Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANIN "QURAN"DAKI ADLARI [3]

[ Müqəddəs quran / 5429 dəfə baxılıb ]   
|
 
7. əl - Bəyan / əl - Bəyyinə
“Açıqlamaq, mesaj, dərs” mənalarına gələn əl-bəyan kəlməsi də, Quranın Qurandakı adlarından biridir. “Məhz bu [kitab], bütün insanlar üçün bir açıqlama və bir dərsdir; təqva sahibləri üçün də bir hidayət və nəsihətdir” [Ali İmran, 138; bənzər ayələr: Nəhl, 89; Rahman, 4; Bəyyinə, 1, 4]. Bu ayədə keçən bəyan kəlməsi, Quranın bütün insanlara yönəlmiş bir xitab olduğunu açıqlamaqla yanaşı, təqva sahibləri üçün də bir bələdçi, rəhbər və nəsihət olduğunu bəyan edir. Quran, “açıq və aydın olmaq və eləcə də açıqlamaq baxımından yetərincə məna dərinliyinə sahib olub, Allahın Özünü ifadə etmək vasitəsi olan” bir mesajdır.
“Bəyan etmək”, bir şeyi açıqlamaq deməkdir. Açıqlamaq da, bir arzunun meydana çıxması və ya ona cavab verilməsi formasında gerçəkləşir. Quran bu baxımdan insanlıq üçün lazım olan dəyərləri həm açıqlamaqda, həm də yarana biləcək problemlər üçün əvvəlcədə xəbərdarlıq edərək, problemin baş qaldırmasını əngəlləməkdədir. Bütün bunlara rəğmən problemlər yaranırsa Quran onları da həll etməyə qadirdir.

Özü mubin, yəni “açıq-aydın” olan Quran, eyni zamanda “açıqlayıcı” bir xüsusiyyətə də sahibdir. Bu baxımdan onun bəyan olmağı ilə birlikdə düşünülməsi vacib olan özəlliklərindən biri də bəyyinə olmağıdır. Ənam surəsinin 157 - ci ayəsində keçən bəyyinə kəlməsi, “dəlil, açıq sübut” mənalarına gəlir. Quranın dəlil olması, bu ayədə hidayət [rəhbər]və rəhmət olmağı ilə birlikdə zikr edilir, sanki yoldakı işarələri göstərmək missiyası ilə qarşılaşır.
Yola çıxanın rəhbərə ehtiyacı olduğu kimi, insanlıq da həyat yolçuluğunda heç bir zaman çaşmayan birinin rəhbərliyinə ehtiyac duyur. Məhz Quran bu ehtiyacı qarşılamaq üçün bəyyinə və bəyan olaraq insanlığa göndərilmiş ilahi bir yol işarəsidir; bir rəhbərdir. Onun açıqlayıcılığı, şübhəsiz ki, yol qəzalarının qarşısını da almağı hədəf alıb.

Quranın bəyan olması onun danışması ilə də birbaşa əlaqəlidir. Bəli, insanlar danışdığı kimi Quran da danışır; [Zariyat, 23; Muminun, 62] üstəlik onun danışması sadəcə və sadəcə həqiqəti ifadə etmək şəklində gerçəkləşir. Onda yanlışlıq yoxdur; sahibini azdırmaq və yarı yolda buraxmaq da yoxdur.
Quranın danışması Allahın danışması deməkdir və Allah sadəcə həqiqəti söyləyəndir [Ali İmran, 95].
Xülasə: danışmaqda məqsəd anlaşılmaqdır. İnsanlar anlaşılmaq üçün danışırlar, kainatın sahibi Allah anlaşılmaq üçün danışmaya bilərmi? Quran bəyyandır; Allah bütün insanlara səslənir. Bizim vəzifəmiz də o səs Sahibini dinləməkdir.

8. əz-Zikr / ət – Təzkira / əz- -Zikra
Əvvəlki bölümlərdə də qeyd etdiyimiz kimi Quranın adlarından biri də “nəsihət və xatırlatmaq” mənasında zikr, zikra və ya təzkiradır.
Quranın zikr və ya təzkira, yəni “nəsihət və xatırlatmaq” olması onun əvvəlcədən insanalığa bildirilməsini tələb edir. Belə ki, insanlara bir şeyləri xatırlatmaq, onların daha əvvəl xəbərdar edilmişliyinə dəlildir. Buradan çıxış edərək deyə bilərik ki: Vəhyin xatıladıcılığı, onun fitrətə uyğun həqiqətləri ehtiva etməsidir.
Fitrət, Allahın yaradılışda insana verdiyi ilahi proqramın adıdır. Bütün dəyərlər, fitrətə yerləşdirilmişdir. İnsandan istənilən də buna uyğun seçimlər və davranışlar nümayiş etdirmək, fitrətinə əks davranmamaqdır. Fitrətdə olan “Allahı yeganə ilah olaraq tanımaq” kodu Quranın təqdim etdiyi xatırlatmaları fitrətin heç bir şəkildə yadırğamayacağını ortaya çıxarır. İnsan, əvvəllər aşina olduğu şeyləri duyunca onları xatırlayar və zehnində heç bir təzad ilə qarşılaşmaz.
“Zikr” ilə “fitrət” uyğunluğu son dərəcə vacibdir. İnkar edənlər istisna olmaqla, təqdim olunan ilahi təlimlər həmsöhbətdə mənfi təsir yaradırsa deməli ya olunan təqdimdə bir yanlışlıq var, ya da ilahi prinsiplərin doğru anlaşılmasında bir problem yaşanır. İlahi prinsiplərin yer aldığı Quranı Allahın bir kitabı, insanı və onun fitrətini də digər bir kitabı olaraq qəbul etdiyimizə görə, hər iki kitabın və parça-parça ayələrin bir-biri ilə təzad təşkil etməsi mümkün deyil.
Quran, “insana həqiqətləri və Allahı xatırladan” ilahi qaynaqlı cahanşümül bir xitab, bir səslənişdir [Hud, 114; Hicr, 9; Nəhl, 44; Kəfh, 28 və. s].

9. Əl-Haqq
Quran, “həqiqəti gətirən və həqiqəti təmsil edən” bir kitabdır. [Bəqərə, 91, 119, 144; Nisa, 170; Maidə, 48, 83-84; Ənam, 5 və s.] Quranın təqdim etdiyi bütün bilgilər inanalar üçün mübahisəyə yer qoymayacaq keyfiyyətdə və həqiqətdir.

10. ər-Rəhmət
Quran, “insanlığa və kainata mərhəməti tanıdan və ilahi rəhmətin təcəllisi olan” bir səslənişdir. [Ənam, 157; Əraf, 52, 203; Yunus, 57 və s.] Bu baxımdan Quran, mərhəmətin qaynağı və sahibi olan Allahın insanlara rəhmətinin nəticəsidir.

11. əl-Hidayət / əl – Huda
Quran, “azğınlıqları yox edən, yol göstərəndir” missiyası ilə şəkilləndirilən bir yol xəritəsidir. [Bəqərə, 2, 97, 159, 185; Ali-İmran, 4, 138; Nisa, 155 və s.] Quranın bələdçiliyi ayrı seçkilik etmədən bütün insanları maraqlandırmaqdır. Quran həm hidayətdir, həm də hidayətin prinsiplərini öyrədən bir rəhbərdir.

12. əl-Buşra
Quran “təqdim etdiyi prinsiplərə tabe olanlar üçün axirətdə cənnət müjdəsi verən bir mesajdır” [Bəqərə, 97; Nəhl, 89; Nəml, 2]. Bu baxımdan Quran, onun prinsiplərinə tabe olanlar üçün mələklərin bərabərliyini də müjdələyir.

13. Əl-Məviza
Quran, “bütün prinsiplərində nəsihəti əsas alan və nəsihətin necə veriləcəyini öyrədən” bir rəhbərdir [Bəqərə, 275; Ali – İmaran, 138; Yunus, 57; Hud, 120; Nəhl, 120; Nur, 34]. Nəsihət vermək baxımından ən gözəl metodların yer aldığı qaynaq, Qurandır. Allaha dəvət edənlərin, dəvətdə istifadə edəcəkləri üsulları Qurandan öyrənmələri vacibdir.



Əvvəli:
1.ttp://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1771
2.http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1782



Mehmet Okuyan
Hazırladı: Xədicə NurƏli
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka