Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AZAN [3]

[ Aktual / 10506 dəfə baxılıb ]   
|
 
Müəzzinə tabe olmaq
Müəzzin azan oxuyarkən ona tabe olmaq, onun oxuduqlarını təkrarlayaraq təsdiq etmək Sünnətdir. Belə ki, Səhabə Əbu Said əl-Hudridən belə bir Hədisi-Şərif rəvayət edilir:
"Rəsulullah (sas) belə buyurdu: Müəzzinin səsini eşitdiyiniz zaman siz də onun söylədiklərini təkrar edin!"[1]
Müəzzinin söylədiklərini təkrar edib söyləmək; onu doğrulamaq, onu təsdiq etməkdir. Çünki onu sevməyənlər onu duymaq, onu dinləmək istəməzlər. Təəssüf ki, bəzi Müsəlman ölkələrində mikrafonla verilən Azan səslərini "rahatsız edir" bəhanəsi ilə kəsildiyinin də şahidi oluruq. Azanın sözlərini təkrarlamaq onu qəbul etmək, onu təsdiq etməkdir.

Müəzzinin oxuduğu "Hayyi 'ala's-Salat və Hayyi 'ala'l-Fəlah" deyildikdən sonra bu iki kəlməni təkrar etməyin əvəzinə "la havlə və qüvvətə illa billah (bütün güc və hərəkət yalnız Allahın iradəsi ilədir)" deyilir.

Bütün İslam düşmənlərinin rəhbəri olan və Allaha ilk dəfə şirk qoşan Şeytanın da ən çox sevmədiyi səs Azan səsidir. Azan, pisliklərin təşviqçisi olan Şeytana əsla xoş gəlməyən bir sədadır (Müslim, Səhih). Çünki mömin Azanla bütün pislikləri tərk edib Allahın əmrinə yürüyər. Bir Hədisi Şərifdə Rəsulullah belə buyurur:

Namaz üçün Azan oxumağa başlayınca Şeytan dəhşətlə qaçmağa başlayar. Və bu qaçışını Azan səsini eşitməyənə qədər davam etdirər. Azan bitincə geri dönər. Namaz üçün iqamə oxununca eyni şəkildə oradan uzaqlaşıb gedər. İqamə bitincə yenə geri dönər. Müsəlmanın namazını ifsad üçün gələr və onun yadına bir şeylər salmağa çalışar: "bunu, bunu xatırla!" Müsəlmanı o qədər çaşdırar ki, o da neçə rükət namaz qıldığını bilməz" (Buxari, Səhih, 583).


AZAN DUASI

Azan oxunduqdan sonra Azan duasını oxumaq Sünnətdir. Allaha edilən bütün səmimi dualarda olduğu kimi Azan Duasında da bərəkət vardır. Əsas odur ki, nə söylədiyimizi bilək, kimə dua etdiyimizi idrak edək.

Rəsulullah hər Azandan sonra bu duanı oxuyarmış:
"Ya Allah! Ey bu dəvətin və qılınmaq üzrə olan bu namazın Rəbbi! Muhəmmədə vəsiləni, fəziləti ihsan et! Bir də ona vəd etdiyin "Maqam-ı Mahmud"u ona nəsib et!" ("Allahummə Rəbbə hazihi'd-da'vəti't-tammə. Vəssəlatil kâiməti ati Muhammədənil vəsilətə vəl fazilətə vəd-dərəcətər-rəfîatə. vəbashu makamən Mahmudənilləzi vəadtəh. İnnəkə lâ tühlifü'l-mîâd)

Azanın şərtləri
Azan oxumaq ibadətini doğru icra edə bilmək üçün aşağıdakı şərtlərin olması vacibdir:
1) Azana niyət edilməsi
2) Qibləyə dönülməsi
3) Azanın sözlərinə ara vermədən oxunması
4) Azanın Ərəb dilində oxunması
5) Azan vaxtının girmiş olması
6) Müəzzinin dəstəmazlı olması
7) Müəzzin Azanı bitirinciyə qədər azanın sözlərindən başqa heç bir kəlmə söyləməməlidir.

Müəzzinliyin şərtləri
Müəzzin olmağın şərtləri fıqhda belə müəyyənləşdirilmişdir:
1) Müəzzinlik edən mütləq Müsəlman olmalı və ağlında heç bir problem olmamalıdır.
2) Mütləq kişi olmalıdır. "Hunsa" (kişi və ya qadın olması dəqiq bilinməyən) olanlar müəzzinlik edə bilməzlər.
3) Sərxoş və şüuru üstündə olmayan birinin də müəzzinlik etməsi caiz deyil.
4) Kor olan müəzzinin yanında mütləq ona vaxtı bildirəcək birinin olması lazımdır. Fıqh alimləri müəzzinlərdən birinin gözü görürsə digərinin kor olmasında heç bir problem olmadığını söyləmişdilər.
5) Müəzzinin əxlaqlı olması vacibdir. Azan oxumaq üçün çıxdığı minarədən başqalarının həyətinə baxmamalıdır.
6) Azan oxuyacaq müəzzin mütləq həddi buluğa çatmalıdır.
7) Müəzzinlər insanlar içində ən gözəl əxlaqları ilə seçilməlidirlər.
8) Müəzzinin gur və gözəl səsli olması lazımdır.
9) İstənilən bir müsəlmanın oxuduğu azan və iqaməni əsas alaraq namaz qılmaq olar.

Azan oxumağın ədəbi
Azanın doğru oxunması vacib şərtdir. Müəzzin Azan oxumazdan öncə mütləq dəstəmaz almalıdır. Azan oxuyanın ayaq üstə durması, üzünü qibləyə çevirməsi və barmaqlarını qulaqlarına qoyaraq yüksək və gözəl səslə, yavaş-yavaş oxuması Sünnətdir. Səsi yüksəltmənin də ən sevimlisi və qəbul olunanı müəzzinin səsidir (İmam Şafi).

Yüksək səslə azan oxumaq haqqında Əbu Said əl-Hudri belə söyləmişdir: Azanı yüksək səslə oxuyun. Çünki mən Rəsulullahın (s.a.s.) "Cinlərdən, insanlardan, ağaclardan və daşlardan heç kim yoxdur ki, azanı duysun və Qiyamət günündə oxuyana şəhadət etməsin" dediyini duydum. (İbn Macə, Sunən, 723)

Kim azan oxuyarsa iqaməni də o oxuyar.
Hədis kitablarında keçən rəvayətlərə görə kim azanı oxuyarsa iqaməni də o oxumalıdır. Səhabələrdən Ziyad b. Əl-Haris belə söyləyir:

"Biz səfər əsnasında Rəsulullahla (s.a.s.) birlikdəydik. Azan oxumağım üçün mənə əmr verdi, mən də azanı oxudum. Məndən sonra Bilal da iqaməni oxumaq istədi. Rəsulullah: "Azanı Ziyad oxudu; kim azanı oxuyarsa, iqaməni də o oxumalıdır!" dedi. (İbn Macə, Sunən, 717)
Müsəlmanlar iki namazı cəm etdiyində [2] birinci namaz üçün azan, ikinci namaz üçün sadəcə iqamə oxuyurlar. (İmam Şafi, əl-Umm, I, 176)

Sala
İslam dünyasının bəzi bölgələrində Azandan sonra "Sala" yəni Peyğəmbər əfəndimizə salat və salam gətirilir. İslamın ilk dönəmlərində olmayan bu adət bu gün bəzi bölgələrdə hələ də icra edilir. Bəzi bölgələrdə isə bir məhəllənin sakinlərinə məhəllədən bir kimsənin öldüyünü xəbər vermək üçü də Sala oxunur.

Yeni doğulan uşaqların qulağına azan oxumaq
Bütün məzhəblərdə yeni doğulan uşaqların qulağına Azan və İqamə oxunur. Uşağın sağ qulağına Azan, sol qulağına aisə iqaməni oxuyurlar. Rəvayətlərə görə Rəsulullah (a.s.s.) bu haqda belə buyurmuşdur:

"Hər kəs yeni doğulan uşağının sağ qulağına azan, sol qulağına da iqamə oxusun. Çünki bu onu Şeytana qarşı qoruyar" (Biharul-Ənvar)


Ardı var.
Əvvəli:
http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1970
http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1981



[1] Buxari, Səhih, Kitabul-Azan, Hədis № 586; Müslim, Səhih, Kitabus Salat, bədu-l Azan; İmam Şafi, əl-Umm, I və s.
[2] Şafi, Maliki və Hanbəli məzhəblərinə görə səfər halında zöhrlə əsr, məğriblə işa namazları cəm edilib bərabər qılına bilər. Hənəfilər isə səfərdə də namazlarını cəm etməzlər.


Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:00
GÜNƏŞ06:33
ZÖHR [ 4 rükət ]12:46
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]19:00
İŞA [ 4 rükət ]20:27
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka