Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TOX İKƏN SƏN, SƏN DEYİLSƏN

[ Aktual / 5260 dəfə baxılıb ]   
|
 
Bir neçə müddətdir ki, hər yerdə tanınmış bir şokoladın reklam sloqanı gedir: “Aç ikən sən, sən deyilsən”.[1] Sloqan çox sadədir, düşündürür və sarsıdır. Aclığa dözümü olmayan biri kimi bu sloqanı təsdiq edirəm. Tamamilə doğrudur və insanın iç dünyasından xəbər verir. Ac olanda insan dəyişir, başqa cür olur. Həkimlər daha yaxşı bilirlər bunu: Qandakı şəkər düşəndə insan əsəbi olur, özünü çətin tənzimləyir. Sanki özü olmaqdan çıxıb, başqalaşır. Şokolad reklamı üçün də, çox uyğun ifadədir. Çünki açıq aydın tibbi bir həqiqətə istinad edir.

Amma mən olsaydım, bu günlərdə o reklam sloqanının (cümləsinin ) yerinə, hər yerdə belə yazardım: “Tox ikən, sən sən deyilsən”. Yəni bu reklam cümləsinin tamamilə əksini yazardım. Çünki insan həddən artıq yeyəndə də, tox olanda da başqalaşır:
Toxluq duyğuları söndürür. Ətraf mühitə qayğını və əhəmiyyəti azaldır. Başqalarına olan rəftarımızı dəyişir və marağımızı öldürür. İnsanı öz özünə yetər kimi hiss etdirir. İfrata varan toxluq, aclıq hissini heç bir zaman yaşamamaq bizi ətrafımızdakılara qarşı laqeyidləşdirir. Toxun acdan xəbəri olmaz. Toxkən əllərimiz yardım etmək üçün cibimizə cirməz. Paylaşmaq ağlımıza gəlməz. Eqoistləşirik. “Mənə nə?” kimi ifadələrimiz çoxalar. Bəhanələr axtarmağa başlayarıq. Konfortlarda itib batırıq.

Ürəyimizdən başqalarına qarşı axan mərhəmət kanalları tutular. Özümüzə qapanar, mərhəmətə ehtiyacı olanları görə bilmərik.
İnsanı insan kimi var Edənin isə istəyi bu deyil. O insanı “alaq”-dan (əlaqədən) yaradıb. “Oxu, Yaradan Rəbbinin adıyla! O insanı “alaq”-dan (ana bətninə bağlanmış qan laxtasından) yaratdı” (Ələq, 1-2). Bütün kainatın əlaqəyə ehtiyacı vardır. İnsan həyatının başlanğıcı olan qan laxtasının ana bətnindəki əlaqəsindən tutmuş, bütün insanlığın bir-biriylə, kainatla və Allahla əlaqəsini əhatə edir bu “alaq” sözü. Ana rəhmində rüşeymin necə o əlaqəyə ehtiyacı varsa, doğulandan sonra da həmin insanın hər şeylə əlaqəsi yaranır. Hər şeydən özünə pay götürür, hər hadisədən təsirlənir.

“Oxu!”. Oxu ki əlaqə yarada biləsən. Oxu və hər şeyi bir-birilə əlaqələndir və varlıqda anlam ara. İnsan və əlaqə bir-birinə ekiz qardaş kimidir. İnsan hər şeylə əlaqəlidir. “Səni sən edən əlaqədir, qayğıdır” ey insan! Ətrafıyla əlaqəsini itirmiş insan, insan deyil. Başqasına maraqsız, qonşusuna qayğısız və ətrafına mərhəmətsiz insan necə insan kimi yaşaya bilər?!
İnsan eqoist olmamalıdır. İnsan özünə, gücünə və malına güvənməməlidir. İnsan sırf öz marağı və mənfəəti üçün yaşamamalıdır. Yetimi, ehtiyaclını və zəifi görərək, onlara əl uzatdığı ölçüdə, yaradıldığı “maya”ya sadiq qala bilər insan. Yoxsa öz əslinə xəyanət etmiş olar. Yoxsa olması gərəkən kimi olmamasını ağrısını, acısını çəkəcəkdir. Hədəfini yerinə yetirə bilməz, rahat və arxayın yaşaya bilməz və tamamlanmaz, yarımçıq qalar.

İlk ayələrdə Rəbbimiz Muhammədə (Allahın salam və duası onun üzərinə olsun) “Sənin rəbbin kərimlərin kərimidir” buyurdu. Abdullahın oğlu Muhamməd də məhz güclülərin zəifləri əzdiyini görən zamandan, belə olmamalıdır deyə düşünürdü. İçindən eqoist və başqalarını saymayan insanlara qarşı bir mübarizə ruhu oyanmışdı. Onun vicdanı bu haqsızlığa qarşı hayqırırdı. Onun içindəki vicdanının çağırışı nəticəsində də Rəbbimiz Ona hay verdi. O da “Baxın Rəbbiniz qarşılıqsız verən Kərimdir. Təbii ki, insanlardan da bu cür kərəmin qarşılığında bir-birlərinə yaxşılığı gözləyir.”

Əlbəttə oruc da insanı, insanla əlaqələndirmək üçün bir amildir. İşlərinin ardınca qaçarkən mərhəməti unutmasın. Oruc, insanlığın içindəki o cövhəri üzə çıxarmaq üçün, onun eqoistliyinə əzər. Namaz insanı, gördüyü və bildiyi hər şeyi aşa bilmək üçün bir amildir. Secdə ilə varlığın Rəbbinə boyun əyməyi, varlığın konfortunda qalıb çürüməməyi qoruyur namaz. İnsanlıq cövhərini diri saxlayır namaz. Zəkat? Zəkat isə insanı yalnız özü üçün yaşamaqdan çıxarıb, başqaları üçün də həyatının bir hissəsini yaşamağı öyrədir. Əlaqələrin kəsilməməsini qoruyur. Yalnız özü üçün deyil, başqaları üçün də var olsun o insan. Sədəqə vermək yaradana sədaqətdir. Yaradan verdi, Onun verdiyindən verməyi unutmamaqdır. Verilənlərə uyub qalmaq, Verəni unutmaq kimi bir rəzalətdən qurtarar insanı.
Başqalarının acıları səni tərpətmirsə, sən sən deyilsən. Qırılmış qanadları görəndə təsirlənmirsənsə sən sən deyilsən. Başqalarının narahatçılığı sənin rahatlığını heç pozmursa, sən sən deyilsən. Susuzlara su çatdırmaq üçün tərləmirsənsə, içindəki mərhəmət dənizi qurumuşdur artıq. Aclara ayıracaq loxman yoxdursa, insanlığını qırtlağınad boğmusan artıq, sən sən deyilsən.


[1] Azərbaycan kanallarında bu sloqanı bir az dəyişiblər: Ac olanda sən lap qız kimi olursan

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: Senaidemirci.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka