Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RƏSULULLAHI NƏ ÜÇÜN SEVMƏLİYİK?

[ Peyğəmbərlər / 8124 dəfə baxılıb ]   
|
 
"Nə üçün?" sualı bir məsələnin mahiyətini və məqsədini daha yaxşı anlamaq üçün verilir. Hər bir müsəlman nə üçün Peyğəmbəri sevməli olduğunu çox yaxşı bilir; lakin bu sevginin lazımi səviyədə olması üçün bu sualı bir daha özünə verməli və Quran - Sünnət işığında da bu suala cavablar tapmalıdır. Biz də bu sualı verir və verilməsi mümkün olan cavablardan sadəcə yeddisini sizinlə paylaşırıq.

Rəsulullahı sevmək, hiss və həyacanın deyil, imanın işidir.

Bir müsəlman üçün peyğəmbər ilə arasındakı sevgi bağının səbəbi haqqında söyləniləcək ilk maddə bu olmalıdır. İnanan insan, iman etməyə məcbur olduğu peyğəmbərini sevməyin, hiss və həyəcandan daha üstün bir məsələnin mövzusu olduğunu bilir. Çünki həm Allah Təala Qurani Kərimdə, həm də ilahi mesajları bizə öyrədən Rəsulullah öz bəyanlarında bu məsələnin iman mövzusu olduğunu çox açıq ifadələrlə bildirmişdilər. Məsələn, Rəbbimiz Tövbə surəsində belə deyir:
De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız və qazandığınız mallarınız, iflasa uğramasından qorxduğunuz ticarətiniz və xoşladığnız məskənlər sizə Allahdan, Rəsulundan və Allah yolunda cihaddan daha əzizdirsə o zaman Allahın sizin haqqınızdakı hökmünü gözləyin. Allah fasiqlər topluluğunu əsla hidayətə yönəltməz”. (Tövbə, 24)

Böyük müfəssir imam Kurtubi bu ayənin təfsirində belə bir fikir söyləyir: "Bu ayə, Allahı və elçisini sevməyin fərz olduğuna dəlildir və bu barədə heç bir fikir ayrılığı yoxdur. Bundan başqa bu sevgi bütün sevgilərdən və sevgilidən öncə gəlir".
Buna görə də "nə üçün sevməlik?" sualına veriləcək ilk cavab "imanın təsdiqi olaraq" olmalıdır.

Rəsulullahı sevmək, imanın dadını və ləzzətini əldə etməyin ən əsas vasitəsidir.

İman etmək və imanın dadına varmaq bir işin başlanğıcı, başqa işin isə varılacağı mənzilidir, yəni sonu. "İmanın dadını və ləzzətini əldə etmək" çox vacib bir amildir; "dadmayan bilməz, dadan isə anlada bilməz".
İman etmək və imanın dadına varmaq arasında hansı fərqlər var? Bu haqda çox şey deyə bilərik, lakin bir neçə cümlə ilə xülasəsini verəsi olsaq; İman edən Allaha qul olur, imanın dadına varan Hz. İbrahim kimi Xəlil, Rəsulullah kimi Həbib olur. İman edən Allahın ondan istədiyi əmr və nəhylərini (qadağa) təkəllüf / məsuliyyət olaraq görər, imanın dadına varan hər əmr və nəhyi onu Rəbbinə yaxınlaşdıran ən böyük vəsilə olaraq görür. Məsələn; iman edən üçün namaz Allahın günün beş ayrı vaxtında ondan istədiyi bir ibadət; imanın dadına varan üçün isə Allahla görüşmək, Ona qovuşmaq, Rəbbi ilə dərdləşmək və Onunla danışmaq imkanıdır. Belə olduğu üçün də imanı ən çox dadan bir bəşər olan Rəsulullah üçün namaz; "gözünün nuru və aydınlığıdır." ( Ə.Hanbəl, Müsnəd 3/285)
Bəli, iman edən ilə imanın dadına varanın arasındakı fərqlər belədir. İman edən bir insan imanın dadını necə əldə edə bilər? Bu önəmli sualın cavabından öncə Hucurat surəsinin 7-ci ayəsinı xatırlamalıyıq:

"... Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizin zinəti etmişdir. Küfrü, inkarı və üsyanı da sizə kərih (çirkin) göstərmişdir. Məhz belələri doğru yolda olanlardır!"
Bu ayədəki keyfiyyətlər Rəsulullahın duası olmuşdur "Allahım! Bizlərə imanı sevdir və onu qəlblərimizin zinəti qıl. Küfrü, inkarı, hər cür çirkinliyi, azğınlığı və yenə Sənə qarşı olan üsyanı isə kərih göstər..." (Ə.Hanbəl, 3/424)
Burda diqqət etdiyimiz ayə ilə Nəbinin duasında keçən "imanı sevmək" ifadəsi çox önəmlidir.
İmanı sevmək və qəlblərə yerləşdirmək, ürəklərin zinəti etmək; imanın dadına varmaq məhz budur. "İmanın dadına necə vara bilərik?" sualımıza yenidan qayıtsaq cavabını hədəfimizi bizə göstərən Rəsulullah verir: "Üç şey kimdə olarsa deməli o şəxs imanın dadını alıb: Allah və Rəsulunu hər şeydən, amma hər şeydən daha çox semək; sevdiyini yalnız və yalnız Allah üçün sevmək; iman etdikdən sonra yenidən küfrə dönməyi atəşə / cəhənnəmə atılırmış kimi kərih görmək" (Buxari, İman, 14) Rəsulullahın imanın dadını ala bilmək üçün saydığı üç şeydən birincisi "Allah və Rəsulunu hər şeydən çox seməkdir" Buna görə deyirik ki, Rəsulullahı sevmək, imanın dadını və ləzzətini əldə edə bilməkdir.

Rəsulullahı sevmək, Allahı sevməyin və Onun bağışlamasını və rəhmətini qazanmağın ən əsas səbəbidir.

Bu mesajın Qurandakı ifadəsi belədir: "De ki: Əgər Allahı sevirsinizsə mənə tabe olun, məni təqib edin ki; Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Allah çox bağışlayan və rəhmət edəndir (Ali İmran, 31)
Bu ayədə Rəbbimiz Onu həqiqi mənada sevməyin, elçiyə tabe olunması və elçinin təqib edilməsi şərtinə bağlamışdır. Tabe olmaq, təqib etmək təqlid etmək deyil. Verilən mesajların şərtlərini yerinə yetirmək, onu sevməkdir. İnsan sevmədiyi birinin söylədiklərini niyə yerinə yetirsin ki? Tabe olmaq sevməklə başlayır.

Rəsulullahı sevmək, 23 illik Risalət həyatı ilə gecə-gündüzünü ümməti üçün fəda edən Nəbinin bizdən istədiyi yeganə şeydir.

Quran, bir çox ayəsində bizlərə göndərilən elçilərin əxlaqından, şəxsiyyətlərinin əsas özəlliklərindən bəhs edir. Bu özəlliklərdən biri etdikləri ağır və zəhmətli dəvətin əvəzində insanlardan heç bir qarşılıq gözləməmələridir.
"İn əcriyə illa ala'llah / al'a rabbi'l aləmin"
"Mənim mükafatım / əcrim yalnız Allaha / aləmlərin Rəbbinə aiddir"
ilahi fərmanı Qurani Kərimdə fərqli-fərqli elçilərin dili ilə düz doqquz dəfə keçir. Allah bu həqiqəti insanlığın ikinci atası olan Hz. Nuhun [1] dili ilə, Ad qövmünə göndərilən Hz. Hudun [2] dili ilə, Səmud qövmünə göndərilən Hz. Salehin [3] dili ilə, azğın və inadcı bir qövm olan Sodom və Qomore xalqına göndərilən Hz. Lutun [4] dili ilə, Mədyən xalqına göndərilən Hz. Şuayıbın [5] dili ilə və təbii ki, insanlığın hamısına rəhmət olaraq göndərilən Rəsulullahın [6] dili ilə bütün aləmə eşitdirir.

Rəsulullahı sevmək, bizi özünə qardaş elan edən Rəhmət Peyğəmbərinə qarşı vəfa borcumuzdur.

Rəsulullah vəfatından bir neçə gün öncə bir qrup Əsabı ilə birlikdə Baki qəbirstanlığına getmişdi. Qəbirstanlığın önündə durub o diyarın sakinlərinə belə bir salam vermişdir:
"Allahın salamı iman əhli olan qəbir sakinlərinin üzərinə olsun. Bizlər də Allahın izni ilə sizlərə qovuşacağıq" (Əbu Davud, 2338)
Əfəndimizin bu salamında belə, Rəbbi ilə görüşmək və Ona qovuşmaq arzusu var. Sonra bəzi qəbirləri bir-bir ziyarət etdi. Əvvəlcə Osman b. Mazun, sonra qızları Zeynəb, Rukiyyə və Ümmü Gülsüm, ardından oğlu İbrahim və nəvələri Abdullah... və başqalarını ziyarət etdi. Son olaraq Hz. Əlinin anası və Rəsulullahın "anamdan sonra anam dediyi" iki xanımdan biri olan Fatma bint Əsədin qəbiri...
Rəsulullah hər birinin qəbrinin başında dayanır, gözləri dolub-boşalır və Allahdan onların bağışlanmalarını diləyirdi. Səhabələr Allah Rəsulunun alışmadıqları bu halını diqqətlə izləyirdilər. Bir az sonra Allah Rəsulu mübarək gözlərini uzaqlara dikərək bir müddət gözlədi və "Salam olsun qardaşlarıma! Onları görməyi çox istəyirəm" dedi. Orda olan səhabələr bir-birilərinin üzünə baxdı, bir şey anlamayınca Rəsulullaha sual verdilər: "Ya Rəsulullah, sənin qardaşların biz deyilikmi?" Rəsulallah: "Siz mənim əsabımsınız. Qardaşlarım isə məni görmədikləri halda mənə iman edən, səsimi eşitmədikləri halda dəvətimə uyan, mənimlə eyni zamanı, eyni məkanı paylaşmadıqları halda mənə tabe olanlardır. Mən onları Kövsər hovuzunun başında, o dəhşətli gündə gözləyəcəyəm" dedi.
Bu çox böyük bir müjdədir. Bu müjdəni eşidən səhabələrdəb biri dedi ki: "Ya Rəsulullah! Onları görmədiyin halda necə tanıyacaqsan?" Rəsulullah: "Bir adamın; alnı ağ, ayaqlarında parlaqlıq olan atları olsa və bunlar böyük bir at sürüsünün içinə qarışarsa o adam öz atını tanımazmı?"deyə soruşdu. Səhabələrin hamısı bir ağızdan: "Tanıyar" dedilər. Rəsulullah da dedi ki: "Mən də ümmətimdən olanları namaz üçün aldıqları dəstəmaz izindən tanıyacam" (Müslim, Təharət, 39)
Rəsulullah onu görmədən iman edən ümməti üçün belə böyük bir müjdə verir. Qardaşlarını necə bir sevgi ilə sevdiyini bəyan edir. Onun bu böyük sevgisinə qarşı biz də qarşılıq verməli deyilikmi?

Rəsulullahı sevmək, onu bizə bir nemət olaraq bəxş edən Rəbbimizə həqiqi mənada şükr etməyimizin bir vasitəsidir

Allah insana bəxş etdiyi nemətlər sayılmayacaq qədər çoxdur. "Allahın nemətlərini saymaq istəsəniz əsla saya bilməzsiniz" (İbrahim, 34). Allahın nemətlərini sayıb bitirə bilmərik, lakin bəzən o nemətləri sayarkən bir çox şeyləri saysaq da Quranın, imanın, İslamın, Mələklərin, cənnətin hətta cəhənnəmin belə nemət olduğu ağlımıza gəlmir.
Biz bu başlıq altında sadəcə peyğəmbərlərin nemət olduğunu gündəmə gətirdiyimiz üçün başqalarından danışmayacağıq. Rəbbimiz Aləmlərə Rəhmət olaraq göndərdiyi elçisinin böyük bir nemət olduğunu belə bəyan edir: "And olsun ki, içlərindən onlara Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitab və hikməti öyrədən bir elçi göndərməklə Allah möminlərə böyük bir nemət bəxş etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın bir zəlalət içərisində idilər." (Ali İmran, 164)
Ayədən də anlaşıldığı kimi göndərilən son elçi möminlərə Allahın ehsan etdiyi bir nemətdir. Hər nemətə öz cinsindən şükür etmək lazmdır. Mal nemətinin şükü onu Allah yolunda xərcləmək / infaq etməkdir. Bədən nemətinin şükrü onu Allah yolunda tərlətməkdir. Övlad nemətinin şükrü onu Allahın məmnun və razı olacağı bir şəkildə yetişdirməkdir. Bu halda Rəsulullah kimi bir nemətin şükrü nə olmalıdır? Təbii ki, onu doğru bir şəkildə sevmək və bu sevginin haqqını verməkdir.

Rəsulullahı sevmək, dünyada da, cənnətdə də onunla bərabər olmağın ən önəmli yoludur.

Heç şübhə yoxdur ki, səhabəni ən çox həyəcanlandıran hədislərdən biri: "İnsan sevdiyi ilə bərabərdir" (Buxari, Ədəb, 96) hədisi idi. Bu hədis sevginin aqibəti ilə əlaqəli çox önəmli bir xəbər verir. Sevginin qurtuluş olduğunu, həqiqi mənada sevənin dünyada da, axirətdə də sevdiyi ilə bərabər olacağını bildirirdi. Sevginin nələrə qadir ola biləcəyinin nəbəvi dil ilə bəyanı idi.


Sevin ki, sevdiyinizlə bərabər olsınız.


[1] Yunus, 72; Hud, 29; Şuara, 109
[2] Hud, 51; Şuara, 127
[3] Şuara, 145
[4]Şuara, 164
[5]Şuara, 180
[6]Səbə, 47; Şuara, 23



MuhammedEmin Yıldırım
Hazırladı: Əlif /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka