Allah üçün yaşayacaq, onun davasını dava edəcək bir övlad sahibi olmaq istəyiriksə şərtlər bizim lehimizə dəyişdiriləcək, dəniz bizə yol vermək üçün yarılacaq, əlimizdəki bütün əsalar yeri gələrsə böyük bir ilana çevriləcək...
Biz dəyişsək əlimizdəki taxta parçası da dəyişəcək...
Deməli, problem bizdə, bizim imanımızdadır...

Bizim imanımızda bir problem var ki, ilanlar taxta parçasına çevrilir,
Sərin və salamat olmalı olanlar yandırır,
Normal şərtlər olsa belə İsmayıllar, Yəhyalar doğulmur...
Çünki, problem bizdə, bizim imanımızdadır...

Bizlər həmişə kimi isə gözləyirik; kimsə gəlməli və gəlib yanlışları düzəltməlidir. O elə biri olmalıdır ki, atəşlərdə yanmasın, dənizlərdə batmasın. Əlindəki taxta parçasını ilana çevirməyi bacarmalıdır ki, bütün sehrlər batil olsun. Yəhyaları da İsmayılları da, İsaları da o dünyaya gətirməlidir...
Biz isə gözləməliyik...
Çünki, biz özümüz heç nə etməyə “hazır” deyilik... Atəşdə yanmamağa, dənizdə batmamağa, sünnətin bizim üçün dəyişməsinə layiq deyilik...
Səbəbi aydındır: imanımızda problem var...

İmanımızda problem olduğunu bilirik. Amma o “problemi” ciddi qəbul etmirik. Başqalarına baxır, pislərdən örnək alırıq; mən ondan yaxşıyam, mən o birindən üstünəm, mənim atam, babam flankəsinkilərdən üstündür. Şeytanın “mən atəşdən yaradılmışam, o isə torpaqdan” fəlsəfəsini əlimizdə şüar etmişik. Hər şeyi xam maddəmizlə əlaqələndirmişik. Üstünlüyün təqvada olduğunu isə unutmuşuq. Çünki xəyallarımız imkanlarımızdan çoxdur. Xəyalda israf edirik...

Cənnətə getmək istəyirik: axı biz getməsək daha kim gedəcək ki?
Namaz qılırıq, oruc tuturuq, zəkat veririk, ehtiyacımızdan artıq pul tapsaq həccə də gedirik...

Daha nə etməliyik ki?
Uydurduğumuz bəhanələrin arxasında gizlənməkdən başqa əlimizdən bir şey gəlmir.
Səhabələrin etdiyinimi? Yox, biz onu bacarmarıq. O zaman şərtlər başqa idi. Televizor yox, internet yox, telefon yox, alışdığımız əyləncələrin heç biri yox idi. Bütün bunlardan vaz keçmək mümkün deyil.
Çətindir...
Mümkünsüzdür...
Biz “bacardığımızı” edirik. Bundan artığına da gücümüz çatmır...
Allah heç kimə gücünün çatmayacağından artığını yükləməz...
O bilir ki, bizim gücümüz sadəcə və sadəcə bunlara çatır...
Biz şəhid olmaq istəmirik, cihada getməyə hazır deyilik; qoy bunu başqaları etsin.
Övladımız üçün rahat və gözəl həyat istəyirik; axı onlar bizim övladlarımızdır, canımız, ciyərimizdir. Nə onlar, nə də ki, biz çətinliklərə hazır deyilik...
Rüşvət, faiz, zina artıq toplumun “əxlaq normalarına” çevrilib. Filmlərdən təbliğ edilən zinaya eşq dedik, sevgi donu geyindirdik. Kim rüşvətsiz yaşaya bilir ki, mən də yaşayım. Faizə pul verməsək də rahat həyatımızı təmin etmək üçün kredit alır faiz ödəyirik. Axı başqa cür istədiklərimizi əldə etmək mümkün deyil. Və biz həm özümüz, həm yaxınlarımız üçün rahat şərait yaramalıyıq...
Hər kəs təzə model telefon işlədərkən bizim övladımız yoldaşlarından geri qalmalı deyil ki...
Dostları əylənərkən o evdə oturub nə edəcək? Qoy o da əylənsin, dünyadakı nemətlərdən dadsın...
Beş günlük dünyadır...
...
Unuduruq ki, bu 'beş günlük denyanın' altıncı gün hesab günüdür. Bu dünyanın bir də başqa üzü var. Axirət deyilən bir başqa dünya da var. Orda hər kəs istədiyini rahatlıqla, kreditsiz ala biləcək...
Amma o altıncı gün olacaq. Biz isə hələ qarşımızdakı beş günü yaşamalıyıq. Yaşamalı və dünyanın bizə verdiyi “nemətlərdən” kreditlə də olsa faydalanmalıyıq.

Unuduruq ki, İsmayılların doğulması üçün atəşə gedən İbrahim olmaq, atəşə gedərkən dua etmək lazımdır. [Saffat, 100]
Unuduruq ki, Yəyanın doğulması üçün Zəkəriyya kimi “gizli və yalvarıcı səslə” dua etmək lazımdır. [Məryəm, 3]
Övlad sahibi olmaq asandır. Çətin olan onu nə üçün istədiyini idrak etməkdir. [Ali İmran, 38, Məryəm, 5]
Unuduruq ki, Musanın anası kimi yeri gəldiyində övladımızın düşmən qapısında böyüməsinə səssiz qalmalı, özümüzü fəda etməliyik. [Taha, 38-39]
Unuduruq ki, İsanın doğulması Hannə və Məryəmin olması şərtinə bağlıdır. Hannə olmalı, hələ dünyaya gəlməmiş övladımızı Allaha addamalıyıq. [Ali İmran, 35] Məryəm olmalı “tərtəmiz bir fidan kimi” yetişməliyik... [Ali İmran, 37]
Bütün bunları ona görə unuduruq ki, bizim imanımızda problem var. Ayələr isə “xatırlatmaq və xəbərdar etmək” şərtinə bağlı olaraq nazil olub;
Unutduqlarımızı xatırlatmaq, “kreditlərin” aqibətindən xəbərdar etmək üçün...

P.S. Unuduruq ki, cəhənnəmə girmənin şərtləri olduğu kimi, cənnətə girmənin də şərtləri var və “bizdən öncəkilər sınandığı kimi biz də sınanmadan cənnətə girməyəcəyik” [Bəqərə, 214; Ali İmran, 142]


Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:31
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:01
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka