Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QƏLƏM VƏ MÜRƏKKƏB

[ Müxtəlif / 8261 dəfə baxılıb ]   
|
 
Mürəkkəb, kəlmələrin qanıdır qələm vasitəsi ilə kağıza axır. Can bədəndən çıxan kimi kəlmə də qələmin ucundan çıxır; bəzən rahatlıqla, bəzən zülmlə, bəzən sevgi ilə, bəzən nifrətlə, bəzən ümidlə, bəzən həsrətlə...

Kəlmələr kağıza tökülür, qələmin ucundan qanı axır...
Kəlmələr doğulur, kağız üzərində əbədi həyat qazanır...
Kəlmələr kağızlarda yaşayır...
Kağızdan başlayan ömürlə də insanların könlünə yol tapır, qəlblərində məskən salır, dillərində dolaşır...

Vərəqə bir damla qan axır. Bu qan bir kəlmənin qanı olur.
Bu qan bəzən axıdılan şəhid qanı qədər müqəddəs, bəzən cahil qanı qədər mənasız olur. Bəzən kağızlara dönən ömürlə əbədi yaşayır, bəzən kağızlarla bərabər əzilib heçliyə məhkum olur...
Kəlmələr bəzən bir fərman olur kiməsə azadlıq qazandırmaq üçün,
Bəzən bir ittiham olur kiməsə ölüm hökmü vermək üçün,
Bəzən bir nisgilə son qoyur,
Bəzən bir vüsalı bitirir...

Və hər kəlmənin yazılışı ilə də kağıza bir damla qan tökülür...
Bəzən o qan göz yaşına qarışır,
Bəzən o qan bir dodağın izi ilə möhürlənir...

Qələm və mürəkkəb birlikdə bir sevgi yaşayırlar. Biri olmasa o birinin varlığı bir işə yaramaz. Onlar birlikdə bir eşq dastanı yazırlar. Mürəkkəb qanını qələmə halal edir, özünü onun fərmanına təslim edir...
Bu sevdadan kəlmələr doğulur. Kəlmələr qanla doğulur...
Kəlmələrin doğum evi kağızlardır.

Bəzən kağızın yaşadığı qədər yaşayırlar, bəzən dillərə dastan olub aşiqlərin yaşadığı qədər.
Bəzən doğulduqlarına peşman olurlar, bəzən doğum sancısı çəkərək ölürlər.
Bəzən doğulmadan bir nöqtə ilə həyatlarına son qoyulur...

Qələm, mürəkkəb və kəlmə... Bir eşq dastanıdır.
Onları birləşdirən bir ələ ehtiyacları var.
Onları yaşadan bir düşüncəyə ehtiyacları var.
Kəlmələr ilk öncə beyinlərdə doğulur. Sonra əllərdə silaha çevrilirlər, qələmin bir toxunuşu, mürəkkəbin qanı ilə kağızlara tökülürlər. Kəlmələr bir beyinin nə düşündüyünü dünyaya bəyan edirlər. Kəlmələr onları yazan insanı dünyaya tanıdırlar.
Ya şəhid kimi.
Ya cahil kimi...
Qələmi tutan əlin sahibinin kim olduğundan asılı olaraq kəlmələr həyat qazanır.

Siz də yazın. Yazın ki, sizin də kəlmələriniz yaşasın.
Yazın ki, kəlmələrinizlə siz də yaşayasınız.

P.S. doktor Əli Şəriəti də deyir ki: "Mürəkkəbin axmadığı yerdən qan axır"
Siz ən yaxşısı mürəkkəbin qanını axıdın. Amma o qan bir başqasına həyat vermək üçün, bir gözün yaşını durdurmaq üçün, birinə təsəlli olmaq üçün axsın. O axan qan kağızlarda möhürlənərək kiməsə həyat versinlər... Elə sizin özünüzə də. Axı öldükdən sonra bizi yaşadan əməllərdən biri də kəlmələrimizdir...




Rüzgar Kəskin / Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka