Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YARADILIŞ QİSSƏSİ

[ Müxtəlif / 12312 dəfə baxılıb ]   
|
 
Tarix Allahın “OL!” kəlməsi ilə başlayır. İnsan həm özünün, həm də dünyanın tarixini ilk əvvəl Yaradandan öyrənir:
Kim olduğunu? Niyə yaradıldığını? Nədən yaradıldığını?...
İnsanın yaradılışa, tarixə, kimliyinə aid olan bütün suallarının cavabı Qurani Kərimdə ona bildirilib. Doğru cavabı öyrənmək üçün isə ondan sadəcə doğru sual verməsi tələb olunur.

Kimdir insan?
Bu sualın cavabını Mushaf sıralamasında ilk dəfə Bəqərə surəsindən öyrənirik. Allahın mələklərlə olan dialoqu insana özü haqqında ilk məlumatı verir:
1. Xəlifədir. Həm də bu xəlifəlik göy üzündə deyil, yer üzündə olan xəlifəlikdir.
2. Fəsad çıxaran, qan tökən bir keyfiyyətə məxsusdur.
3. Elmdə mələklərdən üstün olan bir varlıqdır. İnsanın əşyaya ad qoya bilmək qabiliyyəti var, mələyin isə yoxdur.
Bu dialoqdan insan özü haqqında bəzi məlumatları öyrənir. Xəlifə olmağına baxmayaraq fəsad da çıxara bilən biri olduğunu anlayır. Biliksiz olmadığı üçün fəsadın nə olduğunu da yaxşı bilir. Əşyaya ad qoya bilən insan öz hərəkətlərinin də adını müəyyən edir. Yaxşı və pis haqqında elmə sahibdir.

İnsanın Allahdan aldığı ilk əmrlər hansılardır?
1. Üstünlüyünü isbat et!
Adəm Allahın ona öyrətdiyi bilik sayəsində mələklərdən üstün oldu. Və bu üstünlüyü isbat etdikdən sonra Allah mələklərdən Adəmə səcdə etmələrini tələb edir.
2. Ağaca yaxınlaşmayın!
Bu ikinci əmr xəlifə olaraq cənnətə yerləşdirilən ilk insan cütünə verilir. Həm Adəmə, həm də zövcəsinə. Bu yalnız Adəmin imtahanı deyil, bu ailənin imtahanıdır.
"Hər şeyin sərbəst olduğu bu bağçaya yerləşin. İstədiyiniz hər şeydən yeyin, için, lakin bu ağaca yaxınlaşmayın!
Əks halda zalımlardan olarsınız”

Birinci əmr Adəmə deyil, insanlığa yönəlikdir. İnsan məxluqatın əşrəfidir. İkinci əmr isə məhz Adəm ailəsinin imtahanıdır... Amma bu əmrdə də insanlığa yönəlik bir mesaj var. Bütün yasaqlardan çəkinin, yoxsa aqibətinizə qatlanmağa məcbur olacaqsınız. İtirilənləri yenidən qazanmaq daha çətindir.

İnsan nədən yaradılıb?
1. Palçıqdan yaradılmışdır. [Əl-İsra 61, Əl-Əraf 12, Sad 76, əl-Muminun 12, əs-Səcdə 17],
2. Yapışqan kimi palçıqdan. [əs-Saffat 11],
3. Palçıq cövhərindən. [Muminun 12],
4. Quru palçıqdan, şəkil verilmiş palçıqdan yaradılmışdır. [əl-Hicr 26, ər-Rəhman 14]

İnsan niyə yaradılıb?
1. “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” [Zariyat, 56]

İblis kimdir?
1. Şeytan ilk materialist, ilk irqçıdir. Çünki onun problemi Adəmin materialındadır. “Məni atəşdən, onu torpaqdan yaratmısan”, deyir. Və yaradılış materialı baxımından özündən aşağı hesab etdiyi Adəmə səcdə etməkdən imtina edir. Bu şeytanlığı da onu İblisləşdirir.
2. Heç bir zaman özündə qüsur görmür. Azdığını deyil, azdırıldığını iddia edir.
3. İlk yalançı və boş vəd verəndir. Adəmə nəsihət edirəm deyib, onu aldadır. İblisin bütün vədləri əsassızdır.
4. İblis ümidsiz olandır. Həm Allahdan ümidini kəsir, həm də özündən.
Qurani Kərimdə Allahla bağlı olan bütün ayələrdə onun bu adı (daha doğrusu sifəti) istifadə edilir. Adəmoğulları ilə bağlı olan bütün ayələrdə isə Şeytan olduğu vurğulanır. Şeytan sözü “şətanu” kökündən gəlir. Şətanə an - “uzaqlaşdı”, şatın - “haqqdan uzaqlaşdı” deməkdir. Bu kəlmə Quranda haqdan uzaqlaşan görünən və görünməyən bütün varlıqlar üçün istifadə edilmişdir. Kəlmənin “həbs, məlun” mənasındakı İbranicə bir kökdən törədildiyi də söylənilmişdir. Əgər kəlmə ş-t-n kökündən deyil ş-y-t kökündən törədilmişdirsə o zaman əsas mənası “yanmaq, hikkədən yanıb qovrulmaq” mənasına gəlir.
5. İblis cin tayfasındandır. Tüstüsüz atəşdən yaradılıb.
a) atəşdən yaradılıb [Sad, 76],
b) “tüstüsüz atəşdən yaradılıb.” [Rəhman, 15]
6. Bütün bunlarla yanaşı İblis Allahdan qorxur... Yaradıldığını etiraf edir...

Yaradılış qissəsindən öyrəndiklərimiz:
1. İnsan, Allahın yer üzündəki xəlifəsidir.
2. İnsan fəsad çıxaran və qan tötəkən biridir.
3. İnsan, əşyaya isim qoya bilir.
4. Allahın qoyduğu qadağanı poza bliən bir xislətə sahibdir.
5. Şeytan ilk materialist, ilk yalançı və ilk təkəbbürlü olan varlıqdır.

Xülasə
Adəm adam olmağın simvolu.
İblis şeytan olmağın simvoludur.



Xədicə NurƏli / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:45
GÜNƏŞ07:16
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]16:01
MƏĞRİB [ 3 rükət ]18:31
İŞA [ 4 rükət ]19:57
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka