Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏADƏT SƏNİN İÇİNDƏN BAŞLAYACAQ...

[ Müxtəlif / 6429 dəfə baxılıb ]   
|
 

Şəriət dərslərini mənimsəmək mənə insanların psixologiyasını öyrənməyə kifayət etmədi. Onların iç dünyasını, təbiət və xasiyyətlərini anlamağa tam müvəffəq olmadım. Lakin uşaqlıq illərimdən ətrafımdakı insanların nə qədər xoşbəxt olduqları və ya niyə xoşbəxtliyi hissə edə bilmədikləri ilə hər zaman maraqlanmışam. Onları dinc yaşamağa kömək edən və ya iztiraba salan amillər nə ola bilərdi?!

Böyüyəndə “psixologiya elmi”nə yiyələnməyə başladım. Dostlarımdan fərqli olaraq mən hiss etdim ki, bu elm mənə çox sevimlidir. Onlar bu elmə istehza ilə yanaşsalar da, mən bu elmi özümə çox yaxın hiss etdim.
Həm ixtisas kitablarını oxuyurdum, həm də insanların sifət ifadələrini, hərəkətlərini, rəftarlarını. Bu elmi öyrəndikcə özümü daha yaxşı anlamağa, dərk etməyə başlayırdım. Mənim haqqımda başqalarının nə düşündüklərini və məndən nə gözlədiklərini də daha aydın qavraya bilirdim.
Öz işlərimi bitirəndə, məşğuliyyətimi başqalarına yardım etməklə keçirərdim. Onları narahat edən şeyləri araşdırar, dərd, qəm, qüssə çəkirlərsə səbəbləriylə maraqlanar, çətinlikləri aşmaqda kömək etməyə çalışardım. Sevgililərə və dostlara aralarında baş verən narazılıqdan dolayı soyuqluğu həll etməyə həvəsləndirər, daha maraqlı və rahat yaşamaq üçün yolların tapılmasında vasitəçilik edərdim.
Yazılarımda çalışırdım ki, hazırda baş verən hadisələrin gedişatında, daxilimdə olan müsbət və optimistik hisslərimi əks etdirim. Həmçinin keçmişdə olub bitənlərə razı qaldığımı, daha yaxşı və daha mükəmməl bir gələcək üçün can atdığımı qələmə alırdım.
Başıma gələn o qədər hadisələr var ki, hamısı da müxtəlifdir. Kədərləndiyim, qəm-qüssə çəkdiyim də olub, sevindiyim də. Qəzəbləndiyim də olub, arxayın və rahat olduğum anlar da olub. Tələsmişəm, səhvlər buraxmışam, eləcə də səbr və təmkinlə həyata keçirdiyim nailiyyətlərim də oub. Bəzən elə ağla gəlməz hərəkətlər edir, elə reaksiya göstərirəm ki, emosiyalarım soyuyanda, özümə gələndə, etdiklərimə görə xəcalət çəkirəm. Öz halıma, etdiklərimə görə öz-özümdən utanıram. Onda da ya cəsarət tapıb günahlarımı etiraf edir, üzr istəyir, ya da səhvlərimə görə qorxub qaçır, gözdən itməyə çalışıram.

Bütün olanları kitabımda qələm almışam. Qələmə aldıqlarım ideal və ya mükəmməl bir şey deyil, amma aktual olan hadisələrən bir hissəsidir. Yazdıqlarımda qazanmaq və ya itirmək, səhv və ya doğru, itaət və ya günah kimi məsələləri müzakirə etməmişəm. Sadəcə olanları və nəticələrini qələmə almağa çalışmışam.
Ən önəmli bir təcrübəmi sizinlə paylaşmaq istəyirəm.
İndiyə qədər əmin olduğum və öyrəndiyim bir amil var ki, bütün təcrübələrim bunun doğru olduğunu göstərir. Təcrübələrim deyəndə həm öz yaşadıqlarımı, həm də başqalarının yaşadıqlarını nəzərdə tuturam. Başqalarının düşdükləri çətinliklər və problemlərin içində nə çəkdiklərini, nəyə əl atdıqlarını və hansı hissləri keçirdiklərini görür və analiz edirdim. Onların hərəkətləri, reaksiyaları və sifət ifadələri çox şeyi deyirdi. Ən əsası isə onların ifadə etdikləri idi.
Bir şeyə əminəm, xoşbəxtlik hisslərini insan öz düşüncələri və ifadələri ilə qura bilər. Yəni səadət və xoşbəxtliyin də öz dili vardır.
Hamımız bilirik ki, insan danışanda onun sözlərindən özünü nə qədər xoşbəxt hiss etdiyini ayırd etmək mümkündür. İfadələr əsas hissləri və duyğuları biruzə verir. Amma daha önəmlisi odur ki, insan elə ifadə etmək istədiyi sözlərlə özünü xoşbəxt hiss edə bilər. Hansı dili seçirsə o cür də özünü hiss edir. Ya xoşbəxt olmuş kimi danışır, öz hisslərini və halını ona uyğun qurur, ya da bəxbəxt olmuş kimi danışır və öz halını da elə danışığı əsasında qurur.
Ümidvaram ki, çox qəliz olmadı fikrim?!
Mən bunları düşündükcə bir məsələ də gəldi ağlıma. Allah təalanın buyurduğu bir ayə məni çox düşündürdü; “Məgər ona iki gözü Biz verməmişikmi? Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Onu iki yoxuşlu yola yönəltmədikmi?” (Bələd 8-10). Göz baxır, qulaq eşidir, dil də ifadə edir, buna əsasən də iki yoldan birini seçir insan. Ya xeyri seçir ya da şəri seçir. Amma baxın, dil və ifadə etdikləri çox önəmlidir və Rəbbimiz budan boş yerə danışmamışdır. Burda bir hikmət vardır. Başqalarının etdiklərini görür və eşidirsən, amma sənin səadətin onların etdiklərindən asılı deyil. Sən gördüyün və eşitdiklərindən sonra nə ifadə etmək istəyirsənsə bununla xoşbətlik hiss edə bilərsən.

Həyatında müvəffəqiyyət və uğur qazanmış elə bir insan tanımıram ki, onun sözləri daima mənfi və pessimistik olsun. Eynilə də həyatda özünə bir yer tapa bilməyən, müvəffəqiyyət qazana bilməyən elə bir insan tanımıram ki, onun da dilindən həmişə optimistik və müsbət ifadələr tökülsün.
Bu bir başlanğıcdır.
İnanıram və əminəm ki, pessimist bir insan sözlərini dəyişsə, ifadələrini daha müsbət yönümlü seçsə, bunu etmək onun üçün çətin və ağır olsa da belə, mütləq və mütləq hisslərində, duyğularında və həyatında müsbət dəyişiklikləri hiss edəcəkdir. Mənəviyyatı daha yüksək olacaq, düşüncələri getdikcə aydınlaşacaq, müddət keçdikcə uğur qazana biləcək yolları tapacaq, özünə güvəni artacaq və hətta başqaları ilə əlaqədə daha rahat və arxayın olduğunu görəcək.
Bu deyilənlər bir günün və ya bir gecənin içində həyata keçə biləcək bir şey deyil. Amma əminəm ki, insan buna qadirdir və bu iş mümkündür. Allah təala hər bir insanı özünü xoşbəxt hiss edə biləcək iqtidarında yaratmışdır. Xeyir işlər görməyi, uğur qazanmağı və səadəti tapmağı bütün insanlar bacarırlar, sadəcə kimlərsə edir, kimlərsə etmirlər.
Uzun uzadı müzakirələri qısa şəkildə ifadə etsək, xeyir söylə, xeyir gözlə, xeyir taparsan, qorxular və uğursuzluqlar səndən uzaq olar.
Psixoloqa getməmişdən əvvəl, özünlə bir az işlə. Dostun və ya yaxının hər dəfə sənə deyəndə ki, narahat görsənirsən, de ki; “Mən xoşbəxtəm, özümü əla hiss edirəm, əksinə içimdə sevinc və fərəh var.” Bunları öz dilinlə de, o hissləri keçirməyə can at.
Özünü mənfi hökmlərlə mühasirəyə alma! Mənim bəxtim belədir, məndə həmişə alınmır, həmişə mənə çatanda belə olur, mən uğursuzam, mən zəifəm, mən axmağam, kimin nəyinə lazımam, iradəm yoxdur, bilmirəm nə edim, bütün qapılar üzümə bağlıdır və sairə bu kimi ifadələrin hamısından əl çəkmək lazımdır.
Ölümü arzulama, çünki öldükdən sonra hələ nələr olacaq və səni nələr gözləyir bilmirsən. Ölümə qədər necə insanlar tövbə etmiş, necə insanlar pisliklərdən əl çəkmişlər. Həm də mömin bir insanın ömrü uzandıqca xeyir içindədir.
Dilindən həmişə gözəl, mehriban, nəzakətli və zərif sözlər eşidilsin. Ən yaxınların, əzizlərinlə ilk öncə ifadələrini, rəftarını və müraciətlərini yenilə, sözləri dəyiş.
Heç bir zaman yorulma, bezmə, dayanma, məyus olma. Unutma ki, Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; “Allah taəla, bəndəsinin Onun haqqında yaxşı düşündüyü qədərdir.” Yəni, insan Rəbbinin qüdrəti, Onun yardımı, dəstəyi, nemətləri, bəxş etdiyi yaxşılıqları haqda nə qədər düşünərsə, Rəbbi onun düşündüyü qədər ona verər. Əgər çox verməyəcəyini, müəyyən qədər olacağını düşünəcəksə, Rəbbi də ona elə ümid etdiyi qədəri verəcək. Çünki Rəbbinin imkanlarına bəndəsi öz beynində məhdudiyyət qoymuş, tam inanıb, güvənib, etibar edib təvəkkül etməmişdir.


http://www.onislam.net/arabic/fiqh-a-tazkia/faith-reflections/135374-2012-02-12-12-40-25.html

Hazırladı: Şahmar Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka