Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XOCALI QƏTLİYAMI və UHUD DÖYÜŞÜ

[ Islam tarixi / 8318 dəfə baxılıb ]     
|
 
Möhtərəm müsəlmanlar! Bildiyiniz kimi bu həftə Fevral ayının 26-sında insanlıq tarixində törədilən ən böyük qətliyamlardan biri olan Xocalı faciəsinin 21-ci il dönümü qeyd edildi. Bu hadisənin əhəmiyyətini və hələdə erməni işğalının davam etdiyini nəzərə alaraq bu günkü xütbəmizdə də məhz bu hadisələr haqqında məlumat vermək istəyirik. Hər dəfə Xocalı faciəsi və uzun illərdir Ermənilərin müsəlman millətimizə qarşı törətdikləri bənzəri qətliyamları nəzərdən keçirərkən İslam tarixində baş vermiş oxşar hadisələr yada düşür. Bunlar arasında hicrətin 3-cü ilində (miladi 625-ci ildə) baş verən Uhud döyüşü və nəticələrini qeyd etmək olar.
Uhud döyüşü çox geniş bir mövzudur, bir deyil onlarla xütbəyə sığmayan bir mövzudur. Allahın əmrindən, Rəsulullah (s.a.s-in) sözündən çıxan möminin başına gələ biləcək fəlakət və faciə Uhudda açıq bir şəkildə özünü göstərmişdir. Bəzi müsəlmanlar döyüşün ən qızğın çağında “necə olsa döyüşü qazandıq” deyərək Rəsulullah (s.a.s-in) “nəyin bahasına olursa olsun öz mövqeyinizdən ayrılmayın” əmrini unudaraq qənimət dalınca, dünya malı arxasınca qaçmış, onlara verilən əmri və döyüşü unutmuşdu. Döyüşü uduzmağa hazırlaşan müşriklər bu vəziyyətdən istifadə etmiş və müsəlmanların zəifləyən mövqelərindən hücum edərək döyüş meydanında müvəqqəti qalibiyyət əldə etmişdilər. Müşriklərin bu müvəqqəti qalibiyyətlərinin hələ o zaman ümumi sayları bir neçə yüz nəfər olan müsəlmanlar üçün aqibəti çox acınacaqlı idi. Döyüş meydanında çoxlu sayda müsəlman yaralı və 70 şəhid var idi.
Rəsulullah (s. a. s) düşmən hücumundan ən ağır yara alanlar arasında idi. Döyüş zamanı Rəsulullah (s. a. s-in) mübarək üzünə daş dəydiyi üçün qabaq dişləri qırılmış, alnı, yanağı və dodaqları yaralanaraq qana bürünmüş, dəbilqəsinin halqaları dərinləməsinə üzünə bataraq yanaqlarında taxılıb qalmışdı. İslam tarixi qaynaqları bu yaralar nəticəsində Rəsulullah (s. a. s-in) çoxlu qan itirdiyi, bundan əziyyət çəkdiyi və o günün namazlarını oturaraq qıldığını rəvayət edirlər.
Uhud günü sağ qalan bütün səhabələrin vəziyyəti bundan fərqli deyildi. Və şəhidlər. Müsəlmanların Mədinədə barmaqla sayılacaq qədər az olduqları bir dövrdə müsəlmanlar 70 şəhid vermişdilər. Lakin iş orasındadır ki, müşriklər müsəlmanlara qarşı elə nifrət, elə kin və küdurət içində idilər ki, onlar Uhud meydanında uzanan müsəlman şəhidlərin cənazələrini belə rahat buraxmamış, şəhid cəsədlərinə “müslə” deyilən işgəncələr etmişdilər. Şəhid müsəlman cəsədləri, onlara tətbiq edilən işgəncələrdən tanınmaz hala düşmüşdü. Rəsulullah (s.a.s-in) əmisi, böyük mücahid Həmzə İbn Abdulmuttalib (r.a-ın) cəsədi deşik-deşik idi, onun qarnı yarılmış, ciyəri çıxarılmış, burnu və qulaqları kəsilmişdi. O zaman mürşik olan və daha sonrakı dövrlərdə İslamı qəbul edən Məkkə lideri Əbu Sufyan İbn Harbın xanımı Hind binti Utbə, Həmzə İbn Abdulmuttalib (r.anhı) şəhid edən Həbəşli Vəhşidən Hz. Həmzənin ciyərini gətirməsini istəmişdi. Bir rəvayətə görə Hind binti Utbə kin və düşmənliyinə şəfa olması diləyi ilə Hz. Həmzənin ciyərini çeynəmək istəmişdi. Lakin dişlərində ciyərin parçalarının sərtliyini hiss edincə onu uda bilməmişdi. Ağzından çıxarmış, yüksək bir qayanın üstünə çıxaraq ucadan bağırmışdı. Müsəlmanlardan almaq istədiyi intiqam hissi o vaxt müşrik olan Hind binti Utbəyə bu iyrənclikləri etməyə vadar etmişdi. Müşriklər çıxıb getdikdən sonra Rəsulullah (s.a.s) döyüş meydanında olan Hz. Həmzənin çətinliklə tanınan cəsədinə doğru getmiş, şəhidin yanına gəlincə onun cəsədinin kəsilib doğrandığını görüncə özünü saxlaya bilməmiş, hıçqırtı ilə ağlamışdı.
Bir başqa şəhid səhabə, Rəsulullah (s.a.s-in) yaxın silahdaşı Abdullah İbn Cahş (r. a-ın) bədən üzvləri müşriklər tərəfindən kəsilmiş, qopardılmış və onun cəsədi də tanınmaz halda idi. Digər döyüş qəhrəmanımız Musab İbn Umeyr (r. a-ın) orqanları kəsilmiş, cəsədi parça-parça edilmiş, o da tanınmaz halda idi. Ənəs İbn Nadrın (r.a) cəsədində səksəndən çox qılınc, mizraq və ox yarası olduğu rəvayət edilir. Müşriklər onun şəhid cəsədinə işgəncə etmiş, onun burnunu, qulaqlarını və digər orqanlarını kəsərək cəsədindən intiqam almış, bu mübarək səhabənin də cəsədini tanınmaz vəziyyətdə qoymuşdular. Cəsədi elə bir tanınmaz vəziyyətdə idi ki, yalnız bacısı onu barmaq uclarından tanımışdı. İslam tarixi kitabları Uhudda olan müşrik qadın və kişilərin döyüş meydanında şəhid olmuş müsəlman cəsədlərinə sərt şəkildə davranaraq onların cəsədlərini deşdiklərini, daxili orqanlarını çıxardıqlarını, şəhid cəsədlərinin qulaq, burun kimi bədən üzvlərini kəsərək, müsəlman şəhidlərin kəsilmiş bədən üzvlərindən özlərinə sırğa, qolbağı, boyunbağı düzəltdiklərini xəbər verirlər.
Bu dəhşətli səhnə sizlərə tanış gəlirmi? Bu vəhşət dolu səhnə sizlərə nəyi isə xatırladırmı? Eyni səhnəni uzun illərdir Müsəlman Azərbaycanlı Türk insanına tətbiq edən nəcisə çevrilmiş, müşrikləşmiş erməni zehniyyətində müşahidə edirik. Ermənilərin soyqırımlarına məruz qalmış millətimizin yaşadığı bütün regionlarda bunu görmüşük. Və Xocalıda. Qadın-kişi, körpə-uşaq, cavan-yaşlı, ağsaqqal-ağbirşək demədən soyuq bir qış gecəsində öz himayədarlarının da dəstəyini alaraq kütləvi şəkildə Rəbbim Allahdır deyən müsəlman Azərbaycanlıları güllə boran edən, onları öldürən, vəhşicəsinə qətl edən, bununlada yetinməyib onların namus, şərəf və qeyrətilə oynayan, xanımını ərinin, gəlnini qaynatasının gözü qabağında soyundurub zorlayaraq cəsədini dəlik deşik edən, cəsədlərə işgəncə verərək onların bütün üzvlərini, skalplarını çixaran, başlarının dərilərini soyan, dirnaqlarını qoparan, gözlərini ovan, dişlərini çıxardan, qulaqlarını, burunlarını, əllərini, qollarını kəsib özlərinə sırğa, qolbağı, boyunbağı düzəltdikdən sonra canlı-cansız bütün bu cəsədləri bir quyuda yandıran, Müsəlman Azərbaycanlı anasının, gənc qadının döşünü kəsərək onu ana fəryadı ilə ağlayan müsəlman körpəsinin ağzına soxan, sonra da hər ikisini məhv edən, hamilə ananın qarnını süngüləyən bir erməni zehniyyəti yalnız və yalnız nəcasətə bulaşmış bir şirk zehniyyətidir başqa bir şey deyildir. 5-6 yaşında, gənc-yeniyetmə qızlarımızı zorlayan, onlara cinsi təcavüz edib onların namus və şərəfini çeynəyən bir erməni zehniyyəti yalnız və yalnız murdarlaşmış bir şirk zehniyyətidir başqa bir şey deyildir. Bunun dini dəyərləndirilməsi budur.

Bu millətin Xocalıda, Qarabağda, erməni dığalarının törətdiyi bütün cinayət coğrafiyalarında namus, şərəf və qeyrətinə keçmişlər. Kim təmizləyəcək bu namus, şərəf və qeyrətimizi? Kim təmizləyəcək bu nəcisi, bu murdarı, bu şirki, bu zülm və işgəncəni? Kim təmizləyəcək bu muşrikləri torpaqlarımızdan, kim? Kim alacaq Müsəlman Azərbaycanlı Türkünün intiqamını, kim? Xocalıda təcavüzə məruz qalan müsəlman ağbirçəklərimizin, ana-bacılarımızın, oğlan və qız övladlarımızın namus və şərəfini kim təmizləyəcək, kim? Torpaqlarımızı bu erməni müşriklərindən kim azad edəcək, kim?

Bu cinayətləri törədənlər, torpaqlarımızı işğal edənlər, namus və qeyrətimizə təcavüz edənlər, Xocalı kimi bənzəri qətliyamları törədərək fiziki olaraq xalqımızı yox etmək istəyən cinayətkarlar Əhli-Kitab deyillər. Əhli-Kitabın müəyyən dərəcədə ümumbəşəri humanist dəyərlər sistemi deyə özlərinə görə ortaya qoyduğu mühüm prinsiplər və həyat tərzi vardır. İslam dini müəyyən çərçivədə əhli-kitaba qarşı tolerantlı olmağı tövsiyyə edir. Amma bunların bizləri öldürüb, kəsib, doğrayıb, partladıb məhv etməkdən başqa heç bir niyyət, amal və dəyərləri yoxdur. Erməni daşnaqlarının tək bir dəyəri vardır: vur, öldür, məhv elə, qopart, parçala, yırt, zorla, təcavüz elə, işğal elə və oğurla. Bunların hamısı şirkə aid dəyərsizliklərdir. Ona görə də bu insan cəlladlarına, insan qəssablarına Əhli-Kitab münasibəti göstərmək, haqsız yerə insanların, müsəlmanların, vətəndaşlarımızın torpağına, canına, malına, həyatına təcavüz edən bu terroristlərə qarşı Əhli-Kitab deyib tolerantlı olmaq, onlara qarşı hər hansı bir dözümlülük göstərmək mümkün deyildir və caiz deyildir. Şirkə və dəlalətə düşmüş bir müşrik zehniyyətindən başqa bir şey deyildir torpaqlarımızı işğal edənlərin zehniyyəti. Yaxşı madəm bunlar müşrikdirlər, bəs müşriklər kimdir, nədir? Onlar nəcisdirlər, murdardırlar. Bunu mən demirəm. Bunu Allah Təala Qurani-Kərimdə deyir:
Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar.- (onlar nəcisdirlər). (Tövbə surəsi 48-ci ayə).

Nəcisdən, murdardan isə hörmətli möminlər təmizlənmək lazımdır. Nəcislə yaşamaq, nəcisə bulaşaraq yaşamaq və ya murdarla qonşuluq etmək mümkün deyildir. Nəcis öldürücü, məhv edici infeksiya qaynağıdır. Nəcisi, murdarı təmizləmək isə onu tamamilə ortadan qaldırmaqla, bu öldürücü infeksiaynı tamamilə yox etməklə mümkündür. Necə?

(Müşriklərə) harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. (əl-Bəqərə surəsi 191-ci ayə.)

Xocalı soyqırımı və bənzəri cinayətləri, qətliyamları törədən müşrik caniləri tutduğunuz yerdə öldürün, onlarla savaşın, onlarla döyüşün, onlarla mübarizə aparın, torpaqlarımızı, vətənimizi, namus və şərəfimizi bu müşrik nəcisindən, murdarlığından təmizləyin. Buyurun bu da sizə cihad, daha doğrusu bu da cihadın ən başlıca növlərindən biri. Bəşəriyyətə, ölkəmizə, dövlətçiliyimizə, xalqımıza, vətəndaşımıza, torpaqlarımıza qarşı qətliyam və cinayətlər törədənlərə münasibət budur. Rəbbim bu cihadı həyata keçirməyi bizlərə qismət etsin. Allah Təala bu müşrik erməni nəcasətini, erməni pisliyini torpaqlarımızdan tezliklə təmizləməyi dövlətimizə, ordumuza, mücahid müsəlləh əsgərlərimizə, imanlı müsəlman xalqımıza, sizə, bizə hamımıza qismət etsin. AMİN!...

Allah Təala tez bir zamanda bütün torpaqlarımzı, işğal altında olan cənnət məkan vətən torpağımızı azad edib oralarda üç rəngli bayrağımızı dalğlandırmağı, öz hakimiyyətimizi qurmağı, azan verib, namaz qılıb, xütbələr oxumağı, iftarlar etməyi bizlərə, hamımıza qismət etsin. Allah Təala Xocalı daxil olmaqla Ümməti Mühamməddən gəlmiş keçmiş bütün şəhidlərimizi cənnət məkan eyləsin! AMİN!

Ey Allahın bəndələri! Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, iqamə gətirin, namaza qalxın ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.

İlahiyyat üzrə fəlsəfə doktoru,
Bakı şəhəri Yasamal rayonu İlahiyyat məscidinin naib imamı,
“Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin Sədri,
Elşad MAHMUDOV.
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka