Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİLAFƏT: ƏBU BƏKİR DÖNƏMİ [2]

[ Islam tarixi / 6683 dəfə baxılıb ]   
|
 
Bundan öncəki bölümdə [http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2073] qeyd etdiyimiz kimi Hz. Peyğəmbər [s.a.s.] “Cənnətu’l-Baki” qəbiristanlığında Allah tərəfindən ona olunan iki təklifdən birini, - Allaha qovuşmağı, - seçdikdən sonra evinə geri döndü və xəstələndi.
Səhəri gün fərqli quyulardan gətirilmiş su ilə yuyunduqdan sonra məscidə gedərək son nitqini söylədi ki; bu nitqdə Hz. Əbu Bəkirin ilk xəlifə seçilməsinin dəyərləndirilməsində bizim üçün önəmli dəlillər vardır. Rəsulullahın [s.a.s] bu qısa, lakin dəqiq olan nitqini maddələr halında sıralamalı olsaq bəzi məqamların çox önəmli olduğunu görərik: [1]

1. Hz. Peyğəmbər [s.a.s.] Allaha həmd Səna edib, istiğfar etdikdən sonra ilk əvvəl Uhud savaşında şəhid olmuş olan səhabələrinə dua etdi. Bu şəhidlər özlərini Allahın davasına adamış və bu dava üçün həyatlarını vermişdilər.
Hz. Peyğəmbər [s.a.s.] Uhud şəhidlərini xatırlayaraq, Allahın əmrlərinə hakim ola bilməsi üçün bizdən öncəkilərin bu dava uğuruna etdiklərinin heç bir zaman unudulmamasının vacibliyini söyləyir, fədakarlıqlarını dilə gətirir. Qısacası demək istəyir ki, əgər bu gün Allahın əmrləri buralarda hakimdirsə, bilin ki, bu öz-özünə olmamışdır. Onun formalaşması, yaradılması uğuruna sizdən öncəkilər canlarını verdilər. Sizlər də bu hakimiyyətin davamını istəyirsinizsə bu şəhidləri unutmayın və sizlər də şəhid olmağı gözə ala bilmirsinizsə nə bir dava, nə də ki, bir Dövlət sahibi ola bilməzsiniz!...”

2. Uhud şəhidlərinə duadan sonra, Hz. Peyğəmbər [s.a.s.] belə dedi: “Allah qullarından birinə Cəbrayılı göndərərək ona bu iki təklifi etdi:
a) Yerin və göylərin bütün xəzinələrinin açarları, Qiyamətə qədər həyat və ondan sonra cənnət.
b) Bir anda Rəbbinə qovuşmaq üçün ölüm.
Təklif edilən qul bu iki seçimdən ikincisini, yəni Rəbbinə qovuşmağı seçdi.”
Bu sözləri duyan Əbu Bəkir ağlamağa və “anamızla, atamızla sənə fəda olaq” deməyə başlayınca, Rəsulullah [s.a.s.] ona “tələsmə!” dedi.
Hz. Peyğəmbər [s.a.s.] bu sözləri ilə ölümün ona çox yaxın olduğuna işarə etmiş, Əbu Bəkir kimi bəzi səhabələr də bunu anlamışdılar.

3.Ölümün ona bu qədər yaxın olduğunu bildirdikdən sonra Hz. Peyğəmbər [s.a.s.] Ənsarı tərifləyərək onların İslam davası üçün etdiklərini, fədakarlıqlarını dilə gətirərək Muhaciruna belə səsləndi:
- “Ey Muhacirun! Ənsarın yaxşılıqlarına yaxşılıqla cavab verin, pisliklərini də, - görməzdən gələrək, - bağışlayın!”
Hz. Peyğəmbərin [s.a.s.] Ənsar və Muhacirina olan bu xitablarında sanki, “Məndən sonra xilafət, yəni dövlət rəhbərliyi Ənsara deyil, Muhacirunda olacağı üçün, “Siz ey Ənsar, sizə olunacaq bu münasibətə görə Cənnətdə, Kövsər hovuzunun başında görüşənədək səbr edin!” deyirdi.

4. Rəsulullah [s.a.s.] Hz. Əbu Bəkirin evi istisna olunmaqla məscidə açılan bütün qapıların bağlanmasını əmr etdi.
Bunun mənası bu idi:
Bildiyimiz kimi Hz. Peyğəmbər [s.a.s.] xəstələnincə müsəlmanlara namaz qıldırması üçün Hz. Əbu Bəkiri imam təyin etmişdi. Əslində onun bu seçimi, bu hərəkəti Əbu Bəkiri imamətə layiq görməsinə dəlil idi.
Buxaridə nəql edilən bu rəvayət çox maraqlıdır:
Ənsardan bir qadın Rəsulullaha [s.a.s.] gələrək bir şey soruşdu, Rəsulullah [s.a.s.] da onun sualını cavablandırdı. Bundan sonra qadın; “Ey Rəsulullah, bir daha, başqa bir məsələni soruşmaq üçün gəldiyimdə səni tapmasam nə edim?” deyə soruşdu. Rəsulullah da: “Məni tapmasan Əbu Bəkirin yanına get” deyə cavab verdi. [2]
Rəsulullah [s.a.s.] xəstələnmədən öncə namaz qıldırmaq üçün evindən çıxar və bir başa birinci saffın önünə keçərək imam olurdu. İndi həmin vəzifəni seçilmiş səhabələrindən birinə verir və Hz. Əbu Bəkir “Peyğəmbərin arxasında namaz qıldığı səhabə” məqamına yüksəlirdi.
Rəsulullahın [s.a.s.] bu hərəkəti müsəlmanların gözündən qaçmamışdı.

5. Rəsulullah xütbəsinin bir yerində də bu əmri verdi:
- Usamənin ordusu Bizansa qarşı cihada getsin və Usamənin yaşına görə [3] "komandirliyə layiq deyildir" deyə qınamayın. Atası bu vəzifəyə layıq olduğu halda azad edilmiş kölə olduğuna görə qınanmışdı. Amma o bu vəzifəyə ən layiq insan idi. Onun oğlu Usamə də, - yaşına və azad edilmiş bir kölənin oğlu olmasına rəğmən, - bu vəzifəyə ən layiq olandır!”
Hz. Peyğəmbər [s.a.s.] bu sözləri ilə müsəlmanlar arasındakı nüfuzu qorumaq, işi bacarana vermək istəyirdi. Bəli, Usamə çox gənc idi; lakin igid idi, qəhrəman idi. Zeyd kimi şəhid bir komandirin oğlu idi və atasından hərbin sirlərini çox yaxşı öyrənmişdir. Çünki atası Zeyd b. Harisə Rəsulullahın [s.a.s.] kafirlərə qarşı göndərmiş olduğu Səriyyələrdə, yəni əsgəri hərakatların bir çoxunda komandir idi.[4]
Yəni Hz. Peyğəmbər [s.a.s.] bu sözləri ilə, hər cür sinif imtiyazına, istismarına qarşı olduğunu bildirir və belə bir sinif iyerarxiyasını qadağan edirdi. İnsanlar ailələrinə, yaşlarına, paltarlarına, kiminsə qohumu olduqlarına görə deyil, qabiliyyət və məharətlərinə, təqvalarına, İslami davaya bağlılıq dərəcələrinə və bir də özlərini bu davaya adamaq arzularına görə dəyərləndiriləcəkdirlər…

6. Hz. Peyğəmbər [s.a.s.] daha sonra belə davam etdi:
Kimin məndən, mənim unutduğum, - bir alacağı varsa gəlsin alsın.
Rəsulullah [s.a.s.] qul haqqı ilə Rəbbinin hüzuruna getmək istəmir və bu hərəkəti ilə ümmətə bunu anlatmaq istəyirdi: Bir-birinizin haqq və hüququna riayət edin, heç kim başqasını əzməsin, zülm etməsin, borclarını unudaraq və ya unutmayaraq başqasının haqqını istismar etməsin, belə bir istismar sisteminin qurulmasına vəsilə olmasın! Yəni məndən sonra siz müsəlmanları idarə edəcək olan kimsələr də mənim kimi davransınlar. Dövlət rəhbəri oldular deyə millətin haqq və hüququna təcavüz etmək səlahiyyətinə qovuşduqlarını sanmasınlar, heç kimin maddi, mənəvi azadlığını məhdudlaşdırmasınlar. Çünki Dövlət rəhbərlərinin və ya vəzifə sahiblərinin istismarçı, soyğunçu, haqq yeyən olduqları cəmiyyətlər əbədi ola bilməzlər; zülmlə iqtidarlıqlarını davam etdirsələr də Fironca olan belə bir dövlət idarəsini Allah istəməz...
7. Heç kim Dövlət xəzinəsini sui istismar etməsin!
8. Hz. Peyğəmbər [s.a.s.] bu qısa nitqindən sonar Əbu Bəkirə namazı qıldırmasını əmr etdi. Əbu Bərk imam oldu, Rəsulullah da onun sağında oturaraq namazını qıldı. Namazdan sonar məsciddən kənarda belə səsi duyulacaq şəkildə yenə insanlara xitab etdi:
- Ey insanlar! Cəhənnəm atəşi tutuşduruldu və gecənin kölgələri yox etdiyi kimi hesaba çəkiləcəklər gəldi. Heç bir mövzuda məsuliyyətinizi mənim üstümə atmayın! Vallahi, Quranın halal qıldığından başqa heç bir şeyi halallaşdırmadım və yenə Quranın haram qıldığından başqa heç bir şeyə haram demədim!...”[5]
Rəsulullahın bu davranışı ümmətinə və Rəbbinə qarşı olan borcunu yerinə yetirdiyinin xoş sevincindən və həyəcanından başqa bir şey deyildi. Bu son cümləsində Rəbbinə doğru olan gedişin tələskənliyi və təlaşı hiss olunur. Gözəl bir səfərə çıxacaq olanın həyəcanı, səbirsizliyi, bir an öncə Canana qovuşmaq aşqının verdiyi tirədici və insan həyatına bəxş edilən ən təmiz, ən uca, ən ləziz duyğusu idi bu həyəcan...
Bu hərəkəti ilə məsul olduğu heç bir şeyi unutmamaq istəyirdi. Evindən çıxmaq üzrə olan bir yolçu bir şeyi unudub, unutmadığına necə nəzarət edirsə Hz. Peyğəmbər [s.a.s.] də tərk edəcəyi dünya həyatına, ümmətinə qarşı borcunu unutmaq istəmirdi. Və demək istəyirdi ki, bütün hallarda Quranın mənə təbliğ etməyi əmr etdiyi bütün halal və harmları sizə təbliğ etdim və bu təbliği yerinə yetirərkən heç bir insandan, məqamdan çəkinmədim, qorxmadım. Allah nəyi qadağan edib, haram dedisə mən də ona haram dedim. Nəyə halal dedisə onun halal olduğunu insanlara anlatdım. Məndən sonra iqtidara gələcək olanlar da Allahın haram və halal dediklərinə qarşı çıxmasınlar. Halal və haram hökmünü qoymaq sadəcə və sadəcə Allaha aiddir. Onları da Allah Quranda söyləmişdir. Öz arzu və istəklərinizə uyğun halal və haramlar uydurmayın. Çünki mənim kimi sizlər də etdiklərinizin hesabını Allaha verəcəksiniz.
Bu xitabdan sonra vəziyyəti ağırlaşınca Rəsulullah [s.a.s.] evinə getdi.



[1] Nitqin tam mətni üçün İbn Hişam, Sirə, IV, 649; İbn Kəsir, Sirə, IV, 453 və s. mənbələrə baxa bilərsiniz.
[2] Buxari, Səhih, Kitab, 96, bab: 24
[3] Rəvayətlərə görə o zaman Usamə 19 yaşında idi.
[4] Mahmud Şit Hattab, Peyğəmbər Ordusunu tarixi. Pınar yayın, İstanbul, 1993
[5] İbn Hişam, Sirə, IV, 654


Azerislam.com



İhsan Süreyya Sırma
Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:23
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:26
MƏĞRİB [ 3 rükət ]17:46
İŞA [ 4 rükət ]19:16
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka