Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURAN ELMLƏRİ VƏ ONUN DİGƏR ELMLƏRƏ TƏSİRİ

[ Müqəddəs quran / 5922 dəfə baxılıb ]   
|
 
Qurani Kərimin ifadə etdiyi üslub, ifadə və təsvir imkanlarını dərk etmək üçün Quran Elmlərində müəyyən dərəcədə ixtisaslaşmaq lazımdır. Çox vaxt təfsir və tərcümələrdə mətnə bağlılığın, orijinallığın qorunub saxlanılmamasında əsl səbəb Quran Elmlərində müəyyən dərəcəyə çatmadan ondan məna, hökm çıxarılmasıdır. Qurani Kərimin bu geniş imkanlarını əldə etmək üçün onun dillə olan əlaqəsini, ərəb dili üzərində təsiri və eyni zamanda ondan təsirlənməsi yaddan çıxarılmamalıdır. Dinimizin, düşüncələrimizin özündə kəlam var, hətta bir izaha görə varlığın təməlində də kəlam var. Mövcudat sözdən sonra meydana gəldi və İzutsunun ifadəsi ilə “İslam Allah danışdığı vaxt ortaya çıxdı.” Bir müsəlman tam da olmasa, məhz bu səbəblərlə dillə maraqlanmağa başlayır. [1]

Əslində Qurani Kərimlə birbaşa əlaqəli olan bu elmlərin siyahısına alimlərimiz bəzən bütün elmləri əlavə edərək, Qurani Kərimdə bütün elmlər var deyə, ölçüsünü daha da geniş götürmüşlər. Bu mənada tez-tez istifadə olunan “Quran Elmləri” şəklindəki ifadənin ulumul-Quran məfhumunu ifadə etmədiyi üçün səhv tərif ola bilər. Məsələn, astronomiya, riyaziyyat, biyologiya kimi elmlər Quran qaynaqlı olduğu halda, ümumi təsnifata görə Quran Elmlərindən deyil. İlkin Quran Elmləri kimi qeyd olunan, Təfsirin yaranmasını Rəsulullah (s.a.v.) həyatda olduğu müddətcə səhabələrin ayələrdən bilmədiklərini ona soruşması və davamlı olaraq ayələrdə, fikirləşməyə, dərk etməyə olan dəvətlərlə [2] olduğu ifadə olunur. Termin kimi işlədilməsində Ulumul-Quran ifadəsinin nə vaxt başlaması haqqında fərqli görüşlər olsa da, ilk dəfə sistemli istifadə İbnul Cövziyyə aid “Fununul-əfnan fi uyuni ulumil-Quran” olaraq qəbul edilmiş və Quran Elmlərinin əksəriyyəti xüsusi şəkildə ifadə olunmuşdur. Sonralar mövzu üzərində mütəxəssisləşən Zərkaşi “ Əl-Burhan fi ulumil Quran” və Süyuti “Əl-İtqan fi Ulumil Quran” adlı əsərlərini yazmışdır. [3]

Quran Elmlərini təsnif edərkən ən mühümləri olan Zərkaşinin “Əl-Burhan” adlı əsəri bu mövzuda yazılan ən seçkin və geniş kitabdır. Kitab əhatəli amma müxtəsər, xülasəli şəkildə yazılmışdır. Müəllif Quranla əlaqədar elmlərlə ilə əlaqədar mövzuları 47 bölməyə ayırmış və hər bölmə haqqında zəruri məsələləri toplamışdır. İ.Süyuti də “Əl-İtqan Fi Ulumil-Quran” adlı əsərini əslində müəllimi kimi qəbul etdiyi Zərqaşinin əsərini bəyənərək bu cür adlandırmışdır. O islami elmlərlə əlaqədar səksənə yaxın mövzunu toplamışdır.[4] Elmləri təsnif edərkən “Təfsir, İlmul Məani, Bəlağat, İlmul Bədi, Bədayiul-Quran, İcazul-Quran, Əmsalul-Quran, Əqsamul-Quran, Cədəlul-Quran, Fədailul-Quran, Xavassul-Quran, Qaraibut-Tefsir” v.s. bu kimi mövzulardan bəhs etmişdir.[5] Bəhs etdiklərimiz Quran Elmləri ilə əlaqədar klassik üslubda işlənən və demək olar islam alimlərinin yönəldikləri, əhatə dairələrində olan bütün elmləri özündə bilrəşdirən əsərlərdir. XX əsrdə Qurani Kərim üzərində tədqiqatlara gəlincə, mütəxəssislər çox vaxt oryantalist və bu buna bənzər tənqidlərin hədəfinə çevrilən mövzulara daha çox yer ayıraraq, cüzi yanaşma ilə, tənqidlərə yönələn, Quranın bəzi yönlərini modern baxış tərzi ilə baxışdan keçirməyi əsas götürən, müasir bir dil istifadə edən ölçüdə daha çox əhatəli Təfsir tədqiqatları, mövzulara görə Təfsir tədqiqatları, Quranın məsəl və qıssalarını sosyoloji, pedaqoji, psixoloji...və s. sosial elmlər çərçivəsindən tədqiq edən tərzdə, Təfsir tarixi və teoloji tədqiqat, Quranın aksion yönünə əsaslanan, filoloji, semantika ilə əlaqədar mövzular üzərində çalışmışlar. [6]

Klassik Quran Elmlərindən müasir elmlərə qədər bəhs olunarkən bunlar məlum olduğu kimi sələf alimlərimizin elmə sərhəd qoymadan (yəni dini və dünyəvi elmlər təsnifatını aparmadan) toxunduqları mövzular dil elmləri, Quran ayələrinin dərk olunması yönündə tədqiqatlardan dövrümüzün sosioloji, pedaqoji, psixoloji, semantika, fəlsəfə və buna bənzər bir çox sahələrdə yazılan əsərlər qeyd oluna bilər. Əslində bütün elmlərin və sahələrin də ilahi qaynaqlı olmasına işarə edən ayəti kərimələr, peyğəmbərlərin miras olaraq qoyduqları təcrübə və ixtisaslar Qurani Kərimin birbaşa ya da, dolayı olaraq digər elmlərə də əks olunmasını ifadə edir. Çünki hər şeyi Quranda axtarmaqla deyil, hər bir elmə istiqamət, tərif və yaxud bir işarə tapmaqla dediyimizin şahidi ola bilərik.


[1] Daha ətraflı məlumat üçün bx., Quran və Dilə aid, Dücanə Cündioğlu, İstanbul, 2005
[2] Bəqərə 2/118, 219,221, 266, Nisa 4/82, Nahl 16/44, Muminun 23/68
[3] Abdülhamid Birişık, Quran Elmləri, DİA, XXVI/401-4
[4] Muhamməd Hadi Mərifət, Quran Elmləri, İstanbul, s. 18-9, İstanbul
[5] Daha ətraflı məlumat üçün bx., Cəlaləddin Abdurrahman Əs-Süyuti, Əl-İtqan Fi Ulumil Quran, İstanbul, 1987
[6] Daha ətraflı məlumat üçün bx., Xəlil Çiçək,20.Əsrdə Quran Elmləri Tədqiqatlırı, İstanbul, 1996

Hazırladı: Elm Yurdu tədqiqatçısı, Sənan Əzimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:20
GÜNƏŞ06:57
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:30
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:02
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka