Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLÜ ŞƏHƏRLƏRİN DİRİLİŞİ

[ Müqəddəs quran / 5764 dəfə baxılıb ]   
|
 
Qiyamət kəlməsi "ayağa qalxmaq" deməkdir. Dilimizdə istifadə olunan “qiyam” kəlməsinin başqa bir deyilişi... Quranda "yəvmu'l-qıyamə" ayağa qalxmaq/qiyam günü/baş qaldırmaq/qiyam kəlməsinə çox tez-tez rast gəlirik.
Elə isə nə üçün "qiyamət" deyilincə yalnız məzarlarda yatan ölülərin dirilişi ağlımıza gəlir?
"Axirət" deyilincə nə üçün məzardan sonrakı həyatı düşünürük?
"Cənnət" və "cəhənnəm" deyilincə nə üçün yalnız o biri dünya yada düşür?
Quranın "ölü" dediyi kimdir? Hansı ölülər "qıyam" edəcək?
"Sonrakı həyat" (axirət) nə deməkdir? Cənnət və cəhənnəm nəyi ifadə edir?
"Ölülərin dirilişi" nə mənaya gəlir?
Buyurun...
***

1- Quran, yaşayan ölülərdən və onların dirilişindən bəhs edir:

[Ölü (meyyit) ikən diriltdiyimiz və insanların arasında gəzməsi üçün nur verdiyimiz şəxs içindən çıxa bilməyəcəyi qaranlıqlarda qalan kimsə kimi ola bilərmi? Lakin kafirlərə etdikləri gözəl görünər.] (Ənam: 6/122).

Gördüyümüz kimi bu ayədə ölü (meyyit) yaşadığı halda ona "nur" verilməmiş şəxs olur.

Belə ki, bir "ot" kimi ölü halda yaşayarkən ona "nur" enir, yəni Quranın işığı ilə aydınlanır; "Allah ona ruhundan üfləyir" və ya "Ona ruh enir" və bu ruh / nəfəs, yəni vəhy onu dirildir. Beləcə qaranlıqlardan işıqlığa çıxır, dirilir, ayağa qalxır, insanlar içində gəzməyə başlayır.

Deməli qaranlıqlarda qalmış/həqiqətin üzərini örtmüş olan "kafir", Quranın gözündə "ölmüş/ölü" (meyyit) ilə eynidir. Əslində yaşamamaqdadır.

Burada meyit (ölü) sözünün birinci mənası ilə deyil; məcazi (simvolik) mənası ilə istifadə edildiyini görürük. Deməli Quranda belə bir baxış var.

Buradan da Hz. İsanın ölüləri diriltməsinin əsl mənası aydınlaşır:
[İsa İsrail oğullarına peyğəmbər olaraq səsləndi: "Mən sizə Rəbbinizdən ayə ilə gəldim. Sizə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürəcəm; Allahın izni ilə o həmən bir quş olacaq. Allahın izni ilə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanları sağaldıb, ölüləri dirildəcəyəm. Sizə evlərinizdə yediklərinizi və yığdıqlarınızı xəbər verəcəyəm. Əgər imanınız varsa nə dediyimi anlaya bilərsiniz.] (Ali-İmran; 3/49).

Bu ayədə keçən ifadələr "misal"la (məcazi/simvolik) danışmaqda məşhur olan Hz. İsaya aiddir və hər biri birinci deyil; ikinci mənaları ilə istifadə olunmuşdur:

"Ölüləri diriltmək": Vəhy ilə diriltmək, onlara işığında gedəcəkləri ‘nur' gətirmək, qaranlıqlardan işıqlığa çıxarmaq…

"Koru və cüzam xəstəsini sağaltmaq": Gözlərini açmaq, qulaqlarının pasını silmək, gələn nur (ilahi aydınlanma) ilə dünyaya başqa gözlə baxmalarını təmin etmək…

"Evlərdə yediklərini və yığdıqlarını xəbər vermək":
Evlərdə xəzinə olaraq yığdıqlarını, başqalarından saxlayıb yediklərini bir-bir xəbər vermək, ortaya çıxarmaq, həqiqətləri açmaq, gizli heç bir şey saxlamamaq…

"Palçıqdan quş formasında bir varlıq düzəldib içinə üfləmək": Həyatı yenidən qurmaq, palçıqlarda sürünən bir xalqı ayağa qaldırmaq, "dövlət quşunu" məğlub etmək, “qədərindir” deyilərək məhkum və məcbur olunduğu ağır həyat şərtlərini dəyişdirmək…
***

2- Quran "ölü şəhərlərin" (“bəldətən meyyit”dən) dirilişindən bəhs edir:

[Göydən bərəkətli bir su endirib onunla qulları üçün ruzi olaraq bağçalar və biçiləcək əkinlər, bir-birinə girmiş qat-qat tumurcuqları olan yüksək xurma ağacları bitirdik və beləcə onunla ölü bir diyara həyat verdik. Məhz çıxış da belədir.] (Qaf; 50/11).
Bu sözlər "qövmün zənginlikdən harınlamış liderlərinə" yönəlik bir mesajdır. Məkkə surəsidir.
Onlar göydən və yerdən gələn ruzini özləri üçün yığaraq, Allahın qullarını ondan məhrum edirdilər. Halbuki ruzi bütün qullar için idi (rızqan li'l-ibad).

Deməli bir "bölgə"də Allahın bütün qulları üçün göndərdiyi ruzi, kimlərinsə "evlərində yığılarsa" və başqaları da bundan məhrum qalıb, möhtac hala gətirilərsə (sailin), o bölgə "ölər".

O bölgənin dirilməsi üçün "evlərində yığdıqlarını xəbər verən" bir "rəhmət rüzgarının" o diyara göndərilməsi (ortaya çıxması) lazımdır.

Beləcə göydən enən yağış və yerdən bitən bitki bütün möhtaclar arasında bərabərcə bölüşdürüldüyü (səvaən li’s sailin) zaman, o diyar (şəhər/diyar/ölkə) dirilmiş, qaranlıqlardan işıqlığa çıxmış olar.
Məhz şəhərlərin dirilişi belədir.

Buradan "yüz il ölüb sonra dirilən şəhər"in nə mənaya gəldiyi də aydın olur:

[Çökmüş, damları uçmuş bir şəhərə uğrayan və "Allah ölü haldaykən buranı necə dirildəcək?" deyəni görmədinmi? Allah onu (şəhəri) yüz il öldürüb sonra diriltdi. (Şəhərə) "Neçə il qaldın" dedi, "Bir gün ya da daha az" dedi. "Xeyr" dedi, "Yüz il qaldın." Yeməyinə və içkisinə bax; heç pozulmamış, uzunqulağına da bax... İnsanlar üçün nə böyük bir dərs! Bax bu sümüklərə; onları necə bir-birinə keçiririk və sonra da onlara necə can veririk. Həqiqəti anlayınca o adam "İndi yaxşı bilirəm ki Allahın hər şeyə gücü yetər, heç şübhəsiz" dedi] (Bəqərə; 2/259).
Sanki burada dilə gəlib danışdırılan, adam deyil, şəhərdir. Adam şəhərin Allah tərəfindən dilə gətirilib danışdırılmasına şahidlik edir.
Bir şəhər (kənd/bölgə/ölkə/diyar) necə ölüb, sonra da necə dirildiyini burdan anlayırıq.

Belə ki:
Göydən enən yağış və yerdən bitən bitki (ruzi) "evlərdə yığılır", verilən ruzilər paylaşılmır (və mimma rəzaqnahum yunfiqun), bütün qullara aid (rızqan li'l-ibad) edilmirsə, orada dərin uçurumlar yaranar... Bir adama 99, doksan doqquz adama 1 qoyun düşər, Allahın dəvəsi (naqatallah) yəni hər kəsə aid olan (ümumi) bir adam/qrup tərəfindən boğazlanar (ələ keçərilər) və su qaynaqları (ruzi və ruzi qaynaqları) bərabərcə bölünməzsə (qısmətun beynəhum) o şəhərin damları çökər, divarları yıxılar.
Beləcə o şəhər ölər.

Bir əsr ölü qaldıqdan sonra, ruziləri evlərində yığaraq, acların və yoxsulların ortaya çıxmasına səbəb olumuş, beləcə ölmüş, palçıqlarda sürünən, kor və kar insanların ölkəsi halına gəlmiş diyara Allah "rüzgarlarını" göndərər.

O rüzgarlar "Allahının səsi" (kəlmə) olar, ölü şəhərin insanlarına ruh/nəfəs üfləyər. Palçıqlarda sürünən xalqa yeni bir gələcək vəd edər, korları görən, karları eşidən hala gətirər, şəhərin üzərindəki ölü torpağını atar. Evlərdə yığılanları xəbər verər. Yəni oğurlanan, qəsb edilən haqları geri qaytararlar. Ruzini bütün qullara aid edərlər.

Aclıqdan bir dəri bir sümük qalmış bədənlərə can gələr. Südünə su qatılaraq hiyləyə, yalana qarışaraq pozulmuş yeməkləri düzələr. Alçaldılmış şəhər xalqı qürura və şərəfə qovuşar.
Məhz şəhərlərin dirilişi belədir.
***

Yuxarıdakı ayədən öncəki ayədə şəhərlərin damlarını beləcə dağıdanların, divarlarını yıxanların, insanlarını alçaldanların kim olduğu açıqlanır: Onlara "mülk" verildi deyə Rəbbi haqqında İbrahim ilə mübahisə edənlər; "Mən də öldürər və dirildərəm" deyənlər… (Bəqərə; 2/258).
Ondan sonra gələn ayədə isə "Ölülərin necə diriləcəyi" açıqlanır. Parçalanmış, bölünmüş, siniflərə, təbəqələrə ayrılmış, ayrı-ayrı təpələrdə alçaldılmış bir həyata məhkum edilmiş olanların bir-birinə alışması, birləşməsi, tək bir vücud olması ilə... Yəni quşların yuvaya dönməsi ilə…

Bu izahları simvolik hesab edənlər, əgər bu söylədiklərimizi cəfəngiyat sanırlarsa, heç bir dəlilimiz olmadığını düşünürlərsə yanılırlar.
Yuxarıda üç ayədə dalbadal (Bəqərə; 258 / 59 - 60) mülk mövzusunda İbrahim ilə mübahisə edib "Mən də öldürər və dirildərəm" deyəndən, ölülərin və ölü şəhərlərin dirilişindən bəhs etdikdən sonra 261-ci ayədən etibarən surənin sonuna qədər təxminən 25 ayədə nədən bəhs edildiyinə baxsınlar.
Buyurun…

"Mallarını Allah yolunda infaq [1] edənlərin vəziyyəti, yeddi başaq bitirən və hər başaqda yüz dənə olan bir toxum kimidir (Bəqərə; 261)… Mallarını Allah yolunda infaq edənlərin vəziyyəti, sonra da infaq etdiklərinin arxasından (bunları) başa qaxmayan və qəlbləri incitməyənlərin, Rəbləri qatında mükafatları vardır. Onlar üçün qorxu yoxdur. Onlar kədərlənməyəcəklər (Bəqərə; 262) … Gözəl bir söz və bağışlamaq, arxasından qəlbi qıraraq verilən bir sədəqədən daha xeyirlidir. Allah, zəngindir, həlimdir (Bəqərə; 263)… Ey iman edənlər! Allaha və axirət gününə inanmadığı halda insanlara nümayiş olsun deyə malını infaq edən şəxs kimi, sədəqələrinizi başa qaxmaq və könül qırmaqla boşa çıxarmayın (Bəqərə; 264)... Allahın razılığını qazanmaq arzusu ilə və ürəkdən mutmain olaraq mallarını Allah yolunda infaq edənlərin vəziyyəti, yüksək bir yerdəki gözəl bir bağçanın vəziyyəti kimidir ki, bol yağış yağınca iki qat məhsul verər. (Bəqərə; 265)… Ey iman edənlər! Qazandıqlarınızın yaxşılarından və yerdən sizin üçün çıxardıqlarımızdan Allah yolunda infaq edin (Bəqərə; 267)… Şeytan sizi kasıblıqla qorxudar və sizə, çirkinliyi və həyasızlığı əmr edər (Bəqərə; 268)…"
Görüldüyü kimi sonrakı hissədən 7 ayəni qeyd etdik, ardını siz siz oxuyun…

Surənin sonuna qədər tam 25 ayə, həm də davamlı olaraq infaqdan bəhs edir. Sona doğru faiz yeyənlər və buna görə borclandırılanlar (boyunduruq altına alınanlar) ilə bitir.

Görüdüyümüz kimi Quran infaqı yağışa bənzədir. Ölü torpaqlar yağış ilə necə dirilsə, ölü diyarların da infaq ilə diriləcəyi, iki qat məhsul verəcəyi, canlanacağı izah edilir.

"Yağış yüklü buludları ölü diyarlara göndərərik, ölümündən sonra oranı dirildərik. Ölülərin/ölü şəhərlərin dirilişi də məhz belədir" ayəsi ilə nəyin nəzərdə tutulduğu aydın olmalıdır.
baxın görün və anlayın ki, Quran öz özünü necə təfsir edir.

Mənim yazımı oxuduqdan sonra atın, Quranı əlinizə alın, məhz özünüz sözü gedən ayələri düşünə-düşünə, əlaqə quraraq (tərtillə) oxuyun…
***

Deməli "qiyamət"in iki üzü var: Əvvəlcə məzara dönmüş şəhərlərin içindəki xalqın ayağa qalxışı, sonra şəhərlərin kənarındakı məzarların…

Deməli "axirət"in də iki üzü var: Əvvəlcə mövcud olan şəhərdən/ölkədən/dünyadan kənar bir şəhər/ölkə/dünya ola biləcəyinə inanılması, sonra şəhərlərin xaricindəki məzarların kənarında olsa belə əbədi olan bu uca idealın reallaşa biləcəyinə inanılması…

Deməli "cənnət"in də iki üzü var: Əvvəlcə şəhərlərin içinin cənnət (ədalət, barış, sağlamlıq, qardaşlıq, paylaşmaq) yurduna çevrilməsi (Daru’s salam), sonra şəhərlərin xaricindəki məzardan sonrakı həyatın…

Cəhənnəm də elə, diriliş, çıxış (huruc) hamısı elə…

Deməli "ölü şəhərlərin dirilişi"nin də iki üzü var: Əvvəlcə damları köçmüş, divarları yıxılmış, oğruların səltənəti altında əzilmiş, insanları borclandırılmış, alçaldılmış, əməyi, işi, çörəyi, aşı pozulmuş, südünə su qarışmış, faizlə, biyarla istismar edilməkdən sümükləri çıxmış, hər biri bir qəbirisitanlığa dönmüş şəhərlərin ədalət, bərabərlik, infaq, paylaşmaq, qardaşlıq ruhu ilə dirilişi, sonra qəbirdəki ölülərin dirilişi…

Beləcə əsrlər istismar, biyar və işğalla keçsə də yenidən dirilişi…
İlki vəzifəmiz, ikincisi etiqadımızdır.

Sözü şairə buraxaq:
"Ey həyat sürən leşlər! Sizi kim dirildəcək?" (Nəcib Fazil).



[1]
Allah rizası üçün malını Allah yolunda sərf etmək.
P.S. Sədəqə iki şeydən birini vermək, infaq isə biri olduğu halda onu vermək. İnfaqın tərkibində tükətmək, bitirmək var. Özünün də ehtiyacı olduğu halda, sevərək, sevdiyinə, sevdiyin üçün vermək. Bəqərə surəsini ilk ayəsində möminlərin xüsusiyyətləri sayılarkən orda "onlara verdiyimiz ruzidən infaq edərlər" deyilir. Deməli öz halal qazancını, öz ruzisini vermək infaq etməkdir.


İhsan Eliaçıq
Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka