Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YƏSRİBİ MƏDİNƏ EDƏN HİCRƏT

[ Digər günlər / 6467 dəfə baxılıb ]   
|
 
Hicrət, bir başlanğıcdır.
Hicrət, İslamın insanlıqdakı təzahürüdür.
Hicrət, bir qurtuluş, bir şəhadət, bir hüzündür.
İçində Bədri var, Uhudu var, fəthi var, şəhadəti, Kərbəlası var...
Hicrət, yer üzünə gəliş, axirətə gedişdir.

Tarix öz səlnaməsini 1433 il əvvəl yenidən yazmağa başladı. Möhtəşəm bir çevrilişin başlanğıcına şahid olaraq yazıldı bu səlnamə. Çox qəribədir ki, İslam tarixi Həzrəti Muhəmmədin və ya Quranın doğum günü ilə başlamır. İslam tarixi hicrətlə başlayır: Məkkədən Yəsribə uzanan yolçuluqla başlayır...

Bir gecə vaxtı yola çıxan əminsiddiq olan iki dostun yolçuluğu başladır bu tarixi.
Bir gecə vaxtı dost yatağına ölmək üçün yatan igidin fədakarlığı başladır bu tarixi.
Bir gecənin "Hicrət" yürüyüşü bizi qaranlıqlardan aydınlığa çıxarır.
Hicrət bizə “üçüncüsü Allah olana” kimsənin zərər verəməyəcəyi gerçəyini anladır: nəmrudlar, fironlar, müşriklər bu hicrət yolçuluğunun qarşısını almaqda acizdirlər. Çünki bu adi bir yürüyüş deyil, bu aləmlərin Rəbbinə hicrətdir.

Hicrət, bitməyən bir yolçuluqdur.
O yolçuluqda fövqaladə nə var idi?
O yolçuluq bizim həyatımızda nəyi dəyişdirdi?
O yolçuluq bizi hardan hara aparırdı?
Suallar çox, cavablar məlum...

Bu yolçuluğun sonunda Yəsrib Mədinə oldu...
Bu yolçuluqla İslam iqtidar oldu...
Bu yolçuluq cahiliyyədən qaçış, İslama varış idi...

RƏBBƏ DOĞRU HİCRƏT
Hicrətin tarixi insanlığın tarixidir: Bəşərdən insana hicrət, günahdan tövbəyə hicrət...
Hicrətin tarixi peyğəmbərlərin tarixidir: Tufandan xilasa hicrət, atəşdən Rəbbə hicrət, quyudan sultanlığa hicrət... Məkkədən Mədinəyə hicrət.
Bir gecə vaxtı Muhəmməd (s.a.s) Məkkədən Yəsribə yola düşdü. Yəsribi Mədinə etmək, mədəni etmək üçün insanlığa hicrəti öyrətdi. Dəyərlərin məhv edildiyi yerdən dəyərlərin iqtidar olacağı məkana hicrət etdi.
Muhəmməddən (s.a.s) öncə çoxları hicrət etmişdi. Muhəmməddən (s.a.s) sonra da çoxları hicrət edəcəkdir. Amma onun hicrəti qədər dəyişən, tarix yazan bir hicrət oldu.
Bu hicrət bizə yol yoldaşının önəmini anlatdı;
Can dostunu tanımağı öyrətdi;
Düşmən malına belə xəyanət etməməyi öyrətdi...
Bu yolçuluq vardığımız məkanı yenidən inşa etmək lazım olduğu həqiqətini öyrətdi:
1. Məscidin əhəmiyyətini;
2. Mədrəsənin əhəmiyyətini;
3. Bazarın əhəmiyyətini anladıq.
“Bütün bunların bir-biri ilə nə əlaqəsi var?” deməzsiniz hər halda. Çünki bu əlaqələri itirdiyimiz üçün Əsri Səadəti bir daha yaşaya bilmədiyimizi bilirik.

Hicrət bir dastandır.
Adəmlə başlayır, Nuhla, İbrahimlə, Muhammədlə (s.a.s) davam edir.
Hər biri hicrətlə öz hekayəsini yazır:
Adəm hicrətin tövbə olduğunu öyrədir.
Nuh hicrətin tufandan qurtuluş olduğunu.
İbrahim Rəbbə hicrət etməyin önəmini anladır.
Muhəmməd (s.a.s) hicrətin dövlət olduğunun, dövlətin ədalət olduğunun hekayəsini anladır...

Bu dastanın başqa bir də qissələri var: Hacər, İsmayıl, Hüseyn deyə...
Hacər Hicrətin gəlini,
İsmayıl Hicrətin cocuğu,
Hüseyn Hicrətin şəhididir.

Hər biri ayrı bir hekayə anladır bizə. Amma bütün hekayələrin ortaq bir tərəfi var: HİCRƏT!!!
Onları ölümsüzləşdirən də məhz bu oldu: "Qovuşmaq üçün tərk edə bilmək". Rəblərinə qovuşa bilmək üçün dünyanı və dünyalıqları tərk edə bildilər.
Onlar bir dastan yazdılar.
Biz nə yazacağıq?
Hicrətə hazırıqmı?


P.S. “Ölənlər Hüseynin etdiyini etdilər, qalanlar Zeynəbin etdiyini etsinlər. Bu ikisini etməyənlərə Yezidin etdiyini etmək düşər”


Rüzgar Kəskin/ Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka