Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİLAFƏT: ƏBU BƏKİR DÖNƏMİ [1]

[ Islam tarixi / 8147 dəfə baxılıb ]   
|
 
Hz. Muhəmməd (s.a.s.) sadəcə Allahdan aldığı vəhyi təbliğ etməklə mükəlləf olan bir Peyğəmbər deyil; eyni zamanda həm də bir Dövlət Başçısı idi. "Peyğəmbərlik" və "Dövlət Başçısı" olmasına görə də iki qat məsuliyyət daşıyırdı. Başqa bir sözlə desək onun dövlət sistemində "din-dövlət" ayrımı deyə bir şey yox idi. Dövlət bu günki mənada bir Dövlət deyil, bir başa dinin tətbini asanlaşdıran bir alət, insan haqlarını nizamlayan bir qrum idi. Din isə, sadəcə bir - iki ibadətlə məhdudlaşmır, bütün insanların həyatının nizamı, düzəni demək idi. Və dövlət yalnız fərdlərin haqlarını qorumaq üçün mövcud idi.

Hz. Peyğəmbərin (s.a.s.) həyatının sonlarında nazil olan: "...Bu gün dininizi kamala çatdırdım, üzərinizdəki nemətimi tamamladım..." (Maidə, 3) ayəsi ilə Din kamala çatmış, tamamlanmışdır. Onun siyasi idarəsinin qaynağı da vəhiy idi. Sadəcə dini inanc və ibadətləri deyil, bütün sosial, ekonomik və siyasi idarənin qaynağı da Quran idi, yəni vəhy.
Quranın Cəbrayıl vasitəsi ilə enişi tamamlanınca deməli hər cür maddi və mənəvi ehtiyaca cavab verəcək olan qaynaq, təkamül prosesini tamamlamışdır. Bu, eyni zamanda Adəmlə (a.s.) başlamış olan Peyğəmbərlik missiyasının, başqa sözlə desək Allahın insana "qulluğu" barəsindəki xəbərdarlıq, məlumat, bigi qanunun son şəkli alması demək idi. Artıq insanlıq üçün nə yeni bir "Xəbərdaredici" (Peyğəmbər), nə də Quranı nəsh edəcək, yəni onun hökümlərini dəyişdirəcək, yox sayacaq bir qanun gələməyəcəkdir. Quran, ona inananlar üçün qiyamətə qədər yeganə nizam qaynağı və yeğanə qanunu olacaqdır. İnsanları dini və siyasi çərçivədə idarə edən bu qanun, yəni Quran bir bəşər əsəri deyil, ilahi bir Qaynaqdır. Quran möminlərin yeganə rəhbəri, yeganə hidayət və nizam qaynağıdır (Bəqərə, 2). Peyğəmbər də bu ilahi qanunu həyata tətbiq edirdi.
Buna görədir ki, Hz. Peyğəmbər (s.a.s.) vida xütbəsində müsəlmanlara həyatlarını nizamlayacaq qaynağı göstərmişdir: Quran və onun tətbiqi olan Sünnət.
Belə buyurmuşdu Hz.Peyğəmbər (s.a.s.)
- Ey möminlər! Həyatımın bu son dönəmində sizə iki şey buraxıram. Onlara sarıldığınız müddətcə dəlalətə düşməzsiniz: Quran və Sünnət!

Peyğəmbər (s.a.s.) ölmüş, lakin qaynaq ölməmişdir. Başqa bir sözlə desək, sadəcə qaynağı tətbiq edən lider (idarəçi), yəni Peyğəmbər ölmüşdür.
Hz. Peyğəmbərin ölümündən sonra meydana gələn "Xilafət" məsələsinə bu asbektdən baxmaq lazımdır.
Hər dildən bir sözün çıxdığı, bəzilərinin Hz. Peyğəmbərin (s.a.s.) ölümünə inandığı, bəzilərinin inanmadığı o qarışıq zamanda Hz. Əbu Bəkir Rəsulullahın evinə gələrək acı həqiqətlə üz-üzə qaldı: Hz. Peyğəmbər (s.a.s.) ölmüşdür!

Üzüntüdən nə edəcəklərini bilməyən müsəlmanlara yönəldi və belə dedi:
"Ey insanlar! Kim ki, Allaha ibadət edirdisə, bilsin ki, Allah Diridir və Ölməz; kim ki, Muhəmmədə ibadət edirdisə bilsin ki, Muhəmməd öldü. Allah Təala Muhəmmədi zikr edərkən belə deyir: "Şübhəsiz ki, sən öləcəksən, onlar da öləcək" (Zumər, 30)
Və yenə belə deyir: "Biz səndən öncə heç bir bəşərə əbədilik vermədik. İndi sən ölsən guya onlar əbədimi qalacaqlar? Hər canlı mütləq ölümü dadacaqdır" (Ənbiya, 34-35). Və yenə Allah buyurdu: "Muhəmməd sadəcə bir rəsuldur. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar." (Ali İmran, 144) Bilin ki, Muhəmməd ölmüşdür. Onun yerinə birinin idarəçiliyi əlinə alması lazımdır. Tədbirinizi alın və bu barədə nə edə biləcəksinizsə onu edin! Allah sizə mərhəmət etsin!"

Rəsulullahın (s.a.s.) vəfatının bu ilk anlarında müsəlmanlar çaşqınlığa düşmüşdülər; hətta İslamı ən gözəl bilənlərdən biri olan Hz. Ömər belə təlaşa düşmüş və "Kim Peyğəmbər öldü deyərsə əllərini, ayaqlarını kəsərəm!" demişdir.
Lakin Hz. Ömərin təlaşı və həyəcanı nə olursa olsun hadisə göz qabağında idi və ilahi əmr gerçəkləşmiş, Peyğəmbər ölmüşdür.
Hz. Peyğəmbər ölməzdən bir gün əvvəl xidmətçisi Əbu Muveyhibə ilə birlikdə Mədinə məzarlığına getmişdi. Orada Allahu Təala Cəbrayıl vasitəsi ilə ona bu təklifi etmişdir:
- Ey Muhəmməd! İstəyirsən Dünyanın bütün xəzinələrinin açarlarını sənə verim, Qiyamətə qədər yaşa; sonra da Cənnətə gir! İstəyirsən də həmən Mənə qovuş!
Rəsulullah Cəbrayılın gətirdiyi bu təklifi xidmətçisinə anlatdı. Xidmətçisi ona:
- "Sənə fəda olum ya Rəsulullah! Dünya xəzinələrini al, sonra da Cənnəti" dedi. Hz. Peyğəmbər (s.a.s.) ona bu cavabı vermiş:
- "Xeyir! Mən həmən Uca Allaha qovuşmaq istəyirəm!" demişdir.
Rəsulullah (s.a.s.) çiləsinin azaldığı, dövlətinin quruculuğunu tamamladığı, bütün Ərəb yarımadasının ona yönəldiyi, həyatının ən gözəl bir anında; Allaha qovuşmanın vasitəsi olan ölümü seçmişdir.
O halda Hz. Peyğəmbərin (s.a.s.) və səhabəsinin həyat məqsədləri, bu günün müsəlmanlarının etdikləri kimi xəzinlər arxasınca qaçmaq deyil, Allahın istədiyi kimi dünyada yaşamaq, ölümdən sonra da ona qovuşmaqdır. Təəssüf ki, daha sonrakı əsrlərdə dünya malı axirət sevgisinin yerini aldı.
Rəsulullahın vəfatından sonra meydana gələn lider boşuğu qaynaq yoxluğu deyil, qaynaq tətbiqçisinin yoxluğu idi. Məhz bu yoxluğu dəf etmək üçün müsəlmanlar toplanıb öz aralarında "Dövlət başçısı" seçmişdilər ki, onlara "Xəlifə" deyilir.
Xəlifələr də, eyni ilə Rəsulullah kimi müsəlmanların bütün həyat tərzlərində Quranı tətbiq etməklə mükəlləf idilər. Başqa sözlə onlar müsəlmanların həm dini, həm də siyasi rəhbərləri idilər.

Bu xəlifələrin birincisi Əbu Bəkirdir (r.a.).
Hz. Peyğəmbərin vəfatını duyub Mədinəyə gələn müsəlmanlar nə edəcəklərini bilmir, Ənsar və Mühacirlərin nə qərar verəcəklərini gözləyirdilər. Rəsulullahın ani ölümü həm müsəlmanları, həm də qeyri-müslimləri çaşdırmışdı. Müsəlmanların bir çoxu onun bir gün öləcəyinə inanmaq istəmirdilər. Qeyi-müslimlər onun vəfatı ilə İslamın sona çatacağına inandıqları kimi, bir qrup müsəlmanlar da Rəsulullahın vəfatı ilə 23 ildir davam etməkdə olan "müsəlmanlıq qəziyyəsinin" sona çatdığını düşündülər. Elə ona görə də müsəlmanların bu vəziyyətlərinə Mədinədəki yəhudi və xristianlar sevinib bayram etməyə başladılar (Vakidi, Kitabu'r Riddə, s.19)
Müsəlman olmadıqları halda özlərini müsəlman kimi göstərənlər/münafiqlər də artıq inanmadıqlarını açıq bir şəkildə elan edib düşmənçilik etməyə başladılar. Bu halda Ənsardan Malik b. Ət-Teyhan vəziyyətin çox müşkil olduğunu, müsəlmanların ya Qureyişdən, ya da Haşim oğullarından bir liderin əmri altında bir yerə toplanmalarının vacibliyini söyləyərək onları xəbərdar etdi. Beləcə hər kəs dağılışıb ertəsi günü gözlədilər.(Vakidi, Kitabu'r Riddə, s.19, s.21)


Səhəri gün Ənsardan bir qrup "Saidə Oğulları Sarifəsi"ndə toplandı və bu məsələni müzakirə etməyə başladılar. Bu barədə ilk sözü Huzeymə b. Sabit aldı və həmşəhərliləri olan Ənsarlara belə dedi:
- Ey Ənsar! Əgər siz bu gün idarəçiliyi Muhaciruna verərsinizsə Qiyamətə qədər bir daha bu şans əlinizə keçməz. Halbuki sizlər Allahın Kitabında Ənsar (Yardımçılar) olaraq tərif edilirsiniz. Hicrət sizin şəhərinizə olundu, Hz. Peyğəmbərin qəbri də sizin yanınızdadır. Buna görə də Qureyişin hörmət etdiyi, Ənsarın da güvən duyduğu bir adam üzərində razılığa gəlin.
Buna cavab olaraq Ənsar "doğru söylədin ey Huzeymə, sənin söylədiyin kimidir. Biz də Sad b. Ubadiyni bu işə layiq görürük!" dedilər.
Vakidinin rəvayətinə görə orda olan bir qrup Mühacir bu vəziyyətdən rahasız olmağa başladılar. Bundan sonra Ənsar tərəfindən çox hörmət olunan Useyd b. Hudeyr danışmağa başlayıb belə dedi:
- Ey Ənsar! Allah sizi Ənsar adlandıraraq, hicrəti sizə yönləndirərək, Rəsulullahın da ruhunu sizin yanınızda alaraq sizə nemət bəxş etdi. Ona görə də bu işi Allaha buraxın və bilin ki, bu haqq sizin deyil Qureyişindir. Onlar kimi təqdim edərlərsə siz də onu dəstəkləyin, onlar kimi seçmək istəməzlərsə siz də ondan uzaq durun.
Useydin bu sözləri Ənsardan bəzilərinin xoşuna gəlmədiyi üçün onu susdurdular. Bundan sonra Ənsardan Bəşir b. Sad danışdı:
-Ey Ənsar! Bilin ki, siz Qureyiş üçün, Qureyiş də sizin üçündür. Əgər siz "biz yardım etdik", "biz sahib çıxdıq" deyərək haqqı özünüzdə görürsünüzsə o zaman Allah onlara nə verdi? Onun üçün "Allahın nemətinə nankorluqla qarşılıq verən və sonunda qövümlərini həlak yurduna sürükləyənlər"dən (İbrahim, 22) olmayın.
Bəşir b. Saddan sonra Ənsardan olan Uveym b. Saidə söz aldı:
- Ey Ənsar! Din üçün ilk öncə savaşanlar sizlərsiniz! İndi də ona inanmış olanlarla savaşanların ilki də siz olmayın! Xəlifə yalnız onlara aiddir, yəni Peyğəmbərlik gəlmiş olanların haqqıdır! Şanı uca izzət sahibi Allah necə edərsə, siz də elə edin!
Uveym b. Saidənin yenə də Ənsardan olan Mu'in b. Adi cavab verdi:
- Ey Ənsar topluluğu! Əgər bu məqam Qureyişin deyil sizindirsə bunu onlara bildirin gəlib sizə biət etsinlər. Yox əgər sizin deyil onlarındırsa onu onlara təslim edin. Vallahi Rəsulullah (s.a.s.) ölmədən Əbu Bəkir bizə namaz qıldırdı. Və biz Rəsulullahın ondan razı olduğunu öyrəndik. Çünki namaz dinin dirəyidir.
Ənsar bu cür danışdığı zamanda Hz. Əbu Bəkir, Hz. Ömər və Əbu Ubeydə b. Cərrah, yanlarında Muhacirundan bir qrup olduğu halda toplantı yerinə gəldilər.
Muhacirindan gələnlər bir müddət danışmayıb, orada oturdular. Sonra Ənsardan Sabit b. Qays söz alaraq danışdı:
- Ey Muhacirun! Siz də, biz də bilirik ki, Allahu Təala Hz. Muhəmmədi (s.a.s.) Peyğəmbər olaraq göndərdi. Peyğəmbərliyin ilk dönəmlərində Məkkədə idi; və yalanlanıb, işgəncə edilirdi. Bəlli bir dönəmdən sonra Allah ona hicrət etməyi əmr etdi. Sonra ona savaşmağı əmr edib onu yurdundan başqa yerə göndərdi. Biz ona yardımçı olduq; torpaqlarımız da onun sığınacağı. Sizlər bizə gəldiniz. Sizinlə mallarımızı paylaşdıq və sizlərə iş gördürmədik. Sizi bağrımıza basıb dost olduq. Bizlər "Allah Təalanın yardımçıları" və "İslamın orduları"yıq. Və bizlər Allah Təalanın haqlarında "Daha öncədən Mədinədə yurd salmış və könüllərinə yerləşdirmiş kimsələr yanlarına hicrət edənləri sevir və onlara verilənlərə görə qəlblərində bir rahatsızlıq hiss etməzlər. Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar..." (Həşr, 25) ayəsi kimi bir çox ayələrin də endirildiyi kimsələrik ki, bunu heç kim inkar edə bilməz. Bundan başqa Hz. Peyğəmbərin bizi tərifləyən bir çox sözləri vardır. O bu dünyadan köçdü və yerinə heç kimi təyin etmədi. İnsanların seçdiyi, Allahın kitabında söylədiyi, Sünnətdə keçdiyi kimidir. Allah Təala bu ümməti azğınlıqda birləşdirməz. Onun üçün Allahu Təalanın yardımçılarıyıq və bizim öncəliyimiz var. Buyurun siz də öz sözünüzü deyin!
Sabit b. Qaysın bu sözlərinə Əbu Bəkir cavab verdi.
- Ey Sabit! Vallahi sən Ənsar haqqında nə söylədinsə doğru söylədin; heç kim bunun əksini söyləyə bilməz. Allah Təala bizim haqqımızda da bu ayəni nazil etmişdir: "Yurdlarından çıxarılmış və mallarından uzaqlaşdırılmış olan, Allahdan bir lütf və riza diləyən, Allahın dininə və Peyğəmbərinə yardım edən yoxsul Mühacirlərindir. Məhz doğru olanlarda onlardır." (Həşr, 8) Və Allah Təala sizin doğrularla olmağınızı əmr edir: "Ey iman edənlər! Allahdan qorxun və doğrularla bərabər olun!" (Tövbə, 119). Bundan başqa bilirsiniz ki, Ərəblər Qureyişlilərdən başqasının əmri altında birləşməzlər. Çünki Qureyiş bütün Ərəblərin mərkəzidir. Hz. İbrahimin (a.s.) onlara dəvəti vardır. Mən sizin üçün Ömər B. Xəttab və Əbu Ubeydə b. Crrahdan birini seçməyinizi tövsiyə edirəm. Hansına istəsəniz ona biət edin!
Əbu Bəkirin bu sözlərindən sonra qarşılıqlı cavablar verildi; hətta münaqişəyə qədər vardılar. Lakin sonra məsələ həll olundu və Ənsar Hz. Əbu Bəkirin təklifini rədd edərək, onun tövsiyə etdiklərinə deyil, şəxsən özünə biət etdilər. Və Əbu Bəkirə ilk biət edən də Ənsardan Bəşir b. Sad oldu. Bəşirdən sonra Ənsarın lideri Sad b. Ubadə xaric orda olanların hamısı Əbu Bəkirin əlini sıxaraq ona biət etdilər.
Beləcə Hz. Əbu Bəkir Rəsulullahın (s.a.s.) Xəlifəsi olaraq seçilərək İslam Dövlətinin Başçısı oldu.



Azerislam.com



Prof. Dr. İhsan Süreyya Sırma
Hazırladı: Əlif/azerislam.com
İstinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka