Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SEVİR YOXSA SEVMİR?!

[ Müxtəlif / 8186 dəfə baxılıb ]   
|
 
Bir zamanlar hər birimiz uşaq məsumluğu ilə çobanyastığı çiçəyinin ləçəklərindən mədəd ummuşuq. Sevilib sevilmədiyimizi öyrənmək üçün o çiçəyin yarpaqlarını qoparmışıq. Cavab bizi qane etməyəndə üzülmüş, bəlkə də göz yaşı axıtmışıq. Çobanyastığının bu sualın cavabını bilməyəcəyini çox gec də olsa öyrəndik. Biz böyüdükcə suallarımız da çoxaldı, o uşaq məsumluğu ilə sevdiklərimiz də dəyişdi. Lakin çobanyastığının bizim uşaq dünyamızda öz yeri və öz izi qaldı. Ümidlə ləçəklərini qopardığımız o çiçək bizə doğma və əziz oldu. Bizi hər görəndə köhnə dostlar kimi üzümüzə gülümsəyir...

Biz artıq böyüdük. Sevdiklərimizə cəsarətlə “Məni sevirsənmi?” deyə biləcək qədər böyüdük. Bəzən bu sevgidə cəsarətli olduq, bəzən sevginin əsarətinə düşdük. Bəzən qazandıq, bəzən uduzduq. Amma bir də uşaqlıq illərimizə qayıdıb çobanyastığının ləçəklərini qoparmadıq: çünki anlamışdıq, sevilmədiyimizə görə o suçlu deyil.
Biz böyüdük. Sevgiyə təlabatımız, sevildiklərimizdən gözlədiklərimiz dəyişdi. Sevdik, sevildik, qovuşduq, ayrıldıq, xəyanət etdik, xəyanətə uğradıq... Hər sevdiyimiz sevdiyi müddətcə bizə bir şeylər qatdı, gedərkən bizdən alıb bir şeyləri də apardı...
Qopardığımız çobanyastığı ləçəkləri kimi...

Amma bir Sevgili də var. Onun bizi sevib sevmədiyini anlamaq üçün aynaya baxmağımız yetərlidir. Biz varıq. Torpaqdan, gildən, palçıqdan... bir nütfədən yaradılmışıq. O, biz heç yox ikən, heç bir şey deyilkən bizi sevdi. Bizi var etdi. Bizə sevəcəyimiz insanlar bəxş etdi... Bizdən istədiyi yeğanə şey isə sevgi oldu. Sevilmək istədi. Bizi sevdiyi kimi, bizim də Onu sevməyimizi istədi.
Biz yox ikən O bizi sevdi.
O var ikən biz də Onu sevirikmi, sevə bilirikmi?
O bu sualın cavabını öyrənmək üçün bir çiçəyin yarpağını qoparmadı, başqa bir yaratdığını incitmədi. Çünki O, yaratdıqlarını hər zaman sevdi. Bu bir çiçək də olsa... Amma bizi, yəni insanı daha çox sevdi. Daha çox sevdi ki, bizi İNSAN yaratdı. Düşünə bilmək, sevə bilmək hissləri verdi. Sevgini əvvəlcə verdi, sonra sevib sevmədiyimizi yoxladı.
O, bizi sınadı. İmtahanlar göndərdi bizə. Hər imtahanla ya biz böyüdük, bunun sadəcə bir sınaq olduğunu anladıq və sevgimiz artdı, çoxaldı ya da çobanyastığının ləçəkləri kimi sovrulduq, tükəndik:
“Nə üçün mən?” dedik.
“Bizim günahımız nədir?” dedik.
Üsyan etdik, üzüldük. Bəzən küsdük, arxa çevirdik.
Bəzən sevilmədiyimizi düşünüb kədərləndik...
Amma unutduq, unutduq ki, O SEVİR. Sevən isə sevdiklərinə ziyan vurmaz. Sevən sevdiklərini incitməz. Sevən sevdiklərini sadəcə sınayar. O da Məni sevirmi, deyər və imtahan edər. İmtahan edər ki, məqamını daha da ucaltsın. Ona ən yaxşısınını Cənnətini versin. Mükafatını daha da artırsın... Cənnətdə Ona salam versin, ondan razı olsun. O, sadəcə Onu sevənlərdən razı olur. Çünki sevilmək Onun haqqıdır. Varlığımızı Ona borclu olduğumuz qədər sevgimizi də, sevə bilməyimizi də Ona borcluyuq. Ən azından sevmək kimi bir duyğunu bizə verdiyi üçün sevilməyə ən çox layiq olan biri varsa o da ODUR...

Cavabını əminliklə bildiyimiz bir sual var: “Allah, bizi sevirmi?” Heç nədən və heç kimdən çəkinmədən cəsarətlə, qürurla “Hə, sevir” deyə bilirik. Sevir ki, bizi var edib. Sevgilidən gələn bəla (imtahan) isə toy, bayramdır. Çünki sonunda gerçək bir xəzinə var: Cənnət. Orda sevənlər, sevə bilənlər toplaşacaq. Aralarındakı yeganə söz “Salam” olacaq, salamatlıq olacaq. Orada həqiqi sevənlər Sevgililərinə qovuşaqcaqlar. O, onlardan razı olacaq. Sevgilərini təsdiq edəcək.

P.S. Yoxsa Allah içərinizdən cihad edənləri və əziyyətə səbr edənləri seçib ayırmadan sizi Cənnətə yerləşdirəcəyinimi güman edirsiniz? (Ali İmran, 142)


Rüzgar Kəskin/azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:31
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:01
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka