Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜBARİZƏ YOXSA DƏVƏT?!

[ Aktual / 5050 dəfə baxılıb ]   
|
 





















De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız və qazandıığınız mallar, iflasa uğramasından qorxduğunuz ticarətiniz və xoşladığnız məskənlər sizə Allahdan, Rəsulundan və Allah yolunda cihaddan daha əzizdirsə o zaman Allahın sizin haqqınızdakı hökmünü gözləyin. Allah fasiqlət topluluğunu əsla hidayətə yönəltməz”. (Tövbə, 24)


Abdullahın oğlu Muhəmməd vəhy aldıqdan sonra ona əmin deyən, onun əminliyindən heç bir şübhə etməyən Məkkə müşrikləri, - bu gün Dünyadakı varisləri kimi, - ona qarşı dava açdılar. Onun haqqında yalan şaiyələr yayır, onu təhqir edir, insanların ona iman etmələrinə mane olmaq istəyirdilər. Bu bəlkə də ən böyük istəkləri idi. Həm onu insanların gözündən salmağa çalışır, həm də insanların ona rəğbət bəsləməməsi üçün hər imkandan istifadə edirdilər. Amma Allahla mübarizədə aciz olduqları göz önündə idi. Əgər "Allah bir qulunu dəstəkləyirsə mini yığıla ki, ona pislik etsin edə bilməz" Və onlar da edə bilmədilər.

Quranın nazil olmasıdan 14 əsr keçməyə başmayaraq müşriklər hələ də insanlığa örnək olan peyğəmbərdən, yəni ki, bütün Dünya müsəlmanlarının lideri və bizlərin "qardaşı" olan Rəsulullahdan qorxurlar. Qorxmasaydılar hər zaman onunla mübarizə aparmaq məsələsini gündəmlərində tutmazdılar. Səhabənin "anam, atam sənə fəda olsun" dediyi birindən 14 əsr sonra da qorxurlar. Çünki indi də Peyğəmbərin qardaşım dedikləri bizlər də könül rahatlığı və böyük bir hüzurla "atam, anam sənə fəda olsun, Ya Rəsulullah!" deyirik. Və bundan 14 əsr sonra da bunu deyəcək həqiqi möminlər tapılacaqdır.

İstər film, istər kitab, istərsə karikatura olsun... hər cür vasitədən istifadə edərək Rəsulu təhqir etməyə çalışanlar unudurlar ki, bir gün öləcək və bu Dünyada heç bir iz qoymadan axirətdə onlar üçün hazırlanan cəhənnəmə gedəcəklər. Amma Rəsulullahın adını möminlərin qəlbindən silə bilməyəcəklər. Buna tarix örnəkdir: baxın Əbu Cəhlin aqibətinə, baxın Əbu Ləhəbin aqibətinə, baxın Vəlid b. Müğirənin aqibətinə. Əbu Cəhil, Əbu Ləhəb, Vəlid b. Müğirə öldü, amma Əbu Cəhillik, Əbu Ləhəblik, kafirlik, müşriklik, münafiqlik və fasiqlik ... yaşayır və varislərinə "liderlik" edirlər. Onlara xatırlatmaq istədiyimiz həqiqət: Dünyadakı düşüncələriniz, həyatlarınız, yaşam tərzləriniz eyni olduğu kimi aqibətləriniz də eyni olacaq. Bunu unutmayın. Çünki: "Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən" (Əhzab, 62)

Rəsulullaha möminlərin münasibəti ilk gün necə olmuşsa, bu gün də elədir. Möminlər dəyişmədiyi kimi, müşriklər də dəyişmədi. O aləmlərə rəhmət olaraq göndərilən bir elçidir. Dəyərini itirən, əxlaqını itirən bu rəhmətdən nəsibini ala bilməz. Onlar nə qollarının gücü ilə, nə ideologiyanın köməyi ilə, nə də mediyanın imkanları ilə qalib gələ bilməzlər. Əkdikləri nifrət toxumları artar və onlara qarşı yönələr.

Cahiliyyə dövründə Rəsulullaha (sas) həsəd aparan cahil və müşriklər kimi, bu günki əsrin cahilləri də bütün imkanlarını səfərbər ediblər. Əllərində olan imkanlarla birbaşa Rəsulullaha, dolayısı ilə müsəlmanlara dava açırlar. Onlar Əbu Cəhillərdən öyrənirlər iftira atmağı, Müsəlmanlar da Rəsulullahdan öyrənməlidir onlara verilməli olan cavabı. Dövrünün müşriklərinin iftiraların Rəsulullah necə reaksiya verib?!
Rəsullaha şər atdılar; ona "məcnun, xəstə, sehrbaz, cin vurmuş" dedilər. Söz taba bilməyəndə isə "bu bir bəşər sözü, əskilərin nağılıdır" dedilər. Rəsulullah isə onlara öz əxlaqı ilə cavab verdi. 13 il Məkkə dönəmində, daha sonra Məkkənin fəthində heç birinə "anladıqları dildə" cavab vermədi. Həqiqətən də aləmlərə Rəhmət olduğunu isbat etdi.

Tarixdən bir hadisəni yadımıza salaq: Günlərin birində Məkkəyə ziyarətə gələn qəbiləsində tanınmış bir şəxs olan, insanları "cin vurmadan" müalicə edən bir ərəb Rəsulullah haqqında söylənən şaiyələri eşidir və onun yanına gedərək onu müalicə edə biləcəyini söyləyir. Rəsulullaha fikrini söylədikdə aləmlərə rəhmət olan elçi gülümsədi. Həmin ərəb Rəsulullaha; “Nədən şikayət edirsən? Mənə de, səni müalicə edərəm” deyəndə Rəsulullah onu gözəl şəkildə İslama dəvət etdi: “Həqiqətən həmd Allahadır, Ona həmd edir, Ona sığınır, Ondan bağışlanmaq və hidayət yolu diləyirik. Nəfsimizin şərlərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimə hidayət qapısını açmışsa, o azmayacaq. Kimisini də azdırmışsa, onu doğru yola çəkə bilən adam tapa bilmərsən”. Eşitdiyi sözlərdən təsirlənən ərəb: “Sən insanlara bunu və bunun kimi sözlərimi söyləyirsən?” Rəsulullah: “Bəli” dedi. O da: “Vallah səni cin filan vurmayıb. Bu kəlmələr səmadan vəhy olunmuşdur, insan sözünə oxşamır. "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən Rəsulullah” deyərək iman etdi.
Tarix bunun kimi misallarla doludur. Rəsulullah ona dava açan hər kəsə qarşı Elçilik vəzifəni layiqincə yerinə yetirdi. Hər zaman bir elçi olduğunu unutmadı. İnsanların davasının əslində onunla deyil, Allahla olduğunu bilirdi. Allahın seçimini bəyənməmiş, Onu Rəbb olaraq həyatlarına daxil etmək istəməmişdilər. Allahı inkar etməsələr də Ona şəriklər qoşmuşdular və ona görə də Allah son Kitabında onlardan "müşrik" olaraq bəhs edir. Quran bu müşrikərin heç birinin adını, - Əbu Ləhəb istisnadır ki, bu da onun adı deyil ləqəbidir, - kitabında anmır. Onların adını anmasa da onların əməllərindən bizə danışır. Niyə? Çünki hər dövrün Əbu Cəhlləri, Əbu Ləhəbləri, müşrikləri var. Dünya durduqca, iman edənlər olduqca onlar da olacaqlar. Çünki onlar şeytanın əsgərləridir, bir oyuna alət olmuş, oyuncağa çevrilmişlər. Möminlərə isə "Allah yetər, O, ən gözəl vəkildir". Şeytanın oyununa qarşı Allahın gücü, Allahın elmi var. Allah "onların bütün oyunlarını, hilələrini puça çıxaracaq, Çünki Odur hilələri puça çıxaran" (baxın; Tariq, 15-16).
İslam dini haqq dindir. Heç bir qüvvə ona qalib gəlməyə qadir deyil. Ona qarşı dava açanlar rüsvay və məğlub olacalar Çünki Bu Din Haqq Dindir və Allah da Dinini hər cür fəsadçının fəsadından qoryumağa qadirdir.

"Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq!" (Ələq, 17-18)

Qələbə hər zaman Allahın və Allahın yolunda gedənlərindir.


Şahmar Kərimov / azerilsam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka