Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SEVGİ İNCƏSƏNƏTİ

[ Aktual / 5771 dəfə baxılıb ]   
|
 
İlk öncə gözlərimizi sevgiyə açdıq... Sonra sevməyi öyrəndik..İçimizdə cücərmək istəyən sevgi tumurcuğu möhkəmlənməyə başladı. Ailəmizin, dostlarımızın sevgisiylə böyüdüyümüz kimi, daha çox sevərək könlümüzdə olan bu sevgini də böyütdük və cücərtdik.
Çox şeyi, demək olar ki, gözəl olan hər şeyi sevirik... Amma bu sualı özümüzdən soruşmağı çox vaxt unuduruq: Nəyi nə üçün sevirik? Bu sualın cavabını bilmiriksə, o zaman sevgi dediyimiz duyğu mahiyyətini itirmiş olur...
Hər birimiz qəlbimizdə kimlərəsə, nələrəsə qarşı sevgi bəsləyirik. Amma bu sevgi toxumunun əslində gələcəkdə çiçək açacağını bilmiriksə, yəni qəlbimizdəki sevginin əsl hədəfə yönəldə bilmiriksə, demək ki o zaman yaşadığımız sevgilərə, yalançı eşqlərə “ çox böyük bir sevgi” deyərək, özümüzü inandırmağa çalışırıq. Amma bu sevgiləri əsl sevgiyə qovuşmada bir körpü edə bilmişiksə, o zaman bu bizim əsl hədəfə doğru getməkdə olduğumuzu göstərir.
İki gözəl söz yada düşür:
“Göz nəyi görürsə könül ona tabe olur”;
“Gözdən iraq olan, könüldən də iraq olur”
Gözlərimizin gördüyü şeylərlə könlümüz arasında bir körpü vardır. Ruhumuz bu aləmi göz pəncərələrindən seyr edir. Ətrafda gördüyümüz gözəl olan hər şey könlümüzdə yerini tapır.
İlk növbədə “gözəl” sözünü incələyək...
Ətrafımızda gözəl olan şeylərə heyranlıqla baxırıq və bu gözəlliklər qəlbimizdə qarşılıq və yer tapır. İnsanın fitrətində gözəl olana qarşı bir meyl vardır. Gözəl olan hər şeyi sevirik. İstər zahiri, istər batini, əxlaq və davranış gözəlliyi . Təbii ki, gözələ baxmaq və gözəl olanı sevmək hər kəsə görə fərqlidir. Çünki hər kəsin dünyaya baxışı, dünyagörüşü fərqlidir, hər kəsin özünə görə bir gözəllik anlayışı var... Amma bu fərqlilik mühüm deyil, mühüm olan odur ki, bizə görə gözəl olan hər şeyə qarşı içimizdə bir meyil vardır. Biz gözəl olanı nəyə görə sevirik?
Çox sevdiyiniz bir dostunuzu düşünün. Onu hansı xüsusiyyətlərinə görə sevirsiniz? Onda gözəl olan nədir? Xarici görünüşümü sizi cəlb edir, geyimimi çox gözəldir, səs tonumu , yoxsa davranışlarımı, danışığımı, fikirlərimi? Məsələn, yaxşılıq etməyi sevən bir insandır, siz də onun üçün sevirsiniz, ya da sizin duyğularınızı başa düşdüyü üçün sevirsiniz...Qısası onu ya zahiri, ya daxili gözəllikləri üçün sevirsiniz.
Burada belə bir sualın cavabı haqqında düşünməyimiz lazımdır. Dostunuz istər zahiri, istər batini yöndən gözəl bilirsiniz və bu gözəlliyi üçün onu sevirsiniz. Bəs onun o gözəlliyi özündəndirmi? Yəni öz xüsusiyyətidirmi?
Bizim ən başlıca problemimiz gözəl gördüyümüz bir şeyin gözəlliyini onun özündən bilməyimizdir. Sanki bu ona aiddir və sanki bunu o edib...
Dostumuzun surəti gözəlsə, onu bu gözəl surətlə Yaradanından ötrü gözəldir. Əxlaqi gözəllikləri varsa, ona gələn bu gözəl əxlaqın bir mənbəyi, qaynağı var. Fikirləri gözəlsə, onu düşündürən və ona ilhamlar verən kimdir? Nitqi, danışması, ya da səs tonu gözəlsə, ona bu gözəllikləri verən və yaradan kim? Bəyəndiyimiz, məftun olduğumuz, bütün daxili və xarici gözəllikləri özündən deyildir, Yaradanın ona lazımi miqdarda verdiyi bir gözəllikdən qaynaqlanır.
Bu halda o gözəl olan qul, Yaradanın gözəl isim və sifətlərini əks etdirir və bir güzgü vəzifəsini görür. Fikirləri, danışması, davranışları o gözəl olan şeylərin hər birinin qaynağı Ondandır. O halda bu gözəlliklərin mənbəyinə getmək, bu fani ,məhdud çərçivə və dar olandan keçib baqi, sonsuz olanı tapmaq daha vacib deyilmi?
Bir şeyin gözəlliyini onun özündən biləriksə, ona nəfsimizin gözüylə baxmış olarıq. Bu iki fərqli baxışlara diqqət edək:
1.”Aaay, nə gözəl bir çiçəkdir! Rəngi nə gözəl, qoxusu nə gözəldir. Qoparım, evimə aparım.”
2. “Bu çiçəyə bax. Allah nə gözəl yaradıb! Tac yarpaqlarıyla, sapıyla, köküylə hər şeyi bir qanunauyğunluqla yaradıb, nə artıq , nə əskik. Həm də bu güllərdən yer üzü baxçasında milyardlarca var. Hər biri də özünəməxsus gözəllikləri və əsma-i İlahinin təcəllisi ilə seçilir.”
Birinci baxış sahibi, yəni çiçəyin gözəlliyini çiçəkdən bilən, çiçəyin özünə aid olduğunu zənn edən adam o çiçəyi qoparar, yaxasına taxar və ya güldana qoyar. Çünki o gözəl şeyə sahiblənmək istəyər. İki gün keçmədən çiçək solunca onu götürüb, zibilqabına atar.
İkinci baxış sahibi öncə o çiçəyin Rəbbini zikr etdiyini bilir və qoparmağa qıymaz. Onun o gözəlliyi seyr edərkən yaradanını düşünər və o çiçəklərin hər birinin müxtəlif aynalar olduğunu və Rəbbinin müxtəlif aynaları olduğunu və Rəbbinin isimlərini əks etdirdiyini bilir. Bu da onu ilahi eşqə götürər...
Birinci adamın sevgisi çiçək var olduğu müddət ərzindədir. Çiçək solunca, çiçəyə olan sevgisiylə birlikdə o çiçəyi zibilliyə atar. Başqa bir mənada aynası qırılmışdır.Aynası qırılınca da, aynanı həqiqi gözəllik zənn etdiyi üçün kədərə qapılar, dünya başına yıxılar, artıq hər şeyi bitmiş zənn edər, həyat onun üçün mənasını itirər. Amma ikinci baxış sahibinin sevgisi əbədidir. Çünki, o çiçəyin qırılacaq bir ayna olduğunu, bitici olduğunu, amma Baqi olanı əks etdirdiyini bilirdi. Aynalar qırıldıqca Baqi olana sevgi daha da böyüyür. Çünki fanilikdəki sonu və saxtakarlığı görüb Baqiyə yönəlir. Aynalar qırıldıqca o Baqi olanın Baqi gözəlliklərini yeni yeni aynalarda seyr edərək, zəngin bir gözəllik yaşayar.
Fani sevgimizi tezliklə qırılacaq bir ayna kimi düşünək. Tezliklə qırılacaq bir ayna üçün hər şeyi verməyimiz və onun uğrunda həyatımızı belə qurban verməyimiz nə dərəcədə doğrudur?
Evinizdə ayna var. Gündə kim bilir neçə dəfə baxırsınız. Qarşısına keçdiyiniz vaxtda sizi əks etdirir. Aynanı ayna edən də elə sizi əksetmə vəzifəsidir. O ayna qırılsa da siz yaşayırsınız, elə deyilmi? Yaradılmış olan bizlər də Rəbbimizi əks etdirən müxtəlif aynalarıq. Biz qırılsaq da, gəlib getsək də Rəbbimizin adları baqidir. O çox sevdiyimiz insan da ayna kimidir. Rəbbinin isimlərini əks etdirən bir ayna... Amma bu isimləri buraxıb, aynanı sevəriksə,bir gün ayna qırıldıqda halımız necə olacaq?O zaman aynaları sevməkdən imtina edib, aynalarda əks olunan isimlərə, adlara məftun olmalıyıq.
İnsanın fitrətində gözəl olan hər bir şeyə meyl var demişdik. Həmçinin qeyd etmişik ki, o gözəlliyi o şeyin özündən biləriksə, nəfsani bir sevgi yaşayarıq.
Bağlandığımız şeylərə diqqət edək ki, içində zəhər olmasın. Baxdığımız şeylərə nəfsimizdən dolayı deyil, Rəbbimizdən gələn məktubu oxumaq üçün, Onu yaxşı tanımaq üçün baxmalıyıq. Yoxsa nəfsimiz zahiri gözəlliyə aldanaraq və bizə zəhərli almalar göndərə bilər.
“Göz nəyi görürsə, könül ona tabe olur”
İndi də sualı soruşaq..Göz nəyi görür və könül nəyə tabe olur? Göz baxdığı şeylərə nəyin xatirinə baxır və könlü nələrə meyl etdirir?
Demək bir şeyə Allah üçün baxarıqsa, könlümüz Allaha tabe olar. Ona uyar. Amma bir şeyə nəfsimizi doyuzdurmaq məqsədilə baxarıqsa, nəfsimizə tabe olarıq və ona uyarıq. O halda göz nəyi görür, nəyin xatirinə görür və könül nəyə tabe olur, bir qədər diqqətli olaq !
İkinci sözümüz "Gözdən iraq olan, könüldən də iraq olar" sözü idi. Gözümüz bir şeyə nəfsinə görə baxırsa, onu ilk öncə gözümüzdən, sonra da könlümüzdən iraq tutmağımız lazımdır. Əgər bunu etməsək , Allah üçün baxmayan göz, mənəvi gözlərdən iraq olar. Yəni baxdığımız şeylərdə Allahın sənətini görməyi bacarmayan bir gözümüz varsa Allah adına baxa bilməyirik deməkdir. “Yaradılanı Yaradandan ötrü sevmək” dərəcəsinə çatan bir insan, artıq “Göz nəyi görürsə könül ona tabe olur” sözünü gerçək mənada yaşamağa başlar. Könlünün, Rəbbinə olan sevgisi işığında gözlərini yaratdıqlarına çevirərək, Onun ucalığını, qüdrətini anlamağa çalışmağa, beləcə təfəkkürlə hisslərini , düşüncələrini inkişaf etdirərək Rəbbini daha çox sevməyə başlayır.


Hazırladı: Şəbnəm Əliyeva / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka