Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XOŞBƏXTLİYİN SİRRİ

[ Aktual / 5877 dəfə baxılıb ]   
|
 
Xoşbəxtlik hər bir bəşər övladının diləyidir. İstər zəngin olsun, istər kasıb, istər elm dəyrası, mütəfəkkir, filosof olsun, istər malikanələrinin sayını bilməyən savadsız birisi, hər kəs xoşbəxt olmaq istəyir. Heç bədbəxt olmaq istəyən birini gördünüzmü?

Amma ta qədimdən indiyə kimi çox mühüm bir sual var ki, həmişə və hər zaman müzakirə olunur: Xoşbəxtlik hardadır?!
Hər kəs arayışdadır və bir çoxları lazımsız yerdə xoşbəxtlik axtarırlar. Ona görə də səhrada mirvari axtaran adam kimi, sonunda boş əllərlə geri qayıdırlar. Ümidsizlik və çarəsizliyə qapılır və heç bir nailiyyət də əldə edə bilmirlər.

Xoşbəxt ola bilmək üçün hər zaman insanlar müxtəlif yollara və vasitələrə əl atmışlar. Hər cür naz nemət və ləzzətləri təcrübədən keçirmişlər ki, xoşbəxtliyin dadını çıxara bilsinlər. Amma sadəcə maddi və hissi ləzzətin xoşbəxtliyə apara bilmədiyindən əmin olmuşlar. Şəhvani istəklərinin hər birini yerinə yetirdikcə bəzən başlarına daha çox dərd açmışlar.
Hamımız bilirik, təkrara da ehtiyac yoxdur ki, maddiyyatla xoşbəxtlik olmur. Amma nə olsun bilirik? Bilsək də, qəlbimizin dərinliklərində tam olaraq buna inanmaq istəmirik. Yenə də maddi rahatlıq, var-dövlət, yaşayış tərzinin arxayınlığı və sairə kimi vasitələrlə xoşbəxt olacağımızı sanırıq.
O ölkələrdə ki, yaşayış səviyyəsi və rifahı qalxmış, maddi imkanlar artmış, həyatın yemək-içmək, geyim, minik, ev-eşik və sairə kimi naz-nemətləri çoxalmışdır, insanları yenə də xoşbəxt ola bilmirlər. Onlar xoşbəxtliyi başqa vasitələrdə axtarırlar. Əllərində olan maddi imkanlara baxmayaraq, sıxıntı, üzüntü və depressiya içində yaşadıqlarından şikayətlənirlər.

Misirdə nəşr olunan “Roz al-Yusuf” adlı jurnalda araşdırma tipli bir məqalə dərc olunmuşdu. Bu jurnal əslində mənəviyyat və ruhi qida məsələlərinə laqeyd yanaşan, dünyəvi məlumatlarla dolu bir jurnaldır. Amma dərc olunan məqalə belə bir başlıq altında idi: “Cənnət sakinləri xoşbəxt deyillər”. Cənnət adlandırdıqları yer İsveçdir. Çoxlarının röyalarda gördükləri iqtisadi inkişaf, pulsuzluqdan, işsizlikdən, sağlamlıqdan, çətinlikdən şikayət belə etməyən İsveç sakinləri xoşbəxt deyillərmiş.
İsveçin əhalisi demək olar ki, maddi imkan, aylıq maaş və sairə kimi mal-dövlət baxımından heç korluq çəkmirlər. Sağlamlıq və Sosial müdafiə fondunun yaratdığı imkanları başqa heç bir ölkədə tapmaq mümkün deyil. Hər bir İsveç vətəndaşı işləyə bilməsə, işləməsə belə aylıq məvacib və ya dövlətdən yardım almalıdır. Vətəndaşın həmçinin səhiyyə xərcləri də dövlət tərəfindən ödənilir. Bahalıq və ya ehtiyacları ödəmək üçün maddi qıtlıq və ya əskiklik yaranarsa, hətta bu halda belə dövlət həmin vətəndaşa əlavə yardım ayırmalıdır.
Bütün ana olan qadınlara əlavə yardım, doğum və uşaq haqqı ödənməklə yanaşı, hər yeni dünyaya gələn uşaq üçün maddi yardım ayrılır. İş mühitində zərər çəkə biləcək vətəndaşları nəzərə alaraq bütün işçilər sığortalanır.
Uşaqların təhsili, məktəb geyimi və ləvazimatı hamısı dövlət tərəfindən təqdim olunur. 16 yaşına qədər uşaqlara hər ay ehtiyaclarını ödəmək üçün əlavə pul ayrılır, həmçinin 14 yaşına qədər həmin uşaqların hər il istirahətə getməsi üçün yol xərcləri də ödənilir. Ümumən tədris zamanı yaşından və mərhələsindən asılı olmayaraq şagird və tələbələrin təhsil və təhsilə aid olan bütün xərclərini dövlət öz öhdəliyinə götürür.
Bütün bu imkanların olmasına baxmayaraq, niyə insanlar hələ də həyatlarından razı deyillər? Niyə həmişə xoşbətlik hissindən məhrum olduqlarını bildirir, daim depressiyada yaşadıqlarını bildirirlər? Niyə ən çox intihar cəhdləri İsveçdə qeydə alınır? Dövlət bütün ehtiyacları ödəyir, yarımçıq olan hər şeyi tamamlayır, heç bir əskik buraxmır. Bəs onda çatışmayan nədir? Çatışmayan bir şey varmı? Əlbəttə onların imanı çatışmır. İman və inam olmadan bu həyatda heç bir insan ölənə qədər özünü xoşbəxt hiss edə bilməz.

Dünyanın ən zəngin və möhtəşəm ölkələrindən biri sayılan ABŞ-a da bir baxaq. Orada da bütün hüquqlar qorunur, vətəndaşlara gözəl həyat imkanları yaradılır. Amma nə çoxlu pul, nə hündür göydələnlər, nə güclü iqtisadiyyat, nə də texnologiya oranın vətəndaşlarını xoşbəxt edə bilmir. Nyu York şəhərində yaşamaq gözəl olsa da, bu sadəcə zahiridir. İnsanları isə içərilərindən çox sıxılırlar. Bunu vətəndaşların əksəriyyəti etiraf edir. Nyu York şəhərində hər şey çox sürətlə inkişaf edir. Şəhərin nəbzi sakinlərin nəbzindən daha tez döyünür. Amma insanların mənəviyyatı çox geridə qalır.
Pulun, mal-dövlətin çoxluğu nə xoşbəxtlikdir, nə də xoşbəxtliyə aparan yol. Bu hətta insanı bədbəxt və gərgin etməyə daha çox yaxındır. Rəbbimiz Quranda buyurub ki; “Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.” (Tövbə, 55). Ona görə də bəzən çoxlu mal-dövlət, axirət əzabından əvvəl elə dünyada insana işgəncə verir. Pul qazanmaq, onu artırmaq, onu saxlamaq, onu qorumaq, sığortalamaq, onu paylaşdırmaq, onu xərcləmək və sairə kimi dərdlər insanı dünyada sıxıb, həyatını zəhər edir. Dünya sevgisi də, Rəsulullahın bizim üçün qorxduğu ən əsas məsələ idi. Rəsulullah həmişə dua edərdi ki; “Allahım, bu dünyanı nə ən çox önəm verdiyim şeyi, nə elmimlə əldə edəcəyim nəticə, nə də ümidlərimi bağlayacağım güman yeri etmə!”

Ənəsin (Allah Ondan razı olsun) rəvayətinə görə Rəsulullah həmçinin buyurmuşdur ki; “Kim axirət həyatına daha çox önəm verərsə, Allah təala onun ehtiyacsızlıq və zinginlik hissini qəlbində bərqərar edər, ətrafında olanları onun üçün cəmləşdirər, toplayar və o istəməsə də belə dünya onun üçün gələr. Kimsə də dünya həyatına daha çox önəm verərsə, Allah onun imkansızlığının gözünün önündən çəkməz, həmişə dağınıq halda olar, dünyadan da ona nə yazılıbsa ondan artığına nail ola bilməz.”
Dünyada nəyisə əldə etmək üçün gecəsini gündüzünü verən, sonra da onu qorumaq üçün ömrünü sərf edən insanın qəlbindəki acısını bilirsinizmi? Əldə etmək istəyib, amma əldə edə bilmədiyi üçün qəlbində yaranan xarabalıqlardan xəbəriniz varmı? Mal-dövlət itgisinin verdiyi ağrı və sancılar tanışdırmı sizlərə? Rəsulullah (Allahın salam və duası olsun Onun üzərinə) buyurub ki; “Adəm oğlunun iki dağ (yaxud dərə) qızılı olsa, yenə də üçüncüsünün olmasını istər.”

Oğul-uşaq da insanı daim xoşbəxt edə bilməz. Həyatının gənc dövründə uşaqlara görə əzab-əziyyət çəkən, gecələri yuxusuz qalan, qazandıqlarının böyük hissəsini onlar üçün xərcləyən valideynlərin bəziləri ömürlərinin sonunda ya tək qalır, ya da qocalar evinə atılırlar.

Elm, texnologiya, telekommunikasiya inkişafdadır. Bu da həyatımızı daha sürətli və daha maraqlı edir. Amma nə elmi bitirmək mümkün, nə də elmi inkişafla ömrünün sonuna qədər xoşbəxt olmaq mümkündür. İnsan təbiətdə olan milyonlarla yeni şeylər kəşf edir, onu öz xidməti üçün hazırlayır və istifadə edir. Bir çox şeylərə güc gələ bilir, amma nəfsinə güc gələn insan həddindən artıq azdır.
İnsan mənəviyyatına laqeyd yanaşsa, ruhunun aclıqlarına fikir verməsə ömrünün sonuna qədər xoşbəx ola bilməz. Mənəviyyat və ruh ehtiyacını doğru olmayan vasitələrlə də ödəsə, qısa bir müddət xoşbəxtlik hissi keçirə bilər, amma bu sadəcə müvəqqəti olacaqdır. Hər an, hər zaman, ölənə qədər və öləndən sonra da olan səadət yalnız və yalnız Allah təalanın göstərdiyi şəkildə ruhu qidalandırmaqla mümkündür.


Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka