Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QİYAMƏT GERÇƏKLƏŞƏCƏK

[ Aktual / 5563 dəfə baxılıb ]   
|
 
Bu gün gündəmin ən aktual mövzusu QİYAMƏT xəbəridir.
İnsanların böyük əksəriyyəti, - hamısı deyil, - 21 dekabrda qiyamətin olub olmayacağı haqqında iki fərqli görüşdədirlər. Biri qiyamət olacaq deyə ərzaq və şam tədarükü görərkən, o biriləri heç bir şey olmayacaq deyə rahatlıqla həyatlarına davam edirlər.

Kim haqlıdır?
Bizə görə hər iki qrupdakılar da haqsızdır. “Niyə?” sualını verməyəcəyinizə ümid edirəm. Lakin əgər sizdən biriniz cavabını bilməyib soruşmaq istəsəniz siz soruşmadan mən açıqlıq gətirim:
Allah yaratdığı hər bir şeyin fani olduğunu, baqi (əbədi) olanın isə yalnız Özü olduğunu Kitabında bizə söyləyib (Rəhman, 26). Deməli qiyamətin olması qaçınılmazdır. Allah Kitabında qiyamətlə bağlı danışarkən onun necə baş verəcəyini, qiyamətdən sonra kainatın halını (İnşiqaq), Dünyanın yenidən düzənlənməsini, günəşin dürülməsini, ayın sönməsini, dağların un kimi didilməsini ən incə detallarına qədər açıqlayır, bu dağılmanın xaotik bir dağılma deyil, nizamlı bir şəkil dəyişdirmə olacağını söyləyir. Və ən böyük xəbər də odur ki, qiyamətdən sonra Yer üzündəki bildiyimiz bu həyat olmayacaq və hər kəs həlak olacaq.
Yeni həyat, - axirət, - üçün insanlar qəbirlərdən həşr (yenidən diriliş) olunacaqlar. Deməli qiyamət baş verdiyində yaşamaq üçün, var olmaq üçün heç bir şans yoxdur. Ona görə də birinci qrupdakı insanlara üz tutub deyirik ki, aldıqlarınız şam, yığdıqlarınız ərzaq tədarükünün heç bir xeyri yoxdur. Bir anda (Nazirat, 13) baş verəcək qiyamətdə hər kəs canının hayında olarkən kimsənin şam yandırmağa vaxtı olmayacaq.

İkinci qrupdakılara isə söyləmək istədiklərimiz budur. Qiyamət gec-tez, amma mütləq olacaq. Heç nə olmayacaq kimi yaşamaq, həyatda heç bir şey dəyişməyəcək kimi arxayın olmaq da başqa bir azğınlıqdır. Hər kəsin fərdi ölümü onun qiyamətidir. Bəlkə sabah kütləvi qiyamət olmayacaq, yer üzü dağılmayacaq. Amma heç kimin sabaha sağ çıxacağına zəmanəti də yoxdur. Deməli ölüm hər an gələ biləcəyi üçün fərdin qiyamət də hər an baş verə bilər.

Quran surələrini nüzul tərtibi ilə oxuduqda hər surənin mesajlarında Allahın mütləq qiyamətdən, yenidən yaradılışdan, ilk yaradılışdan daha çox danışdığına şahid oluruq. “Yenidən necə dirildiləcəyik?” deyənlərə ya ilk yaradılışa baxmaları, ya da təbiətə baxıb dərs almaları tövsiyə olunur.

Bir də söyləmək istədiyimiz başqa bir məsələ var: Qiyamətin labütləşməsini gərəkdirən səbəb. Allahın sünnətində hər şeyin bir elmi, hər şeyin bir üsulu və hər şeyin bir səbəbi var.
Qiyamətin də olması üçün mütləq bir səbəbi olmalıdır. Bu səbələr Quranın fərqli surələrində, fərqli qissələrində açıqlanır. Yəni qiyamət nəticədir. O qiyamətin baş verməsi üçün səbəblərinin gerçəkləşməsi labüddür. Məsələn bu səbəb toplumsal bir inkar da ola bilər.
Quranın toplumsal qiyamətlərindən danışan surələrindən biri Şuara (26) surəsidir.
Bu surədə Rəbbimiz bizə yeddi qissə danışır.
7 fərqli Peyğəmbərin hekayəsini danışaraq 7 fərqli günahı gündəmə gətirir, onların fərqli və ortaq yönlərinə diqqətlərimizi çəkir. Fərqli tərəfləri fərqli günahları, fərqli əxlaqsızlıqlarıdır. Ortaq günahları isə yalanlamaları və inkarda israrlarıdır.
Bu qissələrdə biz toplumların qiyamətinə şahid oluruq. Dünyanın qiyamətindən burda söz getmir; Hz. Musa, Hz. İbrahim, Hz. Nuh, Hz. Hud, Hz. Saleh, Hz.Lut, Hz.Şuayb qissələri danışılaraq bizə örnəklər verilir və ayələr bir xəbərdarlıqla bitir.

Hz. Musanın qissəsindən başlayır hekayəmiz. Burda fərdin qiyaməti yaşanır. Firon Musanı yalanlayır və qiyamət bir tək onun üçün olur. Hər kəsin ölümü onun fərdi qiyamətidir, dedik. Çünki ölümlə hər şeyə son verilir, məhşərdə dirldilənə qədər artıq dəyişdiriləcək heç bir şey qalmır.
Sonra Hz.İbrahimin qissəsi danışılır. Onun da qövmü və atası Allaha asi olur, Rəsulu yalanlayırlar. İbrahimin qövmünü tərk edərək geməsi onların əbədi olaraq haqdan uzaqlaşmasına səbəb olur. Onlara haqq yolu göstərəcək bir Rəsul onları tərk etdiyi üçün artıq haqqa vara bilməkləri mümkünsüzləşir.
Daha sonrakı qissələr demək olar ki, eyni ayələrlə anladılır: "Nuh (Ad, Səmud, Lut, Əykə) qövmü də Rəsulu yalanladılar. Bir zaman qardaşları Nuh (Hud, Saleh, Lut, Şuayb) onlara belə demişdir: “Məsuliyyətli olmayacaqsınızmı? Mən sizə göndərilmiş əmin bir elçiyəm. Bu halda Allaha qarşı məsuliyyətli (təqva) davranın və məni təqib edin. Mən bu dəvət müqabilində sizdən heç bir muzd (ücrət) istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbinə aiddir. İndi isə Allaha qarşı məsuliyyətli olun və məni təqib edin” (Şuara, 105-111)

Bu ayələr Şuara surəsinin 105-111-ci ayələrinin mealı idi. Eyni ayələr digər peyğəmbərlər üçün də təkrarlanır. Hər biri qövmünə göndərilən Rəsul qövmünü Allahaq qarşı məsuliyyətə, yəni təqvaya dəvət edir, bu dəvətin qarşılığında da onlardan heç bir mükafat istəmir, veriləcək əcrin sadəcə Allah məxsus olduğunu söyləyir, qövmündən tələb etdiyi Allahdan qorxmaq (təqva) və Rəsulu təqib etmək, Rəsula itaətdir. Qurani Kərim Allaha ibadəti, Rəsuluna isə itaəti imanın şərti olaraq bildirir. Allaha ibadət fərz olarkən, bu ibadəti ən gözəl şəkildə edən və necə ibadət edilməyi də praktik olaraq göstərən Rəsullara uymaq, yəni itaət fərz olur. Çünki onlar güvənilən, əmin olan bir elçidirlər. Allah elçi göndərəcəyi qövmün içindən ən əmin olan birini seçmiş, ona Rəsulluq görəvini vermişdir. Ayələrdən də anlaşıldığı kimi inkar edən qövümlərdən heç biri “Allah kimdir?” deyə sual vermirlər. Deməli Allahı tanıyır, Onun yaradıcı olduğunu bilirlər. Etiraz Rəsula qarşı olur. Daha doğrusu Rəsulun şəxsiyyətinə. Onu inkar edərkən isə; “Sən filan vaxtı bu, bu səhvləri etmisən, biz sənə güvənmirik" demirlər. Deməli elçini çox yaxşı tanıyır, onun əxlaqlı biri olduğunu bilirlər. Hər biri niyə Allah Səni seçib, niyə bir bəşər, bir insan göndərib? Nə üçün Mələk göndərməyib deyə Allahın seçiminə etiraz edirlər. Eyni ilə Adəmə səcdə etməkdən imtina edən İblis kimi. İblis Adəmin adamlığını bəyənmədi və səcdə etmədi. İnkar edən qövümlər də onlara göndərilən Rəsulların, nəbilərin bəşərliklərini bəyənmirlər. Bizim kimi bir bəşərsən deyərkən, elçilərin insan olaraq onlardan üstün olduqlarını dərk edir, lakin Allahın ölümlü birini Rəsul olaraq göndərə biləcəyi həqiqətini dərk etmirlər. Allah bizə bizdən olan birini göndərməsəydi yenə də inkar edərdilər. Bu dəfə də o bizim kimi deyil, biz onu təqib edə bilmərik deyərdilər. Bir Rəsulun ölümlü olması, bazara-çarşıya getməsi (Furqan surəsi) onun bizdən biri olduğuna, başqa sözlə halımızdan anladığına, bizim kimi bir nəfsə sahib olduğuna dəlildir. Bir Rəsul nəfsinə hakim ola bilibsə deməli biz də nəfsimizə hakim ola bilərik.

Bu qissələrdə qiyaməti gerçəkləşdirən səbəb Rəsulu inkar və ona itaətsizlikdir. Hər qövmün ifrata vardığı bir günahı gündəmə gətirilir. Toplumun əxlaqsızlıqda israrı qınanılır, onlar doğru dinə - İslama dəvət edilir, inkar etdikdən sonra isə qiyamətləri qopur. Lut qövmünün cinsəl pozğunluğu bir əxlaqsızlıq olduğu kimi, Şuayib peyğəmbərin qövmümün tərəzidə aldatması da başqa bir əxlaqsızlıqdır. Bir heyvanı susuz buraxaraq ona zülm edən Səmud qövmü də “heyvan haqqına” təcavüz edərək əxlaqsızlıq etmişdilər. Hər qövmün həlak səbəbi başqa, həlak forması başqadır. Onların ortaq nöqtələri isə toplumsal həlaklarıdır. Bizim bu qissələrdən alacağımız ən böyük dərs: “Həqiqət qarşısında insanlıq durumunda heç bir şey dəyişmədiyi təqdirdə aqibətdə də heç bir şey dəyişməyəcək” mesajıdır.

Allah bizə bu qissələri danışdıqdan sonra bir həqiqəti təkrar edir: “Əlbəttə bu qissədə alınaca bir dərs mütləq vardır; fəqət insanların ÇOXU yenə də inanmayacaqlar”

P.S. Qiyamətin 4 növü var:
1. Fərdin qiyaməti olan ölüm.
2. Toplumun qiyaməti olan həlak.
3. Yer üzünün qiyaməti olan son saat.
4. Kainatın qiyaməti olan inşiqaq


Rüzgar Kəskin /azerislam.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka