Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ONUN ADI İLƏ...

[ Aktual / 6017 dəfə baxılıb ]   
|
 






























“Oxu! Yaradan Rəbbin adı ilə oxu!” (Ələq,1)

Allah ilk vəhyi Rəsuluna nazil edəndə oxumaqla, bilgi toplamaq, formalaşmaq və öyrətməklə təlimatlandırdı. Allah ilk insanı da məhz biliyi ilə yaradılışın mərkəzinə gətirmış, Hz.Adəmin öyrəndikləri ilə həqiqətən onun yer üzünə xəlifə olaraq seçilməsi dəlilini bununla bəyan etmişdir.
Oxu!
Rəbbimiz bu təlimatı Rəsulallaha hansı şəraitdə verdi? Axı Rəsulallah hələ yazıb-oxuma bilmirdi. Üstəlik qaranlıq bir mağarada əlində oxuyacaq bir şey də yox idi. Vəhy də hələ yenicə nazil olmuşdur. Bəs nəyi oxumaq lazım idi? Allah Rəsulallahdan kainatı oxumağını istəyirdi. Görərək, düşünərək oxumağını istəyirdi. Rəsulallah isə elə Hiraya oxuya-oxuya çıxmışdı. Əslində çox rahat hesab ediləcək bir həyat yaşayırdı. Tanınmış bir soydan, zəkalı və hörmətli, böyükdən kiçiyə qədər hamı tərəfindən sevilən, “Əmin” deyə çağırılan, ağıllı və dövlətli bir tacir idi. Bir sözlə, dövrün Məkkə mühitinə görə Muhamməd ibn Abdullahın çatışmayan bir şeyi yox idi. Bəs Hiraya çıxmaqda məqsəd nə idi? Nədən O, bu mühitdən tez-tez uzaqlaşırdı?

O, insanlar tərəfindən xoş qarşılansa da, izzətli və dövlətli yaşasa da bunların əsl həqiqət olmadığını anlayırdı. Oxuyurdu ki, əsl xoşbəxtlik, izzət və dövlət ötəkilərdədir. Gördüyü hər bir əşyanın əsl mahiyyyətinin arayışında idi Rəsulallah. Bir körpənin ilk addımlarından ta kainatın hərəkətinə qədər bir sistem, bir Töhvid olduğunu oxuyurdu Rəsulallah. Anlayırdı ki, insanlar Hənif dinindən uzaqlaşmış, təhrif olunmuş və ənənələşdirilmiş bir inanca alışmışdılar.
İnsanlara xəbərdarlıq etmək, oyatmaqla dərdlənmişdi Allah rəsulu. Bəli, bu arayış idi. Özü də şəxsi üçün deyil, ümmət üçün, kainat üçün bir arayış. Kainat üçün dərdlənmişdi Rəsulallah.
Bütün bu oxunuş və arayışın tək cavabi Allahdan gəldi:
-Oxu!Yaradan Rəbbin adı ilə oxu.
-O,insanı sevgi və əlaqədən yaratdı. (Ələq,1-2)


Dağılmış, qopmuş təsəvvürləri birləşdir, uzaqlaşmış Tövhıd inancını insanlara yenidən bağla, insanları dəvət et və Yaradanla məxluqat arasında əlaqəni sevgi ilə birləşdir. Məhz o birlik və tövhid Mənəm. Mənim adıma Oxu və öyrət, ya Rəsulum:
-Rəhman və Rəhim olan Allahın adı ilə Oxu! (Bismillahir Rahmannir Rahim)

Bismillahın (Bismillahir Rahmanir Rahim) inşası idi bu təlimat. Allah adına oxumaq, Allah adına etmək və Allahlı etmək. Ona yönəlib Onunla olmaq, Ona qulluq edib Ondan diləməyin düsturu idi bu. Hüdudlunun Hüdudsuz ilə, məxluqatın Yaradan ilə, acizin Ehtiyacsız ilə qurulan bağı idi bu. Bunu öyrənməli və həyatına qoymalıdır insanlıq.
Bununla inşa olmalıdır insan həyatı.

Bu bağ, bu əlaqə Bismillahın zahirində belə öz əksini tapır.
Bismillahdakı “be” bağlayıcı rolunu oynayır. İki şeyi bir birinə bağlayır. Bununla biz anlayırıq ki, Allah bizə yaradılış qaynağımız olan əlaqəni, onu qurmağı və onu necə qurmağı öyrədir. Bismillah - həyatı Allaha, keçicini əbədiyə, əşyanı Yaradana bağlayandır. Bismillah bu anlamıyla bir həyat fəlsəfəsidir.
Bismillah - bir əməldir. Bizə bununla əməlli olmaq, bu əməli Allahla başlayıb Onunla davam etmək öyrədilir. Bismillah İslam əxlaqının tam bir əməl əxlaqı olduğunu bəyan edir. Və bu əməllər Allahın razılığı üçün həyata qoyulur. Allahın razi olmadığı şeyə - günaha Bismillah edilməz. Bismillah ilə başlanan bir iş Allaha ismarlanar. Bu inşa ilə insan əməllərini sistemli qurar:
1. Bu işə Allahı qatır, Onu şahid tuturam.
2. Bu işdə Ona güvənir, Allahdan yardım diləyirəm.


Bu cür sistemlə biz əməlin necə Allah rızasına döndüyünə şahid oluruq. Bu bir Fitrət sözləşməsi olaraq Fatihə surəsində də bizə tövsiyə olunur və bu, bizi inşa edir:
-Yalnız səndən istəyir,Yalnız səndən diləyirik. (Fatihə,4).
Bu, Allahlı və Allahla olmaqdır.
Bu, duanın əmələ, əməlin isə duaya dönməsidir.
Bismillah ilə niyyətlənən bir işə başlamaq ibadətə, qulluğa çevrilir və bu da təkrar dilək və dua olaraq Allaha yönəlir.


QUR`AN DOSTLARI / AZERISLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka