Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DARU'N NƏDVƏ [2]

[ Səhabələr / 5563 dəfə baxılıb ]   
|
 
Daru'l Ərkam xatırlandığı zaman onun qarşısında yerləşən Daru'n Nədvə də xatırlanır və bu iki evin arasındakı btib-tükənməyən mücadilələr yenidən zehinlərdə canlanır.

Daru'n Nədvənin tarixi Daru'l Ərkamdan daha qədimdir; ən əsası isə tikildiyi zaman Daru'l Ərkamla heç bir əlaqəsi yox idi. Qureyiş qəbiləsinin atası olan, Rəsulullahın 5-ci babası Qusay (ö.480) Huzaa qəbiləsi ilə mücadiləsinin sonunda Məkkənin və Kəbənin idarəsini ələ keçirincə o günlərə qədər çadırlarda yaşayan qəbiləsini Kəbənin ətrafında yerləşdirməyə başladı. Kəbə mərkəzli bir şəhər modeli quran Qusay getdikcə çoxalan əhalinin ehtiyaclarının ödənməsi üçün bir idarə sistemi qurdu. Bu sistemə görə hər ailə Məkkənin idarə edilməsində bir vəzifəni icra edirdi (Bu haqda Daru'l Ərkam bölümündə danışmışıq). Alınan qərarlara nəzarət etmək, problemləri araşdırıb həll etmək üçün bir iclas salonuna ehtiyac var idi. Təqribən Miladi 440 - cı illərdə, Yəni Rəsulullahın doğumundan 131 il əvvəl Kəbənin şimalında, qapısı Kəbəyə açılan bir icilas salonu tikildi.
Oranın Daru'n Nədvə adlanmasının iki səbəbi var idi. 1. ən-Nadi: Gündüz vaxtı toplanmaq mənasına gəlir. Ərəblər gecə toplanılan yerə əs-Samir deyirlər. 2. şəhərin liderləri burda toplanaraq bəzi qərarlar qəbul edir və bunu da insanlara nida yolu ilə, yəni yüksək səslə çatdırırdılar. Elə ona görə də tikilən yeni məkan məhz bu adla adlandırılmışdır.

Bu toplantı mərkəzi bir növ zadəganlar məclisi idi. Qureyişin liderləri burda toplanır, bütün qərarlar burda alınırdı. Savaş və barış qərarlarından, nigah və toy mərasimlərinə, gənc qızların həddi buluğa çatma elanından, ticarət karvanlarının yola düşəcəkləri vaxtın elanına qədər bir çox məsələlərin qərarının alındığı bir parlament binası idi.
Bundan başqa burada kölələr və cariyələr təlim keçir, bilgilər alır və daha sonra müəyyən işləri onlara gördürürdülər. İbn Hişama görə bu toplantılara qatılmaq bilmək üçün o zamanlar ən azı 40 yaşlarında olmaq əsas şərtlərdən biri idi. Sonralar bu yaş məhdudiyyəti ortadan qaldırılmış, daha az yaşda olanlar bu məclisə qatılmışdılar. Nübuvətin gəldiyi illərdə, Rəsulullahı öldürmək qərarı alındığı zaman bu toplantıda iştirak edən Ömər ibn Xəttabın o dövrdə cəmi 33 yaşı var idi. Əbu Cəhilin də bu toplantılara gənc yaşlarında qatıldığını, Hakim ibn Hizamın da məclisdə olduğu illərdə 20 yaşında olduğunu qaynaqlarımızdan öyrənirik (İslam ensklopediyası. c.8. səh. 555-556).
Nübuvətdən öncə Məkkənin ümumi işlərinin həll edilməsi üçün tikilən Daru'n Nədvə İslam dəvətinin səsi eşidilməyə başlanınca bu dəvətin səsini kəsmək üçün müəyyən qərarların alındığı bir mərkəzə çevrildi. O toplantı yerində Rəsulullahın öldürülməsinə qərar verildi. O toplantı yerində hicrət gecəsi hər qəbilədən birinin Rəsullahı öldürmək üçün çaxmasının qərarı verildi. O toplantı yerində Bədrdə döyüşəcək əsgərlər seçildi. O toplantı yerində Uhud savaşının hesabları aparıldı. Yəni, o toplantı yerində Nübuvətdən sonra İslam Dövlətini yıxmağa, yox etməyə, aranı qarışdırmağa, qətliam fərmanlarına qərarlar verilməyə başlanıldı. Ələq surəsinin 17-ci ayəsində Daru'n Nədvədə İslamın mesajlarını yox etməyə çalışanlara Allah: "Fəlyədu Nadiyəh/O toplantı yerindəki tərəfdarlarını çağırsın" deyə meydan oxuyur.

Onların bu qaranlıq məkanda aldıqları qərarlar İslam dəvətinin səsini batıra bilməmişdir, başda Daru'l Ərkamın evində yetişən igidlər olmaq üzrə bu dəvətə könül verən insanların əli ilə haqqın səsi ucalmış, batilin səsi batmışdır. Çox keçmədən Daru'n Nədvə unudulmuşdur. Məkkənin Fəthindən sonra artıq gündəmdə olmayan bu qaranlıq məkan yenidən Muaviyə b. Əbu Süfyanın vasitəsi ilə gündəmə gəldi. Əmir Muaviyə səltənə keçincə Daru'n Nədvəyi Qusayın oğlu Abduluzzanın nəvələrindən çox baha bir qiymətə aldı və buranı həcc məqsədi ilə gələn Əməvi Dövlətinin iqtidarıları üçün qonaq evi olaraq istifadə etməyə başladı. Harun Rəşid (ö.193/809) zamanına qədər bu məqsədlə istifadə olundu. Abbasi xəlifəsi Mutəz Billah (ö. 255/869) isə bu məkanı Məscidi Haramın ərazisinə qatdı. İndi də Kəbə ərazisində o evdən qalan, oranı xatırladan bir qapı var.

Bu gün Daru'l Ərkam ya da Daru'n Nədvə bir ev olaraq artıq yoxdur. Lakin Adəmin iki oğlu Habil ilə Qabildən üzü bu yana missiyaları davam edir və Dünyanın sonuna qədər də davam etdirəcəkdir. Adlarının dəyişməsinin, məkanlarının dəyişməsinin nə əhəmiyyəti var ki? Önəmli olan bu evlərin, bu qrumların missiyaları deyilmi? Bunun üçün ətrafımıza bir baxaq; evlərimiz hansı safın yanında, hansı missiyanın davamçısılarının şərtlərinə uyğun qrulub? Adlar bu gün o qədər də önəmli deyil ki, önəmli olan o adların daşıdığı mənadır.

Əgər bir evdə "İnsanları risalət mesajları ilə necə tanış etməliyik? İnsanları cəhənnəm atəşinə getməkdən necə çəkindirə bilərik? İnsanları qula qulluqdan uzaqlaşdırıb Allaha qulluğa necə dəvət edə bilərik?" deyə yaşayanlar varsa o evin adı nə olursa olsun o ev Daru'l Ərkamdır. O evin azuqəsi Qurandır, elmdir, irfandır, hikmətdir, kitabdır, qələmdir, səccadədir, göz yaşıdır, mərhəmətdir, sevgidir, duadır....

Əgər bir evdə "Haqq və ədalət adına mücadilə edənlərin səsini necə kəsə bilərik? Halal haram demədən sərvətimizi necə çoxalda bilərik? Bizə mane olub, haqq və hüquq tələb edənləri necə susdura bilərik?" deyənlər varsa deməli o ev Əbu Cəhi və Əbu Ləhəb ruhlarının yaşadıldığı bir evdir. Bu evin azuqəsi; yalandır, iftiradır, şantajdır, nifrətdir, qəzəbdir, tamahkarlıqdır, davadır... Bu evin də adı nə olursa olsun o evin adı Daru'n Nədvədir.

Ərkam inşa olunmağı və inşa etməyi düşünürsə, Nədvə yıxılmağı və yıxmağı düşünür. Bunun üçün də yaşadığınız evin kimin evi olduğunu düşünün. Başqa saf yoxdur; ya Ərkamın safındayıq, ya da Nədvənin. "Mənim heç bir safım yoxdur" deyən isə əslində; "Mən Daru'n Nədvənin tələbəsiyəm, ona xidmət edirəm" deyir. Çünki Daru'l Ərkamın yanında olmaması Daru'n Nədvələrin var olmasını təmin etməsidir.


Ardı var.
əvvəli: http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1968
Hazırladı: Əlif / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka