Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMAN VƏ ŞİRK [2]

[ Oxu! / 4294 dəfə baxılıb ]   
|
 



















1.Əmanət.

İman kəlməsi ilə eyni kökdən gələn kəlmələrdən biri də əmanətdir. İstər lüğətlərdə, istərsə də əmanət kəlməsinin keçdiyi ayələrin şərhi edilən təfsirlərində müfəssirlərimiz bu kəlməyə fərqli mülahizələrlə yanaşmışdılar. Bütün ayələri nəzərə alaraq əmanət kəlməsinin termin olaraq “bir şəxsə qoruması üçün verilən mal və ya əşya” şəklindəki mənası ilə yanaşı, həm də “insanın sahib olduğu və ona müvəqqəti olaraq verilmiş olan ruh, bədən və malı” da ehtiva edir. Xüsusi olaraq Əhzab surəsinin 72-ci ayəsi haqqında fərqli təfsirlərə rast gəlirik. Buradakı əmanətin “ruhi və cismani qabiliyyətlər, mərifətullah, dini fərzlər, oxumaq, yazmaq kimi mənalara gəldiyi qənaəti irəli sürülmüşdür.”

Əmanət kəlməsi Quranda “fərzlər” (Ənfal, 27), “məsuliyyət” (Əhzab, 72) , “əmanət olunan şey” (Nisa, 58; Muminun, 8; Mearic, 32) və “iffət” (Qasas, 26) mənalarında istifadə edilmişdir. İnsan həyatının əvəzsiz dəyərlərindən bir qismini ehtiva etdiyi üçün bu kəlməni və mənalarını xatırlatmaqda bir fayda olacağını düşünürük.

b) İmanın qəbul olmasının bəzi şərtləri
İman kəlməsinin çox tez-tez işləndiyi Quranda bu ifadənin bir sıra əsas şərtlərinin olduğunu görürük. Onları bölümlər halında araşdırmağa çalışaq:

1. İman qəlb təsdiqi və qəlb hüzuru ilə dəstəklənməlidir.
“İnandıqdan sonra Allaha qarşı nankorluq edən, - qəlbi imanla (tövhidlə) dolu olduğu halda inkar etməyə məcbur edilənlər istisna olmaqla, - küfrə yönələnlərə Allahdan qəzəb enər...” (Nəhl, 106) Məhz bu ayədə yer alan “qəlbi imanla (tövhidlə) dolu olduğu halda” ifadəsi, imanın qəlblə təsdiq edilməsinin vacibliyini açıq – aşkar bəyan edir. Qəlbən inanmayan insanlar dilləri ilə nə qədər inandıqlarını söyləsələr də bu onların mömin olmasını təmin etməz. Qəlbin imanla dolu olmasına rəğmən, çox böyük bir üzürlü səbəb qarşısında, məsələn ölüm təhlükəsi əsnasında onu gizləmək durumunda olan insanların imanı qəbuldur. Bundan başqa bir də dilsizlərin, yəni imanlarını dillə təsdiq edə bilməyənlərin də imanı qəbuldur.
Quranda “Allah anıldığında qəlbləri ürpərən insanlar”dan söz edilir. (Ənfal, 2; Tövbə, 124; Zumər, 23) İnsanın qəlbinin ürpərməsinə səbəb olan şey, qəlbdəki imandır. İmansız bir qəlbin Allah sevgisi ilə ürpərməsi və ondan müsbət mənada təsirlənməsi mümkün deyil. İmanın yeri qəlbdir; isbatlanacağı yer isə həyatın hamısıdır. Yəni yaşayış tərzi.
Bundan başqa Quranda, “Allahın anılması ilə hüzur dolan könüllər”dən də söz edilir. (Rad, 28) Bir könlün "itmi’nan" dediyimiz bütöv bir hüzurla dolması o könüldə Allah sevgisinin yerləşməsi ilə və eyni könülə başqa sevgilərin girməməyi ilə təmin edilir.

2. İman bütün olmalı, istisnaya yer verilməməlidir.

Bəqərə surəsində kitab əhli ilə bağlı bir bölümdə onların imanları ilə bağlı çox təsirli ifadələr vardır: “... İndi siz kitabın bir hissəsinə inanıb, bir hissəsini inkarmı edirsiniz? Yaxşı bilin ki, sizdən kim belə edərsə onun cəzası dünya həyatında sadəcə rəzillik və alçaqlıqdır. Qiyamət günü isə daha böyük əzaba məruz qalacaqlar” (Bəqərə, 85)
Başqa bir ayədə isə mövzu daha detallı olaraq işlənilmiş və daha şiddətli ifadələrlə xəbərdarlıq edilmişdir: “Allahı və peyğəmbərini inkar edənlər, Allah ilə peyğəmbərləri arasında ayrı seçkilik edənlər, “bəzisinə inanıb, bəzisini inkar edərik” deyənlər və inkar ilə iman arasında bir yol tutmaq istəyənlər əsl kafirlərdir. Biz isə kafirlər üçün alçaldıcı bir əzab hazırladıq.” (Nisa, 150-151)
Məhz bu ayələr imanın bütün olmasını və heç bir istisnaya yer verilməməyinin vacibliyini meydana çıxarır. İnanılacaq dəyərlər arasında istisnaya yer verməmək imanın əsas şərtlərindən biridir.

3. İmana şirk qarışmamalıdır.
Cinn surəsinin 2-ci ayəsində də cinlərin söz verdikləri şey budur; yəni onlar da Allaha heç bir şeyi ortaq qoşmayacaqlarını ifadə edirlər. İmanın qəbul olunması üçün heç bir şəkildə ona şirk qarışmamalıdır. Çünki şirk bir növ zülmdür.
İmana zülm qarışdırmayanlardan söz edən Ənam surəsinin 82 – ci ayəsi nazil olanda səhabələr, “Ey Allahın elçisi! Hansımız imana zülm qarışdırmamağı bacara bilərik?” deyə sual vermiş və Nəbi (sas) də onlara Loğman surəsinin 13-cü ayəsini oxuyaraq “Bu zülm sizin anladığınız deyil, şirkdir” cavabını vermişdir. (Buxari, Ənbiya, 41) Bu hədisdən də çıxış edərək deyə bilərik ki, ayədə sözü gedən zülm şirkdir.

4. İman qorxu, ümidsizlik və ya dünyəvi bir qarşılıq daşımamalıdır.
İmanın ən vacib şərtlərindən biri də onun qorxu və ümidsizlik zamanında olmamağıdır. Öldürülməkdən və ya dünyəvi bir başqa səbəblərə görə olunan iman sadəcə bir iddiadan və başqalarını aldatmağa çalışmaqdan ibarətdir. Münafiqlərin iman iddiası bunun tipik bir örnəyidir.
“İnsanlardan elələri vardır ki, inanmadıqları halda Allaha və axirət gününə inandıq deyirlər” (Bəqərə, 8) Münafiq insan tipinin iman iddiası, ya bir şeydən qorxmaqlarının, ya ümidlərini itirmənin, ya da dünyəvi qarşılığını gözləmələrinin nəticəsində olur. Əlbəttə belə bir iman bir iddiadır və heç bir halda səhih və sağlam bir iman olaraq dəyərləndirilə bilməz.

5. İman, ölüm anında olmamalıdır.
İmanın qəbul olunmasının başqa bir şərti də onun ölüm anında olmamağıdır. Quran, ölüm anında olunan tövbəni qəbul etməyəcəyini bəyan edir.
“Davamlı olaraq pislik edənlərin tövbəsi tövbə deyil. Ölüm anında “mən indi tövbə etdim” (deyənlərin) və kafir olaraq ölmək üzrə olanların tövbəsi də (tövbə deyildir.)” (Nisa, 18) Bu ayədə verilən mesaj budur ki: "tövbə ölüm anına qədər saxlanılmamalıdır".

6. İman davamlı olmalıdır.
İmanın iman ola bilməsi üçün ən vacib keyfiyyətlərdən biri də onun kəsintili olmamağıdır. İman bir səmimiyyət qurumudur və muxatablarından səmimi olmaqlarını tələb edir. Lağa qoymalar və ciddiyyətsizliyi hiss etdirəcək yanaşmalar imanın ruhu ilə tərs mütənasibdir. Bu mövzu ilə bağlı bir ayənin məalına baxaq: “İnananlar, sonra inkar edənlər, daha sonra yenidən inananlar, ondan sonra bir daha inkar edənlər və nəticədə inkarı artanları Allah bağışlamayacaq və onları doğru yola yönəltməyəcəkdir.” (Nisa, 137) Bu ayə münafiqlərin hansı təzadlar içində olduqlarını və dini dəyərlər baxımından qərarsız və səmimiyyətsiz davrandıqlarını meydana çıxarır.

7. İman saleh əməllə dəstəklənməlidir.
Quran, inancı və davranışı bir-birini tamamlayan, inancı ilə davranışı uyğun olan, özü, sözü və əməlləri təzad təşkil etməyən insanlar yetişdirmək istəyir. Buna görə də iman və əməl adlandırılan iki dəyər, müsəlmanın ayrılmaz dəyərləridir; biri olmadan digəri yaşaya bilməz.

a) Quranda bir çox ayədə iman ilə saleh əməl ardı-ardına gəlir. Ayələrdə yer alan “xeyirli işlər sahibi möminlər” ifadəsi, iman ilə saleh əməl adlanan iki davranışın birliyidir. Daha doğrusu burada vurğulanmaq istənilən məqam, imanın iman ola bilməsi üçün saleh əməlin vacibliyidir. Bu dəyərlərin bir yerdə olmasını “işıq-kölgə, atəş-isti, günəş-isti və günəş-işıq” əlaqəsi kimi olduğuna diqqət çəkmək istəyirik.

b) Ayələrə bu mənanın verilməsi üçün, təbii ki, mətnin də əlverişli olması vacibdir. “İman edənlər” ifadəsindən sonra gələn “yaxşı və xeyirli işlər edənlər” cümləsini bir tək cümlə olaraq qəbul edə bilərik.

c) İman, xeyir olan hər şeyin lideridir. İmandan yoxsul olan bir davranış “ibadət” və ya “hasənat” adını ala bilməyəcəyi kimi, onlara saleh əməl də demək olmaz. Buna görə, bir davranışın dəyərləndirilməsi üçün onun inanaraq, Allahın rizasını qazanmaq üçün edilməsi vacib amildir. Allah inanmayan insandan bu barədə heç nə gözləmir. Bir universitetə qəbul olunmadan oradan məzun olmaq mümkün olmadığı kimi, iman etmədən də saleh əməl sahibi olmaq mümkün deyil. Buna görə də ilahi qeydiyyatda müsbət mənada yer tutmağın yolu, davranışların Allah rizasına uyğunluğundan və o niyyətlə həyata keçməsindən asılıdır. İmansız davranışlar axirətdə sahibinə xeyir qazandırmaz. İmanlı olmaq, hüsrandan xilas olmağın ilk şərtidir.

d) “Saleh əməl” bir pisliyin yerinin yaxşılığa buraxmasına vəsilə olan işlərdir. “Saleh əməl” cəmiyyətə faydası olan, yalnız edənin özünə deyil, ətrafdakılara da xeyri toxunan, bir pisliyi əngəlləyən, onu aradan qaldıran, başqa bir sözlə desək islah edici əməldir. İmanın ictimai tərəfinin də olduğunun dəlillərindən biri də məhz Qurandakı bu cür ifadələrdir.
Saleh əməl, bir insanın iman iddiasının sadəcə könüllərdə və dillərdə qalmadığını, hisslərinə, ağlına və bütün davranışlarına təsir etdiyini göstərməsi deməkdir. Bu halda, saleh əməl: namaz, oruc, həcc, zəkat kimi dini ibadətləri ehtiva etməklə yanaşı ictimai müstəvidə də pis gedən işlərin düzəldilməsi, başqa sözlə desək islah edilməsi mənasına da gəlir.

e) Saleh əməl iman iddiasının praktiki fəaliyyət sahələrinə və ya cəmiyyətin yaralarına məlhəm olmasına çevrilməkdədir; bir sözlə mömin olmaq iddiasının isbatlanmasıdır. Bu isbat əgər sadəcə fərdin Allaha yönəlik davranışı və bir əmrin yerinə yetirilməsidirsə buna “ibadət” və ya “hasənat” deyilir. Cəmiyyətə yönəlik bir pozulmanın düzəldilməsi və ya islahıdırsa o zaman bu davranış “saleh əməl” adını alır. Saleh əməl, bütün xeyirli işlərin ortaq adı olaraq da anıla bilər.


Ardı var...


Mehmet Okuyan
Hazırladı: Xədicə NurƏli
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka