Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAM LÜĞƏTİ

[ Aktual / 10026 dəfə baxılıb ]   
|
 
Bu lüğəti niyə paylaşırıq deyə soracaq olanlara bir açıqlama borcumuz var. Biz bu dinə iman etdik, bu dini yaşayırıq. Bəzən isə Qurandan bildiyimiz, dinimizin bizə öyrətdiyi kəlmələrin mənasına varmadan, onların əsl məqsədindən uzaq bir şəkildə istifadə edirik. Məsələn cahil birinə kafir, kafir birinə fasiq deyirik. Allah isə Kitabında hər kəsi öz adı ilə adlandırmış və hər birinin xarakterini açıqlamışdır. Deməli bizdən tələb olunan da kəlmələrin əsl mənasına varmaq, daşıdıqları mesajı doğru anlamaqdır. Fasiq birinə kafir deməklə əslində onun imanını inkar etmiş oluruq. Allah onu fasiq adlandırırsa deməli onun imanını inkar etmir, əməlində problem olduğunu söyləyir. Əməli düzələrsə imanı qəbul olunacaq. Biz isə əslində fasiq olan birinə kafir deməklə onun imanını inkar edir və ona qarşı haqsızlıq etmiş oluruq.

Quranı Kərimin öz dil üslubu var. Bəzi kəlmələr ərəblərin bildiyi və işlətdiyi kəlmələr olsa da Allah kitabında onun mənasını bir qədər dəyişdirmişdir. Məsələn "hidayət" kəlməsi. Bu gün biz bu kəlmənin doğru dinə yönəlmək olaraq anlayırıq. Birinə dua edərkən "Allah sənə hidayət versin" deyir, özümüz üçün də Allahdan sadəcə "hidayət" diləyirik. Çünki sözün Allahın istifadə etdiyi mənasını bilirik. Ərəb toplumunda isə bu söz daha öncə də var idi: onlar bir şəxsin səhrada azmasına dəlalət, onu səhrada tapıb, ona yol göstərilməsinə isə hidayət deyirdilər. Rəsulullahla hicrət edən Əbu Bəkr qarşılarına çıxan bir qəbilə sakinlərinin "Siz kimsiniz?" sualına "Mən dəlalətdə idim, - Rəsulullahı göstərərək, - o məni hidayətə çıxartdı" cavabını vermişdi. O qəbilə sakinləri də Əbu Bəkrin yolda azdığını, Rəsulullahın isə ona bələdçilik etdiyini, yolu göstərdiyini düşünmüşdülər. Əbu Bəkrə doğru yolu, İslamı göstərən Rəsulullah olduğu üçün o əslində hidayət və dəlalət sözlərini bu mənada işlətmişdir.

Ayə - İşarə; Dəlil, Allahın varlığına dəlalət edən şeylər; Qurani Kərimdəki cümlələr.
Batil - Haqdan uzaq; Doğru olmayan; Boş və yanlış olan.
Bəni İsrail Hz. Yaqubun soyundan gələnlər. (Yaqub peyğəmbərin ləqəbi İsrail idi)
Bəl'am - Aldadıcı, çaşdırıcı; Haqdan danışdığı halda insanları aldadıb haqdan uzaqlaşdıran; Haqqı gizlədən.
Bəla- İmtahan, sınaq.
Bəyan - Bildirmək, açıqlamaq.
Biət - İmama və ya əmrə bağlılıq və sədaqət məqsədi ilə verilən söz.
Bidət - Dində olmayıb, dinə istinad edilən, xüsusu ilə sünnətə əks olan şeylər.
Cahil - Elmsiz, savadsız. Allahı doğru tanımayan.
Cahiliyə - Elmsizlik; Savadsızlıq; Batil inanclarla yaşanan həyat tərzi. İslama əks olan bütün həyat tərzləri.
Cəza - Əvəz. (həm yaxşı, həm pis bir şey üçün əvəz)
Cihad - Allah yolunda savaşmaq və ya əzm göstərmək.
Din - Borc, yağış, həyat tərzi, iman.
Əcir - Edilən gözəl bir əməlin Rəbbimiz tərəfindən verilən qarşılığı.
Ənsar - Yardımçı; Hz.İsanın həvariləri; Hicrət edən müsəlmanları himayə edən Mədinəli müsəlmanlar.
Əhli - Beyt - Rəsulullahın ev xalqı.
Əhli Kitab - Allahdan vəhy alan ümmətlər. Qurani Kərimdə Yəhudilər, xristianlar üçün bu ifadədən çox istifadə olunur. Biz də onlardan sonra Əhli-Kitabıq. Kitab verilmiş ümmət.
Əhd - Söz vermək, vəd etmək.
Əsab-ı Kiram - Səhabə.
Əsmau'l Hüsna- Allahın gözəl adları
Fasiq - Əməlində problem olan. İman etdiyi halda əməl etməyən. Araqarışdıran.
Fuhuş - Çirkinlik, utanmazlıq, zina; Ədəb və tərbiyəyə uymayan davranış.
Fəlah - Qurtuluş, səadət, salamatçılıq; Çətinlikləri dəf edərək qurtuluşa çatmaq.
Fəsad - Qarışıqlıq; Əsli dəyişdirilmiş.
Fitnə - Qarışıqlıq yaratmaq, mübahisəli vəziyyətin yaradılması, ara vurmaq; İmtahan.
Qiyam - Ayağa qalxmaq, bir şeyi ayağa qaldırmaq. Zülmə və küfrə qarşı baş qaldırmaq. Namazda ayaq üstə durmaq.
Qiybət - Bir insanın qiyabında (olan hadisəni) danışmaq. Haqqında danışılan insanın eşitdiyi təqdirdə xoşlanmayacağı bir söz. Bir insanı başqalarının gözündən salmaq. (olanı danışmaq qiybət, olmayanı danışmaq iftiradır.)
Haşyət - Qorxu; Allahdan ehtiramla qorxmaq. Xof - bir şeyin kiçikliyini bildiyi halda qormaq, hürkməkdir. Haşyət isə bir şeyin böyüklüyünü bilərək sevgi ilə, sevgisini itirməkdən qorxmaqdır. Haşyət yalnız Allaha duyulur.
Hədis - Hz. Peyğəmbərin söz və davranışları haqqında məlumat; Xəbər.
Hənif - Allahın birliyinə inanan. Allahı və Allahın razı olacağı dini birləyən, (Müvahidd)
Həşr İnsanların yenidən dirildilməsi. Məşhərdə toplanmaq.
Həva - İnsanların hüdud bilməz arzu və istəkləri.
Hizb - Camaat, firqə, partiya, tərəfdaşlar.
Hizbullah - Allahın firqəsi, Allah rizasına tərfdaşlıq edənlər.
Hizbuşeytan - Şeytanın firqəsi, tərəfdarları, ordusu.
İbadət - Bir varlığın özündən üstün və yüksək qəbul etdiyinə boyun əyməsi. Onun əmrlərinə tabe olaraq sözsüz yerinə yetirilməsi. Allaha tam mənada təslim olaraq, Onun razı qalacağı və Onun buyurduğu şəkildə tabe olub, əməllər işləmək.
İblis - Ümidsiz; Allaha asi olan Şeytan. Şeytan asi olduqdan sonra İblis oldu.
İctihad - Çalışmaq, əzim göstərmək. Ayə və hədislərdən faydalanaraq höküm çıxarmaq, fikir irəli sürmək. (Bir hadisə və ya bir ayə haqqında qərar vermək üçün Quran və Sünnətdən xəbərdar olmaq, məsələni orda tapmadıqda (bizim halımızda səhabələrin həyatı da qaynaq ola bilər) dəlillərə əsaslanaraq qərar vermək. Qərar verəcək halda elm sahibi olmayanlar ya ixtiyarini, ya da təlqini seçməlidirlər. İxtiyari - bütün məzhəb alimlərini görüşündən xəbərdar olaraq birini seçmək, təlqin - kiməsə uyaraq onun kimi hərəkət etmək. Təlqin imanın və elim ən zəif olduğu vəziyyətdir.)
İnfaq - Allah üçün verilən, Onun yolunda edilən bütün xərclər, yardım, sədəqə. (Sədəqə iki şeydən birini verməkdir. İnfaq isə tükətmək. Olan bir şeyi sevdiyin halda, bəzən özünün də ehtiyacı olduğu halda başqasının səndən daha ehtiyaclı olduğunu bilərək ona verməkdir. Ayədə möminlərin keyfiyyəti haqqında "onlara verdiyimiz ruzidən infaq edərlər" deyilir. Deməli bizim ruzimiz olan bir şeyi başqası ilə paylaşmaq mömün olmağın keyfiyyətlərindn biridir)
Kafir - Haqdan xəbəri olduğu halda inkar etmək. Haqqa dəvət olunmayan birinə kafir demək doğru deyil. Onun ilk öncə inkar etdiyi şey haqqında məlumatı olmalıdır.
Küfür - Bir şeyi örtmək, gizlətmək; Haqqı rədd etmək, yalanlamaq. Ərəblər bir toxumu basdırdıb üstünü torpaqladıqları zaman "onu küfr" etdik, deyirlər.
Ma'ruf - Gözəl və uyğun olan. Dinin, səlim ağlın xoş və uyğun gördüyü bir şey.
Məhşər - Qiyamətdən sonra həşr olunan insanların toplanacağı yer.
Məşru - Şəriətə uyğun verilən höküm, qanun.
Millət - Bu kəlmə Quranın dilimizə gətirdiyi bir sözdür. Quran İbrahim milləti deyərək İbrahimin dinini yaşayan, onun təbliğinə uyanları onun millətindən hesab edir. Bu gün istifadə etdiyimiz millət sözü Quranda qövm olaraq keçir. Ad qövmü, Səmud qövmü... İnsanlar ya İbrahim millətindəndir, ya da Şeytan...
Möhkəm - sağlam, kəsin, qüvvətli, açıq olan. Quranın mənası açıq olan ayələri. Mənası anlaşılmayan və ya birdən çox mənası olan ayələr mütəşabih ayələr adlanır. (Bu tərifi Allah verib.)
Mücrim - Günahı həyat tərzi edən. Günah işləmək üçün Allahdan qaçan.
Münafiq - İmanında problem olan. İnanmış kimi görünən. Allaha haqqı ilə inanmayan. Riyakar.
Müttəqi - Allahdan layiqincə qoruxub çəkinmək. Allaha qarşı məsuliyyətini dəqiqliklə yerinə yetirən. İman və əməlində məsuliyyətli davranan.
Müsəlman - Allaha təslim olan, əlindən və dilindən başqalarının əmin olduğu biri. İslamı yaşayan.
Müşrik - Allaha şərik qoşan. Allahla yanaşı başqa birini də ilah qəbul edən. İmanında problem olan.
Müvahidd Allahın bir olmasına, tək Allaha inanan.
Müctəhid - İctihad edən, ayə və hədislərdən höküm çıxaran.
Müfəssir - Qurani təfsir edən.
Münəzzəh - Pak, təmiz, qüsur və nöqsanlardan uzaq.
Münkər - Dinin və səlim ağlın da pis olaraq dəyərləndirdiyi bir şey. İslamın qadağan qoyduğu bütün əməl və davranışlar.
Mömin - Allahın birliyinə və İslamın bütün hökümlərinə səmimi qəlbdən inanan.
Mütəşabih - Mənası açıq və dəqiq olmayan, bənzər mənalar ehtiva edən.
Nəhy - Çəkindirmək, yasaqlamaq, qadağan qoymaq.
Nifaq - İki üzlülük, riyakarlıq. Əsli dəyişdirməyə çalışmaq.
Nüzul - Yuxarıdan aşağı enmək. Quran ayələrinin endirilməsi.
Rəsul - Elçi, İnsanlar üçün Allah tərəfindən göndərilən elçi, xəbərdar edib, çəkindirən, müjdə verən. Allahın ayələrini təbliğ edən.
Səmavi - Səmaya aid olan. İlahi qaynaqlı olan.
Sirat-ı Müstəqim - Doğru yol. Allahın göstərdiyi doğru yol.
Sünnət - Yol, adət, qanun, təqib olunan üsul. Peyğəmbərin (bir elçi olaraq) əməl və davranışı.
Şəfaət - Birinin başqası haqqında yaxşılığına şahidlik etməsi, onun üçün bağışlanmaq istəməsi. Məhşərdə Allahdan bir kimsə üçün bağışlanma istəmək. (Qurani Kərimdə şəfaətlə bağlı 25 ayə var. 23 ayə axirətdə heç kimin heç kimə şəfaət edə bilməyəcəyi söylənilir. 2 ayədə isə Allah dilədiyinə şəfaət edəcəyini və bu şəfaətinin dilədiyi şəxslərini əli ilə təqdim edəcəyinə dair bilgi verir)
Şəriət - Su qaynağına gedən yol. Hökmlər və qanunlar. Halal və haramlar. Allahın qoyduğu qanunlara tabe olaraq yaşamaq şəriət üzrə yaşamaqdır.
Şirk - Allaha və Allahın hökümlərinə hər hansısa bir şəkildə ortaq qoşmaq, şərik qoşmaq.
Tağut - Büt, şeytan. Allaha üsyan edən və insanları üsyana dəvət edən. Allahın hökmünü tanımayaq insanları Allaha qulluqdan əngəlləyən hər bir varlıq, qurum. (Allah ibadəti icazəli hala gətirən hər bir düşüncə tərzi. Mən icazə verdiyim qədər inana bilərsən deyən Firon düşüncəsi.)
Təhrif - Bir şeyin əslini dəyişdirmək.
Təbliğ - Çatdırmaq, bildirmək, açıqlamaq. Rəsulllar Allahın vəhyini insanlara təbliğ etməklə mükəlləfdirlər.
Tövhid - Allahın birliyinə, hökümlərinə heç bir bənzər, şirk, ortaqlıq qoşmadan iman etmək. Allaha qarşı duyulan, içində haşyət və sevgi olan məsuliyyət şüuru. Allahı yeganə yaradıcı, ruzi verici, tərbiyə edici, əmr və höküm qoyucu, hesab sorucu və əvəz verici olaraq tanımaq və qəbul etmək.
Tevil - Şərh.
Teyd - Qüvvətləndirmək, sağlamlaşdırmaq, düzəltmək.
Uhrəvi - Axirətlə bağlı olan.
Ulu'l Əmr - Müsəlman əmr və ixtiyar sahibləri.
Ümmət - Bir zaman içində, məkan üzərində, bir din ətrafında və ya peyğəmbərin arxasında toplanmış, bir-biri ilə uyumlu insan toluluğu.
Ehsan - Yaxşılıq etmək. Bağışlamaq, hədiyə vermək.
Xürafət - Uydurma, nağıl, əfsanə. İslama istinad edilən batil etiqad və əməllər.
Vəlayət - Höküm sahibliyi. Ümmətin məşru liderliyi.
Zikir - Anmaq, xatırlamaq. Namza, öyüd, düşünmək.
Zülüm - Bir şeyi yerindən etmək. Haqsızlıq, incitmək. Ədalətin ziddi. Məşru həddi pozmaq.


P.S. Bu məlumatların sizin üçün də faydalı olacağına ümid edərək paylaşdıq.

Rüzgar Kəskin / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka