Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMAN VƏ ŞİRK [3]

[ Müqəddəs quran / 6938 dəfə baxılıb ]   
|
 
II. Şirk
a) Şirk kəlməsinin mənası
Şirk, “Paylaşmaq, bölüşmək, şərik olmaq, şəriklik payı vermək, şərik qoşmaq, bir şeyin iki və ya daha çox şərikinin olması” deməkdir.
Bu kəlmə, hər hansı bir işdə “başqasından yardım istəmək” mənasına da gəlir. Hz. Musanın qardaşı Hz. Harunu üçün dediyi: “Onu da işimə şərik et” (Taha, 32) ayəsində istifadə olunan "əşrikhu" kəlməsi də “şərik etmək” mənasındadır. Bu məqamda “Allahım! Bizi də salehlərin duasına ortaq et” və ya “Məni də duana qat” (Əbu Davud, Vitr, 6) məalındakı rəvayətlərdə də nəzərdə tutulan məna budur.

Rağib əl-İsfahanının fikrincə dində şirkin iki növü var:
1. “Allaha şərik qoşmaq” olan böyük şirk. Bu, küfrün ən böyüyüdür. Allah, Ona ortaq qoşulmasını bağışlamayacağını Quranda açıqca bildirir. (Nisa, 48; 116) Quranda haqqında ən çox danışılan, xüsusi ilə də möminlərin ondan uzaq durması istənilən inanc pozuqluğu budur.
2. Şirkin ikinci növü isə “Bəzi işlərdə Allahdan başqasının yardımını qəbul etmək” mənasına gələn “kiçik şirk”dir. Riya və nifaq buna misaldır. Əraf surəsinin 190-cı ayəsi, Yusuf surəsinin 106-cı ayəsi bundan danışır. (Rağib əl-İsfahanı, Mufrədat, 452)

Verilən misallardan da aydın olur ki, kiçik şirk əslində “gizli şirk” olaraq da tərif edilə bilər.

b)Şirk kəlməsinin Qurandakı istifadəsi
İstər “Yəhudilərin Üzeyiri Allahın oğlu hesab etməsi” (Tövbə, 30), istər “Xristianların təslisi” (Maidə, 17, 3) və istərsə də “Məkkəli müşriklərin mələkləri Allahın qızları hesab etmələri” (Nəhl, 57; Zuhruf, 19) Quranda qınanmışdır. Başqa sözlə bu inanc və buna bənzər davranışlar Quranda “küfr” kimi qiymətləndirilmişdir.
Onu da qeyd edək ki; Əhli Kitabdan bəzilərinin küfrü ilə Məkkəli müşriklərin şirki mahiyyət və nəticə etibarı ilə bir-birindən fərqlənir. Buna görə də kitab əhlinin yeməyindən yemək və qadınları ilə evlənmək müsəlmanlara halal qılındığı halda (Maidə, 5) müşrik bir qadın və ya kişi ilə evlənmək müsəlmanalara haram qılınmışdır. (Bəqərə, 221)

Şirk kəlməsi haqqında verdiyimiz bu məlumatlardan sonra bir neçə misalla bu kəlmənin Qurandakı istifadəsinə diqqət edək:
1. Allaha başqa bir şeyi ortaq qoşmaq.
“Allaha qulluq edin, Ona heç bir şeyi ortaq qoşmayın!” (Nisa, 36) bu ayədə şirk qoşmamaq əmri Allaha itaətlə yanaşı zikr edilir. Ənam surəsi 151-ci ayədə yer alan bu maddə də, Bəqərə surəsi 83-cü ayədə İsrailoğullarından alınan söz də eyni mənada istifadə edilmişdir. Səmərqəndi, bu ayədəki "tuşriku" felini “şirkdə olmaq, şirkdə sabit qalmaq” şəklində şərh etmişdir. Nisa surəsi 48-ci və 116-cı, eləcə də Maidə surəsiinin 72-ci ayəsində olduğu kimi Quranda keçən şirk ən çox bu mənada istifadə edilmiş və qınanmışdır.

2. İbadətdə riya edərək şirk qoşmaq.
Bu şirkin ən bariz nümunəsi “Kim Rəbbinə qovuşmağı arzu edirsə yaxşı işlər görsün və Rəbbinə ibadətdə heç kimi Ona ortaq etməsin” (Kəhf, 110) ayəsidir. Burada sözü gedən vəziyyət ibadətdə riyakarlıq etməməkdir. Səmərqəndi, bu ayədəki "yuşrik" kəlməsini, “ibadətə başqa şeyləri qarışdırmaq, riyakarlıq etmək” şəklində şərh etmişdir.

c) Şirk haqqında bəzi dəyərləndirmələr
1. Şirk, inancla əlaqəli bir azğınlıqdır və Quran bu barədə bir çox ayəsində bizi xəbərdar edir. Həzrəti Peyğəmbərin dediyinə görə də “şirk ən böyük günah”dır.
Allaha şərik qoşmaq necə bir küfürdürsə, ibadəti Allaha çatdırmaqda vasitəçilər axtarmaq da o qədər küfürdür. Bu mənada küfür ümumi inancsızlıq, şirk isə fərdi inancsızlıqdır. İnanılması vacib olan şeylərin hamısını inkar etmək (Bəqərə, 6) küfür olduğu kimi bir qismini də inkar etmək (Nisa, 150-151) eynilə küfürdür. Eyni şəkildə inancda şəriklər qoşmaq, Peyğəmbərləri Allahın oğlu saymaq, onları və ya başqa varlıqları vasitəçi etmək də Quranda küfür sayılmışdır.

2. Quranın endiyi dönəmin ən önəmli inanc xəstəliyi olaraq bilinən şirk, Allahın bağışlamayacağını elan etdiyi bir inanc pozğunluğudur. Məkkəli müşriklərin önəmli bir bölümü Allaha inanırdı. Quranda bu barədə olduqca çox ayə var (Yunus, 31; Muminun, 84-89; Ənkabut, 61-63; Loğman, 25). Lakin böyük çoxluq Allaha olan inanca şirk qarışdırırdı (Yunus, 106).

3. Allaha şərik qoşmaq düzəldilmək ehtimalı az olan bir inanc çaşqınlığı və azğınlığıdır (Nisa, 116). Bu baxımdan hər kim Allaha şirk qoşarsa Allah da ona cənnətini haram qılacağını bəyan edir (Maidə, 72). Şirk iman nöqtəsində çox böyük bir əngəl olduğu üçün Həzrəti Peyğəmbərə biət əsnasında veriləcək sözlərin ilk maddəsi “şirk qoşmamaq” şəklində təyin edilmişdir.

4. Şirk zülümdür. “zülüm” “ədalət”in əksi olan bir ifadədir. Ədalət “bir şeyi yerli yerində etmək” mənasına gəldiyi kimi, zülüm də “bir şeyi yerindən etmək” və ya “bir şeyi yerində deyil, fərqli şəkildə dəyərləndirmək”dir. Allah baxımından ədalət Onun tövhid dairəsində qəbul etmək və Onu yeganə ilah qəbul edib ilahlıqda Ona şərik qoşmamaqdır. Zülm isə “haqqı tək olmaq” olan Allaha şəriklər qoşmaq”dır. Buradan çıxış edərək zülmün şirk olduğunu rahatlıqla şöyləyə bilərik. Zatən Loğman surəsi 13-cü ayədə Allah bunu açıqca ifadə edir.

5. Şirk, fitrətə qarşı olan bir savaşdır; yeganə ilah inancına kodlanan və adına fitrət deyilən ilahi proqramı uzaqlaşdıran təhlükəli bir inanc formasıdır. Rum surəsi 31-də “fitrət”in qarşısına “şirk” qoyulmuş, beləcə fitrət-şirk zidliyi ilahi təlimin əsası halına gətirilmişdir.

6. Şirk insanın əməllərini boşa çıxaran bir pozğunluqdur. Belə ki, Zumər surəsi 65-də Allah Hz. Peyğəmbərə xitabən “Əgər şirk qoşarsansa bütün əməllərin silinər” xəbərdarlığı ilə ümmətin diqqətini çəkmək istəmişdir. Xitab Peyğəmbərə olsa da məqsəd ümmətin haqqa yönəlməsidir; çünki Hz. Peyğəmbər başda olmaqla heç bir Peyğəmbər Allaha şirk qoşmamışdır.

7. Şirk, Allahın insana verdiyi dəyərə xəyanətdir. Sadə bir misalla desək: bir ana övladını başqaları ilə paylaşmaq istəmədiyi kimi, Allah da bundan daha üstün səviyyədə İlah olaraq sevilməyi və başqa varlıqlarla paylaşılmamağı istəyir.

8. Şirk mənəvi bir pislikdir və ağlsızlıqla bağlıdır. Şirk bir yalandır və ən təhlükəli yalan da insanın özünün inandığıdır. Şirk, insanı başqa varlıqların köləsi halına gətirir və iradəsindən istifadə etməməyi təlqin edər. Beləcə Allaha quluq etmək əvəzinə başqa varlıqlara köləlik başlayar. Qulluqda hürriyyət varkən, kölləlikdə hürriyət yoxdur. Buna görə də şirk bir məhkumluluqdur.



Mehmet Okuyan
Hazırladı: Xədicə NurƏli
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka