Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏKKİZİNCİ MESAJ

[ Müqəddəs quran / 5623 dəfə baxılıb ]   
|
 

Hər mesaj oxunması üçün yazılır.
Oxunacağı ümidi ilə yazılır.
Yazan heç nə itirmir, amma oxumayan itirir... Sadəcə oxumadığı mesajı deyil, gedə bilməyəcəyi cənnəti də itirir. Bir ömrü Allahsız yaşayır. Bu dünyada o Allahla danışmır, onun mesajını oxumur, axirətdə də Allah onunla danışmır, üzünə də baxmır, onu təmizləmir. Bu dünyada özünü təmizləməyəni, axirətdə Allah da təmizləməyəcək. Çünki O, yalnız "Böyük günahlardan və əxlaqsız davranışlardan çəkinənlərin kiçik günahlarını bağışlayacaq" (bax: Nəcm, 32)


Qurani Kərim ilahi qaynaqlı bir mesajdır. Mesajı yazan Allah, mesajın ünvanlandığı isə insandır. Bu mesajlarda əmrlər, qadağalar, təkliflər, tövsiyələr, müjdələr və xəbərdarlıqlar var. Allah əmr verir, səbəbini açıqlayır. Qadağa qoyur, ziyanlarını anladır. Yükü çəkə bilməyənə yükü təklif etmir.
İnsanları yaratdığı üçün onları tanıyır və onlara tövsiyələr verir. Əmrə itaət edəni müjdələyir, əmrə qarşı çıxanlara isə ibrətlik hadisələri danışmaqla xəbərdarlıq edir.
“Bəzən ey insanlar!” deyə xitab edir, bəzən “Ey iman edənlər!”... Bəzən “İnsanoğlu!” deyir, bəzən “kafirlər, cahillər, müşriklər...” Bəzən müjdəli bir xəbər verir, müjdəyə layiq olanların qissələrini anladır. Bəzən xəbərdarlıq edir, çəkindirir, ibrət almalı olduqlarımızın qissələrini anladır.
Hər bir halda da yalnız bizi düşünür, yalnız insanın qazancını nəzərə alır. Çünki o, Allahdır. O, Yaradandır. O, Sevəndir...
O insanı yaratmış, onu başıboş buraxmamışdır. Yaratdığı ilə maraqlanmış, onun gələcək həyatını da nəzarətində saxlamışdır. Kimsəyə zərrə qədər zülm etməmiş, hər kəsə Rəhman və Rəhim olmuşdur. Cahanşümül mesajları yalnız Ona iman edənlərə ünvanlanmır, bütün insanlara müraciət edir.

Allah hər kəsin Allahıdır, hər kəsi sevir. Çünki O, Vəduddur. Sevgisi bol olandır, sevəndir və qarşılığında sevilməyi də diləyəndir. O sevmiş var etmiş, həyat vermişdir. Sevilərkən də heç nə deyil, sadəcə itaət tələb etmişdir. Əmrlərinə təslim olmağımızı istəmişdir: “Həqiqət budur ki; Sənə bütün xeyirləri comərtcə bəxş edən Bizik: O halda namazı da, qurbanı da yalnız Rəbbinə təsis et!” (Kövsər, 1-2)
O bizdən sadəcə namaz qılmağımızı, qurban kəsməyimizi tələb etmir. Etdiklərimizi sadəcə Ona aid etməyimizi istəyir: Sadəcə Ona!

Kövsər surəsi nüzul sırasında təxminən 15-ci yerdədir. Ayədə qılınan namazı və Həzrəti İbrahimdən bəri kəsilən qurbanları doğru ünvana yönəltmək əmri var: “Sadəcə Rəbbinə təsis et!”
Bunu edə bilənlər könül rahatlığı ilə deyə biləcəklər ki: “Mənim namazım, qurbanım, həyatım və ölümüm sadəcə və sadəcə heç bir şəriki olmayan, aləmlərin Rəbbi olan Allaha aiddir. Mən belə əmr olundum və mən Müsəlmanların öndə gələniyəm.” (Ənam, 162-163)
Edə bilməyənlərə isə... Kafirun surəsi cavab verir:
“De ki: Siz ey kafirlər! Əsla qul olacaq deyiləm, sizin qul olduğunuz şeylərə, siz də mənim qul olduğuma qulluq edəcək deyilsiniz! Zatən mən əsla qulluq etmədim sizin keçmişdə qul olduqlarınıza, siz də mənim qul olduğuma qulluq etməzsiniz. Sizin dininiz sizə, mənim dinim mənə!” (Kafirun, 1-6)

Kafirun surəsi “De ki” əmri ilə başlayır. Nüzul sırası ilə bu əmrlə başlayan ilk surədir. “De ki” deyənlərdən, dediklərini etmək də tələb olunur. Yəni: “De ki, mən belə edirəm...”. Bir şeyi könül rahatlığı ilə söyləyə bilmək üçün ilk əvvəl ona inanmaq, sonra isə inandığını əmələ çevirmək lazımdır. Əks halda ya münafiq olacaqsan, ya da ki, fasiq. Onlar isə cənnətə girə bilməyəcəklər.


Ardı var...

"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"

Rüzgar / Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka