Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏLLƏRİNİ ÖZLƏDİM

[ Müxtəlif / 7508 dəfə baxılıb ]   
|
 
38:75 Əllərini özlədim. Heç bir zaman heç bir kəsi özləmədiyim qədər. Özləməyin nə olduğunu anlayandan bəri Sənin əllərini özlədim və sadəcə onları özləyə biləcəyimi anladım. Sənin o şəfqətli, mərhəmətli, mənə sevgi ilə toxunan əllərini...
Bu Dünyada bir Səni, bir də Sənin əllərini özlədim. Cismimə toxunan, ona surət verən, məni var edən, mənə bir şəxsiyyət qazandıran, məni formalaşdıran əllərini...

Sənsiz mən də olmazdım. Əgər Səni tanımadan yaşasaydım həyatımın heç bir anlamı da olmazdı. Bu yaşamaq deyil, zaman israfı olardı. Bütün varlığımı sadəcə Sənə borcluyam. Sənin məni var edən əllərinə borcluyam.
Məni Sən var etdin. Varlığıma anlam qatdın. Özünü mənə tanıtdın, mənə sevdirdin. Səni sevdim, özlədim. Bir gün mütləq Sənə dönəcəyimə ümidlə yaşadım.
Sən məni var etdin. Dünyanı mənə, məni Dünyaya tanıtdın. Mən Səninlə tanındım. Mənə baxan Sənin şah əsərini gördü. Sən məni arzulayaraq, sevərək var etdin. Məni Öz əllərinlə yaratdın və sonra baxıb qürurlandın. Məni hər kəsdən üstün bildin, hər kəsi və hər şeyi bir tək mənim üçün xəlq etdin. Mənə çox dəyər verdin. Hər kəsdən çox məni sevdin. Bu sevgini sübut etmək üçün hər kəsi, bütün məxluqatı mənə itaətə dəvət etdin. Məni elə bir məqama qaldırdın ki, orda enincə qürurum qırılır, ordan enincə acizləşir, səfilləşirəm.

Məni əllərinlə var etdin. Və sadəcə məni əllərinlə yaratmışdın. Sadəcə mənə dəyər verib toxunmuşdun: ruhuma, cismimə, hisslərimə... Mənə hər kəsdən yaxınsan; şah damarımdan belə.

Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM. Sənin məni sevdiyin qədər olmasa da sevə bildiyim qədər sevirəm.
Səni özlədim. Ayrılığımız çoxmu oldu, azmı oldu, bilmirəm. Amma artıq Sənin üçün çox darıxıram...

15:29 - Ruhunu özlədim. İçimdə daşıdığım əmanət olan Ruhunu. Məni var edən O müqəddəs Ruhdur. Səndən bir parça olmadığını bilsəm belə, Sənə aid olduğunu da bilirəm. Onu mənə əmanət vermisən, geri də onu alacaqsan. Ruhsuz cəsədimə əlinlə toxunmuşdun, ruhunla can verdin. Mənə həyat verən, yaşadan içimdə daşıdığım o ruhundur. O məni tərk edib gedərsə mən yaşaya bilmərəm. Amma dönüşünün Sənə olacağını bildiyim üçün də üsyan etmərəm. Ruhum məni tərk etdiyi an sənə dönəcək...
Onunla bərabər mən də dönəcəm. Bəlkə yenidən mənə toxunacaqsan. Bəlkə yenidən üzümə sığal çəkəcəksən. Bəlkə üzümə gülümsəyib, sevgi ilə baxacaqsan...
Bəlkə də heç üzümə baxmayıb, mənimlə danışmayacaqsan. Mənə əmanət verdiyin ruhu kirlətdiyim üçün mənimlə danışmayıb, məni təmizləməyəcəksən. Bilmirəm, bunu heç düşünmək də istəmirəm. Səni sevirəm. Sənsizliyə də dözə bilmirəm. Bəzən gecələr yastığıma axıtdığım göz yaşları ilə "apar məni, al ruhumu yanına" deyirəm. Al məni yanına. Yanında olmaq istəyirəm. Bütün sevdiklərinin olduğu yerdə mənə də bir yer ayır. Səninlə, Sənin sevdiklərinlə olum...

2:156 - Dönüşüm mütləq Sənədir. Bütün ruhumla səni özlədim. Sənə dönəcəyim günü özlədim. Məni o zaman da sevərsənmi, bilmirəm. Mən Səni sevirəm. Sənin layiq olduğun qədər olmasa da sevirəm. Sevə bildiyim, sevgini anladığım qədər sevirəm. Bəzən razı salmıram Səni, onu da bilirəm. Amma nə olar məni tərk etmə, məni Sənsiz buraxma. Sənə dönməyi o qədər çox istəyirəm ki, bəzən burda həddindən artıq çox qaldığımı düşünürəm.
Doğrudur, Sənsiz deyiləm. Sən hər zaman, hər yerdə mənimləsən. Səni görməsəm də məni gördüyünü, qoruduğunu, sevdiyini bilirəm. Hər zaman, hər yerdə Sənin varlığını hiss edirəm. Yanlışım olan zaman düzəltməyim üçün imkan yaratdığını, xəbərdarlıq etdiyini də bilirəm. Sevən sevdiyini tək buraxmaz, Sən də məni heç bir zaman tək buraxmadın. Məni mənim ixtiyarıma vermədin. Hər zaman və hər yerdə mənimlə oldun. Varlığını mənə hiss etdirdin.
Sənə bir can deyil, bür ömür borcluyam.

P.S. 38:75 - "Ey İblis! Sənə əllərimlə yaratdığıma tabe olmağa mane olan nə idi?" (Sad surəsi, 75)
15:29 - "Mən ona surət verib, ruhumdan üfürdüyüm zaman, siz ona səcdə edin!" (Hicr, 29)
2:156 - "Biz Allaha məxsusuq, Ona da qayıdacağıq" (Bəqərə, 156)




Rüzgar Kəskin /azerislam.com

Ayələrdə istifadə olunan "əl", "ruh" məcazdır. Allah Saməd olduğu üçün Ondan bir şey çıxmaz və Ona bir şey də daxil ola bilməz. Bunu bilirik. Bu məqalə bir az hisslərin məhsuludur. Onun "Əli" bizim əlimizə də bənzəmir və "əlimlə yaratdım" dediyində insanın yaradılışında başqa varlıqlar iştirak etməyiblər. Onu da qeyd edək ki, məqalədəki "mən" fərd deyil, insandır. Yəni bütün insanlar.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka