Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏSLƏHƏTLƏŞİN - PƏTƏYİ, ARINI YA DA ÇİÇƏYİ AXTARIN

[ Sira / 7579 dəfə baxılıb ]   
|
 
Uca Rəbbimiz Qurani Kərimdə bir ayədə belə buyurur: "O vaxt Allahdan bir rəhmət ilə onlara mülayim davrandın! Əgər sən onlara qarşı kobud və daş ürəkli olsaydın, heç şübhəsiz, ətrafından dağılıb gedərdilər, o halda onları (ən seçkin səhabələri) bağışla və (ancaq bununla kifayətlənmə, onlar sənə qarşı xəta etdilər, ancaq sənə edilən xətanı deyil, sənə qarşı edilən xəta Allaha qarşı olduğuna görə də) onlar üçün Allahdan da əvf dilə, onları Allahın da bağışlaması üçün dua et. Bir iş görmək istədiyin vaxt onlarla istişarə et, məsləhətləş (sizinlə məsləhətləşdik, sizinlə ortaq məxrəcə gəldik və başımıza bunlar gəldi demə və bundan sonra da onlarla istişarə edib savaşda məğlub olsan belə istişarəni tərk etmə, xüsusilə də dövlət işlərində, cəmiyyətdəki məsələlərdə, cəmiyyətin islahı kimi əhəmiyyətli mövzularda istişarəyə davam et), qərarını verdiyin zaman da (və bütün bunları düşünərək nəticədə bir iş barədə qərar vermisənsə) artıq Allaha təvəkkül edib Ona güvən (verdiyin qərarı icra et), çünki Allah Ona arxalanıb güvənənləri sevər."

Bu ayə Uhud döyüşündən bir qədər sonra nazil oldu. Uhud məğlubiyyətindən sonra desək dahamı doğru olardı?! Bu savaş nə məğlubiyyət idi, nə də qələbə. Bəzən insanların uzaqdan zərər kimi gördükləri, yaxından baxdığınız vaxt xeyir olduğu görülür. Bəzən də zəfər və qənimət kimi gördüyümüz bir şeyə yaxından diqqət edildiyi vaxt bunun ancaq bir məğlubiyyət olduğu aydın olur.
Biz yenə də zahirinə baxaraq Uhud “məğlubiyyətindən” sonra deyək. Bəli, Uhud “məğlubiyyətinin” ardınca belə bir ayə nazil olmuşsa, ilk növbədə bu ayənin nədən bəhs etdiyinə diqqət etməliyik. Bu ayə Uhud döyüşü ilə əlaqədar bir mövzudan bəhs edir. Peyğəmbərimiz döyüşə getmədən əvvəl Mədinədə istişarə qrupunu toplamışdı. Bu istişarə qrupunun önündə qərar verəcəkləri iki xüsus var idi; birincisi düşməni şəhərin içində qarşılamaq, ikincisi isə şəhərdən uzaqda səhrada qarşılamaq. Əslində bu, bir-birinə zidd iki müxtəlif döyüş taktikası idi. Yəni biz düşmənin hücumunu şəhərdə müdafiə üsulu ilə qarşılaşmalıyıq, yoxsa meydanda hücum taktikası ilə mi?! Ortaya qoyulan sual bundan ibarət idi. Yaxşı, bəs bu istişarə qrupunun içində kimlər var idi? Kimlər yox idi ki; Hz.Əbu Bəkr, Hz.Ömər, Hz.Osman və Hz.Əlinin burada olduğu məlum məsələdir. Hətta sonralar münafiqlərin ən şərlisi kimi bilinən Abdullah b. Ubey b. Səlul də bu istişarə məclisində/müşavirədə idi. Əlbəttə ki, bunlardan başqa Övs və Xəzrəc qəbilələrinin uluları Sad b. Ubadə və Sad b. Muaz da bu istişarə heyətində iştirak edirdi.
Bu heyət tərəfindən bu məsələ ortaya qoyuldu və müzakirə olundu. Peyğəmbərimizin bu mövzuda görüşü nə idi bilirsinizmi, düşməni Mədinənin içinde qarşılamaq. Amma bu görüş eyni zamanda bilmədiyimiz fərqli səbəblərə görə münafiqlərin ən şərrlisi olan Abdullah b. Ubey b. Səlulun da görüşü idi. Buna baxmayaraq istişarə heyətinin Hz.Osman, Hz.Ömər, Esab b. Zürarə və bu döyüşdə şəhid olacaq Musab b. Umeyr kimi gənc üzvlər düşməni Mədinədən uzaqda çöldə qarşılamaqda israr etdilər. Heyətdə olan səhabələrin əksəriyyəti bu fikirdə idi və o qədər israr etdilər ki, Allah Rəsulu öz görüşününün yerinə onların görüşünü qəbul etdi və zirehini geyindi.

Ancaq qərar verilib isişarə məclisi bitdikdən sonra Hz.Ömər bir neçə səhabə ilə bir yerə toplanıb, Allah Rəsulunun bu görüşü narazı halda qəbul etdiyini, bir sözlə sonda verilən bu qərarın Allah Rəsulunun görüşünə uyğun olmadığını və buna görə narahatlığını bildirdi. Rəsullallaha aralarından seçdikləri bir təmsilçini/səhabəni göndərib “Ey Allahın Rəsulu, sizin görüşünüzə görə davranmaq istəyirik?” dedikləri vaxt Peyğəmbərimiz bu ayənin sonunda qeyd olunan “qərar verdiyin vaxt artıq Allaha güvən!” prinsipinə uyğun olan o təqdirə layiq kəlamını dilə getirdi: “Bir Peyğəmbər geyindiyi zirehini döyüş bitmədən çıxartmaz!’’ Yəni, bir peyğəmbər yola çıxdığı vaxt geri qayıtmaz.

Peyğəmbərimizin buna bənzər təqdirə layiq kəlamları çoxdur. Məsələn, əvvəl Mədinədə müsəlman olduğunu bildirib hətta vəhy katibi olan, sonra isə xəyanət edib dinini satan, Məkkəyə qaçdıqdan sonra da Qurana iftira atan Sad b. Əbu Sarh (Hz.Osmanın süd qardaşı) Allah Rəsulunun “Gördüyünüz vaxt, Kəbənin örtüsünə sarılmış olsa da, onu öldürün” əmrini verdiyi bir çox xainin arasında idi. Çünki, bu kimi şəxslər İslamın əsas dəyərlərini təhqir etməklə xəyanət etmişdilər. Həm də bunu İslam dövlətinin dar günlərində etmişdilər. Məhz bu şəxs Hz.Osmana sığınıb Allah Rəsulunun yanına gəlmişdi. Allah Rəsulu onun etdiklərinə o qədər narahat olub, pərt olmuşdu ki, onun üzünə belə baxmaq istəmirdi və göz-gözə gəlməmək üçün üzünü yana çevirərdi. Əlbəttə ki, o anda birdən-birə peyda olduğu üçün, səhabələr əllərini qılınclarına atmışdılar. Sonunda Hz.Osmanın israrı ilə rəhmət Peyğəmbəri “tuləqa”ya (əvf etdiklərinin arasına) onu da qatdı, yəni, xəyanətini bağışladı. Ancaq bundan sonra “mən bunu etmədən əvvəl aranızdan hökmü yerinə yetirib onu öldürəcək bir igid çıxmadımı?” demişdi. Ordakılar “Ey Allahın Rəsulu, sizdən bir işarə gözləyirdik’’ deyincə, Peyğəmbərimiz yenə o möhtəşəm sözü demişdi: “Bir Peyğəmbər işarə ilə adam öldürtməz!’’

Peyğəmbərimizin əxlaqı bu idi. Onun “bir peyğəmber nə edər, nə etməz” deyə bu kimi vəciz kəlamları çoxdur. Bəli, Allah Rəsulu “Bir Peyğəmbər geydiyi zirehini döyüş bitmədən çıxartmaz!” dedi və ordu Uhuda doğru yola düşdü. Ancaq çox maraqlıdır ki, istişarə heyətində düşməni çöldə qarşılayaq deyənlər döyüş yerini ilk tərk edənlər oldu. Qaynaqların bizə nəql etdiyinə görə bəziləri iki günlük məsafəyə qədər qaçmışdılar. Bu yazıda onların adlarını açıqlamağı vacib bilmirik, çünki, açıqlansa çoxumuz təəccüblənəcəyik. Səhabə də insandır, bu kimi halların olması təbiidir, çünki onlar da adəm övladıdır. Səhabələr mələklərdən deyil, insanlardan ibarət idi. Bəlkə də elə bizə bu həqiqəti öyrətmək üçün olmuşdu bunlar.
Əlbəttə ki, Allah Rəsulu bunu eşitdiyi vaxt ürəyi ağrıdı, axı bu insanlar Peyğəmbərə öz görüşünü dəyişdirmiş və müdafiə üsulunun yerinə hücum taktikasını qəbul etdirmişdilər. Buna baxmayaraq indi Allah Rəsulunun ətrafını ilk tərk edən də onlar idi. Allah Rəsulu onlara, sizə görə belə oldu, bu döyüşdə sizə görə məğlub olduq, baxın sizin görüşünüzə görə hərəkət etdik nə hala düşdük, sizinlə bir də heç vaxt istişarə etməyəcəm, desəydi zənnimizcə haqlı olardı. Amma Rəbbimiz belə deməməyi və hətta onlara qarşı mülayim davranmağı tövsiyə etdi. Peyğəmbərimiz də onları əfv etdi, xətalarını üzlərinə vurmadı. İki günlük məsafəyə qədər qaçanları belə bağrına basdı. Yuxarıda üzərində durduğumuz Qur'an ayəsi məhz bundan bəhs edir. Rəbbimizin “O vaxt Allahdan bir rəhmət ilə onlara mülayim davrandın! Əgər sən onlara qarşı kobud və daş ürəkli olsaydın, heç şübhəsiz, ətrafından dağılıb gedərdilər!’’ deyə buyurması buna görədir.

Bu ayə Uhud döyüşündən sonra nazil olduğu üçün deyə bilərsiniz ki, bu ayədəki istişarə hökmü Peyğəmbərimiz və ətrafındakı müsəlmanlar Mədinədə iqtidarda olarkən verilən bir hökmdür. Bizcə bu fikir heç də doğru deyil, bu hökm müsəlmanların iqtidarda olmadığı vaxtlara da aiddir. Burada əmr şəklində keçən istişarə hökmü, baxın, Şura surəsi 38-ci ayədə məsdər formasinda gəlmişdir. Ayənin tərcüməsi belədir: “Onlar Rəbblərinin dəvətini qəbul edərlər və namazı da haqqı ilə qılarlar (hər an Allaha qarşı məsuliyyət içində olarlar). Onlar işlərini öz aralarında bir-biri ilə məsləhətləşmədən görməzlər. Onlar verdiyimiz ruzidən Allah yolunda sərf edərlər.”

Gəlin baxaq görək Allahın bu ayədə tərif etdiyi möminlərin xüsusiyyətləri nələrdir;
1. Namazlarını haqqıyla qılarlar, həmişə Allaha qarşı məsuliyyət şüuru içində olarlar. Allahla qurduqları əlaqəni kəsməzlər. (Namazın hədəfi mömini canlı tutmaq olduğu üçün belə desək daha doğru olar)
2. Bütün dünyəvi işlərini öz aralarında istişarə etmədən, məsləhətləşmədən, yüz ölçüb bir biçmədən icra etməzlər.
3. Allahın onlara verdiyi sərvəti, nemətləri Allah yolunda sərf edərlər.

Diqqət edirsinizmi bu incə məqama; namaz, istişarə və ardınca Allahın verdiyi ruzi, yəni sərvət, bol nemətlər! Bu ayədə İslamın beş şərtindən ikisi olan namaz və zəkatın arasında istişarə qeyd olunub. Sanki istişarə (şura, müşavirə, məsləhətləşmə) İslamın şərtləri arasına girmiş kimi görünür. Bildiyimiz kimi Şura surəsi Məkkədə nazil olmuşdur, Mədinədə deyil. Yəni, istişarəyə, şuraya ancaq iqtidarda olduğu halda deyil, iqtidara gəlmədən əvvəl də sarılın, deməkdir. Bu “şüra” sözü ərəb dilində məsdərdən düzələn isim olduğu üçün eyni zamanda nizamlı bir təşkilat mənasını da ifadə edir.

Həmçinin, bu sözün etimologiyası, yəni sözün kökü bizə şura və ya istişarə kəlməsini necə qavramalı olduğumuzu öyrədir. “Şura” sözü etimoloji mənada arıdan bal almağa, həmçinin arının da çiçəkdən bal almasına deyilir. Ərəb dilində bu sözdən düzələn “mişvəra” həm bal saxlanan saxsı qaba, həm də bal pətəyinə deyilir. “zuu şuraa” isə bal toplayana, bal əldə edənə və yaxud bal sahibinə deyilir. Yəni, içində bal olan ya pətəyi, ya arını ya da çiçəyi axtarın. Siz əgər arıçısınızsa bal pətəyini, arısınızsa çiçəyi axtarın. Heç demə istişarə, yəni Şura bal əldə etmək mənasında imiş. Arılar da sən demə istişarə edirmiş çiçəklərlə. Əgər arılar çiçəklərlə istişarə etməsələr bal yığa bilməzdilər. Məhz buna görə də eşşək arıları çiçəklərlə istişarə etmədiklərinə görə bal vermirlər. Yəni, istişarəsiz arı eşşək arısı, istişarəli arı isə bal arısı olurmuş. Bundan başqa bir də parazit ağcaqanadlar var ki, başqalarının yığdığı bala qonan ağcaqanadlar, onları bu qrupa daxil etmirəm. Demək ki, arıların çiçəklərdən bal toplamalarına Quran, Şura (istişarə, məsləhətləşmə) deyir. Bununla da insan oğluna çiçəklərdən bal yığmalarını buyurur. Çünki, insanların fikir və düşüncələri çiçəklər kimidir. Allah insanların düşüncə dünyasında bağçalar yaratmışdır və o bağçaları rəhmət damlaları ilə sulamışdır/nurlandırmışdır. Siz o rəhmət damlalarının nəticəsi olan o çiçəklərdən yığıb onu qiymətləndirin, pətəklərə doldurun və bal olsun, siz də yeyin başqaları da yesin. Çünkü, arı yığdığı balı həm özü yeyər, həm də insan oğluna ikram edər. İnsan oğlu istişarə ilə arıya bal yığmağın əmr olunduğu kimi əmr olunmuşdur. Adətən arıya bal yığmağın vəhy olunması istişarənin vəhy olunmasıdır. Yəni, ey arı, sənə bal yığmaq vəhy olundu. Ey insan, sənə də istişarə etmək vəhy olundu, əmr edildi. Çünki, insanlar Allahın nöqsansız isim və sifətlərinin fərqli təzahürləridir. Hər bir insanda bunların fərqli təzahürləri vardır. Buna görə hər bir insan orjinaldır. Bu orjinallığı qavraya bilmək üçün Rəbbimiz insanın fiziologiyasına da imza atmışdır.
Allah insanları bir-birinin kopyası olaraq yaratmamış, imzasını hər birinin orjinallığı üzərinə atmışdır. Altı milyarddan cox insanın imzası yenə öz sayları qədərdir. Heç bir imza bir-birinə bənzəməz, istəsıniz şəhadət gətirmək üçün qaldırdığınız barmağınızın ucuna baxın. "Mən Allahın varlığına və birliyinə şəhadət edirəm" dediyiniz zaman "mən" idrakınızı barmağınızın ucundakı imzaya işarə edərək isbat edə bilərsiniz. Əbu Davudun nəql etdiyi səhih xəbərdə Peyğəmbərimiz ən azından bizə belə öyrətdiyi məlumdur. Rəbbimiz həmçinin gözlərimizə və DNA-mıza da imzasını atmışdır. Altı milyarddan çox insanın DNA-sı da elə həmin saydadır. Bədən dünyamıza atdığı imza bunlardır, bəs ruh dünyamızdakı imzaları necə?! Onlardan burada bəhs edib söhbət aça bilmərik, danışmaq istəsək söz tükənər, söz bitər. Bu barədə bizə sükut düşər. Məhz buna görə də hər insanın orijinal fikri olur. İnsanın mənası və ruhu sözlərin də mənası və ruhudur. Necə ki, insanın içinə ruh üflənib, eləcə də sözlərin içinə mənaları üflənmişdir. Bəzən də sözlərin içinə ruh, insanın içinə də məna üflənir. İnsanın içiə üflənən mənanı bir arının çiçəkden bal aldığı kimi almaq lazımdır, istişarə məhz budur.
İstişarə cəmiyyətə yararlı bir bal əldə etməkdir. Mövcud cəmiyyəti bir arı pətəyinə çevirməkdir. Yani, nizamlı, intizamlı, müvəffəqiyyət əldə etmiş/inkişaf etmiş bir cəmiyyətə çevirmək. Allahın verdiyi inşa vəzifəsini layiqincə yerinə yetirən bir cəmiyyətə. Məhz buna görə də Rəbbimiz nizamlı olaraq istişarə etməmizi əmr etmişdir. Bunu sadəcə Mədinədə deyil, Məkkədə də emr etmişdir. Məkkədə nazil olan istişarə ayəsi əmr halında olmamış olsa belə, ayənin ‘’Onlar işlərini öz aralarında bir-biri ilə məsləhətləşmədən görməzlər’’ qismi adətən gerçəkləşməsi vacib olan bir hadisəni dilə gətirir. Yəni, zahirdə xəbər formasındadır, xəbər cümləsidir amma, əslində Qurandakı hər cümlə inşa cümləsidir. Peyğəmbərimiz də buna uyğun davranmışdır. Uhud savaşından sonra Allah Rəsulunun sahabələrinə göstərdiyi münasibət əslinde Rəbbimizin onda formalaşdırdığı üstün əxlaqın təzahürü idi. Habelə Peyğəmbərimizin vəfatından sonrası üçün sərgilədiyi üsul da eyni idi. İstəsəydi əgər birinə işarə edərdi və heç kim də Ona etiraz etməzdi. Amma bunu etmədi. Etməməsi daha məqsədə uyğundur, başa düşüləndir. Çünkü Quranda bu ayətler olduğu halda bunu necə edə bilərdi axı. Lap əgər etsəydi belə sahabə ilə istişarə etmeli deyildimi?! Peyğəmbərimiz vəfatından sonra egər yerinə birini təyin etmək istəsəydi səhabə ilə bu barədə mütləq istişarə edərdi. O halda, vəfatından sonra Onun yərinə layiq bir isim göstəriləcəksə əgər, ilk əvvəl peyğəmbərimizin bu mövzuda vaqe olan istişarəsini bizə təqdim etməlidir. Yəni, bu iddia Peyğəmbərimizin bu mövzudakı istişarəsi ilə birlikdə qəbul edilə bilər. Çünkü, Peyğəmbərimiz bu əmrlərə baxmayaraq necə hərəkət edə bilərdi axı. O, bir kral deyildi ki, yerinə vəliəhd təyin etsin. O, bir Nəbi idi.





















Məkkənin fəthi günündə başında Allah Rəsulu olan İslam ordusu Məkkəyə axın edir. Əbu Süfyan kəşfiyyata çıxdığı zaman yaxalanır. Allah Rəsulu onun yanına emisi Hz. Abbası qoyur və göstərdiyi bir təpədən İslam ordusunun əzəmətini seyr etdirməsini tapşırır. Hz. Abbas yanında Ebu Süfyanla birlikdə təpədən İslam ordusunun rəsmi keçid mərasimini seyr edir. Orada Ebu Süfyan heyrətini gizlədə bilməyib Abbasa bunu deyir: ‘’Ey Fəzilət Atası, qardaşın oğlunun səltənəti nə qədər də əzəmətlidir!’’ Siz Hz.Abbasın cavabına diqqət edin, buradan Abbasın necə inşa edildiyini də (formalaşdığını), yetişdiyini də görürük: ‘’Ey Əbu Sufyan, o, səltənıt deyil, nübüvvətdir, nübüvvət!’’
Sultanlar zəfərlərini sanki başları göyə yüksəlmişcəsinə qeyd edərlər. Siz heç, zəfər qazandığı zaman ağlayan bir sultan gördünüzmü?!

Allahın yardımı və zəfər günü gəldiyi zaman, insanların Allahın dininə axın axın girdiklərini görüncə, Rəbbini tərifləyərək təsbih et! (Rabbin adına hamd ilə hərəkət et, bütün davranış və eməllərin Rəbbinin adına olsun, Onun üçün olsun), Ondan bağışlanma dilə! (Peyğəmbərimiz Məkkəni fəth etməklə xətamı etdi, qüsurmu etdi, Məkkəni fəth etmək əfv dilənəcək bir iş idimi?! Bəli, biz zəfərimizdən dolayı da Allahdan əfv diləyərik, çünki, biz belə tərbiyə edildik. Biz sadəcə məğlubiyyətimizdən dolayı deyil, zəfərimiz üçün də əfv diləyirik. Çünki biz bilirik ki, zəfərlər də Allaha aiddir, bütün zəfərlər Ondandır. Bizə aid bir şey yoxdur, biz insan olduğumuzu zəfərimizdə də unutmarıq). O, tövbələri daim qəbul edəndir (O, qullarına qarşı çox mərhəmətlidir, əfvi bol olan Rəbbdır).
İstişarənin məntiqini bu da verir. Peyğəmbərimiz özündən sonraya belə bir sünnət qoydu. Bu sünnətə başda Hz. Əbu Bəkr, Hz.Ömər, Hz.Əli olmaqla seçilmiş səhabələr tabe oldular. Hz.Əbu Bəkr vəfat etdiyi zaman Hz.Ömər də eyni sünnətə əməl etdi. Bir heyət qurdu və onlarla istişarə etdi. Hətta istişarədə ona yerinə oğlunu təyin et deyənlərə ‘’Bir ailədən bir qurban bəs etməzmi?’’ demiş və həmçinin ondan səsini kimə vermək istədiyini soruşduqları zaman da ‘’Əbu Huzeyfənin azad etdiyi köləsi Salim həyatda olsaydı səsimi ona verərdim’’ deyə cavab vermişdir. Salimin qara, zənci bir kölə olduğunu bilirdinizmi?!




















Ancaq Şura prinsipi rəşidi xəlifələrdən sonra təəssüf ki, davam etmədi. Peyğəmbərimizdən sonra ancaq otuz il davam edə bildi. Ondan sonra Yezidin oğlu 2-ci Müaviyə. Pisdən çıxan yaxşı desəmmi buna?! Ondan sonra Ömər b. Abduləziz, ondan sonra Vəlid… Günəş bəzən doğur, bəzən batırdı. Amma doğuşu batışından daha az idi. Buna baxmayaraq, davam etmədi...
İstişarə prinsipi davam etsəydi, ümmətin siyasi inkişafı daha fərqli olardı. Çünkü bu prinsip Quranın qoyduğu prinsip idi. Quranın qoyduğu bu prinsipdə hər prinsipdə olduğu kimi hikmətlər var idi. O zaman ictimai düşüncə və sosial dünyagörüşü dəyişəcəkdi. O zaman insan ağlına hörmət artacaqdı. O zaman insanlar arı kimi olub çalışacaqdılar. Çünkü qazandıqlarına dəyər veriləcəkdi. Nəticədə cəmiyyət bal əldə edəcəkdi. Çünki balına müştəri çıxan insanlar, igidlər olacaqdi. Ancaq bal hazırlayanların balına dəyər verilmədiyi zaman, hətta bal hazırlayanlar suçlandığı zaman daha heç kim bal yığmaz oldu. Yəni, beyinlər kütləşdi, yeni fikir və düşüncələrin davamı kəsildi. Yəni, tək baş digər başları idarə etməyə başladı. Belə olduğu zaman digər başlar adətən bostan tarlasına dönər. Halbuki, Allah başı bostan tarlası olsun deye vermedi. Hər başın vəzifəsi düşünməkdir. Ağlın şükrü var olma səbəbini icra etməkdir. Ağlın var olma səbəbi isə yeni fikir və düşüncə ortaya qoymaqdır, yeni icadlar əldə edib gənc nəslə öyrətməkdir.

Bəli, biz ağlın şükrünü ödəmədik, şükr edilməyən nemət əldən alınır, Allah da o neməti şükr edilmədiyi dönəmlərdə əlimizdən aldı.
Biz bu neməti yenidən xatırlamalı, yenidən bal yığmalı, yenidən çiçəklərə qonmalı, istişarəni yenidən həyatımıza qaytarmalıyıq. Bunu yuxarılardan gözləmək yerinə yaxşı olardı ki, evimizdə, öz aramızda, öz qrupumuzda, şirkətimizdə vı quruluşumuz hər nədirsə onda yenidən ihya edək. Öz kiçik quruluşu içində diqtə edənlər məmləkəti idarə edənlərdən istişarəni ihya etmələrini gözləmələri əbəsdir. Çünki, ‘’olduğunuz kimi idarə edilirsiniz!’’ Siz aşağılarda necəsinizsə ‘’yuxarılar ‘’da elədir.
Məhz buna görə də biz hər şeydən əvvəl istişarənin bərəkətinə inanmalıyıq. İstişarədə bərəkət var, məgər atalarımız da məsləhətli donun gen olacağını deməyiblərmi?!

Bəli, istişarədən bərəkət hasil olar, çünki, üç beyin bir araya gəlib fikir ortaya qoyarsa bu, 3 deyil 111 edər. Üç ədəd 1 yanaşı gəldiyi zaman Allah onlara 1+1+1 (3) deyil, 111-in bərəkətini ihsan edər. Allahın əlinin camaatın üzərində olması da elə budur. Bəli, Allahın qüdrət əli, Allahın gücü, Allahın yardımı camaatın üzərindədir. Bu, camadaatın, cansızların, passiv camaatın üzərindədir mənasına gəlməz. Yəni, başlarını verilən qərarı düşünmədən qəbul edərcəsinə tərpədənlərin deyil, beyinlərini çalışdırıb fikir ortaya qoyanların, əqlin (ağlın) şükrünü verənlərin üzərindədir. O zaman bərəkət hasil olar. Ortaq beyinler aktiv olur. Ortaq fikir təsəvvürdən faydalı əmələ, işə çevrilər. Potensiyadan genetik olana keçər. Yəni, bir yataqda boş yerə axan sudan bənd tikməklə elektirik əlde edə bilərsiniz. Buna görə də istişarə ortaq düşüncənin bərəkətinıə nail olmaqdır. İstişarə Allahın zehinlərə tək-tək verdiyi bərəkəti toplayıb bir yerə yığmaqdır.

Əgər biz bunu öz idarəçilərimizdən gözləyiriksə evvəlcə gərək biz bunu idarə etdiklərimizin arasında tətbiq edək. İstişarə edək ki, Allah da bərəkət ihsan etsin. Bu şəkildə oradakı hər beyin ağlın haqqını versin, şükrünü ödəsin. Ola bilər ki, o, məsələyə fərqli yöndən baxıb mənim görmədiyimi görür. Tək başımıza görə bilmədiyimizi bir yerdə hamılıqla görə bilərik. On nəfərlə istişarə etiyiniz zaman on ədəd beyniniz, on cüt də gözünüz var deməkdir. Bir beyinlə on nəfərin beyni eynidirmi?!
Fəqət istişarənin hikməti və üsulu budur ki, bütün varlığı ilə məsuliyət altına girənlə işin bir kənarından tutan eyni deyildir. Qəbul edilən qərardan təsirlənəcək birinin görüşü ilə qərar tamamən yanlış olsa belə heç kefini pozmayanın görüşü də bir deyildir və buna münasibətimiz də eyni olmaz. Bağlayıcı istişarə qərar verənlərin bütün varlığı ilə məsuliyət altına girmələri ilə mümkündür. Özündə məsuliyət hiss etməyənlərin fikirləri bağlayıcı olmaqdan uzaqdır. Çünkü, o fikir infaz edildiyi zaman fikir sahibi heç bir zərər görməyəcək. Hər kəslə istişarə edilə bilər amma, verilən qərara etibar edə bilmək üçün məsuliyyətli birisi ilə məsləhətləşmək şərtdir. Verilən qərarın həyata keçməsi üçün hər şeyini fəda edəcəyini bilirsinizsə onunla istişarə etməyə dəyər. Bu uğurda heç bir fədakarlıq etmək istəmirsə, o zaman onun adının qabağına bir sual işarəsi qoyulmalıdır. Çünkü, onun bu halı itirəcək bir şeyi olmayanın halına bənzəyir. İstişarənin edəbi də məhz budur.

Rəbbimiz bizi bal toplayanlardan etsin, hazır balı yeyib bitirənlərdən deyil!
Habelə muradına o uğurda fədakarlıq edənlərdən etsin!
Rəbbimiz bizi istişarənin bərəkətini dərk edənlərdən etsin!


Hazırladı: Şərif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:01
MƏĞRİB [ 3 rükət ]19:40
İŞA [ 4 rükət ]21:06
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka