Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YEDDİNCİ MESAJ

[ Müqəddəs quran / 4935 dəfə baxılıb ]   
|
 
Allahın bizə olan mesajları Qurani Kərimdə ölümsüzləşdirilib. Çünki o mesajlar, bütün insanlığa və bütün zamanlara yönəlmiş cahanşümül mesajlardır. Zaman dəyişsə də, məkan dəyişsə də o mesajlar hər zaman aktual olacaqlar. Hər ayə muxatabının qəlbinə nazil olacaq, ona səslənəcək və bəzən də sirrini yalnız ona açacaq. Bəzən bir ayəni min dəfə, on min dəfə oxuyursan. Ancaq anlamırsan, sənə yad, sirli gəlir. Lakin bir gün sənin israrlı oxuyuşunla o ayə üzündəki niqabı qaldırır və sənə sirrini açır. Sən onu anlayır, onu kəşf edirsən. Bax, o zaman ayə səninlə dostlaşır, sənə sirrini açır, sənin həyatını dəyişir. Sənin əxlaqın Quranın əxlaqı olur. Sən Quranla eyniləşir və onun kimi Kərim olursan.

Kərim, növünün içində ən seçkin olandır. Quran kitabların içində ən Kərimdir, Cəbrayıl mələklərin içində ən Kərim olandır, Rəsulullah Peyğəmbərlərin içində, insan isə məxluqatın içində. Və sən ayə ilə eyniləşəndən sonra bir pillə yüksəlir o kərim olanlara yaxınlaşırsan. Ayələrlə yaşadıqca, əmr və qadağalara tabe olduqca gözəlləşir, ülviləşirsən. O zaman bəşərlikdən insana dönürsən. İNSAN olursan.
İnsan olursan ki, dinləyə biləsən. Axı, Allah İNSANla danışır, ona mesajlar endirir, onu mükafatlandırır. Sən danışılmağa layiq olan, eşitdiklərini anlaya bilən birisən. Elə ona görə də Aləmlərin Rəbbi səninlə danışır. Sənə vəhy endirir və səni cənnəti ilə müjdələyir. Nədən və niyə yaradıldığının sirrini yalnız O açıqlayır. Necə və niyə yaşamalı olduğunu da yalnız O bildirə bilər. Çünki O yaradandır. “Yaradan yaratdığını tanımazmı?”
Elə ona görə də Allah Hər işimizə qarışır: yeməyimizə, geyimimizə, davranışımıza, evlənməyimizə, danışığımıza... Həyatımızda Allahın düzənləmədiyi, müdaxil olmadığı heç nə yoxdur. Allah bizə hər zaman nəzarət edir: doğulmamışdan öncəki həyatımızdan başlayaraq öldükdən sonrakı həyatımıza qədər...
Allah hər şeydən danışır;

Allahın sözü bitmir, tükənmir. “De ki: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı” (Kəhf,109)
Ağacın hər yarpağı, dənizin hər damlası, torpağın hər dənəsi sənə Onun möhtəşəmliyini xatırladır. Kainat bir kitab olur, sən bir oxuyucu. Bir ömür bu kitabı bitirməyə yetmir.

Lakin insanın ömrünə yetəcək bir kitab var; O kitab ki, bir gecədə nazil olmağa başladı və o gecəni bir ömürdən (1000 ay = 83 il) daha dəyərli etdi. O kitabı oxuya bilsək, o kitabı yaşaya bilsək, kainat kitabını da anlaya bilərik...

Nüzul sırası ilə yeddinci mesaj Əla surəsinin mesajlarıdır. Nüzul sırasında səkkizinci, Musaf sırasında 87-ci surə olan əl-Əla. Yəni Ən Uca.

“Ucalıqda tayı olmayan Rəbbinin adı ilə hərəkət et!"
Əl-Əla surəsinin ilk əmri. Niyə sualını verməyə ehtiyac yoxdur. Ardınca gələn ayələr açıqlayır:
"O ki, bütün məxluqatı yaratdı və yaradılış məqsədini həyata keçirə bilmələri üçün onları (hər şeylə) təchiz etdi (bir nizam verdi)
O ki, hər şeyə yaradılışdan bir ölçü və məqsəd təqdir etdi, sonra (o istiqamətə uyaraq məqsədinə çata biləcəyi) istiqamətə yönəltdi.
O ki, bitki örtüsünü çıxartdı; sonra onu qapqara, qupquru bir hala saldı.”
(Əla, 1-5)

Yəni, yaradıb nizama salan, təqdir edib təqdirə uyğun imkanlar verən, (torpaqdan) otlar çıxaran, sonra da onu qapqara, qupquru bir ota çevirən Uca Rəbbinin adını təsbih et!
Niyə?!

Yaratdığı üçün, yaratmaqla kifayətlənməyib nizama saldığı üçün... Ölçü və məqsəd təqdir etdiyi və doğru istiqamətə də yönəltdiyi üçün... Bir bitkini sənə misal verməkdən çəkinməyən, onun da bir ömrünün olduğunu xatırladan, bu ömür içində otun belə missiyası olduğuna bir vurğu vuran Rəbbinin adına hərəkət et, Onun adı ilə hərəkət et! Çünki, o, ucalıqda taysızdır. Çünki o uca olan Rəbdir. Onun bu ucalığını təsbih, hər qulun namazda, daha doğrusu səcdə halında söylədiyi “subhanə rabbiyə’l-a’la” ilə qalmamalı, həm də həyatında təzahür tapmalıdır. Bu da yalnız Onun yuxarıda saydığı keyfiyyətlərini anlamaqla mümkündür.
Ondan başqa Yaradan yoxdur. Qalan hər şey yaradılandır. Və Onun tərəfindən yaradılıb.
Yaratdığı üçün də o yeganə Böyükdür.
Ondan başqa həyatını nizamlayan, yönləndirən yoxdur. Kimsə bir an sonra nə olacağını bilmir. Bilən yalnız Odur.
Ona görə Onu təsbih edəcəksən.
Səni boş-boşuna yaratmayıb. Yaradılışında bir ölçü, bir məqsəd var.
Bu nizamı poza bilmədiyin üçün Onun qarşısında səcdə edəcəksən. Çünki ölçülü yaradılmaq (Mülk, 3-4; Talaq, 3; Qəmər, 49) bir sistem çərçivəsində yaradılmaqdır. Ölçülü yaradılmaq boş-boşuna yaradılmamaqdır. Yaratmaq naminə, bir iş olsun deyə yaradılmamaqdır. Bir məqsədi həyata keçirmək, bir hədəfə varmaq, bir iş görmək üçün yaradılmaqdır. Ona görə də yaratdığını həm də doğru yola yönəltmək də yalnız Onun işidir. Və o, yaratdıqlarını doğru yola yönəldir.
O sadəcə insanı yaratmadı, insanın yaşaya biləcəyi həyatı da yaratdı. Otu, ağacı, günəşi, ayı, suyu, havanı... Yaşamaq üçün nə lazımdırsa hər şeyi yaratdı. Hər yaratdığına da bir qədər və ölçü verdi. Günəş olduğu yerdən bir mm. tərpənərsə qiyamət qopar, yer üzündə su qurtararsa həyat bitər, hava olmazsa yaşamaq mümkün olmaz. Onların da bir yeri, bir nizamı və bir ömrü var. Otu çıxaran, onu yaşıllaşdıran və ömrünü, missiyasını bitirincə samana çevirən də Odur. Ölüdən diri, diridən də ölü çıxarandır. Otun qupquru, qapqara olması onun ömrünün bitdiyinə dəlil olsa da, missiyasının bitmədiyinə də bir dəlildir. Öldükdən sonra da yaşatmaq üçün var olan bir dəlil. Çör-çöp olan bu ot yenə də işə yarıyır, bir amaca, bir məqsədə xidmət edir. Ya bir heyvana yem olur bir inəyin döşlərində südə çevrilir, ya bir torpağa gübrə olub oradakı canlıların yaşaması üçün faydalı olar. Beləcə kainatda var oluşu davam etdikcə, hər yaradılan öz ölçüsünə, öz məqsədinə sadiq qalaraq varlığını sürdürəcək.

“Bu halda öyüd (sadəcə bəzilərinə) fayda versə də Allahı xatırlat!”
Çünki
“Allahın sevgisini itirməkdən qorxanlar öyüd alacaqlar. Bədbəxt olanlar isə öyüddən qaçacaqlar”... (Əla, 9-11)

Allahın adı ilə hərəkət etmək, Allah adına hərəkət etmək həm də Onu xatırlatmaqdır. Onun xatırlanmağa ehtiyacı yoxdur, lakin xatırladan savab qazandığı kimi, xatırladılan da nəsibini alır. Quranın dediyi kimi “bədbəxt” deyilsə öyüddən nəticə çıxaracaq.
Öyüd vermək bir vəzifədir və fayda verir. Zariyat surəsi 55-ci ayədə də buyrulduğu kimi “... öyüd, möminlərə faydalı olacaq”. Öyüdün muxataba nə qədər faydası olub, olmadığı öncədən bilinmir; lakin öyüd verən vəzifəsini icra etdiyi üçün bunun ona mütləq bir faydası olacaq.
Ziyanda olmamağın ilkin şərti iman etmək, iman etdikdən sonra saleh əməl işləməkdir. Saleh əməlin şərti isə bir-birinə haqqı və səbri/mərhəməti tövsiyə etməkdir. Haqq nədir? Allahın söylədiyi. Haqqı tövsiyə edə bilmək üçün, Allahı dinləməyi bacarmaq lazımdır.
Onu dinləmədən öyüd almaq mümkün deyil, öyüd almayanlar isə bədbəxt olanlardır ki: “onlar ən qorxunc atəşə atılacaqlar; sonra orda nə ölə biləcəklər, nə yaşaya biləcəklər.” (Əla, 12-13)


Ardı var...

"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"

Rüzgar / Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka