Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DARU'L ƏRKAM [3]

[ Səhabələr / 5301 dəfə baxılıb ]   
|
 
Daru'l Ərkamın seçilməsinin səbəbləri

Bisətin başlanğıcında Rəsulullahın (sas) İslamın təbliği üçün Ərkamın evini seçməsi səbəbsiz yerə deyildir. Bu evin seçilməsi sadəcə başqa bir alternativinin olmamasından, başqa bir yer tapmamasından və ya evin bu iş üçün çox uyğun olmasından qaynaqlanmırdı. Heç şübhə yoxdur ki, bu saydıqlarımız da çox önəmli məsələlərdir və evin seçilməsində saydığımız bu amillər də mühim rol oynayırdı. Lakin bütün bunlarla yanaşı başqa önəmli məqamların olduğunu da görürük. Allah Rəsulunun (sas) məktəb üçün seçdiyi bu evdə nəzərə aldığı amillər bu gün bizim üçün də çox önəmlidir.
Bizə elə hesab edirik ki, Allah Rəsulu (sas) Ərkamın evini seçərkən aşağıdakı 4 əsas amili nəzərə almışdır.

1. Evin sakini Ərkam Mahzum oğullarına mənsub olan bir gənc idi. İslami dəvətin düşmənləri müsəlmanların bu qəbiləyə mənsub bir evdə toplaşacaqlarını əsla təxmin edə bilməzdilər və Hz. Ömərin iman etdiyi günə qədər də etmədilər. Çünki bu qəbilə həm İslam mesajına ən çox düşmənçilik edən, həm də Rəsulullahın mənsub olduğu Abdulmuttəlib ailəsi ilə də daima mübahisə və münaqişədə olan bir qəbilə idi. Bu münaqişənin böyüklyüyünü anlamaq üçün bir hadisəni xatırlamağımız kifayətdir: Əbu Cəhl bir gün təxminən 10 yaşlarında olan Hz. Əlini yolda görür. Bir az Rəsulullah barəsində danışırlar. Və nəhayət Əbu Cəhl deyir ki: “Əmin oğlu doğru söyləyir, lakin mən yenə də ona qarşı çıxacağam”. Hz. Əli Əbu Cəhlin bu sözünə təəccüblənir: “Həm doğru söylədiyini qəbul edirsən, həm də ona qarşı çıxacağını söyləyirsən. Nə üçün?” deyə soruşur. Əbu Cəhl bu davranışının səbəbini belə açıqlayır: “Biz illərdir sizin qəbilə ilə hər barədə münaqişə edir, yarışırıq. Siz Kəbəyə xidmət etdiniz, biz də etdik. Siz hacılara su payladınız, biz də payladıq. Siz gəlib gedən müsafirlərə yardım etdiniz, biz də etdik. İndi siz durub bizdən Peyğəmbər çıxdı deyirsiniz! Yaxşı, bəs biz bizim qəbilədən olan Peyğəmbəri hardan tapaq? [1] Əbu Cəhlin bu sözləri mənsub olduğu Mənzum oğullarının düşüncələrini təzahür etdirən çox önəmli bir örnəkdir.

Ərkam belə bir ailəyə mənsub idi; ona görə də heç kim Ərkamın müsəlman olduğuna dair bir ehtimal verməz və evini də Muhəmmədin (sas) risaləti üçün mədrəsə edəcəyini heç təxmin etməzdi. Hz.Ömərin müsəlman olmasına qədər, yəni təxminən Nübuvətin 6-cı ilinə qədər Məkkədə risalətin mesajına qarşı olanların bu evdən xəbər tutmamaları bu iddianın ən böyük isbatıdır. Onlar müsəlmanların bir yerdə toplandıqlarından şübhələnir, lakin bu evin harda olduğunu heç cür tapa bilmirdilər. Çünki əsabiyyətin (irqçiliyin) ən üst pillədə olduğu bir toplumda əmilərinin və ailəsinin düşmən olduğu bir davanın adamlarının belə bir evdə təhsil alacaqlarını düşünə bilmirdilər. Rəsulullah (sas) yaşadığı toplumun bu özəlliyini bildiyi üçün Fironun sarayında yetişən Musa kimi o günün Fironularının mənsub olduğu bir ailənin evində risalətin igidlərini yetişdirirdi.

2. Ərkamın evi həm stategiya baxımından, həm də qruluş etibarı ilə bir məktəb/mədrəsə üçün çox əlverişli idi. Xüsusi ilə o gün diqqət çəkməmək çox əhəmiyyətli idi; ev çox qələbəlik bir küçədə yerləşirdi və küçəyə kimin girib, kimin çıxdığı bəlli olmurdu və ona görə də evə gedib gələnləri təsbir etmək çətin idi. Bundan başqa o evdən Kəbəyə getmək üçün fərqli dörd yol var idi ki, bu da yollardan birində təhlükə və ya şübhəli bir hal görüldüyü təqdirdə digərindən istifadə etmək imkanı yaradırdı. Bu küçə hacıların (zəvvarların) çox olduğu küçə olmasına görə də çox əlverişli idi. Evə dəvət olunan hacılardan heç kim xəbər tutmurdu. Ev memarlıq baxımından da məktəb üçün çox əlverişli idi. Gözəl bir həyəti, böyük bir salonu var idi. Camaatla namaz qılmaq üçün münasib idi.
Hz. Ömərin nübətin altıncı ilində müsəlman olduğunu söyləmişdik. Qaynaqlarımızda onun 129-cu müsəlman olduğuna və həmin illərdə Ərkamın evində 39 tələbə olduğuna dair məlumatlara rast gəlirik. Deməli Ərkamın evində ən az 39 insan bir yerə toplaşa bilirdilər. Evin böyüklyünü anladan başqa bir ifadə də evə “beyt” deyil “dar” deyilməsidir. Ərəb dilində beyt – mahiyyəti nə olursa olsun gecə qalınan üstü qapalı yerlərə deyilir. Bu mənada üstü bağlı çadrlar üçün də istifadə edilir. Lakin dar – üstü açıq tikililər üçün istifadə edidiyi kimi həm də böyük sosial iaşə obyektləri üçün də istifadə edilir. Məşhur dilşünas İsfahaninin qeyd etdiyi kim: Ərəblər ətrafı divarlarla bağlı olan, bəzən içində bir neçə evin olduğu ərazilərə “dar” deyirlər. [2] Buradan da Ərkamın evinin bir məktəb üçün uyğunluğunu anlayırıq.

3. O vaxtlar Ərkamın müsəlman olduğunu Məkkədə heç kim bilmirdi və Ərkam bu evin əminamanlığı üçün imanını gizlədirdi. İmanınını gizli tutmağı Rəsulullah (sas) şəxsən ona tövsiyyə etmişdir. Rəsulullahın (sas) qarşısına çıxıb bir neçə suallar vedikdən sonra iman etdiyi gün Rəsulullahı (sas) evinə dəvət etmiş, Allah Rəsulu onun dəvətini qəbul etsə də evinə onunla bərabər getməmiş, evin yerini öyrənərək ya həmi gün, ya da ki, səhəri gün günorta vaxtı, bütün Məkkə yuxuda olarkən o evə getmişdir. Rəsulullahı Ərkamın müsəlman olmasının bilinməməsini istəyirdi. Çünki bunun duyulması ilə Ərkam da iman edən başqa müsəlmanlar kimi təzyiq və hücumlara məruz qalacaqdır. Bir də ki, Ərkamın bəni Mahzumdan olduğunu xatırlasaq onun müsəlmanlığının duyulmasl işin başlamadan bitəcəyi demək idi. Buna görə də Rəsulullah ona, müsəlman olduğunu heç kimə söyləməməyi tövsiyə etmişdir.

4. Ərkam b. Əbi'l Ərkam iman edib, evini risalətin davası üçün açdığı zaman 18 yaşlarında bir dəliqanlı idi. Heç kim belə böyük iş üçün bu yaşda gənc birinin evinin seçiləcəyini təxmin etmirdi. Məkkəlilər “Əgər belə bir ev varsa bu ev şübhəsiz ki, Əbu Kufənin oğlu Əbu Bəkrin ya da Af'ın oğlu Abdurrahmanıln evidir” deyə təxmin edirlilər. Onlar bütün Məkkəni sarsıdan Muhəmmədi dəvətin 18 yaşlarında bir dəliqanlının evindən idarə olunduğunu ağıllarına da gətirmirdilər.
Rəsulullah yaşadığı toplumu çox yaxşı tanıyırdı. O toplumun gənclərə münasibətini bilirdi. Çünki onlar bir müddət öncə Rəsulullaha iman edən 10 yaşındakı Əlini də ciddi qəbul etməmiş, Rəsulullahı lağa qoyaraq" "hələlik sənə bu uşaq kifayətdir" demişdilər. O uşaq daha sonralar şirkin belini qıracaq qəhrəmana çevrildi. Və 18 yaşındakı bir dəliqanlının da evi İslamın ilk məktəbi oldu və risalətin mesajları aləmlərə yayılırdı.

Məhz bu səbələri göz önündə tutaraq Rəsulullah (sas) Ərkamın evini İslamın ilk mədrəsəsi və məktəbi olaraq seçmişdir. Artıq ev seçilmiş və növbə evə seçiləcək tələbələrə və dərs proqramına gəlmişdir. Bu mədrəsinin müəllimi olan Rəsulullah bir tərəfdən tələbələri seçəcək, digər tərəfdən də onları necə yetişdirə biləcəyinə dair bir üsul tətbiq edəcəkdir.

Darul Ərkama qəbul olunan tələbələrin özəllikləri
Ərkam b. Əbul Ərkamın 16-cı müsəlman oluğunu xatırlasaq o günlərdə iman halqasına daxil olanların sayının 20-yə çatmadığını söyləyə bilərik. Məhz belə bir vəziyyətdə Ərkamın evi İslamın ilk mədrəsəsi olaraq seçilmiş və Rəsulullah bir sərraf dəqiqliyi ilə bu mədrəsyə tələbələrini seçməyə başlamışdı. Və hər kəs deyil; sadəcə bəzi özəl xüsusiyyətləri daşıyan tələbələri bu mədrəsəyə qəbul etmişdir.

Bu məqamda mövcud siyər kitablarımızın bir yanlışını da xatırlatmaq istərdik. Rəsulullahın Məkkə illərindən söz getdiyi zaman siyər kitablarının bir çoxu o dönəmi “gizli və açıq dəvət dönəmləri” deyə ikiyə ayırır. [3] Lakin o illəri daha yaxşı tədqiq etdiyimiz zaman aydın olur ki, gizli və açıq deyil, ümumi və özəl dəvət vardır. Başqa bir sözlə desək fərdi və ictimai dəvət. [4]

Özəl ilə gizli fərqli bir haldır. Gizli dəvət; sirr olaraq saxlanılır, başqalarının görməməsi üçün tədbirlər alınır, lakin dəvət olunan muxatabın kimliyi/şəxsiyyəti nəzərə alınmır. Kim olursa olsun dəvətə muxatab olaraq qəbul edilir. Özəl dəvət isə; içində bir gizlilik olsa da bu dəvətdə muxatabın şəxsiyyəti önəmlidir. Hər kəs deyil, sadəcə seçilənlər dəvət olunur. Başqa bir sözlə Rəsulullahın Daru'l Ərkamdakı ilk illəri; gizli dəvət illəri deyil, özəl dəvət illəri idi.
Bu özəl dəvət illərində Allah Rəsulu (sas) risalət davasını çiyninə alıb daşıyacaq bir kadrın yetişməsi üçün əzm göstərmişdir. Bu kadr risalət davasının "toxum kadr"ları olacaqdırlar. İşin toxum qisminin çox sağlam olması davanın salamatlığı baxımından çox önəmli idi. Buna görə də Əfəndimiz (sas) bu kadrın yetişməsinə ciddi cəhdlə çalışırdı. Çünki şərtlər çox ağır idi, zaman məhdud, iş isə çox.
Rəsulullah bu toxum kadrı necə seçirdi? Allah Rəsulunun tələbələri seçərkən nəzərə aldığı amillər üçün çox şey söyləmək mümkündür. Lakin biz bu önəmli mövzunu da 4 önəmli məqamda birləşdirir və nəzərinizə çatdırırıq.

1. Allah Rəsulu o gün üçün yük olacaq deyil yük alacaq insanları seçirdi. Dəvətin ilk illərində onsuz da çox olan ağır məsuliyyətlərə bir də problemli insanların yüklərini daşıyaraq insan taqətini tükədən bir vəziyyətin yaranmasına şərait yaratmırdı. Belələrini o günlər üçün dəvətin ikinci mərhələsinə buraxır, çiyninə yük götürə biləcək insanlara üstünlük verirdi.

2. Cəmiyyətə təsiri ola biləcək insanları seçir, əks təsir yaradacaq və ya heç bir təsir formalaşdırmayacaq insanların bu məktəbdə yetişməsi üçün zaman xərcləmirdi. Rəsulullah (sas) toxum kadrın inşasında olduqları sosial mühitdə passiv deyil, aktiv olanların üstündə dayanır, onları seçirdi. Cahillik illərində cəmiyyət içində bəlli məqamları olan insanlara öncəlik verirvə onların insanlar üzərində daha təsirli ola biləcəklərini nəzərə alırdı. O gün üçün kölə olanların içindən seçdikləri tələbələrdə belə bu keyfiyyətləri axtarırdı. Rəsulullah hər zümrədən və hər cinsdən tələbə seçirdi: Ərkamın evində qadın, kişi, uşaq, böyük, kölə, zəngin hər kəs vardır.

3. Məkkənin sosial qruluşunu çox yaxşı bilən Allah Rəsulu Ərkamın evini hər hansısa bir qəbilənin və ailənin evinə çevriləməsinə imkan vermir, bütün ailələri və bütün qəbilələri birləşdirərək hər ailə və ya qəbilədən heç olmasa bir nəfərin orda olmasına çalışır və beləliklə də mesajını toplumun hamısına çatdırmaq imkanını təmin edirdi.

4. Ərkamın evində yetişəcək tələbələrin yaşlarına da heç bir məhdudiyyət qoymur, lakin tələbə seçimində gənclərə daha çox üstünlük verirdi.

Burada iddia edilən maddələrin bəzilərinə bəlkə də siyər kitablarınından oxuyub öyrəndiklərinizlə müqaisə edərək etiraz edə bilərsiniz; lakin bu mövzunu təhlil etsəniz görərsiniz ki, tələbələr həqiqətən də burda iddia edilən məqamlar nəzərə alınaraq seçilmişdir.


[1] İbn Hişam, əs-Sirə, c.1.s.426
[2] Raqib əl-İsfahani, əl-Müfrədat Əlfazul Quran, s. 321
[3]Ramazan əl-Buti, Fıkhus-Siyər, s.90-91) Mövdudi, Tarix boyunca Tövhid Mücadiləsi və Hz. Peyğəmbərin Həyatı, s.598-603...
[4]Cəlaləddin Vətəndaş, Hz.Muhəmmədin Həyatı və İslam Dəvəti, Məkkə Dönəmi. C.1.s.201


Ardı var:
Əvvəli: http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1968
http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1980

Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka