Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALTINCI MESAJ

[ Müqəddəs quran / 5358 dəfə baxılıb ]   
|
 
Allah bizimlə danışdı, bizə mesaj yolladı. Bəs biz necə Onu eşitdikmi? "Onu eşitdim" demək sözsüz təslimiyyətlə mümkündür. Verdiyi əmrləri sorğu-sual etmədən həyata keçirməklə, Ona inanmaq, güvənməklə…
"Niyə? Nə üçün?" demədən təslim olmaqla...

Allah əmr verir. Çünki O, Yaradandır. O, yaratdığı üçün də yaradılanı tanıyır, zəifliyini, acizliyini bilir. Onu yaratdığı üçün də Qoruyur. Bütün pisliklərdən, bütün yanlışlıqlardan. Bəzən öyüd verir, bəzən xəbərdarlıq edir, bəzən ibrətlik bir qissə danışır: "Bağça sahiblərinin" qissəsi kimi.

O, Allahdır. Bu və ya digər bir əmrinin səbəbini bizə izah etməyini Ondan tələb edə bilmərik. Biz quluq, O Yaradan. Lakin O da bizdən düşüncəsizcə, anlamadan ibadət etməyimizi tələb etmir. Bizə haqqımız olmasa belə izahlar verir, əmrlərini açıqlayır, səbəbini söyləyir.
Səbəbini O açıqlamasa biz niyə bu əmri verdiyini, qadağaları niyə qoyduğunu dirayətlə [1] bilə bilmərik, bizə onun rəvayəti [2] vacibdir. Onu da yalnız əmri verən söyləyə bilər:
“Namaz qılın ki, bəlkə təmizlənəsiniz”;
“Oruc tutun ki, bəlkə təqvaya çatasınız
”…
Qurani Kərimdə bu cür əmr və onların izahlarına çox rast gəlirik. Bu izahlarla təmizliyə, təqvaya, imana, cənnətə nə qədər yaxınlaşa bilib, bilmədiyimizi öyrənirik. "Bəlkə" deyir, Allah.

"Bəlkə"...
Bu “bəlkə” hər qılınan namazın insanı təmizləmədiyini, hər tutulan orucun da təqvaya çatdırmadığını öyrədir bizlərə. “Bəlkə”nin reallaşması üçün bizim ixlasımız vacibdir. Bizim niyyətimiz, sədaqətimiz və istəyimiz… Elə olmasaydı “vay o namaz qılanların halına ki, namazlarından qafildirlər” (Maun,4-6) deməzdi Kərim olan Kitab...

Məqsədimiz nüzul sırası ilə gələn əmrləri tədricilik metodunu əsas alaraq həyatımıza tətbiq etməkdir. “Oxu!”, “Yaz!”, “Gecə yarısı yuxunu bölərək qalx və Quranı tərtillə oxu!”, “Xəbərdar et!”, “Yetimin haqqını qoru!” kimi əmrləri əvvəlki mesajlardan öyrənmişdik. Bu gün “Qələm” surəsinin əmrlərinə baxaq:

1. “Artıq haqqı yalanlayanlara boyun əymə!” niyə sualını verməyinizə ehtiyac yoxdur. Cavabı ardınca gələn ayədən öyrənirik. “Onlar istəyərlər ki, sən onlara güzəştə gedəsən, onlar da sənə”.
“Və sən, ağız dolusu söz verən heç bir alçağa da uyma! Qeybət edənə, ara vurana da! Yaxşılığa əngəl olmağa çalışan günahkara da!” (Qələm, 8-12)
Söz verib sözündə durmayana, qeybət edib ara vurana, özü yaxşılıq etmədiyi azmış kimi, yaxşılıq edənlərə də mane olana boyun əymə!
Onlar sadəcə sənin bir az yumuşalmanı, bir az güzəştə getməyini istəyirlər. İnanma, onlara! Onlar Kafirun surəsindən də öyrənəcəyimiz kimi heç bir zaman iman etməyəcəklər. Sənin bir az yumuşalmağın, bir az güzəştə getməyin onları yumuşaltmayacaq, əksinə daha da azğınlaşdıracaq. Elə olmasaydı əmrlər bu qədər kəskin gəlməzdi: "boyun əymə!", "uyma!"

2. “Rəbbinin hökmünə səbr göstər; Balıq Sahibi kimi olma!” (Qələm, 48)
İlk öncə Rəbbimiz bizi çəkindirdi. Kimlərə güzəştə getməməli olduğumuzu öyrətdi. Daha sonra hər hökmün sahibinin yalnız Rəbbimizin Özü olduğuna dair bir mesaj verdi. Hökm nə olursa olsun, ona səbr etmək gərəkdiyini öyrətdi. “Bizim xeyir bildiyimizdə şər, şər bildiyimizdə bir xeyir var”. Bunu da Ondan öyrənirik. Çünki biz hadisələri bütünü ilə görə bilmirik. Biz parçanı görürük, O isə bütünü. Səbr etməyib vəzifəsini tərk edənləri Balıq Sahibinin aqibəti gözləyir.
Kimdir Balıq sahibi?
Həzrəti Yunus.
Nə etmişdi?
Vəzifəsini yerinə yetirmədən hicrət etmişdi. Dəvətdən qaçmışdı. Dinləməmişdilər onu. Üzülmüş, ümidsizləşmiş və tərk etmişdi onu dinləməyənləri. Çünki parçanı görmüşdü. Dinlənilmədiyini görmüş, bundan üzülmüşdü. Amma dinlənilməməyin də onun imtahanı olduğunu anlamamışdı. Və dinləyənlərin yanına getmək üçün Rəbbinin onun üçün ayırdığı yeri tərk etmişdi.
Allah da onu bir balığın qarnına salaraq cəzalandırmışdı. Həzrəti Yunus səhvini anlayınca tövbə etdi, üzr istədi və Rəbbi də onu bağışladı. “Rəbbi onu yenidən seçdi və yaxşılar arasına qatdı” (Qələm, 50)
Balıq sahibi qissəsindən çıxaracağımız nəticə budur ki: “Peyğəmbər olsan belə, vəzifəni tərk edə bilməzsən”. Onlara verilən bütün əmrlər eyni zamanda iman edənlərə də aiddir. Rəbbimiz bunu Rəsullarına demiş, bizim də onları təqib etməyimizi istəmişdir. Bu ayənin ilk muxatibi Rəsulullahdır. Ona “Məkkənin haqqını vermədən, Mədinəyə hicrət edə bilməzsən” deyir, Allah. Biz necə, Məkkənin haqqını verə bilirikmi? Məkkənin haqqını vermək üçün Məkkə ayələrini yaşamaq lazımdır. Məkkə ayələri düşününən, təfəkkür edən və iradəsi ilə təslim olan bir insan inşa edir. Allah bu ayələrlə müşrik və kafirin prototipini verir. İman edən qullara düşmənlərini bir-bir tanıdır. Onlardan çəkindirir, onların davranışlarını xarakterizə edir. Onların xislətini açıqlayır. Zaman dəyişsə də, məkan dəyişsə də, dövran dəyişsə də insan xisləti dəyişmir. Kafir 14 əsr öncə necə düşünürdüsə elə indi də elə düşünür. Müşrik 14 əsr necə idisə indi də elədir. Onlar indi də eyni bəhanələrlə inkar edir, eyni arqumentlərlə özlərinə haqq qazandırmağa çalışırlar. Ayələri “bu əskilərin nağılıdır”, “öldükdən sonra yenidənmi diriləcəyik?” deyə inkar edir, yalanlayırlar. Bu "bir bəşər sözüdür deməklə Allaha da, Rəsuluna da iftira atırlar. Allah da onlara cavab verir: “Artıq Mənə burax, bu sözü (həqiqəti) yalanlayanları; Heç gözləmədikləri bir yerdən onları asta-asta əzaba düçar edəcəyik” (Qələm, 44). Kafir dəyişmədiyi kimi onun düçar olacağı əzab da dəyişməyəcək. İman edənlərlə, inkar edənlər arasına sədd çəkiləcək. İstəyən “öyüddən nəticə çıxaracaq” (Təkvir, 28) Qurani Kərim öyüd, nəsihət, xəbərdarlıq dolu bir Kitabdır.
İman edənlərə, bu ayələri təslimiyyətlə yaşamış möminlər örnək olaraq təqdim olunur; inkar edənlərə, kafirlər ibrət olaraq.
Çünki
“Bu, bütün insanlığa yönəlik ilahi bir öyüddür” (Qələm, 52)


[1] Bir şey haqqında düşünərək qərar vermək, əldə olunanlarla bir nəticəyə varmaq, üstün zəka.
[2] Söylənilən bir şey.

Ardı var...

"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"

Rüzgar / Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka