Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İKİ GÜNÜ EYNİ OLAN ZİYANDADIR

[ Müxtəlif / 11287 dəfə baxılıb ]   
|
 
Bu günün müsəlmanları Allah Rəsulunun bu fikrini diqqətə alıb, ona uyğun yaşayırlarmı?
Məsələni ümumi vəziyyətlərə görə dəyərləndirsək və bu dəyərləndirməyə görə də cavablayası olsaq haqqında söhbət açılan fikrin dünyəvi işlər, dünyəvi mənfəətlər çərçivəsində yaşandığını,
hətta baş tacı edildiyini söyləyə bilərik!

Dünyəvi vəziyyətlərini hesablayarkən, bu hesabı dünənki vəziyyətlərinə görə dəyərləndirən insanların halında bir dəyişiklik və ya sərmayələrində dünənə nisbətdə bir artış yoxdursa, bu insanlardan və hətta bu müsəlmanlardan “Zərərdəyəm!” fəryadları yüksəlir. Dünyəvi işlər və dünyəvi mənfəətlər çərçivəsində “iki günü eyni olan ziyandadır” ifadəsini özününküləşdirən bu insanlar, həqiqi həyata aid hesablarda bu fikrin ehtiva etdiyi şeydən çox uzaqdırlar.

Halbuki bilir və inanırıq ki, bu fikir və ya bu prinsip, xüsusi ilə həqiqi və əbədi həyata aid hesablarda diqqətə alınması vacib olan bir prinsipdir. Belə ki, bu mövzu ilə bağlı olaraq Əsr surəsində zikr edilən ayələr həmin ifadəni inandığımız dəyərlər çərçivəsində açıqlayan ayələrdir.

"Əsrə and olsun;
İnsan həqiqətən hüsran (ziyan) içindədir.
Lakin, iman edib, saleh əməllər işləyənlər; bir – birlərinə haqqı və səbri tövsiyə edənlərdən başqa."
(Əsr, 1-3)
Bir çox məsələlərimizi aydınladan bu ayələrdə mövzumuzla bağlı olaraq insanın hüsranından, insanın itirdiklərindən bəhs edilir.
Bu hüsrandan, bu itkidən xilas olanlar isə; mal, mülk toplayaraq dünyəvi qazanclar əldə edən zənginlər və ya zənginləşənlər deyil, iman edərək saleh əməllər işləyən möminlərdir.
Bu ayələrdə mövzumuzu aydınladan digər bir xüsus isə insanın hüsranını bəyan edən Rəbbimizin, bu hüsranı bəyan edərkən nəyin üzərinə and içdiyidir. Çünki şanı uca Rəbbimiz biz qullarına hər hansı bir məsələni bəyan edərkən and içirsə deməli bizlərə bəyan etdiyi məsələ ilə and içdiyi şey arasında hikmətli bir bağ var. Belə ki, insanın hüsranını bəyan edən Rəbbimiz bu məsələni bəyan edərkən əsrə, yəni zamana and içir.

İnsanın hüsranı ilə zaman arasında necə bir bağlılıq var?
İlk əvvəl insanın hüsranını araşdıraq;
Hamımız bilirik ki, hər hansı bir insanın hüsrana uğraya bilməsi, bəzi şeyləri itirə bilməsi üçün bu insanın ilk əvvəl itirdiyi və ya itirə biləcəyi şeylərə sahib olması lazımdır.
İtirə bilməsi mümkün olan şeylər, mütləq və mütləq sahib olunan şeylərdir. Ulağı olmayan birinin ulağını itirməsindən danışmaq mümkün olmadığı kimi sahib olunmayan və ya sahib olmadığımız bir şeyi itirməyimizdən də söz gedə bilməz.
O halda ayədə zikr edilən hüsrandan nəyi anlamalıyıq?

Bu ayə bütün insanları və hətta həyatlarında heç bir faydalı iş görməyən, qazanc xanalarına heç bir şey yazdırmayan müstəkbirləri* də muxatab aldığına görə; hüsrana uğraya biləcək olan bütün bu insanların itirə biləcəkləri şey nədir?
Bütün bu insanlar, nəyi, necə itirərək hüsrana düşəcəklər?
Bütün bu sualları Qurani Kərimdə axtarsaq cavabını tapmaq çətin olmayacaq. Rəbbimiz Qurani Kərimdə bütün insanları İslam fitrəti üzrə yaratdığını bildirir. Daha açıq bir şəkildə desək bütün insanlar, İslamın onlara yüklədiyi əmr və nehyləri yaşaya biləcək bir fitrətə, bir yaradılışa sahibdirlər. Belə möhtəşəm bir fitrət üzrə yaradılan insanların, yaradılmasındakı səbəb isə Allaha ibadətdir. Aləmlərin Rəbbi olan Allah (c.c) bütün cinləri və insanları sadəcə Ona ibadət etmələri üçün yaratdığını bildirir.

“Mən cinləri də, insanları da, yalnızca Mənə ibadət etsinlər deyə yatardım.”
Allaha ibadətin qarşılığı isə hamımızın bildiyi və iman etdiyi kimi cənnətdir. Başqa sözlə İslam fitrəti üzərinə yaradılan bütün insanlar yaradılış səbəblərinə görə yaşayarlar və Allaha ibadətlərini yerinə yetirərlərsə gedəcəkləri yer şübhəsiz ki, cənnətdir.
Bu həqiqətləri dərk etdiyimiz zaman, bunu da dərk edəcəyik ki; hər hansı bir insan doğulduğu zaman bu məqama, bu fürsətlərə sahib olaraq doğulmaqdadır.
Bu fürsətlərin yaxından bağlı olduğu ən önəmli faktor isə zamandır. Çünki bütün bu fürsətlər, dondurulmuş və ya hərəkətsiz fürsətlər deyil; hərəkət halındakı zamana bağlı, zamanla gələn, zaman içində yaşanan və yenə zamanla keçən fürsətlərdir.
Məsələni anlamaq üçün bir fabrikin kanveyr iş sisteminə baxaq. Hər hansı bir işçi bu dəzgahın bəlli bir yerində durur və ona verilən tapşırığa görə önündən keçən şüşələrə bir qapaq qoyur və ya bir etiket yapışdırır. Dəzgahın hərəkət halı bir işçinin bunu edə bilmək gücü diqqətə alınaraq tənzimlənir. İşində diqqətli olan və məsuliyyətli davranan işçi önündən keçən bütün şüşələrə etiket yapışdıra biləcək və gördüyü işin qarşılığını ala biləcəkdir. Lakin önündən keçən şüşələri bəlli bir zaman içində etiketləmirsə hərəkət edən dəzgahı əksi istiqamətə hərəkət etdirməsi və etiketləmədiyi şüşələri təkrar etiketləməsi mümkün deyil. Çünki bu fürsət onun önünə bir dəfə gəlmiş və bir daha dönməmək üzrə keçib getmişdir.

Zaman içində qarşılaşdığımız fürsətlər də belədir. Yaşadığımız ömür də belədir.
Yaşadığımız bir fürsətə, yaşadığımız bir zamana təkrar geri dönməyimiz, bunu təkrar yaşamağımız mümkün deyil. Zamanla gələn, zaman içində yaşanan və yenə zamanla keçən bu fürsətlər kəmiyyət və keyfiyyət olaraq yenidən qarşılaşa biləcəyimiz fürsətlər deyil.
Nəticə olaraq hər hansısa bir insanın zamanla iç-içə olan bu fürsətləri dəyərləndirməməyi, fürsətləri tələf etməyi... açıq aydın bir hüsrandır. Çünki bu fürsətləri dəyərləndirməyən, bu fürsətlərdən faydalanmayan insanlar, həm bu fürsətləri itirən və həm də gərəyi yerinə yetirilmiş fürsətlərin qarşılığı olan məqamı və ya digər bir deyilişlə namizəd olduqları cənnəti itirən insanlardır.
Məhz Əsr surəsində bəyan edilən hüsrandan və hüsran ilə zaman arasındakı hikmətli əlaqədən anladığımız budur. İnsanın hüsranı, yaşadığı zamanla və ya yaşadığı ömürlə bağlı olan bir hüsrandır. Çünki Əsr surəsində bəyan edilən həqiqətlər, Əfəndimizin yuxarıda söylədiyi fikrini açıqladığı kimi, Əfəndimizin fikri də Əsr surəsində zikr edilən həqiqətləri açıqlayır.

“İki günü eyni olan ziyandadır”.
Bu fikrə riyazi məntiqlə yanaşıldığı zaman eynilikdəki ziyanı anlamağımız mümkün deyil!
Bu günkü vəziyyəti və ya bu günkü səviyyəsi, dünənkinə bərabər olan bir müsəlmanın ziyanı nədir?
Məhz buradakı ziyan, o insanın və ya o müsəlmanın, yaşadığı bir gündə lazım olan ibadətlərini etməməyidir.
Yaşadığı bir gün içində qarşılaşdığı fürsətləri dəyərləndirməməyidir.
Yaşadığı bir günlük fürsətlər ilə olduğu vəziyyətdən, olduğu səviyyədən bir addım daha irəli getməməyidir.
Atması vacib olan addımı atmamağı və başqa sözlə gəlməsi gərəkən bir nöqtədən bir addım geri qalmasıdır.
Ziyan, məhz budur!
Yaşanmasına rəgmən haqqı yerinə yetirilməmiş bir gün, tələf olmuş və ya ziyan edilmiş bir gündür! Çünki sadəcə zaman faktoru, müsəlmanın dəyər qazanması üçün yetərli faktor deyil. Zaman faktoru ilə dəyər qazanan şeylər əntiq əşyalardır. Biz bilirik ki, hər hansı bir insan əntiq bir xalı və ya əntiq bir stul deyil. Başqa sözlə insanın dəyər qazana bilməsi sadəcə yaşadığı zamanla deyil, bu zamanın haqqını verməsi və ya yaşadığı zamanı dəyərləndirə bilməsi ilə mümkündür. Çünkü yaşadığı zamanı dəyərləndirən insan, sözün həqiqi mənasında özünü dəyərləndirən insandır.

* Təkəbbürlənən. Heç bir gücə sahib olmadığı halda təkəbbürlənən və özünü güclü sayan biri. Quranda Allahın hökümlərinə asi olan, zalım...


Məhmət Alaqaş
Hazırladı: Əlif / Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka