Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AZAN [2]

[ Aktual / 10639 dəfə baxılıb ]   
|
 
Azan İslamın əsas çağırışıdır. İnsanları tağutu inkar edərək Allaha qulluğa dəvət edir. "Allahu Əkbər" demək Allahı yeganə Böyük olaraq tanımaqdır.

Azan vaxtları
Rəsulullahın zamanında sübh namazı istisna olmaqla digər bütün namazların vaxtı girdikdən sonra azan oxunurmuş. Sübh namazında isə vaxt girməmişdən azan oxunurdu ki, insanlar oyansınlar, namaz qılmaq üçün məscidə gəlib çata bilsinlər. [1] Təəssüf ki, bu gün İslam bölgələrində bu qaydaya bir çox yerlərdə əməl etmirlər.

İmam Şafinin rəvayətinə görə əgər müəzzin azanı oxuduğu zaman hansısa bir bölümü unudub oxumaz, sonra xatırlayarsa, səssiz olaraq azanı tam olaraq oxuyar, qaldığı yerdən də səsli olaraq davam etməlidir.
İmam, yəni İslam Dövlət Rəhbəri müəzzinlərin azanı vaxtında oxumalarına diqqət etməlidir. Müəzzinlərin eyni anda azan oxumaqlarının yerinə bir-birinin ardınca oxumaqları daha uyğun hesab edilmişdir; ayrı-ayrı minarələrdə, vaxtın dəqiq bildirilməsi üçün fərqli müəzzinlərin azan oxumalarında heç bir qüsur yoxdur. İmam Şafi müəzzinlərin müəyyən miqdarda maaş almalarını, imamın ara-sıra onlara verəcəyi puldan asılı olmamalarını doğru hesab edir. Hz. Peyğəmbər azan oxutdurduğu gur səsli bir səhabəsinə gümüşdən bir hədiyyə vermişdir. [2] Lakin əgər bir bölgədə maaş alaraq işləyən müəzzin yoxdursa o zaman hər hansısa bir müsəlmanın başqa birinə azan oxutdurmasının müqabilində ona pul verməsində heç bir qüsur yoxdur.

Azanın tərifi
Azan bir çağrıdır. Bir şeyi tərk edib, başqa bir şeyə yönəlmənin elanıdır. Yəni bu çağırış 2 ölçülüdür:
a) Bəzi şeyləri bir an üçün tərk etmək,
b) Bəzi şeylərin tərk edildiyi bu anda, mücərrəd bir həzzə, duyğuya, qulluğa qaçmaq, qovuşmaq.

Birincisində bir an üçün maddini tərk etməkdən, ikincisində isə mənəvi, ruhi və cismanidən üstün bir həqiqətə qovuşmaqdan söz gedir.

İnsanla əlaqəli olan, insanı maraqlandıran, insanla maraqlanan hər hərəkətin, hər ideologiyanın, hər sosial fəaliyyətin bir "çağrı"sı var.
İdeologiyanın təbliği üçün yazılmış hər kitab, bəlkə də hər cümlə bizi bir şeylərə dəvət edir; ya müsbət, ya da mənfi dəyişiliklərə, çevrilişlərə bizləri dəvət edən ən böyük amil məhz bu çağrıdır.
Hər çağrı bir əmələ dəvət olduğu kimi Azan da bir əmələ, bir qulluğa, bir funksiyanı icra etməyə dəvətdir.

Azan namazın qılınacağını bildirmək üçündür
"Azan oxunmasının sadəcə namaz vaxtının girdiyini bildirmək üçün, yoxsa ki, namazın qılınacağını, müsəlmanların azanı duyaraq camaatla namaz qılmaq üçün məscidə gəlmələrini bildirmək üçündür?" sualı üləma tərəfindən mübahisə mövzusu olsa da çoxluğun qənaətinə görə Azan, namaz qılınacağını, müsəlmanların məscidə gəlmələrini bildirmək üçündür.
Camaat namazı ilahi Qüdrətə olan bağlılığın ictimai bir göstəricisi olmaqla yanaşı eyni zamanda sosial bir hadisədir. Gündə beş dəfə qılınan namazlarda müsəlmanların məscidlərə gedərək camaatla görüşmələri onların bir-birləri ilə dərdləşmələrini, problemləri varsa onu birlikdə həll etmələrini, hər cür yardımlaşmalarını, öz aralarında asan üsulla bir-birlərindən hal - əhval tutmaqlarını təmin edir. Həm Allaha qulluq, həm də cəmiyyəti maraqlandıran bu önəmli görüşməni təmin etmək üçün Azan oxunur; camaat namazının qılınacağı bildirilir.

Azan, camatı namaz qılmaq üçün toplamaq məqsədi ilə oxunduğu üçün məsciddə camaatla qılınacaq namaza Azan oxunan kimi başlanılmamalıdır; camaatın gəlməsi üçün 5-10 dəqiqə gözlənilməlidir. Əks halda insanlar camaatla qılınan namaza çatmaya bilərlər.

Azanın şəri (fıqhi) hökmü
Azanın bir "sünnəti- mükəddə" olduğuna dair bütün imamlar ittifaq etmişdilər. "Azanın vacibliyini (qanuniliyini) inkar küfrə vəsilə olur" şəklində fətva verilmiş, dəlil olaraq da bu ayələr göstərilmişdir:

"Ey iman edənlər! Cümə günü namaz üçün çağrıldığınızda Allahı zikr etmək üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə, 9)

Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə, 58)

Sünətdən dəlil olaraq da Rəsulullahın bu Hədisi Şərifi göstərlmişdir:

"Namaz vaxtı girdiyində aranızdan biri sizin üçün Azan oxusun!"

Cümə Azanları
Hz. Peyğəmbərin vaxtında Cümə günləri günorta vaxtı bir Azan oxunurdu. Rəsulullah Xütbə oxumaq üçün minbərə çıxıb oturduqdan sonra Bilal məscidin qapısında Azanı oxuyar, xütbədən sonra isə namaz qılmaq üçün iqaməni oxuyardı.
İlk iki xəlifə Hz. Əbu Bəkr və Hz. Ömər zamanında da bu belə davam etdi.
Hz. Osman isə Mədinədə sayları çoxalmış müsəlmanların Cümə namazını qaçırmamaları üçün bir də məsciddən çöldə bir Azan oxutdurdu ki, beləcə Cümə gününün Azanı iki dəfə oxunmağa başlanıldı; biri günorta vaxtı "məsciddən çöldə oxunan Azan", digəri də xatib minbərə oturduqdan sonra oxunan "daxili Azan".

Fiqh alimlərin fətvalarına görə birinci Azan oxunduqdan sonra bütün alış-verişi tərk etmək lazımdır. O vaxt olunan alış-veriş məkruhdur. Başqa sözlə Cümə namazına getməyin vacibliyi birinci Azan oxunmasından dərhal sonradır.
Cümə ayəsində keçən "saiyy" (qaçmaq) haqqında üləmanın gəldiyi qənaət burda söylənildiyi kimi qaçaraq gəlmək deyil, əzm göstərmək mənasındadır. Belə ki, Rəsulullah qılınmaqda olan camaat namazına yetişə bilmək üçün təlaşla qaçmamağı əmr etmişdir.

"Namaz üçün İqamə oxunduğunda ona qaçaraq gəlməyin, sükunətinizi mühafisə edərək yürüyün. Yetişdiyiniz qədər namazı qılın, yetişmədiyinizi isə tamamlayın" (Buxari, Səhin, 610)
Cümə namazından fərqli olaraq Bayram və cənazə namazlarında Azan və İqamə oxunmaz (İmam Şafi, əl-Umm, 169). Bayram namazlarında müəzzin "əs-Salat camaat" deyər və beləcə namaz qılınar.

Azanın oxunmadığı bölgələr İslam bölgələri deyil
Peyğəmbərimizdən bizə gəlib çatan xəbərlərə görə Azan oxunmayan ərazilər "Daru'l Hərb" qəbul edilmiş və oralarda cihadlar olmuşdur.
Buna görə də kim "Azan sünnətdir, tərk etməkdə heç bir günah yoxdur, tərk edənə də cəza yoxdur" deyərsə xəta etmiş olar. Çünki Azan "Daru'l İslam" şüarıdır. Rəsulullah bir bölgəyə cihad
üçün getdiyində axşam vaxtı o ərazidə döyüşməz səhəri gözləyərdi. Əgər Azan oxunmazsa oranın Daru'l Hərb olduğuna hökm verilir və bundan sonra cihad başlayardı.
İbn Teymiyyənin "Fətva"sında nəql edilən bir hədisdə Rəsulullah (sas) belə buyurmuşdu:
"Bir bölgədə üç gün Azan oxunmaz, Namaz da qılınmazsa Şeytan o bölgədə hakim olur. Onun üçün camaata sarılın. Çünki qurd sürüdən uzaqlaşan qoyunu tutar" (XXII, 65).

Fəth əlamətlərindən biri, bəlkə də birincisi Azandır. Rəsulullah bir ərazini fəth etdiyində orda Azan oxutdurur, sonra da "Fəth namazı" qılardı.
Məkkənin fəthində Hz. Peyğəmbər şəhəri tamamən fəth edincə Kəbəyə getdi və orada müəzzini Bilala, Kəbənin divarına çıxıb Azan oxuyaraq şirk qanunlarının hakim olduğu Məkkə Dövlətinin yıxıldığını, Allahın hökmlərinin, yəni İslamın Məkkədə hakim olduğunu elan etdi...

Rəsulullahın müəzzinləri
Azan oxuyan müsəlmana "müəzzin" deyilir. Azanın oxunduğu yerə isə "mizanə" və ya "minarə" deyilir.
Qaynaqlarımızdan öyrəndiyimiz məlumata görə Hz. Peyğəmbərin iki müəzzini vardı: Biri Bilal, digəri İbn Ummu Məktum. Hz. Aişə belə buyurmuşdu: "İbn Ummu Məktum kor olsa da Rəsulullahın əmri ilə müəzzinlik edirdi."
Rəvayətlərimizdən onu da öyrənirik ki, Bilal gecə azanlarını (axşam və işa), İbn Ummul Məktum da gündüz azanlarını oxuyurmuş. Rəsulullah oruc üçün sahur yeməyi haqqında sual verənlərə belə buyurmuşdu: Bilal gecə azan oxuyur. İbn Ummu Məktumu duyuncaya qədər yeyin, için! [3]

Azan oxumağın fəziləti
Heç şübhə yoxdur ki, Allaha qulluq etməyin ən gözəl şəkli Namazdır. Namaza dəvət olan Azanı oxumaq, ona qəlbdən bağlanmaq və bu işi sırf Allah rizası üçün etmək böyük bir savab, eyni zamanda şərəfdir.
Azan oxumağın nə qədər fəzilətli olduğuna dair olan bu Hədisi Şərif olduqca mənalıdır:
"Bilal Rəsulullah (sas) zamanında və Hz. Əbu Bəkrin xilafəti müddətində Azan oxudu. Hz. Ömərin zamanında isə Azan oxumadı. Hz.Ömər Bilaldan niyə Azan oxumadığını soruşunca o belə cavab verdi: Mən Rəsulullah (sas) və Əbu Bəkr həyatda olduqları müddətdə onların əmrləri üzrə Azan oxudum; çünki onlar mənim "vəliyyi-i nemətlərimdirlər" (nemət verənlərim) Və Mən Peyğəmbərin belə dediyini eşitdim: "Ya Bilal! Allah yolunda cihad etmək istisna olmaqla sənin vəzifəndən daha fəzilətli bir əməl yoxdur!" Buna görə də mən də cihada gedirəm! dedi və Şama doğru yola çıxdı.




əvvəli: http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1970
ardı: http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2004


[1]
İmam Şafi, əl-Umm, I.
[2]İbn Macə, Sunən, Kitabul-Azan, hədis 708.
[3]Darami Sunən. Kitabus-salat. 3, hədis 1190.


Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:59
GÜNƏŞ07:33
ZÖHR [ 4 rükət ]12:27
ƏSR [ 4 rükət ]15:00
MƏĞRİB [ 3 rükət ]17:20
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka